***
Eşqin gözü kordur.
Aristotel
***
Səndən qorxanı da, sən qorxduğunu da
sevə bilməzsən.
Siseron
Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur.
F.Nitsşe
***
Sevgisiz evlilik sevdiyinə evlənə bidməməkdən
daha ağırdır.
(Naməlum)
***
Məhəbbət – sevilmək arzusudur.
Platon
***
132
Sahiblənmək anlayışı məhəbbətin
izahında istifadə olunsa da, ilkin sayıla
bilməz. Mən nəyə görə başqasını mənimsəmək
və ona sahib olmaq istəyirəm? Bu mənə o zaman
lazım olur ki, mənim varlığım başqasının
funksiyasına çevrilir. Amma bununla
mənimsəmənin ancaq müəyyən üsulu
nəzərdə tutulur; biz başqalarının
azadlığına yiyələnmək istəyirik.
Sartr
Dövlət adamının ürəyi başında olmalıdır.
Napoleon
***
Məhəbbət müəyyən mənada konfliktdir.
Sartr
***
Qısqanclıqda sevgidən daha çox özünü sevmək
var.
F.Laroşfuko
***
133
Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif
növləridir.
Avqustin
***
Məhəbbət – məhəbbətə cavabdır.
İngilis atalar sözü
***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur.
O.Balzak
Məhəbbət insanların bir-birinə
bağışladığı xoşbəxtlikdir.
C.Sand
***
Məhəbbət başqasının xoşbəxtliyini
istəməkdir.
D.Yum
***
Sevinc və sevgi ruhun iki qanadıdır.
Hilmi Ziya Ülkən
134
***
Eşq – ruha təslim olmaqdır.
Hilmi Ziya Ülkən
***
Aləm eşq halında kamala gəlir.
Hilmi Ziya Ülkən
***
Sevgi – halından məmnun olmaqdır.
Hilmi Ziya Ülkən
Məhəbbət xoşbəxtlik xəzinəsidir: nə
qədər çox verir, o qədər də götürür.
V.Muller
***
Ancaq sevərkən yaşayırlar.
Helvetsi
***
Yaşayan ancaq məhəbbətlə yaşayır.
Hafiz Xarəzmi
135
***
Qadın kişiyə müxtəlif, bəzən hətta bir-
birinə zidd olan cəhətlərinə görə xoş gələ bilər;
kimsə onu ağlına, başqası xeyirxahlığına görə
sevər, üçüncüyə isə məsələn onun çatışmazlıqları
xoş gələ bilər.
L.de Vovenarq
.
***
Vüsal məhəbbəti yerə endirmiş, onu əbədi
şeriyyətdən məhrum etmişdir.
Asif Əfəndiyev
Bir-birinizin badələrinizi doldurun, amma bir
badədən içməyin.
C.Cübran
***
Məhəbbət həyatın duzudur.
İngilis atalar sözü
***
Bir-birinizi sevin, amma məhəbbəti
buxova çevirməyin.
136
Qoy o, könüllərinizin sahilləri arasında axan
dəniz olsun.
C.Cübran
***
Qoy sizin mövcudluğunuzda genişlik, vüsət
olsun.
İmkan verin ki, aranızda səma küləkləri əssin.
C.Cübran
***
Məhəbbət incəsənətdir, onu
mənimsəmək lazımdır.
E.Fromm
Kişi üçün hər şeyin əslində necə olduğu
önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin
necə təqdim olunması və zahiri
əminamanlıqdır.
Folkner
***
Məhəbbət lətiflik və gözəllikdir.
İbn Sina
***
137
Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki
o eyni zamanda başa, ürəyə və
bədənə sahib olur.
Volter
***
Ehtiras – yelkənli gəmini hərəkətə gətirən külək
kimidir, hərdən gəmini batıra da bilər, amma
onsuz üzmək mümkün deyil.
Volter
***
Məhəbbət melodiyadır.
Puşkin
Başqa sahələrdə sevgi vərdişi olmayanların
məhəbbət dərdinə mübtəla olması, immuniteti
olmayan adamların xəstəliyə yoluxması kimi ağır
nəticələrə gətirə bilər.
Əbu Turxan
***
Məhəbbət insanın bütün həyat və fəaliyyətinin
mənasını sevgilinin gözünə necə
görünməkdən ibarətdir.
Əbu Turxan
138
***
Məhəbbət nəinki yaradıcılığın mənbəyidir, o
özü yaradıcılıqdır, yaradıcı
enercinin şüalanmasıdır…
(Naməlum)
***
Bir şeirdir qadın bədəni də,
Yaranışın ən xoş anında
Yaradan özü bu poemanı,
Həkk etmiş tale kitabında.
Henrix Heyne
Məhəbbət çiçək üçün günəş kimidir:
güclüləri gücləndirir, zəifləri qurudur.
İrland atalar sözü
***
Həyatın böyük sirri bunda gizlənib ki, istəyən,
alan yox, ancaq verən, bağışlayan həzz alır.
N.Berdyayev
***
139
Könüllər bir-biri ilə baxış sayəsində
təmasda olur.
Balmond
***
Məhəbbət ruh və bədənin
ittifaqından yaranır.
Əbu Turxan
***
Əgər ilk məhəbbət qəlbin bütün guşələrini
işıqlandıra bilməyibsə, deməli «ilk məhəbbətlər»
hələ çox olacaq.
Əbu Turxan
Məhəbbət qəlbin əql üzərində
qələbə himnidir.
Əbu Turxan
***
Qəlb köksə sığışmayanda insanın öz qəlbini
bölüşmək ehtiyacı yaranır.
Əbu Turxan
***
140
Dostları ilə paylaş: |