Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

 
99 
hazırlanmış «rusların hər hansı bir cəhdinin qarşısını almaq siyasəti» 
yenə də öz aktuallığını saxlayırdı. ABŞ-ı xarici siyasəti yenə də zor 
işlətməkdə öz əksini tapırdı. Eyzenhauer silahların və bütün 
iqtisadiyyatın modernləşdirilməsi xəttini yeritdi. Onun prezidentliyi 
dövründə hərbi xərclər iki dəfə artdı, strateji yollar çəkildi. 1954-cü 
ildə SEATO hərbi blokunun yaradılmasının təşkilatçılarından biri 
ABŞ oldu.  Əgər Trumen hidrogen silahının istehsalı haqqında 
sərəncam vermişdisə, Eyzenhauer hətta onu işlətməyi mümkün hesab 
edirdi. Buna baxmayaraq Eyzenhauer dediyinə  əməl etməyi 
bacarmadı. 1954-cü ildə Vyetnama Fransa tərəfindən müstəqillik 
verilməsini müdafiə etdi. 1955-ci ilin iyulunda Cenevrə konfransında 
«açıq səma» doktrinasını irəli sürdü. Lakin bu doktrina SSRİ 
tərəfindən rədd edilsə  də, böyük dövlətlərin başçıları arasında 
əlaqələrin başlanğıcını qoydu. Eyzenhauer 1956-cı ildə Suveyş kanalı 
Misir tərəfindən milliləşdirirlərkən Fransa, İngiltərə  və  İsraillə 
müharibədə Misiri müdafiə etdi. 1957-ci ilin yanvarında Eyzenhauer 
xüsusi doktrina irəli sürdü ki, bu tarixə «Eyzenhauer doktrinası» adı 
altında daxil oldu. O zaman bu regionda dünya neft ehtiyatlarının 2/3 
hissəsi yerləşirdi. Həmin doktrina Bağdad paktı üzvlərinə  və  İsrailə 
aid edilirdi. Həmin doktrinaya əsasən ABŞ öz mövqeyini Yaxın və 
Orta  Şərqdə möhkəmləndirdi. Bu doktrina həmin dövrədək ABŞ 
siyasətində  hələ  də mövcud olan bitərəfliyi rədd edərək «boşluğu 
güclə doldurmaq» nəzəriyyəsinin əsasının qoydu. Bu doktrina, ABŞ-
ın Yaxın və    Orta  Şərq siyasətində yeni mərhələnin başlanğıcını 
qoydu. 1958-ci ildə ABŞ Livana qoşun göndərdi, Konqoda 1961-ci 
ilin sentyabrında P.Lumumba hökumətinin devrilməsini təşkil etdi. 
Eyzenhauer dövründə silahlanmaya vəsait qoyuluşu artırılsa 
da, lakin ABŞ raket texnikası sahəsində SSRİ-dən geri qalırdı. 1957-
ci ilə  qədər ABŞ SSRİ ilə zor dili ilə danışmağa daha çox üstünlük 
verirdi. 1957-ci ildə SSRİ-də Yerin süni peyki buraxıldıqdan sonra 
ABŞ başa düşdü ki, SSRİ ilə münasibətləri mülayimləşdirmək 
lazımdır. 1959-cu ildə ilk dəfə vitse-prezident Riçard Niksonun 
rəhbərliyi ilə Moskvada ABŞ mallarının sərgisi açıldı. Elə həmin ilin 
sentyabrında SSRİ-nin dövlət başçısı ABŞ-a səfər etdi. Lakin 1960-cı 
ildə ABŞ-la SSRİ arasında münasibətlər yenidən pisləşdi. Buna 
səbəb Sverdlovsk üzərində ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsinin (U-
2) vurulması idi. Bu hadisə ABŞ-ı inandırdı ki, SSRİ güclü döyüş 
hazırlığına malikdir.  
 
100
Eyzenhauer hökuməti öz xarici siyasətində Latın Amerikası 
ölkələrinə xüsusi diqqət yetirirdi. ABŞ burada fəallaşaraq 
mövqelərini möhkəmləndirdi. 1954-cü ilin yanvarında ABŞ 
Qvatemalada inqilabi hərəkatın yatırılmasında iştirak etdi. 
Eyzenhauerin 1959-60-cı illərdə  Qərbi Avropa və Latın Amerikası 
ölkələrinə səfərləri də qarşılıqlı münasibətlərin xeyli inkişaf etməsinə 
səbəb oldu. 
 
ABŞ Con Kennedinin prezidentliyi dövründə 
 (1960-1963-cü illər) 
 
1960-cı ilin noyabrında keçirilən prezident seçiklərində 
demokratlar yenə də üstünlüyü ələ aldılar. Con Kennedi bu seçkilərdə 
qalib gəldi. O, ABŞ tarixində 43 yaşlı ən gənc prezident idi. O, həm 
də, XX əsrdə ABŞ-ın yeganə  və ilk katolik prezidenti idi. O seçki 
kampaniyası zamanı platformasında belə bir müddəaya əsaslanırdı ki, 
«Dünyanın hansı bir yerinə getsən, sərhəd ABŞ-dan başlanır» və belə 
bir  şüarla çıxış edirdi ki, «Cəsarət və  təşəbbüslə irəli yerimək
üfüqlərə doğru getmək» lazımdır.Kennedi seçki qabağı platformasın-
da iqtisadi artımın dövlət tərəfindən stimullaşdırılmasının zəruriliyi 
tezisini irəli sürdü. Prezident seçildikdən sonra o, konqress qarşısında 
ilk çıxışını  aşağıdakı sözlərlə bitirdi: «Hər bir Amerika vətəndaşı 
özünə belə bir sual verməməlidir ki, vətən onun üçün nə edə bilər? 
Belə bir sual verməlidir ki, o vətən üçün nə etməlidir». V. Vilson və 
F.Ruzveltin  ənənələrini davam etdirərək C.Kennedi «Yeni üfüqlər» 
adını almış islahatlar proqramını irəli sürdü. Özünün siyasi 
dünyagörüşünə görə o, F.Ruzveltə yaxın idi. Ölkə daxilində  və 
beynəlxalq aləmdəki vəziyyətə realist və praqmatik baxışı ilə 
fərqlənirdi. Kennedi yaxşı dərk edirdi ki, əhalinin geniş təbəqələrinin 
vəziyyətini yaxşılaşdırmaq sahəsində dövlətin siyasətini və siyasi 
demokratiyanı daim təkmilləşdirmək zəruridir. O göstərirdi ki, 
əhalinin həyat tərzi bazar iqtisadiyyatını üstələməlidir. Onun 
dövründə sahibkarlara həvəsləndirici güzəştlər təqdim edildi. İstehsal 
gücünü artırmaq üçün vergi kreditlərindən istifadə edildi. Əhalinin 
yüksək gəlirli təbəqələri üçün vergi azaldıldı. Hökumət il ərzində 
əmək haqqının 3,2 % artımını ən yüksək hədd hesab etdi. Kennedi – 
iqtisadiyyatın sabitləşdirilməsi və sosial yardımla bağlı proqramı 
genişləndirmək sahəsində bir sıra tədbirlər həyata keçirdi.  Onun 


 
101 
sosial-iqtisadi siyasətinin əsasını keynsçi ideya təşkil edirdi. Bu ideya 
büdcə kəsirindən iqtisadi artım sürətini sabit saxlamaq üçün bir vasitə 
kimi istifadə etməyi nəzərdə tuturdu. O, elektrotexnika və 
poladtökmə  sənayesində qiymətlərin qaldırılmasını qadağan etdi. 
Yoxsul regionlara kömək proqramı hazırlandı. Yeni sənətlər üzrə 
fəhlələrin ixtisaslaşması  həyata keçirildi. Ölkə tarixində ilk dəfə 
konqress 1962-ci ildə bu barədə qanun qəbul etdi. Kennedi inzibati 
idarəsinin ən böyük nailiyyəti ağlarla qaralar arasındakı hər cür ayrı-
seçkiliyi aradan qaldırmaq üçün respublikaçıların dövründə (1957, 
1960) verilmiş qanunların öz reallığını tapması oldu. O, konqresə 
ağlarla dərisi rəngli adamların ictimai yerlərdə  və  işə götürülərkən 
bərabərliyi haqqında qanun ləyihəsinin təqdim edilməsinə nail oldu. 
1961-68-ci illərdə ABŞ-da sənaye istehsalı 52% artdı. Kennedi 
hakimiyyətə gəldikdən sonra dövlət mexanizmini tənzimləməyi əsas 
götürdü. O, Eyzenhauerdən fərqli olaraq sosial siyasətə xüsusi 
üstünlük verdi. Çünki Eyzenhauer insandan danışarkən liberal olsa 
da, puldan danışanda mühafizəkar idi. Con Kennedi üçün isə sosial 
sahə xüsusi əhəmiyyət kəsb edirdi. Ona görə o vergiləri azaltdı, sosial 
xərcləri çoxaltdı. 1961-ci ilin martında işsizliyə görə verilən 
müavinatən miqdarı daha üç ay uzadıldı. Saat hesabı minimum əmək 
haqqı 1 dollardan 1,25 dollara qaldırıldı. ETİ şəraitində ölkədə təhsil 
sistemi təkmilləşdirildi. Universitetlər bağlı  mədəniyyət alaçıqları 
vəziyyətindən silahların və iqtisadiyyatın inkişafını yeniləşdirən 
nəhəng laboratoriyalara çevrildilər. XX əsrin 50-60-cı illərində ABŞ 
hökuməti elmin inkişafına bütün tarixi boyu olmadığı bir miqdarda, 6 
dəfə dotasiyanı artırdı. «Tələbələrin demokratik cəmiyyəti» təşkilatı 
yaradıldı. Qadınlara da diqqət artırıldı. 1963-cü ildə qadınlarla 
kişilərin bərabər əmək haqqı alması haqqında qanun verildi. Əvvəllər 
onlar kişilərdən 40% az əmək haqqı alırdılar.  
ABŞ-da raket texnikasına xüsusi diqqət yetirilməsinə nail oldu. 
Büdcədən 12 milyard dollar ancaq raket texnikası üzrə  işə  sərf 
olundu. Kennedinin  «Appolon» adlı doktrinasında kosmosu tədqiq 
etməyə xüsusi diqqət yetirilməsi nəzərdə tutulurdu. Onun «Appolon» 
proqramı  ancaq ölümündən sonra - 1969-cu ildə ilk dəfə ABŞ 
vətəndaşının - Hil Armstronqun Aya uçuşunun təşkilində özünü 
göstərdi.  
Kennedinin dövründə ölkədə irticaçı  təşkilatların fəaliyyəti 
gücləndi. Xüsusilə «Con Barça cəmiyyəti» faşist təşkilatının 
 
102
fəaliyyəti canlandı. Bu təşkilat 1958-ci ildə yaranmışdı. 1960-cı ildə 
irticaçı  hərbiçilər «Minitmenlər» təşkilatını  təşkil etdilər. «Milli 
partiya» və digər irticaçı təşkilatların da fəaliyyəti genişləndi. 1961-ci 
ilin sonunda irticaçı  təşkilatların nümayəndələrinin Çikaqoda 
qurultayı keçirildi.  
Dünyada baş verən qlobal dəyişikliklər, Asiya, Afrika və Latın 
Amerikası ölkələrində güclənən milli-azadlıq hərəkatı ABŞ-ın xarici 
siyasətinə də ciddi təsir etdi. ABŞ-ın xarici siyasətində dövlətin xarici 
ölkələrdə iqtisadi maraqlarının etibarlı mühafizə edilməsi aktuallaşdı. 
Çünki,  İkinci dünya müharibəsindən sonra ABŞ-ın xarici ölkələrə  
birbaşa kapital qoyuluşu 4 dəfədən çox artaraq 1946-cı ildəki 7,2 
milyard dollardan 1960-cı ildə 31,9 milyard dollara çatmışdı. Con 
Kennedinin  ən məşhur doktrinalarından biri də «Məhvedici təsir 
etmə» doktrinası idi. Bu doktrinaya görə ABŞ dünyanın istənilən 
yerində gedən müharibəyə müdaxilə edə bilərdi. Bu ABŞ-da atom və 
digər silahların geniş istehsalına  şərait yaradırdı.  Latın Amerikası 
üçün Kennedi «Tərəqqi naminə ittifaq» siyasətini irəli surdu ki, 
bundan da məqsəd bu ölkələrdəki xalq inqilablarının inkişafına mane 
olmaq və Latın Amerikası burjuaziyasını ABŞ-ın tərəfinə çəkmək idi. 
Onun dövründə «Sülh korpusları» adlanan qruplar yaradıldı ki, bu 
qruplar geridə qalmış ölkələrdə iqtisadiyyat, təhsil, səhiyyə sahəsində 
fəaliyyət göstərməli idilər. Bundan məqsəd  əslində  həmin ölkələrdə 
ABŞ-ın mövqeyini gücləndirmək idi. Kennedi xarakter etibarilə 
ziddiyyətli adam idi. O, bir tərəfdən ölkə  əhalisinin vəziyyətinin 
qayğısına qalsa da, digər tərəfdən onun dövründə Karib böhranı baş 
verdi və «soyuq müharibə» özünün ən yüksək zirvəsinə çatdı. Bu 
hadisədən sonra böyük dövlətlər arasında nüvə  tərksilahı problemli 
daha da aktuallaşdı. Kennedi hökuməti 1963-cü ilin avqustunda 
Moskvada  İngiltərə  və SSRİ ilə birlikdə nüvə silahlarının sınaqdan 
keçirilməməsi haqqında sazişi imzaladı. Kennedi göstərirdi ki, 
müharibə iradələrin mübarizəsinin nəticəsidir. Düz yolla gedənlər heç 
vaxt toqquşmurlar. Kennedinin 1962-ci ilin yanvarında konqresə 
təqdim etdiyi xarici ticarət proqramında ABŞ-ın AİB və NATO 
ölkələri ilə  əlaqələrinin yaxşılaşdırılması  nəzədə tutulurdu. Onun 
xarici siyasətdə başlıca məqsədi beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu 
daha da gücləndirmək idi.  
Qloballaşma amillərini nəzərə alan C.Kennedi xarici siyasətdə 
“Yeni üfüqlər” doktrinasının müddəalarını əsas götürürdü. O, 1960-cı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə