Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   2   3   4   5   6   7   8   9   ...   85

 
11 
Vilsonun  əleyhdarları belə hesab edirdilər ki, ABŞ Millətlər 
Cəmiyyətinə daxil olmamalı  və onun nizamnaməsindəki onuncu 
maddənin ləğv edilməsinə nail omaq lazımdır. Millətlər 
Cəmiyyətində  İngiltərə  və Fransanın birinciliyi, hər  şeydən  əvvəl, 
Monro doktrinasını  təhlükə altına alırdı. Onlar Amerikanın 
avropalaşması haqqında şaiələr yayırdılar.  
İzolyanistlərin proqramında kontinentə sahib olmaq, Latın 
Amerikasında ABŞ-ın hökmranlığının təmin etmək, həmçinin 
Yaponiyanı Çinin Şandun əyalətindən və Sakit okeandakı adalardan 
məhrum etmək, mandat sisteminə yenidən baxmaq nəzərdə tutulurdu.  
Lodcistlər və “barışmazlıq” tərəfdarları arasında fikir ayrılığı 
olmasına baxmayaraq, onlar 1919-cu ildə birləşdilər. Lakin ziddiyət 
yenə də qalmaqda idi. Lodc belə hesab edirdi ki, Versal müqaviləsinə 
ABŞ maraqlarına uyğun gələn maddələr daxil edilsə, onu qəbul 
etmək olar. “Barişmazlıq” qrupunun rəhbəri Bor isə elan etdi ki, ABŞ 
bütün hallarda Versal müqaviləsinə, Millətlər Cəmiyyəti əleyhinə səs 
verməlidir. Nəhayət bu iki qrup arasında mübarizədə lodcistlər 
qələbəyə nail ola bildilər. 1919-cu ilin iyulunda Vilson rəsmi şəkildə  
Versal müqaviləsini təsdiq üçün senata təqdim etdi. Bu məsələ ilə 
əlaqədar müzakirə  səkkiz ay davam etdi. Senat ABŞ-ın xeyrinə 48 
əlavə 4 düzəliş tələb edirdi. Lodc isə  15 düzəliş tələb edirdi. Senatda 
Versal müqaviləsinin leyhinə 39, əleyhinə 56 nəfər səs verdi. 
1920-ci ilin martın 19-da Versal müqaviləsinin qəbul 
edilməsindən imtina edən qətnamə  qəbul edildi. Bir sözlə, Versal 
müqavilələri ABŞ konqresi tərəfindən ratifikasiya edilmədi. 
Həmçinin bu hadisələr bir daha sübut etdi ki, hakimiyyətdə 
prezidentlə konqres arasında kəskin ziddiyətlər mövcuddur.  
ABŞ-ın xarici siyasət kursu əhəmiyyətli dərəcədə 1920-ci ildə 
noyabr ayında keçiriləcək prezident seçkilərinin keçirilməsindən  
asılı idi. Vilson beynəlxalq səhnədə  məğlub vəziyyətdə idi. Ölkə 
daxilində isə artıq ona rəğbət qalmamışdı.  
İzolyanistlərin millətçilik ruhunda təbliğatları öz işini gördü. 
Respublikaçıların prezident seçkiləri kampaniyası inhisarçılar 
tərəfindən yaxşı maliyyələşdirildi. 1920-ci ilin noyabr seçkilərində 
respublikaçılar partiyası qalib gəldi və Oqayo ştatından olan Hardinq  
prezident seçildi.  
Hakimiyyətə  gələn respublikaçılar partiyası  dərhal Versal 
müqaviləsinə yenidən baxmağı qərara aldı. Bunun üçün Vaşinqtonda 
 
12
yeni bir konfrans çağırmaq üçün hazırlıq işləri görməyə başladı. Bu 
konfransın çağırılması 1918-1920-ci illərdə ABŞ-ın xarici siyasətinin 
məntiqi nəticəsi idi. Versal müqaviləsindən sonra ABŞ qarşısına 
revanşı  və dünyaya rəhbərliyini öz əlinə almağı  məqsəd qoydu.  
Lakin o, məqsədini  əvvəlki dövrlərdən fərqli olaraq çox ehtiyatla 
həyata keçirməyə başladı. Dünya ağalığı ideyasını dirçəltmək ideyası 
hələ 1920-ci ilin oktyabrın 16-da 31 nəfər görkəmli respublikaçının 
imzaladığı bayanatda öz əksini tapdı. Onlar təsdiq edirdilər ki, bu 
partiya “Dərin millətlər assosasiyasının” yaradılmasını  təmin 
edəcəkdir.  
Prezident Hardinq hələ seçkilərdən sonrakı birinci 
müşavirəsində göstərdi ki, bu məsələ ABŞ-ın xarici siyasətinin 
mərkəzində duracaqdır.  
Hardinq hökuməti beynəlxalq konfransın çağırılmasını  və 
orada ilk növbədə aşağıdakı məsələlərin müzakirə edilməsini  lazım 
bilirdi: Silahların məhdudlaşdırılması; mandatların bölüşdürülməsinə 
yenidən baxılması; Çində “açıq qapılar” doktrinasının keçirilməsi; 
“rus məsələsinin müzakirəsi”; beynəlxalq münasibətlərin yeni 
prinsiplərini işləyib hazırlamaq və s. 
İngiltərə ancaq ona nail ola bildi ki, çağırılacaq konfrans ancaq 
Uzaq Şərq və Sakit okean məsələləri ilə məşğul olsun. Bu məsələdə 
isə ən çox dörd dövlət – ABŞ, İngiltərə, Fransa və Yaponiya iştirak 
etməlidir. Fransa uzun müddət burada iştirak etməyə  cəhd etdi və 
nəhayət,  buna nail ola bildi. Fransa həm də çalışırdı ki, konfransın 
gündəliyinə borclar haqqında məsələ  də daxil edilsin. Fransa 
mətbuatı o zaman həyacanla yazırdı ki, ona imkan vermək olmaz ki
hər bir yeni ABŞ prezidenti öz beynəlxalq təşkilatını yaratsın. 
Yaponiya isə qətiyyətlə bildirdi ki, artıq Uzaq Şərqdə zəbt edilmiş və 
həll edilmiş ərazilərlə bağlı heç bir məsələ gündəliyə daxil edilməsin  
Müzakirənin gedişində qarşıda duran forum “Silahların 
məhdudlaşdırılması, Sakit okean və Uzaq Şərq məsələləri üzrə 
konfrans” adını aldı. 20-ci illərin  əvvəllərində Uzaq Şərq və Sakit 
okeanda ağalıq üstündə imperialist dövlətləri arasındakı ziddiyyətlər 
daha da kəskinləşdi. ABŞ bu dəfə mübarizənin önündə getməyə 
başladı. ABŞ, hər şeydən əvvəl, Çinin müstəmləkə işğalında özünün 
birinciliyini nəzərə çarpdırmağı qarşısına məqsəd qoydu. Məhz buna 
görə  də ABŞ diplomatiyası 1921-ci ildə konfrans çağırmaq 
təşəbbüsündə olduğunu bildirdi. Həmçinin ABŞ bildirdi ki, bu 


 
13 
konfransı çağırmaqda onun məqsədi müharibədən sonrakı beynəlxalq 
münasibətlərin yeni sisteminin təşkilini başa çatdırmaqdı. Həmçinin 
kapitalizm dünyasında sülh üçün böyük fasilə yaratmaq fikrində 
olduğunu da ABŞ elan etdi. Əlbəttə, bütün bunların arxasında ABŞ-
ın öz maraqları dururdu. O, Sakit okean, Uzaq Şərq və Çində 
hegemonluğa nail olmaq fikrində idi. Bunun üçün onun kifayət qədər 
iqtisadi  və müdafiə qüdrəti vardı. İmperialist dövlətləri arasında bir 
şeyə nail olmaq üçün ən güclü vasitə isə qüvvə idi.  
Birinci dünya müharibəsi ABŞ-ın inkişafına güclü təkan verdi. 
ABŞ üçün əlverişli  şərait yarandı. Avropa hərbi  əməliyyatlar 
meydanına çevrilsə  də, ABŞ bundan kənarda qaldı. ABŞ ordusu 
hərbi  əməliyyatlarda ancaq 1918-ci ilin yayından iştirak etməyə 
başladı. Ona görə də canlı insan itkisi müharibədə iştirak edən digər 
dövlətlərlə müqayisədə ABŞ-da az oldu. 50 minə yaxın insan həlak 
oldu, 230 min isə yaralandı.  
Hərbi materialların,  ərzağın və xammalın Avropa ölkələrinə 
ixracı ABŞ-ı dünyanın ən qüdrətli sənaye ölkələrindən birinə çevirdi.  
ABŞ-da güclü urbanizasiya prosesi getməyə başladı. 1920-ci il 
siyahıya alınmasına görə ABŞ  əhalisi 105,7 milyon nəfər idi ki
bunun da 54,2 milyonu artıq  şəhərlərdə yaşayırdı. Bu ABŞ-ın 
tarixində yeni bir hadisə idi ki, şəhər əhalisi artıq kənd əhalisini ötüb 
keçmişdi.  
İqtisadiyyatda dövlətin vəziyyəti ABŞ-da güclü inhisar 
birləşmələrinin yaranmasına səbəb olmuşdu. Bütün bunlar isə ABŞ-a 
imkan verdi ki, dünya ağalığı fikrinə düşsün. ABŞ bu planını ilk 
növbədə  Cənub-Şərqi Asiyada, xüsusilə Çində  həyata keçirmək 
istəyirdi.  
ABŞ bütün Çin ərazisində üstünlüyü ələ almağa çalışaraq 20-ci 
illərin  əvvəllərində, xüsusilə Çinin təsir dairələrinə bölünməsinin 
ləğv edilməsini tələb edirdi. Bu tələb bütün imperialist dövlətlərinə, 
birinci növbədə isə  İngiltərəyə aid idi. Həmçinin ABŞ kapitalı daha 
çox bu dövrdə Çinə nüfuz etməyə başladı. ABŞ xüsusilə Yantszı çayı 
hövzəsində  və Çinin cənubunda bu sahədəki fəaliyyətini 
genişləndirdi. Bu isə aydındır ki, İngiltərənin mənafeyinə toxunmaya 
bilməzdi.  İngiltərə  və ABŞ-ın maraqları  həmçinin Cənub-Şərqi 
Asiyanın digər ölkələrində  də toqquşurdu.  İngiltərə  və ABŞ 
münasibətlərində ən kəskin problemlər dənizdə silahlanma və ingilis-
yapon sazişi məsələsində idi. İngiltərə ilə Yaponiya arsında bu saziş 
 
14
1902-ci ildə bağlanmış, hər iki dövlət müəyyən sahədə birgə öhdəlik 
götürmüşdülər. Bu isə ABŞ-ın, Uzaq Şərq, Çin və Sakit okean 
planlarına maneçilik törətdiyinə görə ABŞ hər vəchlə bu sazişin ləğv 
olunmasına çalışırdı.  
1919-cu ildə ABŞ konqresi hələ müharibə illərində hərbi-dəniz 
quruculuğu haqqındakı proqramını hazırlayıb təsdiq etdi. Bu 
proqramda göstərilirdi ki, elə etmək lazımdır ki, ABŞ-da hərbi-dəniz 
quruculuğu 1924-cü ilə qədər dünyada ən qüdrətli və güclü olsun. 
Bu proqramın qəbul edilməsi əslində İngiltərə üçün bir çağırış 
demək idi. Çünki ABŞ bu proqramı  qəbul etməklə  İngiltərənin 
dənizdə hökmranlığını əlindən almaq, “dənizlər hökmdarını” məğlub 
etmək istəyirdi. Dənizdə sürətlə silahlanma məsələsində 20-ci illərin 
əvvəllərində  İngiltərə ABŞ-la rəqabətə girə bilməzdi. Çünki buna 
iqtisadi gücü yox idi. Buna səbəb isə o idi ki, İngiltərə müstəmləkə 
imperiyası idi. Onun öz ərazisindən 109 dəfə çox əraziyə malik 
müstəmləkələri var idi. Birinci dünya müharibəsindən sonra isə bu 
müstəmləkələrin bir çoxunda milli-azadlıq hərakatı başlanmışdı.  
Müstəmləkələrdən gələn gəlirlər hesabına dolanan İngiltərə 
Birinci dünya müharibəsinə  qədər  “dünya faytonçusu”, “dünya 
emalatxanası”, “dünya maliyyə  mərkəzi” hesab edilsə  də 
müharibədən sonra bu keyfiyyətlərdən məhrum olmuşdu. ABŞ-ın 
anası hesab edilən və ona həmişə borc verən  İngiltərə müharibədən 
sonra ABŞ-a borcu olan bir dövlətə çevrilmişdi.  
İrlandiyada baş verən hadisələr,  İngiltərənin özünün daxili və 
beynəlxalq vəziyyəti ona imkan vermirdi ki, ABŞ-la münasibətləri 
kəskinləşdirsin. Bir sözlə, onun ABŞ-ın istəyi ilə hesablaşmamağa 
gücü yox idi. Bu vəziyyəti ABŞ hakim dairələri də çox gözəl başa 
düşürdü. ABŞ  əlverişli imkandan çox bacarıqla istifadə edirdi. 
ABŞ  İngiltərəyə  təzyiq vasitələri içərisində ilk növbədə 
İngiltərənin maliyyə sahəsindəki çətinliklərindən  istifadə etdi. O, 
İngiltərədən tələb etdi ki, əgər konfransın çağırılmasına razılıq 
verməsə, onda ABŞ ondan müharibə dövründə verdiyi hərbi borcunu, 
yəni 850 milyon funt-sterlinqin, (4 milyard dollar) qaytarılmasını 
tələb edəcəkdir. Amerikanlar İngiltərənin kredit bazarındakı 
mənafeyinə  də toxunurdular. Amerika banklarının təzyiqi altında 
1920-ci ildə  İngiltərə funt-sterlinqinin qızıl paritetini 79%-ə  qədər 
aşağı endirdi. Ümumiyyətlə, funt-sterlinqin kursu aşağı düşdü.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə