Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

 
83 
başçılıq etməli idi. Fransada 250 min nəfərlik yeni ordu yaradılması 
qərara alındı.  
1943-cü il iyul ayının 10-da ingilis-amerikan ordu hissələri 
Siciliyaya çıxarıldı.  İtaliyada Mussolini devrildi. 1943-cü ilin 
sentyabrın 3-də Müttəfiqlər Siciliya adasında Kassibilye adlanan 
yerdə  İtaliya ilə barışıq sazişi bağladılar. 1943-cü il sentyabrın 29-da 
Malta adasında Eyzenhauer və İtaliya tərəfdən  general Bodolyonun 
İtaliyanın təslim olmasının geniş  şərtlərini imzalaması    ilə  İtaliya 
Almaniya blokundan çıxdı və oktyabrın 13-də Almaniyaya müharibə 
elan etdi.  
1943-cü ilin yazında Vaşinqtonda növbəti ingilis-amerikan  
konfransı keçirildi.  Danışıqlar 1943-cü ilin may ayının 12-dən 25-nə 
qədər davam etdi. Konfransda Stalinqradda  qələbə F.Ruzvelt 
tərəfindən yüksək qiymətləndirildi. Konfransda mühüm diqqət 
Yaponiya ilə müharibə  məsələsinə verildi.  ABŞ çalışırdı ki, Sakit 
okean və Uzaq Şərqdə    vəziyyətə  nəzarət etsin,  buradan bütün 
metropoliyaları, o cümlədən, Böyük Britaniyanı  sıxışdırıb çıxarsın. 
İngiltərə baş naziri Çörçill buna qəti etirazını bildirdi. Konfransda 
Birmanı azad etmək yolu ilə Çinə kömək etmək qərara alındı.  
1943-cü ilin fevralında yapon donanmasının Solomon adalar 
arxipelaqından çıxarılması ilə Sakit okeanda müharibənin gedişində 
ABŞ-ın xeyrinə kəskin dönüş başa çatmış oldu.  
1942-ci ilin oktyabrında  ingilis ordusu tərəfindən Əl-Əlameyn  
yaxınlığında italyan-alman birləşmələri mühasirəyə alınıb 
darmadağın edildikdən sonra, noyabr ayında general Duayt 
Eyzenhauerin komandanlığı    altında ABŞ qoşunları    Mərakeşdən 
Şimali Afrikaya çıxarıldılar.  İtlayan-alman qoşunları  həm  şərqdən, 
həm də qərbdən sıxışdırılaraq təslim edildi.  
1942-ci ildə  və 1943-cü ilin əvvəllərində Atlantik okeanda 
kommunikasiyaları  ələ keçirmək uğrunda alman donanması total 
dəniz müharibəsinə başladı. 1943-cü ilin mart ayında Amerika 
sahillərində  ən böyük dəniz döyüşü oldu. Döyüşdə almanların 40-a 
qədər sualtı qayığı iştirak edirdi. Onlar ABŞ-ın 21 gəmisini batırdılar. 
Lakin sualtı qayıqlardan müdafiə olunmağın mükəməl texnikasına 
amerikanların sürətlə yiyələnməsi Almaniyanı böyük sualtı 
müharibədə  uğursuzluğa düçar etdi. Atlantik okean uğrunda döyüş 
ABŞ-ın qələbəsi ilə başa çatdı. 
 
84
Hərbi  əməliyyatların qızğın gedişi vaxtı 1943-cü il avqust 
ayının 14-ü ilə 24-ü arasında  ABŞ prezidenti F.Ruzvelt və İngiltərə 
baş naziri U.Çörçillin iştirakı ilə Kvebekdə konfrans keçirildi. 
Konfransda sovet-alman  cəbhəsində  hər iki tərəfdən 4 milyon 
adamın iştirak etdiyi, 60 min silah və minomyotdan, 13 mindən çox 
tankdan, 12 min döyüş  təyyarəsindən istifadə edilmiş Kursk 
döyüşündə Sovet silahlı qüvvələrinin qələbəsi yüksək 
qiymətləndirildi. Konfransda ABŞ qəti bildirdi ki, o, ikinci cəbhənin 
Fransadan açılmasına tərəfdardır.  Bu əməliyatın “Overlord” 
adlandırılması  qərara alındı. Konfransda Britaniya adalarında 
ekspedisiya korpusu yerləşdirmək haqqında “Denkin” planı da 
bəyənildi.  
Avqustun 19-da konfransda atom bombasının yaradılması 
haqqında gizli saziş bağlandı. Bununla belə, ABŞ atom silahının 
istehsalında elmi tədqiqatlar sahəsində öz hakim mövqeyini 
saxlayırdı. Kvebekdə Fransa Milli Azadlıq Komitəsinin rəsmən 
tanınması  məsələsində fikir müxtəlifliyi meydana çıxdı.  Şimali 
Fransa ABŞ-a ərazi baxımdan daha yaxın olduğu üçün ABŞ yenə də 
ikinci cəbhənin  Şimali Fransadan açılması  tərəfdarı olduğunu 
nümayiş etdirdi.  
1943-cü ilin oktyabr ayının 19-dan 30-a qədər ABŞ, SSRİ  və 
İngiltərənin hökumət başçılarının Tehran görüşünə hazırlaşmaq 
məqsədi ilə Moskvada bu ölkələrin Xarici İşlər Nazirlərinin konfransı 
keçirildi. Konfransda müharibənin vaxtını  qısaltmaq (Sovet təklifi), 
BMT-nin yaradılması (ABŞ  təklifi), Almaniya problemi, İtaliyada 
vəziyyət, Avstriyanın taleyi, Avropa məsləhət komissiyasının təsisi 
və s. məsələlər irəli sürüldü. Uzun müzakirələrdən sonra tərəflər 
ancaq müharibəni tezliklə qurtarmaq barədə razılığa gələ bildilər.  
Almaniyanın gələcək taleyi məsələsindən danışılarkən ABŞ-ın 
dövlət katibi Xell ABŞ-ın Almaniyanın parçalanmasına tərəfdar 
olduğunu bildirdi. SSRİ bu məsələnin hərtərəfli araşdırmaq üçün 
Avropa məsləhət komissdiyasının yaradılmasını  məqsədəuyğun 
hesab etdi. Konfransda müharibədən sonra Avropa dövlətlərinin 
birləşməsi məsələsi də müzakirə edildi. İngiltərə tərəfindən Avropada 
iki konfederasiyalı dövlətin – Mərkəzi Avropa və  Cənub-Şərqi 
Avropa konfederasiyalarının yaradılması təklifi SSRİ tərəfindən qəti 
rədd edildi. İtaliya və Avstriya haqqında bəyannamə, “Azad edilmiş 
Fransanın idarə edilməsinin ümumi sxemi” adlı  sənəd qəbul edildi. 


 
85 
BMT-nin yaradılması haqqında SSRİ, ABŞ, Çin, İngiltərə ümumi 
bəyannamə imzaladılar.  
1943-cü ilin noyabrında, Tehran konfransı  ərəfəsində Misirin 
paytaxtı Qahirədə Ruzveltlə Çörçillin görüşü təşkil edildi. Böyük 
Britaniya Sovet hökuməti ilə Tehranda danışıqlar üçün ABŞ-la birgə 
xətt  işləyib hazırlamaq və strategiyalarını birləşdirməyə cəhd etsə də, 
Ruzvelt buna qəti etirazını bildirdi. Ruzvelt Stalinə qarşı vahid cəbhə 
təşkil etməyi  arzu etmədiyini bildirdi. Qahirə görüşündə Uzaq Şərq 
məsələsi, həmçinin Birmadan yaponların qovulması üçün hazırlanmış 
“Bakanur”  əməliyyat planı geniş müzakirə edildi. İngiltərə bununla 
razılaşmadı. Konfransda Çin nümayəndə heyətinə başçılıq edən Çan-
Kayşi  İngiltərənin Honkonqu qaytarmasını  tələb etdi. Çörçill bu 
tələbi qəti rədd etdi. Yaponiyanın məğlub edilməsinin birinci dərəcəli 
vəzifə olması barədə bəyannamə qəbul edildi. 
1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1-dək 
“Evrika” şərti adı altında  Tehranda antihitler koalisiyasının konfransı 
keçirildi. Burada ABŞ prezidenti F.Ruzvelt, İngiltərə baş naziri 
U.Çörçill, SSRİ  rəhbəri  İ.Stalin ilk dəfə görüşdülər. Konfransda 
ikinci cəbhənin açılması  və müharibənin tezliklə qurtarması  əsas 
məsələ idi. İkinci cəbhə ilə  əlaqədar bəzi fikir ayrılıqları meydana 
çıxdı. Çörçill kommunizmin Avropaya yayılmasının qarşısını almaq 
məqsədi ilə ikinci cəbhənin Balkanlardan, Stalin isə alman ordusunun 
bir hissəsinin qərbə istiqamətlənməsi, parçalanması üçün Almaniya 
sərhədlərinə daha yaxın olan Şimali Fransadan açılmasını istəyirdi. 
Avropada müharibənin tez qurtarmasında və bütün qüvvələrin 
Yaponiyaya yönəldilməsində maraqlı olan Ruzvelt Stalinin fikrini 
müdafiə etdi. 1944-cü ilin mayında ikinci cəbhə  Şimali Fransadan 
(Normandiyadan) açılmalı, “Overlord” əməliyyatı 1944-cü ilin iyulun 
25-nə qədər yerinə yetirilməli idi.  Beləliklə ilk dəfə olaraq antihitler 
koalisiyasının ümumi hərbi strategiyasının əsasları işlənib hazırlandı. 
Bundan başqa Almaniyanın gələcək taleyi  və Polşa məsələsi də 
diqqət mərkəzində idi. Konfransda Çörçill təklif edirdi ki, Polşanın 
əsas həlledici sərhəddi Kerzon xətti ilə müəyyənləşdirilsin. 
Keniqsberq və onun ətraf rayonlarının SSRİ-yə verilməsi barədə 
razılıq  əldə edildi. Bunun müqabilində isə SSRİ Almaniya ilə 
müharibə qurtardıqdan sonra Yaponiya ilə müharibə edəcəyinə 
razılıq verdi Tehranda hər üç dövlət başçısının  İranın  ərazi 
bütövlüyünü qorumaq niyyətində olduqlarını bildirən bəyannamə 
 
86
qəbul edildi. Müttəfiq dövlətlər Türkiyənin antihitlerçi koalisiya 
tərəfinə qoşulması  və Yuqoslaviya partizanlarına yardımına dair 
tədbirləri barədə razılığa gəldilər.Konfransda Almaniyanın taleyi 
məsələsi də müzakirə olundu. Ruzvelt Almaniyanı beş dövlətə 
bölməyi təklif etdi.  Bu dövlətlər  Prussiyada, Hannover və 
Almaniyanın  şimal-qərb rayonlarının, Saksoniya və Leyspiqdə, 
Hessen  əyaləti, Darmstadt, Kessel, Reyndən cənubda olan rayonlar, 
Vestfaliyanın qədim şəhərlərində, Bavariya, Baden və Vürtenberqdə 
təşkil edilməli idi. Ruzvelt həmçinin təklif edirdi ki, Almaniyadan 
Hamburq və Kil kanalı rayonu ayrılaraq, ya Birləşmiş Millətlərin, ya 
da dörd dövlətin idarəçiliyinə verilsin. Rur və Saar vilayətlərinə  də 
Birləşmiş Millətlər nəzarət etməli idi. Çörçill bu təklifi bəyəndi. 
Stalinin təklifi ilə Almaniya haqqında məsələ Avropa məsləhət 
komissiyasının müzakirəsinə verildi.  
1943-cü ilin noyabrında Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə 14 
dövlət tərəfindən Millətlər cəmiyyətinin bərpası və inzibati idarəsinin 
təsis edilməsi haqqında saziş imzalandı.  
1944-cü ilin iyunun 6-da Normandiya sahillərində  (Şimali 
Fransada) La-Manş zonasında  İngilis-amerikan aviasiyası desant 
çıxardı. Hərbi  əməliyyata 6 min gəmi cəlb edildi. Ikinci cəbhə 
amerikan generalı D. Eyzenhauerin komandanlığı altında açıldı. Bu 
hadisə Almaniyanın beynəlxalq mövqelərinə ciddi zərbə vurdu, 
antihitlerçi koalisiyanın isə nüfuzunu artırdı.  
1944-cü ilin iyun ayında ABŞ-ın Brutton-Vuds şəhərində ABŞ 
nümayəndə heyətinin rəhbəri Q.Morqentaunun rəhbərliyi altında 44 
dövlətin iştirakı ilə konfrans keçirildi. Konfrans Beynəlxalq Valyuta 
Fondunun (BVF) təşkil edilməsi haqqında qərar qəbul etdi. 
Konfransda həmçinin Beynəlxalq yenidənqurma və inkişaf bankı da 
təsis edildi. ABŞ  təşkil edilən hər iki qurumda aparıcı rola malik 
oldu.  
Müharibənin son dövründə BMTinin yaradılması    işi 
sürətləndirildi. 1944-cü ilin avqustun 21-dən sentyabrın 28-ədək 
Vaşinqton yaxınlığındakı Dumbarto-oksda ABŞ, Böyük Britaniya və 
SSRİ nümayəndə heyətlərinin konfransında Birləşmiş Millətlər 
Təşkilatının yaradılması    məsələsi müzakirə edildi. Təşkilatın 
fəaliyyət prinsipləri müəyyənləşdirilərək razılaşdırıldı. Tərəflər 
üzvlük və səlahiyyətlər haqqında da razılığa gəldilər.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə