Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

 
51 
kesirilsin. Dolların qızıl dəyərini təmin etməyə xüsusi diqqət yetirildi. 
Artıq martın 13-də banklar yenidən fəaliyyət göstərməyə başladılar. 
Həmin gün 12 şəhərdə, səhərisi gün 250 şəhərdə, martın 15-də isə 
bütün ölkədə «sağlamlaşdırılmış» banklar fəaliyyətə başladılar. 1932-
ci ildə ABŞ-də 22,3 milyard dollar sərmayəsi olan 6145 bank 
fəaliyyət göstrirdi. Bir ildən sonra onların sayı 4897-yə endi.
 
 
Hesablamalara görə ABŞ-də 1939-cu ildə 5203 bank fəaliyyət 
göstərirdi ki, onların da kapitalı 33,1 milyard dollar idi.
 
 
Bank quruculuğu ilə əlaqədar olaraq 1933-cü ildə iyunun 16-də 
Qlass-Stiqall qanunu qəbul edildi. Bu qanunla bankın depozit və 
investisiya funkusiyası ayrıldı. Alver  əməliyyatlarına qəti çəpər 
çəkilmiş oldu. Banklarda depozitin sığortası 2500 dollar çərçivəsində 
olmalı idi. 1934-cü ilin qanununa görə bu sığorta 5000 dollara qədər 
qalxa bilərdi. 1933-1935-ci illər qanunvericilikləri Federal Ehtiyyat 
sistemini formalaşdırdı. Banklar dövlət nəzarəti altında fəaliyyət 
göstərməli idilər. 
  1933-cü ilin may ayının 12-də qəbul edilən qanun prezidentə 
səlayhiyyət verirdi ki, təminatsız kağız pulları böyük miqdarda 
buraxa, həmçinin dolların qızıl dəyərini aşağı sala bilərdi. 1934-cü 
ilin yanvarında qızıl ehtiyyatları haqqında qanun qəbul edildi. 
Ruzvelt 31 yanvar 1934-cü ildə əmr verdi ki, dolların qızıl dəyəri 25 
4/3-dən 15 5/21 qrama qədər endirilsin və  qızılın rəsmi qiymətini 
müəyyən etdi, onun bir unsiyası 35 dollar olsun. Başqa sözlə dollar 
14% devalivasiya edildi.
 
Bu imkan verdi ki, hökumət bankirlərdən 
qiyəmtili kağızlar alsın. Onların faizi isə 1932-ci ildəki 3,76%-dən 
1940-cı ildə 2,39%-ə endirildi.
 
Bankirlər fərdi  əməliyyatlarda da 
faizləri aşağı salmağa məcbur oldular. Bank-pul tədbirləi ilə sıx bağlı 
olaraq fond birjalarındakı  əməliyyatları da nizama salmaq haqqında 
qanunvericilik qəbul edildi. 1933-1934-cü ildə birjaların fəaliyyətini 
nizama salmaq haqqında iki qanun qəbul edildi. Bu işlə ticarət 
səhmləri üzrə Komissiya məşğul olurdu. 1937-ci ilin oktyabrına 
qədər komissiya 3500 kompaniyaya müraciət etmişdir ki, onların 
səhmlərinin ümumi dəyəri 13 mlyard dollar idi.
  
   
Ayrı-ayrı müəssisələr və  şəxslərə  səhm buraxmaq qadağan 
edilirdi. Dövlət – inhisarçı istiqamətdə  sənaye mexanizmini 
dirçəltəməyə xüsusi cəhdlər göstərildi. Bununla əlaqədar, 1933-cü il 
iyun ayının 16-da sənayeni bərpa etmək haqqında qanun qəbul edildi. 
Biznes demokratlar hökumətindən təclili tədbirlər görəmyi tələb 
 
52
edirdi. Xüsusi idarə yaradıldı ki, NİRA adlanırdı. «Vicdanlı  rəqabət 
kodeksi» müəyyən edilirdi. Bu kodekslər federal ticarət komisiyası 
tərfindən müəyyən edilirdi. Kodekslər istehsalın həcmini, qiymətini, 
əmlak 
şəraitini müəyyənləşdirdi. 
İstehsalın və kapitalın 
mərkəzləşməsi şəraitində anti-trestlər haqqında qanunlar dövləti daha 
çox maraqlandırdı. Milli inzibati bərpa idarəsi istehsalın planlı 
sürətdə azalmasını, korporasiyaların böhrandan ən az xərclə 
çıxmasını təmin etməyə cəhd göstərdi. Milli inzibati bərpa idarəsinə 
Xyu Conson başçılıq edirdi. Qısa müddətdə müxtəlif sahələri  əhatə 
edən 557 əsas və 189 əlavə kodeks hazırlandı. 500 yeni sahibkarlıq 
assosasiyası meydana gəldi. Zəhmətkeşlər sənaye sahəsində görülən 
işləri bəyəndilər. 
  «Yeni  xətt»in aqrar siyasəti bir neçə  mərhələdə keçirildi. 
Kənd təsərrüfatı naziri Henri Uolles arıq 1933-cü ilin martında iri 
fermerlərin liderləri ilə konfrans keçirdi və kənd təsərrüfatına kömək 
haqqında Bill qəbul edidi. 
  F.Ruzvelt tərəfindən 1933-cü ilin may ayının 12-də fermerlərə 
kömək haqqında qəbul edilmiş Bill mühüm qanunvericilik aktı idi.  
  Onun əsas bölməsi kənd təsərrüfatını nizama salmaq haqqında 
qanun adlanırdı. Bu  işlə  məşğul olan idarə isə AAA kimi işarə 
edilirdi. Kənd təsərrüfatı  məhsullarının qiyməti qaldırıldı ki, mal-
qaranın və əkin sahələrinin miqdarı azaldılsın. 
  Kənd təsərrüfatı naziri istehsalın həcmini könüllü sürətdə 
məhdudlaşdıran fermerləri mükafatlandıra bilərdi. Bu kənd təsərrüfatı 
məhsullarından alınan vergidən yığılan fonddan verilirdi. İkincisi, 
fermerlər üçün əlverişli  şərait yaradılmasına nail olmağa çalışmalı 
idi. 10,5 milyon akr əkin sahəsi, 6,5 milyon baş donuz, 23 milyon baş 
mal-qara xeyli digər məhsullar məhv edildi. Fermerlərə  əmək 
haqqında qanun fermerlərin borcunu vermək məsələsini də nizama 
saldı. Borcun ödənilmə müddəti uzadıldı  və borclar üzrə faizlər 
azaldıldı.  
  Dövlət bəzən sınaqlar  və səhvlər metodu ilə getsə də, 1933-ci 
ilin yayında iqtisadiyyatda canlanma başlandı. Bu möcuzə idi. 
Böhran aradan qalxdı. Ruzveltin nüfuzu müqayisə edilməz dərəcədə 
qalxdı. O, millətin xilaskarı kimi tanındı.1933-cü ilin mayından 
1937-ci ilin oktyabrına qədər 540 min fermerə 2200 milyon dollar 
həcmində istiqraz verildi. Banklar fermerlərin borc öhdəliklərini 
37%-ni öz üzərinə götürdülər. Lakin dövlət dotasiyasından ən çox iri 


 
53 
fermer təsərrüfatları gəlir əldə etdilər. 1936-cı ilin mart ayının 1-dək 
aqrar siyasətdə hökumətin siyasəti əvvəlki kimi qalmaqda idi. Bu da 
məhsulun qiymətini yüksəltəmək, iri fermer təsərrüffatının 
mənafeyini müdafiə etmək idi. Bunun üçün 500 milyon dollar pul 
ayrılmışdı. 1938-ci ilin fevral ayının 16-da kənd təsərrüfatını nizama 
salamaq haqqında yeni qanun qəbul edildi, hansı ki, aqrar sahəsində 
həlledici mərəhəlni açırdı. Bu qanun belə bir konsepsiya irəli sürdüki 
həmişə «normal anbar» olmalıdır. Burada iş 1932-ci ildə olduğu kimi 
«artıq» məhsulun məhv edilməsi yolu deyil, onun qorunması yolu ilə 
gedilirdi. Qiyməti və borcun yükünü saxlamaq sahəsində görülən 
tədbirlər fermerlərin var-yoxdan çıxması prosesinin qarşısını xeyli 
aldı. Müflüs olmaq sürəti 1932-ci illə müqaisədə 71%-ə düşdü. 
Borclar 2 milyard dollar azaldı. Fermerlərin pul gəlirləri 1932-ci ilə 
də 4,7 milyard dollardan 1935-ci il də 8,5 milyard dollara çatmış 
oldu. Lakin qiymətlər hələ də 1909-1914-cü illər səviyəsində qalırdı.  
    İqtisadiyyatda dövlət-inhisarçı istiqamətin formalaşması 
«yeni xətt»-in ancaq bir tərəfi idi. Onun digər hisəsini isə sosial 
problemlərin həllinə dövlətin necə yanaşması məsələlri təşkil edirdi. 
Xalq kütlələrin tələbi hökuməti sosial manevrlər etməyə  məcbur 
edirdi.  
 Hökuməti  ən çox narahat edən məsələ  işsizlik idi. Rəsmi 
məlumata görə 1933-cü ildə işsizlərin sayı 13 milyon nəfər idi. 1937-
ci ildə onların sayı 7.7 mliyon nəfərə ensə də, 1938-ci ildə yenidən bu 
rəqəm 10,4 mliyon nəfərə çatdı. Ruzvelt hökuməti belə hesab edirdi 
ki, işsizliyi aradan qaldırmaq üçün ilk növbədə iqtisadiyyatı nizama 
salmaq lazımdır. İctimai iş yerləri açmaq və işsizlərə fasiləsiz kömək 
etmək də mühüm rol oynamalı idi. İşsilər üzrə  sığorta sistemi 
keçirmək və pensiya təminatı  təşkil etmək də qarşıya vəzifə kimi 
qoyulurdu.   1933-cü ilin may ayının 12-də Ruzvelt inzibati idarəsi 
işsizlərə 500 milyon dollar kömək göstərmək haqqında qanunu 
bəyəndi. Fövqaladə kömək göstərmək haqqında Federal İnzibati 
İdarəyə «yeni xətt» sosial problemləri həll etmək kimi mühüm bir 
vəzifə tapşırıldı. 
  Hökumət işsizlərə kömək üçün ümumilikdə 4 milyprd dollar 
vəsait ayrımışdır. 25 milyondan çox adam dovlətdən müavinət alırdı. 
Bunula belə bu pul onlara yardım kimi deyil, ictimai işlərdə 
iştiraklarına görə verilməli idi. Bu köməyin birinci obyekti kimi 
hökumət gəncləri seçdi. Çünki, bu təbəqə  həyacan qaldıra biləcək 
 
54
gücülü bir qüvvə idi1933-cü ilin aprelindən başlpyaraq işsiz gənclər 
üçün meşə düşərgələri təşkil edilməyə başlandı. Onlar altı ay 
müddətində tam təmin olunur, onlara hər ay 30 dollar maaş verilir, 
bundan başqa onlara hər ay 25-dollar da ailələrinə göndərmək üçün 
pul verilirdi. 19933-39-cu illərdə yaşı 25-ə  qədər olan 2 milyona 
qədər gənc bu düşərgələrdə yerləşdirilmişdi.  İştimai işlərin təşkili 
üçün 3300 milyon dollar pul ayrılmış  və bunun üçün inzibati idarə 
yaradılmışdır. Bu tədbirdə  məqsəd işsizlər üçün iş yerləri təşkil 
etmək və sosial gərginliyi zəiflətmək idi. Ruzvelt mülki iş üzrə 
inzibati idarə təşkil etdi. 1934-cü ilin yanvarın ortalarında artıq onun 
obyektlərində 4,3 mliyon adam çalışırdı.
  
1936-1937-ci illərdə Ağ ev sosial xərcləri bir qədər ixtisar etdi. 
1937-1938-ci illərdə baş verən iqtisadi böhran yenidən sosial 
xərclərin artırılmasına səbəb oludu. Bu illərdə artıq 8,5 milyon adam 
obyektlərdə çalışırdı. Belə  tədbirlər üçün dövlət 10,8 milyard dollar 
pul xərcləmişdir. «Yeni xətt» in daxili siyasətin  ən mühüm 
aktlarından biri sosial təminat sisteminin təşkili idi. Bu haqqda 1935-
ci ilin avqustunda qanun qəbul edildi. İki tip insanlar –işsizər və 
qocalar sığorta olunmalı idilər. Şikəstlərə və xəstələrə dövlət yardımı 
göstərilməli idi. Kənd  ğəsərrüfatı  fəhlələri, ev qulluçuları, dövlət 
qulluçularına da qanun şamil edilmişdir. Pensiya təminatı federal 
proqramla  gedirdi. Pensiya fondu fəhləlrin və qulluqçuların 
maaşlarından 1937-ci ilədən başlayaraq 1%-dən 1949-cu ildə 3%-ə 
qədər ayrılmaq yolu ilə yaradıldı. Qanuna görə pensiya ayda 85-
dollar müəyyən edilirdi. Pensiya yaşı 65 yaş müəyyən edilirdi.. Lakin 
onlar ancaq 1942-ci ilin yanvar ayının 1-dən pensiya ala bilərdilər.  
İşsizlərin sığorta edilməsi federal ştat  əsasında müəyyən 
edilirdi. Qanunda göstərilirdi ki, 8 və daha çox fəhləsi olan 
müəssisələrin sahibləri vergi verməldidirlər. Onların verdiyi vergi 
1936-cı ildən 1%-dən başlayaraq 1938-ci ildə 3%-ə çatmalı idi. Bu 
vəsait maliyyə nazirliyində təşkil edilmiş xüsusi fonda toplanmalı idi. 
1937-1938-ci illər böhranın təsiri nəticəsində 1935-ci il qanuna 
əlavələr edildi. Pensiyaların verilməsi 1940-ci ilin fanvarın 1-dən 
müəyyən edildi və belə bir hüquq da verildi ki, pensiyaçı ölən zaman 
onun himayəsində olan onun pensiyasını ala bilər. 
  1940-cı ildə Sosial Təminat İdarəsi 13 min pensiyaçı üçün ilk 
çekləri yazdı. Onun həcmi hər ayda 22,1 milyon dollar idi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə