Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

 
55 
    «Yeni xətt» in islahatları əmək şəraitini, fəhlərlə sahibkarlar 
arsaında qarşılıqlı münasibətlərin müassir dövlət tənzimlənməsinin 
əsasını qoydu. 7
a
 maddəsində iş gününü uzadılma müddəti, fəhlələrin 
həmkarlar ittifaqlarında təşkil olunma hüququ, minunmum əmək 
haqqı və digər əmək şəraiti və s. məsələlərin aydın şərhi verilmişdir. 
İş həftəsi 35 saatdan çox olmamalı idi. Fəhlələrin hər saatına 40 sent 
verilməli idi. Bu əmək haqqı 1929-ci ilin 15-iyuluna qədər olan 
miqdarla uyğun gəlirdi. Saathesabı  əmək haqqı 30 sent müəyyən 
edilirdi. Bu saziş müəssisələrdə birgə götürüldükdə 16,3 milyon fəhlə 
işləyən sahibkarlar imzaladılar. Bütün kodekslər 22,5 milyon fəhləni 
əhatə etdi. 1936-cı ildə Uols-Xill qanunu qəbul edildi ki, burda 
maksimum iş həftəsinin uzunluğu və minumum əmək haqqı müəyyən 
edilirdi. İş həftəsi 40 saatdan yuxarı olmamalı idi. 16 yaşından aşağı 
gənclər və 18 yaşından aşağı qadınlar qadağan edilmiş  işlərə 
götürülməməli idilər. 1938-ci ilin iyununda konqres “Ədalətli  əmək 
şəraiti haqqında” qanun verdi. 
 “Əmək münasibətləri haqqında” Vaqner qanunu prezident 
tərəfindən 1935-ci ilin iyul ayının 5-də imzalandı. ABŞ tərəfindən ilk 
dəfə olaraq həmkarlar ittifaqlarının hüquqları dövlət orqanları 
tərəfindən müdafiə edildi, həmkarlar ittifaqları real hakimiyyət 
hüququ qazandılar. Həmin qanunun 13-cü madəsinə əsasən fəhlələrə 
tətil hüququ verilirdi. 7-ci maddəyə  əsasən fəhlələrin hüquqlarını 
pozmaq sahibkarlara qadağan edilirdi.  
  Fəhlələrin və  həmkarlar ittifaqlarının  şikayətlərinə baxmaq 
üçün əmək münaqişələri üzrə inzibati idarə təşkil edilmişdir. Vaqner 
qanununu ABŞ-da demokratiya yolunda edilən mühüm addım kimi 
qiymətləndirmək olardı.  
 «Yeni xətt»in sosial siyasəti təkcə fəhlələri və fermerləri deyil 
həmçinin şəhərlərin orta təbəqəlrini, ziyalıları da əhatə edirdi. 
  «Yeni  xətt» zəncilərin vəziyyətində  nəzərə çarpacaq 
irəliləyişə  səbəb olmadı. Bir sözlə «yeni xətt» Amerikada irqi 
münaqişələri tuxunulmaz saxladı.  Əgər 1933-cü ilin oktyabrında 
2117 min zənci (bütün zəncilərin 17,8%-i) yardım alırdısa, 1935-ci 
ilin əvvələrində 3500 mini (bütün zəncilərin 23%-i) yardım alırdı. Bu 
rəqəmlər zəncilər arasında yoxsulluğun daha çox olduğundan xəbər 
verirdi. 
  İrqi məsələlərdə «yeni xətt»in zəifliyi özünü Linж məhəkəmsi 
haqqına  qanunda  да   göstərdi.  «Linж    məhkəməsi» hadisələrinin 
 
56
sayı «yeni kurs» dövründə xeyli arтmışdır. Linж  məhkəməsi haq-
qında qanun 1940-cı ilin yanvar ayının 10-da nümayəndələr palatası 
tərəfindən bəyənilsə də, senat onu qəbul etmədi. 
 «Yeni xətt»in islahatları ABŞ-da ikipartiyalı dovlət hakimiyyət 
sisteminə toxunmadı. «Yeni xətt» siyasətində «sola dönüş» ölkədə 
siyasi mübarizəni xeyli kəskinləşdirdi. Mühafizəkar qüvvələr 
hökümətə qarşı açıq mübarizəyə keçdilər. Onlar əvvələr Ruzvelti 
«millətin xilaskarı» adlandırdıqları halda indi onu satqınlıqda ittiham 
edirdilər. İri kapital nümayəndələrinin çoxu, bir çox qəzetlər, hər iki 
partiyanın mühafizəkar siysətçiləri 1936-cı ilin prezident seçkilərində 
Ruzvelti məğlubiyyətə  uğratmaq üçün birləşdilər. Eyni zamanda 
Ruzvelt bütün islahatçı qüvvələrin meyl mərkəzi oldu. 1936-cı ilə 
seçkilərindəki, Respublikaçılar partiyasının namizədi, Kanzas ştatının 
qubernatoru A. Lendon 16,8 milyon səs, F.D.Ruzvelt isə 27,7 milyon 
səs topladı. Konqresdə respublikaçıların sayı azaldı. 1936-cı il 
seçkiləri bir növ «yeni xətt»in müqəddaratı üzrə referendum oldu. 
   1937-ci ilin sonunadək Ali məhkəmənin mövqeyi müammalı 
qalmışdı. Ali məhkəminin «yeni xətt» əleyhinə birinci qərarı 1935-ci 
ilin yanvarın 1-də verildi. 1935-1936-cı illərdə Ali məhkəmə «yeni 
xətt»in 12 qanunu ləğv etdi. Məhkəmənin qərarları əsasən ona qaршы 
çevrilmişdir ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir, həm də 
fəhlələrə həddindən artıq güzəştlər edilməməlidir. 
 Bütün bunlara baxmayaraq Ali məhkəmə «yeni xətt»i ləğv 
etməyi bacarmadı, XX əsrin 30-cu illərinin ortalarında  Ruzveltin 
tərəfdarlarının güclü olduğu bir daha aydınlaşdı. F.Ruzvelt 
mərkəzdən bir qədər sola getməkdən heç də qorxmadı. 1937-ci ilin 
fevralın 5-də F.Ruzvelt yeni məhkəmə islahatı  təşəbbüsü ilə  çıxış 
etdi. O Federal məhkəmə korpusunun tərkibini artırmaq istədi. 
Ruzvelt təklif etdi ki, 70 yaşına çatmış  məhkəmə  işçilərini öz 
maaşlarını saxlamaq şərti ilə istefaya çıxsınlar. Lakin Ali 
məhkəməninin 9 üzvündən 7-si bunun əleyhinə  çıxdı. Ruzvelt 
məhkəmə islahatı haqqında qanunu keçirə bilmədi. Çünki konqresin 
bir çox üzvləri belə hesab edirdi ki, məhkəmə hakimiyyətini 
prezidentin  şəxsində hakimiyyətdən aslı etmək ABŞ dövlət 
qurluşunun  əsas prinsipinin - hakimiyyətin bölünməsi prinsipinin 
pozulması demək olardı. Ruzvelt bu hadisə ilə  əlaqədar olaraq 
demişdir ki, o, döyüşdə uduzsa da, müharibəni udmuşdur. «Yeni 
xətt» illərində demokratlar partiyası daha real siyasət yeritməyə qadir 


 
57 
olduğunu sübüt etdi. Onun sıralarına çoxlu  sayda fəhlələr (onların 
çoxu həmkarlar ittifaqlarınında təmsil olunmuşdur), fermerlər, 
seçicilərin orta təbəqələri və ziyalılar daxil oldular. Respublikaçılar 
partiyasının siyasi tərəfdarlarının  əksəriyyəti ondan aralandı. Çünki 
respublikaçılar «qəti fərdiyyətçilik» ideylararından çox yavaş 
uzaqlaşırdılar. 
  Burujaziya  müxtəlif formada «yeni xətt»ə münasibət 
bəsləyirdi. Müəyyən hissə Ruzveltin «yeni xətt»inin bəyəndiyini 
bildirirdi. Lakin işguzar dairələr  əvvəl Ruzveltin tərəfində  çıxış 
etsələr də, sonralar «yeni xətt»ə qarış  çıxmağa başladılar. Milli 
Sənayeçilər Assosiasiyasının nümyayəndələri, ABŞ-ın Ticarət 
Palatası, sahibkarların və tacirlərin sahə region birlikləri, 
respublikaçılar partiyasının rəhbərliyi, ABŞ-ın Ali Məhkəməsi və 
ABŞ  mətbuatının nüfuzlu hissəsi də islahatların  əleyhinə idilər.   
Doğrudur, inkar etmək olmaz ki, hakim sinif içərisində müəyyən 
qruplar Ruzveltin siyasətinə loyal münasibət bəsləyirdilər. 1935-ci 
ildə  işgüzar dünyanın nüfuzlu liderləri Ruzveltin siyasətini müdafiə 
etməkdə davam edirdilər. Onların arasında Ticarət Palatasının keçmiş 
prezidenti Q.Harriman, «Amerika telefon end teleqraf K» 
kompaniyasının başçısı U.Cifford, «Cenral elektirik» firmasının 
prezidenti C.Svou və digər bəzi şəxslər də vardır. 
  İslahatlar  əleyhinə  bəzi təşkilatlar meydana gəldi ki, 
bunlardan biri 1934-cü ilin 15 avqustunda yaranan Amerik Azadlıq 
Liqası idi. Bu təşkilat Düponun və «Ceneral motor»un rəhbərliyinin 
təşəbbüsü ilə yaradılmışdır. 1936-cı ildə onun şöbələri 20-ə  qədər 
ştatda yerləşirdi. 1936-cı illin əvvəlində müxalifətçi qüvvələr ölkəni 
«xilas» pərdəsi altında çıxış edərək özlərini «Cefersonun 
demokratları» adlandırırdılar. Onların Tolmecin və Nirbinin başçılığı 
altında Makonada (Corciya ştatı) toplaşaraq Ruzveltin islahatlarının 
əleyhinə olduqlarını bildirdilər. Hələ 1935-ci ildə  İllinoys  ştatında 
onların respublikaçılarla təşkil etdikləri görüşdə ABŞ-ın 10 orta-qərb 
ştatlarının nümayəndələrindən ibarət mindən yuxarı adam iştirak 
edirdi.  İştirakçılar hökumətin korporasiyaların işinə müdaxiləsini 
kəskin tənqid etdilər. Sosial ehtiyaclar üçün çəkilən xərclərin çox 
olduğunu göstərdilər. «Yeni xətt» sosializimlə eyniləşdirilirdi. 1935-
ci ilin mayın  əvvələrində ABŞ ticarət palatasının hər il keçirilən 
qurultayında onun prezidenti Sibli təsdiq etdi ki, ölkə üçün ağır 
zamanda keçirilən bütün tədbirləri diqqətlə  nəzərdən keçirmək 
 
58
lazımdır. Qurultay belə bir fikir irəli sürdü ki, hökumət xüsusi 
biznesin maraqlarına zidd olan bütün hərəkətlərdən imtina etməlidir. 
Onlar ilk növbədə vergi qanunvericiliyinə qarşı çıxış etdilər. Bunula 
əlaqədar olaraq Ruzvelt 1935-ci ilin mart ayının 12-də konqresə 
gəndərdiyi məktubunda xüsusi qanunvericilik aktı qəbul etməyi təklif 
edirdi ki, sənayenin komunal sahəsində bədxərclik məhdudlaşdırılsın 
və xırda investorların maraqları müdafiə edidilsin. Sağdan hücumun 
genişlənməsi senatı xüsusi komissiya yaratmağa məcbur etdi. 
  Vaqner qanununa qarşı müxalifətin hücumları gücləndi. Lakin 
onu ləğv etməyi bacarmadılar. 1937-ci ildə Ali məhkəmə Veqner 
qanununu tanıdıqdan sonra sənaye assosiasiyaları məcbur oldular ki, 
təkliflərini dəyişdirsinlər və bu qanununa müəyyən əlavələr edilmsinə 
nail olsunlar. ABŞ-ın ticarət palatasının qətnaməsində təklif olunurdu 
ki, həmkarlar ittifaqlarının fəaliyyətləri üzərində hökumətin nəzarəti 
həyata keçirilsin. Sənayeçilərin milli assosiasiyası    isə belə bir 
təkliflə  çıxış etdi ki, fəhlələr həmkarlar ittifaqlarında çıxış etmədən 
də sahibkarlarla müqavilə bağlaya bilsin. Əslində bütün bunlar 
fəhlələri həmkarlar ittifaqlarında iştirak etməkdən və kollektiv 
müqavilələr bağlamaq hüququndan məhrum etmək demək idi. 
Sənayeçilərin həmkarlar ittifaqına müqavimət o qədər güclü idi ki, 
Senat məcbur oldu ki, R. Lafolletin başçılığı altında bu işlərlə 
əlaqədar xüsusi komisiyya təşkil etsin. 
  1937-ci  ilin  böhranı «yeni xətt»in  əlehadarlarına yeni təkan 
verdi hər iki partyianın mühafizəkar dairələri yeni böhranda günahkar 
hökuməti hesab edirdilər. 
 1938-ci ilin parlament seçkiləri respublikaçılara imkan verdi 
ki, senatda və nümayəndələr palatasında öz siyahılarını çoxaltsınlar. 
Bu onların mövqeyini möhkəmlətdi və şərait yaratdı ki, sahibkarların 
mənafeyini daha qətiyyətlə müdafiə etsinlər. Bu dövrdə konqesdə 
amerikan fəaliyyəti ilə  məşğul olanlar aşkara çıxmaq üçün xüsusi 
komisiyya yaradıldı. 1938-ci ilin oktyabrında  ədliyyə nazirliyinə 
siyahı  təqdim edildi ki, orda 1121 qulluqçunun adı vardı. Onlar 
şübhəli fəaliyyətlərinə görə ittiham olunurdular. 1938-ci ilin oktyabr 
ayının 14-də komisiyyanın üzvü Tomson radio ilə  çıxışında «yeni 
xətt»i kommunist partiyasının proqrammı ilə əlaqələndirdi. 
  Ruzveltin  əleyhdarları çox saylı «vətənpərvərlik» təşkilatları 
və qruplar da, həmçinin «Amerika legionunda» çalışırdılar. 30-cu ilin 
ortalarında, xüsusilə 1937-ci ildəki iqtisadi böhrandan sonra bütün 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə