Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

 
95 
etsin. SSRİ isə bunun əleyhinə idi. 1948-ci ildə ABŞ SSRİ-nin də 
iştirakı ilə siyasi və  hərbi təşkilat yaratmaq məsələsini irəli sürdü. 
Lakin SSRİ buna razı olmadığına görə ABŞ-ın rəhbərliyi ilə 1949-cu 
il aprelin 4-də Şimali Atlantika paktı (NATO) yaradıldı. Yenə ABŞ-
ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi pakt olan ANZYUS təşkil 
edildi.  
1951-ci ilin sentyabr ayında San-Fransisko şəhərində 48 
dövlətin iştirakı ilə Yaponiya ilə sülh müqaviləsi imzalandı.  Həmin 
müqaviləni Çin və Koreya məsələsində narazı qaldığına görə SSRİ 
və onun təsiri altında olan Polşa və Çexoslovakiya imzalamadılar.  
ABŞ-ın xarici siyasətində Avropa da əsas yer tuturdu. İkinci 
dünya müharibəsindən sonra ABŞ-ın Yunanıstan və Türkiyəyə təsiri 
xeyli gücləndi. Bundan məqsəd SSRİ-yə qarşı həmin ərazilərdən bir 
plasdarm (meydan) kimi istifadə etmək idi. 1947-ci ildə  İngiltərə 
hökuməti vəziyyətinin maddi cəhətdən kifayət qədər yaxşı 
olmadığına görə bu ölkələrə yardım etməkdən imtina etdi. Bu 
əlverişli imkandan istifadə edən ABŞ bu missiyanı dərhal öz üzərinə 
götürdü. 1947-ci ilin martın 12-də məşhur «Trumen doktrinası» elan 
edildi. Həmin doktrinaya əsasən Yunanıstan və Türkiyəyə 400 
milyon dollar yardım göstərilməsi nəzərdə tutulurdu. Əslində isə 
onun arxasında SSRİ-yə qarşı  həmin  ərazilərdə özünə  hərbi dayaq 
yaratmaq məqsədi gizlənirdi.  
1947-ci il iyun ayının 5-də ABŞ-ın dövlət katibi Marşal 
tərəfindən hazırlanmış xüsusi plan konqres tərəfindən bəyənildi ki, 
bu da tarixə «Marşal planı» adı ilə daxil edildi. Həmin planda İkinci 
dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə ABŞ-ın kömək 
etməsi nəzərdə tutulurdu. İkinci dünya müharibəsi nəticəsində 
Avropada dağıdılmış  təsərrüfatı  bərpa etməyə bu köməyi etməzdən 
əvvəl ABŞ-ın özünün həmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi 
bir  şərt kimi irəli sürülürdü. SSRİ buna razı olmadı. 1948-1952-ci 
illərdə Avropanın 16 ölkəsi 12,5 milyard dəyərində olan Marşal 
planına qoşuldu. Ancaq Finlandiya, İspaniya və Avropanın «sovet 
modeli» əsasında qurulmuş sosialist ölkələri bu plana qoluşmadılar.  
ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni 
Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə olan 
ölkələrinə «kömək etmək» məsələsi də mühüm yer tuturdu. Əslində 
bu kömək altında ABŞ onları öz təsiri altına almağı planlaşdırırdı. 
1947-ci ilin sentyabrın 2-də ABŞ bu məqsədlə Latın Amerikası 
 
96
ölkələri ilə «Qərb yarımkürəsinin müdafiəsi» paktı adlanan Rio de 
Janeyro paktını imzaladı. 1948-ci ilin aprelində isə 29 dövlətin 
iştirakı ilə Amerika dövlətləri təşkilati yaradıldı. Onu bəzən istehsza 
ilə «Vaşinqton müstəmləkələri nazirliyi» də adlaнdırırdılar. 1949-cu 
ilin yanvarın 20-də Trumen asılı ölkələrə texniki-iqtisadi «kömək»  
təklifini irəli sürdü. Lakin belə bir şərt irəli sürüldü ki, əgər onlar 
inqilabi mübarizədən  əl çəksələr və ABŞ-ın «demokratik» 
ənənələrinə əməl etsələr, onlara bu «kömək» ediləcəkdir.  
ABŞ-ın 1950-ci ilin iyununda Koreyaya müdaxiləsi Trumenin 
nüfuzunu zəiflətdi. Eyzenhaner öz memuarlarında yazırdı ki, 
vətəndaş müharibəsi və iki dünya müharibəsindən sonra bu ABŞ 
tarixində ən qanlı müharibə idi. Çünki bu müharibədə ABŞ 398 min, 
onun müttəfiqləri isə 29 min adam itirdilər.  
 
ABŞ D.Eyzenhauerin prezidentliyi dövründə  
(1952-1960-cı illər) 
 
1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində 
Koreyada aparılan müharibəyə son qoymağı seçki  qabağı 
platformasında elan etmiş, Avropada müharibə dövründə ABŞ 
qoşunlarının baş komandanı olmuş, «Overlord» əməliyyatına başçılıq 
etmiş, Almaniyanın dörd işğal zonasından birinə  rəhbərlik etmiş
həmçinin  əvvəllər bir idmançı kimi ABŞ-da tanınmış Duayt 
Eyzenhauer qələbə çaldı. O, respublikaçılar partiyasından idi. 
Eyzenhauer ABŞ-ın hakimiyyətə  gəldikdə Amerika xalqı  tərəfindən 
rəğbətlə qarşılanan, hakimiyyətdən getdikdə də rəğbətlə yola salınan 
prezidentlərindən olmuşdur.  
Eyzenhauer hakimiyyətə  gəlməmişdən qabaq demokratların 
dövlətin iqtisadiyyata fəal müdaxiləsi prinsipini tənqid etmiş  və 
fərdiyyətçiliyə qayıtmağın  əlverişli olduğunu göstərmişdir. Lakin 
hakimiyyətə  gəldikdən sonra o öz iqtisadi siyasətini «dinamik 
mühafizəkarlıq» adlandıraraq bir növ Ruzveltin siyasətini davam 
etdirdi. Siyasətdə realist olan Eyzenhauer tezliklə başa düşdü ki, ABŞ 
kapitalizmi artıq çoxdan korporativ kapitalizmə çevrilmişdir və 
dövlətin iqtisadi və sosial sahədə rolunu nəinki ixtisar etmək, əksinə, 
artırmaq lazımdır. 50-ci illərdə ABŞ-ın dövlət mülkiyyəti 276 
milyard dollar təşkil edirdi. Bu rəqəm 1960-cı ildə birlikdə 
götürüldükdə Fransa, AFR, İtaliya, Belçika, Hollandiya və 


 
97 
Lüksemburqun dövlət mülkiyyətindən çox idi. Eyzenhauer daxili 
siyasətində, xüsusilə sosial sahədə özündən  əvvəl hakimiyyətdə 
olmuş demokratların siyasətini bir neçə  əlavələrlə davam etdirməyə 
başladı. O, azad rəqabət və azad ticarət prinsiplərini bərpa etmək 
tezislərindən əl çəkdi. Bununla bərabər o, Trumen hökumətinin tətbiq 
etdiyi iqtisadiyyat üzərində  nəzarət tədbirlərini ləğv etdi. Məqsəd 
durğunluğu aradan qaldırmaq, işsizliyi minimum həddə endirmək, 
inflyasiyaya yol verməmək idi. Görülən tədbirlər nəticəsində ABŞ 
iqtisadiyyatında irəliləyiş təmin olundu. Yüksək məşğulluq səviyyəsi 
və qiymətlərin sabitliyi saxlandı. Bütün ölkədə kütləvi istehslakın 
rəmzi olan ticarət mərkəzləri yarandı.  İri müəssisələr – 
konqlomeratlar meydana gəldi. 500 nəhəng korporasiya ölkənin 
həyatı üzərində  nəzarəti öz əlinə aldı. Amerikalılar ilk dəfə olaraq 
«firavanlıq dövləti»nin bəhrəsini gördülər. Təsadüfi deyildir ki, XX 
əsrin 50-ci illərindən 70-ci illərinin sonuna qədər olan dövrü ABŞ-ın 
«Qızıl  əsri, varlanma və çiçəklənmə  əsri” adlandırılır. O, vergiləri 
azaltdı, səmərəli kredit siyasəti yeritməyə başladı. Həmçinin əhalinin 
həyat səviyyəsinin yüksəlməsinə nail oldu. Sosial təminat sistemi 
genişləndirilərək daha 10 milyon adama şamil edildi. Onun dövründə 
bir nəfərə 50 m
2
 mənzil sahəsi düşürdü. Bu dövrdə Leyvit evlərinin 
tikilməsinə başlandı. Leyvit xüsusi mənzillər quraşdırırdı ki, onları 
hazır  şəkildə istənilən yerdə aparıb qurmaq mümkün idi. Əhalinin 
çoxunun xüsusi mənzilləri oldu. Təsadüfi deyil ki, Eyzenhauerin 
dövründə  əhalinin yarıdan çoxu orta təbəqəyə çatdı. 50-ci illərdə 
ABŞ-da güclü elmi-texniki inqilab baş verdi. Bu dövrdə ABŞ-ın 
üçüncü böyük şəhəri olan Pensilvaniya ştatındakı Filadelfiyanın 
yerini Koliforniya ştatındakı Los-Anceles tutdu. Bu zaman əhalinin 
¾ hissəsinin evində artıq televizor var idi. Ölkədə bu dövrdə 7,5 min 
mil şosse yolu çəkildi. 50-ci illərdə ölkədə sənaye məhsulu istehsalı 
45%, kənd təsərrüfatı isə 17% artmışdı. 50-ci illərdə ABŞ 
iqtisadiyyatı üçün səciyyəvi cəhət istehsalın avtomatlaşdırılması 
oldu. 
Bununla bərabər elmi-texniki inqilab ABŞ fermer təsərrüfatının 
dağılmasını sürətləndirdi. Bu dövrdə, kənd təsərrüfatı əhalisinin sayı 
5 milyon azaldı. Hər il kənd əhalisində 5% ixtisar getdi.  
Eyzenhauerin dövründə ölkədə makkartizm tüğyan etməyə 
başladı. Onun əsası hələ Trumenin dövründə senator seçilmiş Cosef 
Makkarti tərəfindən qoyulmuşdur. Bu kampaniya güya  SSRİ başda 
 
98
olmaqla dünya kommunizminin ABŞ-a qəsd təşkil etməsi barədə 
vahimə yaradılması  əsasında aparılırdı. O, 1950-ci ilin fevralında 
bildirdi ki, ABŞ-ın dövlət departamentində 205 nəfər kommunistin 
olduğunu müəyyənləşdirmişdir.  Əslində bu siyasət SSRİ-yə qarşı 
çevrilmiş, antisovet, antikommunist mahiyyət daşıyırdı. 
Respublikaçıların hakimiyyəti dövründə konqresin tərkibində Cosef 
Makkartinin başçılığı altında xüsusi komissiya da yaradılmışdı. Onlar 
göstərirdilər ki, Ruzvelt ölkədə sosializm qurmağa çalışırmış. Ona 
görə  də onun dövrü «satqınlıq dövrü»dür. Həmçinin bir sıra 
mütərəqqi Amerika mədəniyyət xadimlərinə, o cümlədən, Çarlz 
Çaplinə qarşı  təqiblər başlandı. O, ölkəni tərk etməyə  məcbur oldu.  
Ölkədə bir sıra irticaçı  təşkilatlar, o cümlədən «Amerika legionu», 
«Ku-kluks-klan», «Kolumbiya cəngavərləri», «Xarici müharibənin 
veteranları» təşkilatları Makkartinin fəaliyyətini müdafiə edirdilər. 
1953-1954-cü illərdə sağ qüvvələrin hərəkəti son həddinə çatdı.  
Külli miqdarda dövlət vəsaiti bu işə  sərf olundu. Bu kampaniya 
1954-cü ildə sona yetdi. Makkarti artıq ordunu da günahlandırdıqda 
və bu televiziya ilə verildikdə Amerika xalqı dözmədi. Nüfuzdan 
düşdüyünü görən konqres 1954-cü il dekabrın 2-də onu müqəssir 
bildi.  
Bu dövrdə hakim dairələrdə antikommunist əhval ruhiyyə yenə 
də davam edirdi. Belə ki, 1954-cü ilin avqustunda Eyzenhauer 
konqress tərəfindən «Kommunistlərin fəaliyyəti üzərində  nəzarət 
haqqında» qanun verilməsinə nail oldu. Həmin qanunla Kommunist 
partiyasının fəaliyyəti qadağan edildi. 
1950-ci ildə  zəncilər öz azadlığı  uğrunda mübarizəni 
gücləndirdi. 1954-cü ildə Eyzenhauer məktəblərdə seqreqasiya – irqi 
ayrı-seçkilik prinsipindən qəti  əl çəkilməsi haqqında konqress 
tərəfindən qanunun qəbul edilməsinə nail oldu. 1955-ci ildə Alabama 
ştatında avtobusda irqi ayrı-seçkilik böyük həyəcana səbəb oldu. Ona 
görə 1957-ci ildə konqres yeni bir qanun verdi ki, zəncilər ağlarla 
bərabər vətəndaşlıq hüqüquna malikdirlər. Lakin bu qanunlar yerinə 
yetirilmədi. Ancaq 60-cı illərdə bu siyasət reallığa çevrildi.   
Bu dövrdə ABŞ-ın xarici siyasətində  də müəyyən cəhətlər 
özünü göstərməyə başladı.  İlk növbədə Eyzenhauer verdiyi vədə 
əməl edərək 1953-cü ilin iyulun 27-də Koreyada müharibənin 
qurtarmasına nail oldu. Hələ prezident Trumenin dövründə 
Moskvada ABŞ-ın səfiri işləmiş Kennon tərəfindən işlənib 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə