Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

 
300
 
Soldu hər yan, ötdü bahar
soraqladın diyar-diyar. 
Dedilər axtaran tapar, 
xeyr, itmişdi sonan, könül. 
 
Onsuz yandın sən oduna, 
düşürsənmi heç yadına? 
Günəş gəlsin imdadına 
intizardan donan könül. 
   
 
 
 
 
 
 
BU SEVDA YALANMIŞ 
 
Sən mənim eşqimdə bir məbəd yaratdın, 
sən idin həmişə ümidim, pənahım. 
Bir dünya sevgini, istəyi unutdun, 
qəlbi daş, bilmədim nə idi günahım. 
 
Mənim üçün ölməyin yalanmış, demə, 
məni Tanrın bilməyin yalanmış, demə. 
Məni deyib gəlməyin yalanmış, demə, 
yalanmış bu sevda, yalanmış, demə. 
 
Aldanıb bu şirin yalana inandım, 
isti göz yaşlarım peşiman sirdaşım. 
Hər gecə yastığım sübhəcən islandı, 
ayrılıq qismətim, tənhalıq yoldaşım. 
 
Nəfəsin, pıçıltın... yalanın ah, nə çox, 
mən indi anladım iç dünyam talanmış. 
Bizim bu sevgidə müqəddəs heç nə yox, 
məhəbbət yalanmış, sədaqət yalanmış. 
Yalanmış bu sevda, yalanmış, demə. 
 


 
301 
 
O ŞƏHLA GÖZLƏR 
 
O şəhla gözlərin sehrinə düşdüm, 
saldılar bir şirin tilsimə məni. 
Ram olub məhkumluq yolunu seçdim, 
qoymurlar baxmağa heç kimə məni. 
 
Bir süzgün baxışla qəlbə od salar, 
o gözlər yaranmış oxunmaq üçün. 
Uzalı əllərim asılı qalar 
şəlalə saçlara toxunmaq üçün. 
 
Xəyalı göylərdə, işvəsi yerdə, 
qəmzəsi bir dünya, özü lal baxış. 
Tanrı o gözlərdən yaratmaz bir də, 
bal dildən şirinmiş, bu cür bal baxış. 
 
Necə ovsunludur, aman, o gözlər, 
sanki addım-addım izləyər məni. 
Getdiyim yerləri yanımda gəzər, 
qayıdıb gələndə gözləyər məni. 
 
Hər görüş bir şirin nəğmədir mənə, 
səninlə rastlaşan günümə qurban. 
Gözlərin bir mahnı bəstələr yenə, 
olmuşam səsinə, sözünə heyran. 
 
Sən qəmli olanda açılmaz könlüm, 
qıyma gözlərinə yol tapsın kədər. 
Əlini ovcumda, qoy sıxım, gülüm, 
yaxın ol sən mənə baxışın qədər, 
həmdəm ol sən mənə gözlərin qədər. 
 
 
 


 
302
SƏNİN AD GÜNÜNDƏ 
 
Tənha keçirirəm ad gününü, 
hamıdan xəbərsiz, 
qəfil düşdüyüm xəstəxanada. 
Sənsizlikdən xiffətə bələnmiş ürəyim 
qasırğalı dənizdə boğulan kiçicik ada. 
Tufan səngiməyincə 
harayına kimsə yetməz bu dünyada. 
Beləcə qarşılayıram ad gününü, 
reanimasiya otağında. 
Başımın üstündə, 
çarpayımın yanında 
dərmanlarla «bəzədilmiş süfrə». 
Şəfqət bacıları əllərində piyalə, 
Saqi kimi dolanırlar başıma. 
Qaldırılan «qədəh»ləri sənin sağlığına 
bir-bir çəkirəm başıma. 
Üstündən də atıram 
neçə növ sakitləşdirici həbləri. 
Reanimasiya otağının 
bu «delikates yeməkləri» 
qalır boğazımda. 
Bəziləri zəhər dadır ağzımda. 
Bir azdan, bu göyərçin geyimli 
şəfqət bacılarının və həkimlərin 
gələcək təbləri. 
Əlləri qonacaq çiyinlərimə. 
Başlayacaq inkir-minkir sorğusu: 
–  İlk dəfə nə vaxt xəstələnmişəm, 
hansı şəraitdə, neçə yaşımda... 
Yarı dumanlı, yarı aydın surətin 
xəyalən gəlib duracaq qarşımda. 
cavab verə bilməyəcəyəm 
bu naməhrəm məlaikələrə. 
Taqətim olmayacaq 


 
303 
sualları bir-birindən seçməyə. 
Yenidən pozular əhvalım. 
yenidən axar ürəyim. 
Sənin əzablarına bir az da dözüm-deyə 
yenə başlayacağam 
sağlığına dərman qədəhləri içməyə. 
Haradasan, barı bu günümdə 
yuxuna girirəmmi, mələyim!? 
 
 
 
SABAH AD GÜNÜNDÜR 
 
Sabah ad günündür sənin, əzizim, 
gəlib əllərindən öpəcəyəm mən. 
Dünyanın ən zərif çiçəklərini  
ayağın altına səpəcəyəm mən. 
 
Sabah özün üçün yaşa dünyada, 
vurma əllərini ağdan-qaraya. 
Keçir bir gününü kefdə, xülyada, 
bütün qayğıların qalsın sonraya. 
 
Sabah ad günündür, şadlan, gül, oyna, 
sabah hər işini görərəm həmən. 
Bəzən, qoy doyunca baxım boyuna, 
yaşayım qəlb dolu sevincinlə mən. 
 
Səsim çatmasa da sənə bir sabah. 
xəyalən yanında olacağam mən. 
Şirin nəğmə kimi, xoş xatirətək, 
qəlbinə, gözünə dolacağam mən. 
 
Sabahlar uzansın, qoy ömrümüzdə, 
yenə ad günündür –  deyək bir sabah. 
Yaşadaq bu hissi ürəyimizdə
təki, xoş sabahlar bəxş etsin Allah! 


 
304
 
 
BU SEVDADA 
 
Sənin ətrin qızılgülün qoxusu, 
səni görcək bihuş olur çoxusu. 
Sənin sevgin «Min bir gecə» yuxusu, 
doymaq olmur bu sehrli uyğudan, 
bu sevdada mən bir damla, sən ümman. 
 
Baxışınla çəkmə məni dara, gəl, 
ürəyimdən keçənləri ara, gəl, 
qoy baxışın şübhələri qıra, gəl, 
gülüm, sənsən bu sevdanı yaradan, 
bu sevdada mən bir damla, sən ümman. 
 
Verdiklərin işgəncəmi, nazdımı, 
qüssə yeyib, qəm çəkdiyim azdımı, 
qara zülfün qara baxtı yazdımı? 
Bir dəfə də sevinc eylə ərməğan
bu sevdada mən bir damla, sən ümman. 
 
Bir ulduzsan, mən nurunun zərrəsi, 
bir atəşsən, mən qorunun zərrəsi, 
sənsiz mənə zindandır Yer kürəsi. 
Gəlişinlə gözəlləşir bu cahan, 
bu sevdada mən bir damla, sən ümman. 
 
Göydən enən sənəm sənsən, huri sən
gözlərimin tabı sənsən, nuru sən, 
səni Tanrı, öz-özünü qoru sən, 
əvəzini verməz heç kəs, heç zaman, 
bu sevdada mən bir damla, sən ümman. 
 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə