Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

 
87 
1944-cü ilin sentyabr ayının 11-i ilə 16-sı aradında Kvebekdə 
hökumət başçıları səviyyəsində ingilis-amerikan danışıqları keçirildi. 
Rur hövzəsinə və Saar vilayətinə hücumu genişləndirmək və tezliklə 
“Almaniyanın ürəyinə müdaxilə etmək” qərara alındı. Bu 
danışıqlarda həmçinin Uzaq Şərq və Sakit okeanda hərbi 
əməliyyatların aparılması probleminə  də baxıldı. Konfransda əsas 
diqqət Almaniya və onun Avropada rolu məsələsinə yetirildi. 
Konfrans iştirakçıları ABŞ-ın maliyyə naziri Q.Morqentaunun öz 
köməkçiləri ilə Almaniyanın bölüşdürülməsinə dair hazırladığı planla 
tanış edildi. Həmin plana görə Rur və  şimali-qərbi alman əraziləri 
beynəlxalq zonaya çevrilməli, Saar və Reynlə Mozelon arasındakı 
ərazi Fransaya verilməli idi.  Ölkənin qalan ərazisinin isə Şimali və 
Cənubi alman dövlətlərinə bölünməsi nəzərdə tutulurdu. Londonda 
isə  əksinə müharibədən sonrakı Avropada silahlı qüvvələərin 
saxlanılması  nəzərdə tutulurdu.  Onlar həm Rusiyanın  “Ac 
qarnından” həm də Duvrun  ağ qayasından qorunmaq üçün bunu 
vacib hesab edirdilər. London belə bir “hasarı” imperialist 
Almaniyasının şəxsində görürdü.  
İngiltərə  və ABŞ-ın Almaniyaya dair planlarında ölkəni hər 
şeydən  əvvəl,  əkinçilik və heyvandarlıq ölkəsinə çevirmək  əsas 
məqsəd idi.  
1944-cü ildə ABŞ xarici siyasətini xeyli fəallaşdıraraq Latın 
Amerikası ölkələrinə, Yaxın və Orta Şərq regionuna xüsusi diqqət 
yetirməyə başladı.  ABŞ  həmin il ərazində  İranla iqtisadi-siyasi 
müqavilə bağladı. ABŞ Abadanda aerodrom tikdirdi. 1944-cü ilin 
iyunundan Misirdə ABŞ tərəfindən hərbi bazalar tikilməyə başlandı. 
Əfqanıstan  ərazisində  də 1943-cü ildən başlayaraq hərbi bazalar 
tikintisi davam etdirildi.  
1944-cü ilin avqustun 8-də ABŞ neft kompaniyalarının 
Səudiyyə  Ərəbistanı  və Küveytdə  bərabər konssesiyalarına  dair 
ingilis-amerikan sazişi bağlandı. ABŞ Sakit okean regionuna xüsusi 
diqqət yetirərək Avstraliya və Yeni Zellandiyada hərbi bazaların 
tikintisinə başladı.  
1944-cü ildə ABŞ-da sənaye məhsulu müharibədən  əvvəlki 
illərlə müqayisədə iki dəfədən çox artdı. Hərbi sənaye inkişaf etdi. 
1944-cü ilin oktyabr ayında artıq ölkədə atom bombasının 
hazırlanmasına başlanıldı. Ölkədə  kənd təsərrüfatı  istehsalı da 
müharibədən əvvəlki dövrlə müqayisədə 40% artdı.   
 
88
1944-cü il noyabrın 4-də keçirilən prezident seçkilərində ABŞ 
xalqına sosial-iqtisadi rifah, tam məşğulluq təmin edəcəyini vəd edən 
F.Ruzvelt 26 milyon, respublikaçılaçılar partiyası namizədi T.Dyui  
isə 22 milyon səs topladı. F.Ruzvelt dördüncü dəfə ABŞ-ın prezidenti 
seçildi.  
1944-cü ildə ABŞ yapon silahlı qüvvələri tərəfindən Sakit 
okeanda tutulmuş adaları azad etmək uğrunda müharibəyə başladı. 
1944-cü ilin fevralında Marşall adaları,  iyun-avqust aylarında isə 
Mariana adaları yaponlardan təmizləndi. Bu Yaponiyanın vəziyyətini 
ağırlaşdırdı. ABŞ yapon donanmasına və Sakit okeanın qərb 
hissəsinə  nəzarət imkanı qazandı. Yaponiyanın öz adaları üçün də 
təhlükə yarandı. Yaponlardan azad edilmiş adalarda isə ABŞ 
tərəfindən Hərbi-hava və Hərbi dəniz qüvvələri tikilməyə başlandı.  
1944-cü ilin oktyabrında general Makarturun başçılığı altında 
ABŞ qoşunu yaponları Filippin adalarından qovmağa başladı.  Bu 
Yaponiyanı mühüm xammal bazasından məhrum etmək, eyni 
zamanda cənub dənizlər zonası ilə əlaqəsini kəsmək demək idi. 1944-
cü ilin sonunda yaponlar Filippinin mərkəz hissəsindən məhrum 
oldular.  Leyte adası yaxınlığındakı böyük dəniz döyüşündə (1944-cü 
il 23-25 oktyabr) yaponlar məğub oldular. Bismark arxipelaqı 
adalarında, Yeni Qvineya və Karolin adalarında 10-a yaxın yapon 
diviziyası mühasirəyə düşdü. Müttəfiqlərin qoşunları  və Birma 
vətənpərvərləri Birmanın  şimal və  mərkəz hissəsini yaponlardan 
təmizlədilər. Yaponiya mühüm kauçuk və neft mənbələrini itirmiş 
oldu.  
1944-cü ilin sonlarında ABŞ  və  İngiltərə Sakit okean və 
Cənub-Şərqi Asiyada böyük silahlı qüvvələr cəmləşdirdilər. Ən ciddi 
zərbəni yaponlara ABŞ Filippin adasında – Lusonda vurdu. 1945-ci 
ilin martına qədər Filippin adalarının xeyli hissəsi azad edildi. 
Amerikanlar Yaponiyanın  İzdoneziya ilə  dəniz  əlaqəsini kəsməklə 
onu daha bir mühüm neft mənbəyindən məhrum etdilər. 1945-ci ilin 
mayından avqustuna qədər yaponlar Birmadan da qovuldular. 1945-
ci ilin yayında ingilis-avstraliya qoşunları  İzdonezyanı yaponlardan  
təmizləməyə başladılar. 
ABŞ-ın silahlı qüvvələrinin Yaponiyanın əsas adalarından 600 
km məsafədə yerləşən Okinava adası  uğrunda mübarizə apardığı 
döyüşlər üç aydan sonra adanın ABŞ  tərəfindən tutulması ilə 
nəticələndi. Adanın coğrafi vəziyyəti  Şərqi-Çin dənizində ABŞ-ın 


 
89 
ağalığına və onun Yaponiyanın öz ərazisi üçün də  təhlükə  təşkil 
etməsinə imkan verirdi.  
1945-ci ilin birinci yarısında  Yaponiya öz ərazisini müdafiə 
etmək üçün hələ kifayət qədər güclü olduğundan ABŞ  və  İngiltərə 
onu tam məğlub edə bilmədilər. Lakin Almaniyanın danışıqsız təslim 
olması, Avropada müharibənin başa çatması, yapon komandanlığını 
müdafiə strategiyasına keçməyə  məcbur etdi. Yaponlar öz 
qoşunlarını ikinci dərəcəli rayonlardan geri çəkərək onları nisbətən 
daha vacib nöqtələrdə mərkəzləşdirdilər.  
1945-ci ilin yanvarın 17-də Amerikanın xarici işlər naziri 
Ribberton tərəfindən memorondum verildi. Həmin sənəddə Avropa 
sivilizasiyasını Sovet təhlükəsindən qorumaq üçün Qərbə birləşməsi 
təklif edilirdi.  
F.D.Ruzvelt 1945-ci ilin yanvarında  radio ilə çıxışında bildirdi 
ki, “Dünya azad və sülhsevər xalqların yalnız vahid qərarı ilə 
saxlanıla və  ləyaqətli ola bilər. Bu xalqlar hörmət istəyirlərsə, bir-
birlərinə  səbrli münasibət göstərməyə çalımalıdırlar.  İnsanlar bir-
birinin  fikirlərini və  əhval-ruhiyyələrini başa düşməlidirlər. 
Yaşadığımız dünyaya bədxah qüvvələr “güc siyasəti” terminindən 
yanaşıb onu ağırlaşdırırlar. Lakin bueynəlxalq həyatda bu termin 
ağalıq etməməlidir.  
1945-ci ilin fevraln 2-də (Yaltada keçiriləcək konfransdan 
əvvəl) Çörçill və Ruzvelt Maltada görüşərək Qərbi Avropada hərbi 
əməliyyatların aparılması  məsələlərini yenə  də müzakirə etdilər. 
1945-ci ilin fevralın 4-ü ilə 11-i arasında Krımda (Yaltada) Antihitler 
koalisiyasının növbəti konfransı oldu. Konfransa Fransaya 
Almaniyada işğal zonası ayrılması  məsələsi müsbət həl edildi. 
Fransanın nümayəndəsi Nəzarət  Şurasının üzvü oldu. Almaniyadan 
alınacaq təzminatın ümumi məbləği 20 milyard dollar həcmində 
müəyyənləşdirildi. Onun 50%-i, yəni 10 milyard dolları SSRİ-yə 
çatmalı idi. Konfransda “Azad Avropa haqqında bəyannamə” qəbul 
edildi.  
1945-ci ilin aprelin 12-də Ruzveltin gözlənilmədən vəfatından 
sonra prezident səlahiyyətlərini vitse-prezident Harri Trumen həyata 
keçirməyə başladı.  
1945-ci ilin aprelin 25-də BMT nizamnaməsinin qəbuluna həsr 
edilmiş konfransda ABŞ nümayəndə heyəti də iştirak etdi.  
 
90
1945-ci ilin mayın 8-də Berlində Antihitler koalisiyasının üzvü 
olan böyük dövlətlərin Almaniyanın danışıqsız təslim olması 
haqqında aktı imzalaması ilə Avropada müharibə qurtarmış oldu.  
1945-ci ilin iyunun 16-da Almoqordoda ABŞ dünya tarixində 
ilk dəfə olaraq atom bombasını sınaqdan çıxartdı.  
ABŞ nümayəndə heyəti 1945-ci ilin iyulun 17-dən avqustun 2-
dək  keçirilən Potsdam  konfransında da iştirak etdi. 
1945-ci ilin iyulun 26-da tarixə Potsdam bəyannaməsi kimi 
daxil olan sənədi ABŞ, Böyük Britaniya və Çin imzaladılar. 
Yaponiya isə bu ultimatumu rədd etdi və müharibəni davam 
etdirməyi qərara aldı. Yaponiyanı antifaşist koalisiyasını parçalamaq 
planı baş tutmadı. 1945-ci il avqustun 9-da SSRİ Yaponiyaya 
müharibə elan etdi. 1945-ci il avqustun 6-da Xirosima, avqustun 9-da 
isə Naqasaki şəhərlərinə ABŞ atom bombası atdı. Bu hərbi 
zərurətdən irəli gəlmirdi. Sadəcə olaraq bu addımla ABŞ bütün dünya 
qarşısında öz strateji üstünlüyünü nümayiş etdirmək istəyirdi. Atom 
bombasının atılması  nəticəsində bu şəhərlərdə 270 min dinc əhali 
həlak oldu, sonrakı illərdə isə  şüalanmadan 180 min adam öldü. 
Həmin  ərazilərdə  bu hadisələrin təsirindən bugün də xeyli insan 
əziyyət çəkir.  
1945-ci il avqustun 14-də Yaponiya hökuməti təslim olmağı 
qərara alaraq Potsdam bəyannaməsinin  şərtlərini qəbul etdiyini 
bildirdi. Lakin müttəfiqlər hücumu davam etdirdilər. 1945-ci il 
avqustun 28-də ABŞ komandanlığı öz qoşunlarını Yaponiya 
ərazisinə çıxarmağa başladı.  
ABŞ müharibənin sonunda mübahisəsiz dünyada hegemon 
dövətə çevrilmişdi. Bu üstünlük onun bir sıra mühüm iqtisadi və 
hərbi göstəricilərinin digər ölkələrlə müqayisəsində aydın görünür. 
Artıq 1944-cü ilin sonunda ABŞ-ın ticarət donanması Böyük 
Britaniyanın ticarət donanmasını 2,5 də ötüb keçmişdi. 1945-ci ilin 
birinci yarısında ölkədə 30,2 min gəmi istehsal edilmişdi. 1945-ci ilin 
əvvəllərində ABŞ Yaponiyanı  xətt gəmilərində 6, ağır kreyserlərdə 
7, sualtı qayıqlarda 3 dəfə ötüb keçdi. ABŞ artıq hərbi sahədə 
dünyanın ən qüdrətli dövlətinə çevrilmişdi.  
1945-ci ilin sentyabr ayının 2-də isə ABŞ-ın “Missuri” 
linkorunda Yaponiya danışıqsız təslim olmaq haqda aktı imzalandı. 
Bu aktı Yaponiya tərəfdən Xarici İşlər Naziri Siqeminu və Yaponiya 
silahlı qüvvələrinin Baş Ştabının rəisi Ymedzu imzaladı. Sonra akta 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə