Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

 
59 
anti-Ruzvelt qüvvələr vahid mühəfizəkar koalisiyada gələcək sosial 
ekspermentlərin qarışısını almaq üçün birləşməyə  cəhd göstərdilər. 
Onlar tələb edirdilər ki, sosial xərclər ixtsar edilsin. Büdcə 
balanslaşdırılsın, gəlirlərə görə vergi faizi azaldılsın. Lakin 
mühəfizəkar kolaliysiya uğur qazana bilmədi. Çünki, həm 
demokratların, hə də respublikaçıların uzaqgörən dairələri yaxşı dərk 
edirdilər ki, islahatların dayandırılmasının hələ vaxtı deyildir. 
  Ruzveltin  siyasətinə qarşı XX əsrin 30-cu illərində Luiziana 
ştatının qubernatoru Xui Lonqun fəallığı güclənirdi. 1928-ci ildə o, 
qubernator seçkilərində qalib gəlmişdi. O, qələbyə ona görə nail oldu 
ki, özünün sadə adamların müdafiəçisi, inhisarın  əleyhdarı kimi 
göstərirdi. Lonqun maarif, səhiyyə, yol və mülkü qulluq sahəsində 
gördüyü tədbirlər, həmçinin bir neçə iri korporasiyaya qarşı 
mübarizəsi onu sadə adamların içərisində populyarlaşdırdı.  
  1930-cu  ildə Lonq ABŞ senatına üzv seçildi. 1933-ci il 
prezident seçkilərində o, Ruzvelti müdafiə etdi. Lakin tezliklə onun 
islahatlarına qaşı çıxmağa başladı. 1934-cü ilin yazında o senata belə 
bir qətnamə təqdim etdi ki, 1 milyon dollardan və irsi əmlak 5 milyon 
dolardan çox olanların qalan əmlakı müsadirə edilsin. Lonqun digər 
tələbi bu idi ki, hər bir ailənin yaşaması üçün azı ildə 5 min dollar 
qazanc olmalıdır., ona vacib yaşayış vasitələri təqdim edilməli, 
mənzil avtomabil, radio verilməlidir. Kənd təsrrüfatı mallarının 
federal hökumət tərəfindən alınması  təmin edilməlidir.  İş günün 
məhdudlaşdırılmalıdır. Qocalar üçün pensiya verilməli, müharibə 
vetranları üçün maddi yardım göstərilməlidir. Kolleclərin nəzdində 
ümumi təhsil həyata keçirilməlidir. Yol quruculuğunu inkişaf 
etirmək, təhsil və  səhiyyə müəssisələri  şəbəkəsini genişləndirmək 
nəzərdə tutulurdu. Yəqin ki, bu tədbirlərin reallığa çevrilməsinə o özü 
də  şübhə edirdi. Lakin siyasi uduş  nəzərə çarpacaq idi. Onun 
papulyarlığı tezliklə  ştatın sərhəddini aşdı, Cənub, Orta Qərb, Sakit 
okean hüdudlarına qədər yayıldı. Ölkədə Lonqun tərəfdarları klubları 
yaranmağa başladı. Onların sayı  bəzi məlumatlara görə 100 minə 
çatırdı ki, bunlarda 6-7 milyon adam var idi.
 
 
   Sadə adamların etibarını qazanan Lonq bundan Luizina 
ştatında özünün qeyri məhdud diktaturasını qurmaq üçün istifadə 
etdi. O, iradəsindən aslı olan siyasi mexanizmi yaratdı. Luizianada 
hakimiyyətə  nəzarət etməyə başladı. Onun göstərişi ilə  əleyhdarları 
oğurlanmağa, onlar üzərində istintaqlar aparылmağa başlandı. Onun 
 
60
şüarı belə idi ki, “Luiziananın konsitutisaysı  mənəm».   Lonqun 
fəailiyyətini öyrənlələrin əksəriyyəti belə bir fikrə şərik idilər ki, bu 
Amerika torpağında faşizmin bir növüdür. Çünki Luizianada o, 
özünün despotik idarə üsulunu yaratmışdı.  
   XX  əsrin 30-cu illərində katolik müqqədəs ata Koфlinin si-
yasi fəaliyyətinin xeyli fəallaşdığı müşahidə olunurdu. Ku-kluks-
Klan təşkilatı katolik əhaliyə qarşı  fəal mübarizə aparırdı. Bu 
hərakatdan Koflin kütlələri öz tərfinə  çəkmək üçün istifadə etdi. 
1926-cı ilin oktyabr ayının 17-də Koflinin radio ilə birinci çıxışı oldu. 
Tezliklə onun ideyaları ölkənin bir sıra şəhərlərinə yayılmağa başladı. 
İqtisadi  böhran illərində onun çıxışlarıda sosial-iqtisadi mövzulara 
daha çox yer verilirdi. Koflin söyləyirdi ki, kaptalizim və onun do-
ğurduğu azad bazar  imkanları insanları  sıxır, ona görə  də xüsusi 
mülkiyyət ictimai mülkiyyətlə və ictimai nəzarətlə tamamlanmalıdır. 
Onun fikrinə görə, dövlət maliyyə hüquqlarını deyil, ilk növbədə in-
san hüquqlarını müdafiə etməlidir.  Əvvəl Koflin «yeni xətt»in ilk il-
lərində bir necə vacib tədbirləri müdafiə etdi. Bu tədbirlərdən sənaye 
və ictimai işlərə aid olanlar xüsusi ilə müdafiə edirdi. İlk dövürdə o, 
«Ya Ruzvelt, ya da iflas» şüarını irəli sürdü. Lakin 1934-cü ildə 
Koflin Ruzveltdən ayrılmağa başladı. Koflin «Sosial ədalət uğrunda 
milli ittifaq» təşkil etdi. Koflin indi şüarını dəyişərək «Ruzvelt və if-
las» şüarını irəli sürdü. Koflin dərk edirdi ki, Ruzveltin proqramından 
daha radikal proqram təklif etməklə kütlələri öz tərəfinə  çəkə bilər. 
O, «kapitalın və  əməyin birliyi» təklifini irəli sürdü. O göstərdi ki, 
hər bir fəhlə  işlədiyi müəssisədən «ədalətli payı»nı almalıdır. Onun 
fikrincə, ancaq bu yolla «sosial ədalət» bərpa oluna bilər. 
  Koflin  bu  dövrdə  əmək haqqını ixtisar etmədən daha qısa iş 
həftəsi bilirdi. O, həm  ixtisaсlı, həm də ixtisasız fəhlələri eyni 
təşkilatda birləşdirməyi təklif edirdi. Onun fikrincə, AƏF-nın yeganə 
funksiyası ondan ibarət olmalıdır ki, fəhlələrlə sahibkarların 
müəssisələrdə sosial patnyorluğunu təşkil etsin və  gəlirlərin düzgün 
bölgüsünə  nəzarət etsin . Burda kaptalizmin əlamətləri artıq aydın 
hiss edilirdi. Koflin tələb edirdi ki, vahid bank yaradılsın və o, federal 
ehtiyyat sistemini əvəz etsin. Onun fikrincə, fermerləri Uoll Stritin 
tiranlığından xilas edə bilən, müharibə veteranlarını təmin edə bilən 
vahid bank yaradılmalıdır. Həmçinin Kofilin proqramında insanların 
əmək, hmkarlar ittifaqlarında təşkil olunmaq hüququ, daha mühüm 
müəsisələrin milliləşdirilməsi, zəhmətkeşlərin vergi yükünnün aşağı 


 
61 
salınması, xüsusi mülkiyyəti qorumaq hüququ və s. məsələlrdə öz 
əksini tapmışdır. 
  1936-cı ilin  avqustunda Koflin təsdiq edirdi ki, onun 
təşkilatında 1,6 milyon fəal üzv, 6 milyon isə ona rəğbət bəsləyən 
vardır. Koflində açıq çıxışlarındakı  tələbləri bir sıra sosial-
reformistlərin tələbləri ilə üst-üstə düşürdü.  
   1936-cı ilin prezident seçkiləri kampaniyası zamanı Koflin və 
Lonqun tərfdarlarının birləşməsi istiqaməti müşahidə olunurdu. 1935-
ci ilin fevralında aralarındakı bir sıra görüş onları xeyli yaxınlaşdırdı. 
Senator Lemke də onların tərfində idi. Koflin və Lemke pul 
mübadiləsi üzərində ciddi dövlət nəzarəti tələb edirdilər. Həmçinin 
onlar belə bir nəzarəti bütün bank sistemi və milli sərvətlərə də şamil 
edirdilər. Senator Lemke fermerlərin vəziyyətini yaxşılaşdırmaq və 
dövlət bankı  təşkil etmək haqqında bir neçə fikirlərin müəllifləri 
olmuşdur. Lakin onların təklifləri Ruzvelt hökuməti dövründə 
konqresin komissiyalarında dəfn edlmişdir. Lonq konqresdə  həmişə 
Lemkenin tərəfdarı olmuş  və onun təkliflərinin qəbul edilməsi 
üzərində  təkid etmişdir. Ruzveltə qarşı çıxış edən liderlərdən biri də 
“Yaşlılar hərakatı”nın lideri F. Taunsend idi. O, ixtsasca həkim edi. 
O, təklif edirdi ki, yaşı 60-dan yuxarı olanların hamısına ayda 200 
dollar yardım edilsin. Bunlar üçün fond işləyənlərin hesabına təşkil 
edilsin. 1936-cı ilə yaxın ölkənin Orta Qərb və  Qərbində “Yaşlılar 
hərakatı”nın üzvlərinin sayı 3,5 milyon adamı  əhatə edirdi.  Onları 
müdafiə edənlər isə 20 milyondan çox idi. Bunula belə konqres onun 
da təklifini qəbul etmədi. 
  1936-cı ildə Koflin, Lamke, Taunsend və Smut antiruzvelt 
koalisiyası  təşkil etdilər. Sonra isə onun çərçivəsində «ittifaq 
partiyası» təşkil etdilər. Lakin koalisiyada daxili birlik yox idi. 
Taunsendin tərəfdarları olan anqlosaks mənşəlilər Orta Qərb və Şərq 
şəhərlərinin Koflinin sosial dayağını    təşkil edən sadə katolik 
əhalisinə yaxşı münasibət bəsləmirdilər. Cənubun protestantları öz 
nöbəsində katolik əhaliyə etibar etmirdilər.  Həmçinin liderlər 
arasında fikir ayrılığı mövcud idi. Kofilin və Lemke bütövlükdə 
Taunsendin planını müdafiə etmirdilər, hər bir lider öz şəxsi 
məqsədlərinə çatmağa çalışırdı.  
 «İttifaq» partiyası əslində faşizmə keçid partiyası idi. 1936-cı 
ilin oktyabrında Koflin müsahibələrinin birində göstərirdi ki, ABŞ 
faşizimlə komunuzim arasında durur və o, faşizmi seçir. 1936-cı ilin 
 
62
prezident seçkilərində Kofilin siyasi evolyusiyası  məğlubiyyət 
uğradıqdan sonra o qəti faşizim mövqeyinə keçdi. Müntəzəm olaraq 
millətçi liderlərin çıxışları çap olunmağa başladı. Kofilin Avropa 
faşist təcavüzünü və militarist Yaponiyasının Asiyadakı 
müdaxilələrini ürəkdən bəyənirdi. 1938-ci ilin avqustunda Koflin 
tipik faşist təşkilatı olan «Komunizmə qarşı xiristian cəbhəsi» 
təşkilatını yaratdı.  Hələ 1938-ci ilin martında o, ABŞ-ı kooporativ 
dövlət etməyə çağırdı. O, ABŞ-ı Almaniya və  İtaliya tipində dövlət 
kimi görmək istədiyini bildirdi. Koflinin çıxışlarında anti-fəhlə əhval-
ruhiyyəsi gücləndi.  
  XX  əsrin 30-cu illərində ölkədə açıq faşist qruplaşmaları 
meydana gəldi ki, bunlardan «Gümüş köynəklilər», «Respublikaının 
müdafiəsində», «Amerika millətçiləri», «Amerika milli sosialist 
partiyası», «Səfərbər edilmiş xiristianlar» və s. göstərmək olar. 
Onların məqsədi amerikanı «komunuzim» təhlükəsisndən xilas etmək 
idi. Onlar “Amerika amerikalılar üçündür” şüarını irəli sürürdülər. 
Faşist qrupları Almaniya və  İtaliyanın agentlikləri ilə  sıx  əlaqə 
saxlayırdılar. Lakin belə bir faktla hesablaşmaq lazım idi ki, ABŞ-da 
faşizmin sosial bazası o qədər də güclü deyildi. Çünki bütün 
demokratik qüvvələr, xüsusi ilə  fəhlə sinfi faşizmə qarşısı ciddi 
müqavimət göstərir və onu hakimiyyətə yaxın buraxmırdılar.  
   Ruzveltin  «yeni  xətt» i əleyhinə göstərilən bütün cəhdlər 
onun  əhəmiyyətini kölgədə qoya bilmədi. Sənaye istehsalı indeksi 
1932-ci illə müqayisədə 1939-cu ildə 90% artdı. 1938-ci ildə Ruzvelt 
«yeni xətt» siyasətini dayandırdı. O artıq həyata keçirilmiş 
islahatların möhkəmləndirilməsinə daha çox diqqət yetirməyə 
başladı. 
  «Yeni  xətt» dövlət inhisarçı kapitalizmin gələcək inkişafı 
üçün yol açmış oldu. Sosial sahədə aparılmış olan islahatlar 
Ruzveltin dediyi kimi «unudulmuş» adamların həyatında mühüm 
dəyişikliklər yaratdı. Onlara edilən güzəştlər demokratik qüvvələrin 
böyük qələbəsi kimi qiymətləndirilə bilər. Dövlətin  funksiyaları 
qeyr-adi dərəcədə genişləndi. Lakin ABŞ-da dövlət müdaxiləsinin 
artması demokratiyanın ləğvinə  gətirib çıxarmadı. Seçkilər yenədə 
müntəzəm keçirilir, çoxpartiyalılıq qalır, vətandaşların konstitusiyada 
təsbit edilmiş hüquqları daha da genişlənirdi. Bütün amerikalılar –
sosial müdafiə, fəhlələr sosial müdafiə  və  tətil, fermerlər dövlətdən 
yardım almaq hüququ aldılar. ABŞ-da dövlət müdaxiləsi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə