Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə18/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

 
82
 
Bu mehriban ölkəmizdə 
ildən-ilə böyüyürük. 
Biz sizinlə fəxr edirik, 
işinizlə öyünürük. 
 
Biz hər şeyi anlayırıq, 
baxmayın ki, çox uşağıq. 
Böyüyəndə hamınızın 
xidmətində duracağıq. 
 
Öyrənirik elm, savad, 
qəhrəmanlıq, hünər hələ. 
Gedəcəyik qaliblərin 
zəfər dolu yolu ilə. 
 
Qoruyarıq, yaşadarıq 
sizdən qalan od-ocağı. 
Həm sabahın qurucusu, 
həm əsgəri olacağıq. 
 
 
 
ÖMUR VƏFA QILSA 
 
Hələ neçə insanın əlini məhəbbətlə sıxacağam, 
hələ neçə füçunkar varlığa min heyrətlə baxacağam. 
Hələ neçə alovun üstünə dolu kimi yağacağam, 
hələ neçə haqsızlıq önündə şimşək kimi çaxacağam
                                                             ömür vəfa qılsa. 
 
Hələ neçə əməli salehlə yaxşılıqda yarışaram, 
hələ neçə gözü nəm çəkənin kirpiyində alışaram, 
Hələ neçə dəlisov cavanın günahıyla barışaram, 
hələ neçə qəzəb tonqalını söndürməyə çalışaram, 
                                                             ömür vəfa qılsa. 


 
83 
Hələ neçə Müjdəni, xoş anı yaşadaram, yaşayaram, 
hələ neçə əlsiz-ayaqsızın möhnətini daşıyaram. 
Hələ neçə evsiz-eşiksizlə qışı birgə üşüyərəm, 
hələ istək qapımı döyürəm, arzum sonsuz, yaşım yarı, 
                                                             ömür vəfa qılsa. 
 
Hələ neçə edə bilmədiyim köməyimlə qalacağam, 
hələ neçə bənizi solmuşla ağrıyaram, solacağam, 
Hələ neçə nisgili, qubarı ürəyimə salacağam, 
hələ neçə imkansız üçün mən də imkansız olacağam, 
                                                             ömür vəfa qılsa. 
 
Mən dünyaya işığı, duyumu, gözəlliyi sevib gəldim, 
mən sənəti, sözü anlayanda məftunluqdan, sehrdən öldüm. 
Yazdığım hər misra üçün, öncə həyatımı şeirlə böldüm, 
hələ bəlkə bir neçə misramı bundan sonra yaza bildim
                                                             ömür vəfa qılsa! 
 
 
 
RUH DÜNYASI 
 
Şübhəsiz, elm və hikmət dəryasıdır din – 
                    möhtəşəm, intəhasız, dərin. 
Onunla canlanır gözümüz önündə 
                                      iç dünyası 
ilahiyyat dediyimiz bir sehrli aləmin. 
Ruh dünyası da ilahiyyatın bir qoludur. 
Bu yol abidlərin, ruhanilərin, 
        imanı kamillərin yoludur. 
İnsansaq, gör, nə qədər böyükdür ruh dünyası. 
Meracdan da o yana gedir onun səması. 
Və bu səmada dolaşır 
        zaman-zaman dünyasını dəyişmiş 
 sayagəlməz insanların ruhları. 
Əgər belədirsə, deməli, başımızın üstündə 
hər an səslənmədədir ölən doğmalarımızın  


 
84
        sevincləri, istəkləri, ağrıları, ahları. 
Həmişə əza məclislərində, əllərimiz göydə  
        dua edirik ki , bağışlansın günahları. 
Baxmayaraq ki, nə o dünyadan 
                             bir gələn var, 
                                               nə bir ruhu görən. 
Ancaq rahat ruh dünyasına qovuşmağı arzulayır 
   hər ömrü tükənən, hər öz əcəli ilə ölən. 
Odur ki, hamımız dünyasını dəyişən doğmalarımıza 
hər dəfə hüzür saxlayır, 
müxtəlif cür yas mərasimləri keçiririk. 
Bəzən də fərqinə varmadan harda. 
Kimisi doğma od-ocağında, 
kimisi mərasim zalında, 
                  kimisi restoranda, 
kimisi də hər iki tərəfdən bağladığı  
                             küçənin ortasında. 
Ruhun fəzası geniş olsa da, 
uçduğu, döndüyü, qonduğu yer var – 
ata ocağı, doğma yurd
ən uzağı, əmi, qardaş evləri. 
Yoxsa ki, şadlıq sarayının, mərasim zalının 
                                ölünün ruhuna nə dəxli? 
Heç yas mərasimini də bu cür yerlərdə 
                                      keçirmək olar? 
Bir az da fərqinə varsaq, əgər anlasa, 
          ölüsünün ruhunu bu cür sərgərdanlığa 
                                                   kim aparar? 
Məgər din adamı da bu sayaq biznes qurar? 
Axı, həm də bu cür verilməli deyil ehsanat, 
          stolda növ-növ meyvə-tərəvəz, şirniyyat, 
          bol-bol xörəklər, əlavə də neçə cür məşğulat. 
Balam, bu yas mərasimidi, yoxsa toy-busat? 
Digər ölü sahibləri yazıqdırlar, axı. 
Bilmirsiniz ki, məclislərini heç bunun yarısının 
yarısınca verməyə də imkansızdır çoxu? 
Hüzür məclisi nə el şənliyidi, nə rəsmi ziyafət. 


 
85 
Onu qonaqlığa çevirmək  
          nə məntiqi olan ənənədir, 
                    nə eldən qalan adət. 
Od-ocağı olanın məclisini ora-bura köçürmək 
          həm mənəviyyatda qüsurdur
                   həm dində qəbahət. 
Çünki ruh mərhumun yaşadığı evə qayıdar, 
təmtəraqlı məclisə, təntənəli yerə yox. 
Bəlkə ona görədir ki, insan öz evində 
                                    ölməyə çalışar. 
Bu məntiqlə hər kəsin ruhu 
  öz od-ocağında dolaşar. 
Belə olmasa, ruh dünyasında da 
                aləm bir-birinə qarışar. 
Siz ey təmtəraq, dəbdəbə aludəçiləri! 
Bu qədər şöhrət xəstəsi olmayın, 
       özünüzü gözə soxmağa çalışmayın, 
                        lüzumsuz israfçılığa varmayın, 
       şadlıq evlərinin, mərasim zallarının 
                        cəfəng təbliğatına uymayın. 
Əzizlərinizin ruhlarını sərgərdan salmayın. 
Ölülərinizə öz od-ocağında yas saxlayın. 
Ölüləriniz üçün məhəbbətlə ağlayın! 
 
 
 
ŞÖHRƏT AZARINA TUTULAN MİLLƏT 
 
Dərdi bir yandadır, nəfsi bir yanda
sərvət azarına tutulan millət. 
Korşalmış qılıncı paslanır qında, 
söhbət azarına tutulan millət. 
 
Tamam əks qütblərdir əməli, sözü, 
eli talamaqdan doymayır gözü. 
Pula hərislikdən bozarıb üzü, 
rüşvət azarına tutulan millət. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə