Könül sevən gözəl olar.
Atalar sözü
Fəqət hər gözəl olanı könül sevməz.
C.Rumi
***
Məhəbbət ehtiraslıdır,
dostluq isə ruhun keyfiyyətidir.
Aristotel
***
Ehtirasını idarə et,
yoxsa ehtiras səni idarə edər.
Epiktet
***
Dünyada heç bir böyük iş ehtirassız görülə
bilməz.
Q.Hegel
***
122
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Nizami
Mən aşiq, o da giryan,
Mən giryan, o da giryan,
Dedim könlün odun al,
Demədim oda gir, yan.
Bayatı
***
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Əbu Turxan
***
Eşqsiz olsaydı, xilqətin canı,
Dirilik sarımazdı, böyük cahanı.
Nizami
***
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü.
123
Nizami
***
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Füzuli
Məhəbbət ləzzətindən bixəbərdir
zahidi-qafil.
Füzuli, eşq zövqün zövqi-eşqi var
olandan sor.
Füzuli
***
Qəlbin pünhanları ancaq eşq işığında
görünür.
Əbu Turxan
***
Məhəbbət ruhun canlanmasıdır.
Əbu Turxan
***
Aşiq sevgilisinin sevincinə sevinir.
Əbu Turxan
***
124
Məhəbbətdir işıq saçan,
onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin,
sanma ki, bir həqiqətdir.
Əbu Turxan
Sevənlər hamısı şairdirlər.
Platon
***
Ağıl ürəyin kölgəsidir.
E.Miyanəci
***
Allahı sevmək – onun yaratdıqlarını
sevməkdir.
Əbu Turxan
***
Məhəbbət və nifrət artmayanda ölürlər.
Can Pol Sartr
***
125
Məhəbbət böyük hisslərdən başlayır, xırda
qalmaqalla bitir.
A.Morua
***
Məhəbbət – hisslərin poeziyasıdır.
O.Balzak
Məhəbbətin çiçəklənməsi üçün münbit mühit
lazımdır.
Əbu Turxan
***
Məhəbbət – arzunun zirvəsidir.
İ.Göte
***
Məhəbbət arzu dünyası ilə gerçəkliyin
qarışmasıdır.
Əbu Turxan
***
Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal
dünyasına köç edir.
Əbu Turxan
126
***
Vüsal romantik məhəbbəti yerə endirir. Eniş
uğursuz olanda məhəbbət ölür. Eniş tədrici
olanda məhəbbət yeni formaya – ailə
məhəbbətinə keçir.
Əbu Turxan
Günəş çıxanda Yer hansı hissi keçirirsə,
sevgilisini görən aşiq də həmin hissi keçirir.
Əbu Turxan
***
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi
ilə işıqlanır.
Əbu Turxan
***
Milli ruh məhəbbətlə ağlın ittifaqından
yaranır.
Əbu Turxan
***
127
Arzular dünyaya məna verir.
A.Frans
***
Ürək məhəbbət arzularından zövq-səfa
şərbəti içir.
C.Bayron
Qadın ümidləri günəş şüalarından qidalanır; kölgə
onları yox edir.
D.Elyot
***
Kim isə demişdir: «Ağılla idarə olunan
məhəbbətdən yaxşılıq gözləmək olmaz».
İbn Ərəbi
***
Məhəbbət kimi desən tutub
gizli yollarla Allaha aparar.
C.Rumi
***
128
Sənsiz idi onda hələ yer səma,
Sən yox idin var idi qəmim daima.
Nizami
***
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
Nizami
Sevgili aşiqin qəlbindədir.
Fəqət aşiq sevgilinin özündə
olduğunu bilməz, onu yenə kənardakı
sevgili vasitəsi ilə tanıyar.
İbn Ərəbi
***
Kişi də, qadın da tək qanadla yaranır.
Pərvazlanıb uçmaq üçün isə qanadların
qoşalaşması lazımdır.
Əbu Turxan
***
Uça bilmək üçün qanadlar tən olmalıdır.
129
Tayını tapa bilməyənlərin məhəbbəti
göydən asılı qalar.
Atıcı atar, tayını tapar.
Atalar sözü
***
Ərlə arvadın torpağı
bir yerdən götürülür.
Atalar sözü
Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı
kişilər yaxşı qadınlar üçündür.
Qurani-Kərim
***
(Allah) sizin özünüzdən sizlər üçün taylar
yaratmış ki, onlarla rahatlıq tapasınız. Sevgi ilə
mərhəmət bərqərar eləmiş aranızda.
Qurani-Kərim
***
Məhəbbət ümidini itirmiş adamı
yenidən həyata qaytarır.
Əbu Turxan
***
130
İdrakı rəmz edib bir gül sandılar,
Aqil olanları bülbül sandılar,
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər
Təkcə bülbül ilə gülü andılar
Əbu Turxan
***
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə
bölüşmək istəyir.
Əbu Turxan
Bütün sevənlər bacardıqlarından çox şey vəd
edir, amma bacardıqlarını da etmirlər.
V.Şekspir
***
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü
tərəfindən yaradılmış olur.
Yaradan yaratdığını sevməyə bilərmi!?
Əbu Turxan
***
İlk məhəbbət kor olur.
Atalar sözü
131
Dostları ilə paylaş: |