Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

 
131 
fəallıq göstərirlər. 80-ci illərin axırına yaxın xarici kapital qoyuluşu 
Amerikanın xarici aktivlərini 0,5 trln. Dollar ötüb keçdi. ABŞ borclu 
ölkə oldu. Xarici firmalar daha çox Amerikanın emaledici sənayesinə 
və müasir elmtutumlu sahələrinə geniş yayılmağa başladı. Xarici 
kapital Amerika iqtisadiyyatında  əsaslı keyfiyyət dəyişiklikləri 
edilməsinə, onun beynəlxalq kooperasiyada və elmi-texniki 
mübadilədə  iştirakına kömək edir. Bu, ABŞ-ın daha açıq tipli 
təsərrüfatı keçdiyini göstərir. 
Eyni zamanda xarici ticarətin müvazinətsizliyi saxlanır: ABŞ-
ın idxalı ixracını  əhəmiyyətli dərəcədə üstələyir. Yaponiya ilə 
ticarətdə fərqin onun xeyrinə xeyli artması xüsusilə diqqəti cəlb edir. 
Federal büdcə defisiti böyük problem idi. Bu, Reyqan 
idarəsindən qalan miras idi. O zaman 8 il ərzində  hərbi məqsədlər 
üçün 2,5 trln. Dollar xərclənmişdi. Dünyada baş verən dəyişikliklər 
və bir sıra hərbi proqramların ixtisarı Pentaqona büdcəsini azaltmaq 
üçün  əlverişli  şərait yaratdı. Lakin silahların müasirləşdirilməsi və 
yeni silah növlərinin yaradılması davam etdirilir. 
Demoarktik partiyası uzun zaman ABŞ-ın  Ən nüfuzlu və 
kütləvi partiyası olub. Bu partiya sosial manevr etməyi yaxşı 
bacarırdı. 60-cı illərin ikinci yarısından başlayaraq o, uzunmüddətli 
böhran vəziyyətinə düşdü. Buna səbəb ölkədəki sosial fəlakətlər, 
ABŞ-ın Vyetnamda təcavüzü və sosial-iqtisadi tənzimləmənin 
səriştəsizliyi idi. Altı prezident seçkisindən (1968-1988) beşində 
demokratlar məğlub oldular. Orta təbəqədən olan seçicilərin 
uzaqlaşması  və aztəminatlı seçicilərin süstlüyü hesabına onların 
sosial bazası daraldı. Partiya ideya-siyasi istiqamətini dəyişdirmək və 
yeni uzunmüddətli proqram axtarışı perspektivi qarşısında qaldı. 
İri kapitalın köməyindən istifadə etməsinə baxmayaraq 
respublikaçılar partiyası uzun müddət azlığın partiyası olaraq qalırdı. 
60-cı illərin axırından etibarən partiyanın rəhbərliyi özünün siyasi 
strategiyasını seçicilərin kütləvi bazasını yaratmağa yönəltdi. 70-ci 
illərin ikinci yarısında ABŞ-da yeni siyasi dövr başlandı – 
mühafizəkar sağların üstünlüyü, respublikaçılar partiyasının 
hakimiyyətə  gətirilməsi ilə başlanan bir dövr. Onların proqramı 
dövlətin iqtisadi və sosial tənzimləmədəki rolunu məhdudlaşdırmağı, 
«böyük biznesin» mövqeyinin möhkəmləndirilməsi üçün əlverişli 
şərait yaradılmasını, «güclü Amerikanın bərpasını» tələb edirdi. 
1983-1984-cü illərdə özünün zirvəsinə çatmış «reyqanizm» bu 
 
132
kursun təcəssümü oldu, sonra mühafizəkar dalğa tədricən enməyə, 
Amerikanın siyasi həyatında mərkəzə doğru hərəkət etmək meyli 
üstünlük qazanmağa başladı. 
80-ci illərdə dövlətin sosial siyasətinə mühafizəkar mbvqedən 
yeni baxış meydana çıxdı. Reyqan idarəsi sosial bərabərsizliyi 
yumşaltmaq və böyük sosial ədalətə nail olmaq üçün dövlətin 
məsuliyyət daşıması ideyasını rədd tdi. Bu çoxlu sosial proqramlara 
çəkilən xərclərin ixtisar edilməsinə  və kasıbların, gəliri yoxsulluq 
həddindən aşağı olanların sayının artmasına səbəb oldu. Cəmiyyətdə 
sosial və əmlak bərabərsizliyi daha da gücləndi. Yeni iş yerləri açıldı. 
Yeni iş yerləri başlıca olaraq xidmət sahəsində açılırdı. Burada əmək 
haqqı xalq təsərrüfatındakı orta əmək haqqında aşağıdır. Eyni 
zamanda emaledici sənayedə  işçilərin sayı azaldı. Elmtutumlu və 
işgüzar xidmət sahələri işçilərinin sayı və onların əmək haqqı artdı. 
80-ci illərdə  əmək münasibətlərinin nizama salınması 
həmkarlar ittifaqları  əleyhinə    açıq mübarizə xarakteri aldı.  İnzibati 
hakimiyyət  əmək münaqişələrinə birbaşa müdaxiləni gücləndirdi. 
Bunu 1981-ci ildə tətil etmiş 12 min aviasiya dispetçerinin Reyqanın 
əmri ilə işdən çıxarılması və onların həmkarlar ittifaqının qovulması 
açıq göstərdi. Korporasiyalara həmkarlar ittifaqları ilə sazişi 
pozmağa, müəssisələri bağlamağa, istehsalı muzdla qeyri-mütəşəkkil 
işçi qüvvəsi tutmaq mümkün olan rayonlara köçürməyə icazə 
verilmşidi. Həmkarlar ittifaqlarını zəiflətmək və ləğv etmək, onların 
sıralarının artmasına yol verməmək üçün müxtəlif üsullardan eniş 
istifadə olunmağa başladı. Nəticədə  həmkarlar ittifaqları üzvlərinin 
sayı on il ərzində 4 mln. nəfər azaldı. 1990-cı ilin başlanğıcında 
muzdla işləyənlərin ancaq 17%-i həmkarlar ittifaqlarının üzvü idi. 
Tətillərin fəallığı kəskin surətdə azaldı. 
İşçiləri bir-birindən ayırmaq üçün kollektiv müqavilələrə 
«ikiyarusluəmək haqqı sistemi» barədə maddə  əlavə olundu. Köhnə 
işçilər və muzdla tutulmuş yeni işçilər üçün müxtəlif saathesabı 
tariflər müəyyən edildi. Bu, həmkarlar ittifaqının bərabər əmək üçün 
bərabər haqq prinsipinin ləğv olunması demək idi. Sahibkarlar 
qüvvələrinin həm də kollektiv müqavilələrdəki «sürüşkən  şkala» 
maddəsinin ləğv olunmasına yönəltmişdilər. Bu şkalaya  əsasən 
yaşayış vasitələri bahalaşdıqda saathesabı tarif avtomatik surətdə 
artırdı. 


 
133 
Reyqan dünya siyasətində özünəməxsus məktəb açmış bir 
prezident kimi qaldı. O, siyasətin özündə bir incəsənət yaratdı. 
Reyqanın dövründə silahlanma daha yüksək mərhələsinə qalxdı. Belə  
ki, onun dövründə hərbi büdcə ölkənin federal büdcəsinin 23%-indən 
27%-nə qalxdı. Hərbi sənaye komplekslərinin (bu komplekslərə 
hərbiçilərin yüksək dairəsi, dövlətin müəyyən quluqçuları, Silah 
istehsal edən korporasiyalar və  hərbiləşdirilmiş elm  daxildir) 
fəaliyyəti gücləndi. Onlardan on ikisi ABŞ-ın Müdafiə nazirliyi olan 
Pentaqonun sifarişlərini həyata keçirirdi. ABŞ-da  ən çox inkişaf 
edən və böhranlı vəziyyət keçirməyən sahə hərbi sahə idi. Çünki bu 
sahə hökumətin nəzarəti altında idi. Hərbi xərclər 1979-1980-cı 
illərdəki 134 milyard dollardan 1988-ci ildə 291 milyard dollara 
qalxdı.  
Reyqanın xarici siyasəti C.Karterin siyasətinin, demək olar  ki, 
davamı idi. Reyqan da C.Karter kimi NATO-nun hərbi xərclərinin 
3% artırılması  və  Qərbi Avropada orta mənzilli raketlərin 
yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-cü ildə ABŞ 
Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta mənzilli raketlərini 
yerləşdirməyə başladı. O da Əfqanıstan məsələsi ilə  əlaqədar SSRİ 
ilə münasibətləri gərgin  şəkildə saxladı. ABŞ Latın Amerikası 
ölkələrinə qarşı yenidən «Böyük dəyənək» siyasətinə qayıtdı. Reyqan 
hökuməti Latın Amerikası ölkələrinə münasibətdə panamerikan 
həmrəyliyi prinsipini irəli sürdü. Karib höfzəsində öz mövqelərini 
möhkəmləndirdi, Nikaraquaya qarşı elan edilməmiş müharibə apardı, 
Salvadorun mühafizəkar dairələrinə hər cür kömək göstərdi. 1982-ci 
ildə Malvin (Folklend) adaları üstündə  İngiltərənin Argentina ilə 
müharibəsində  İngiltərəni müdafiə etdi. İsrail-Ərəb münaqişələrində 
İsrailin dayağına çevrildi. 1982-ci ildə Yaxın  Şərqin  əzab çəkmiş 
xalqları üçün «Amerika sülh təşəbbüsləri»nin irəli sürdü. 1983-cü 
ildə  cəmisi 100 min əhalisi olan Qrenadaya qoşun çıxartdı. Reyqan 
hökuməti xarici siyasətində Asiya və Sakit okean regionuna xüsusi 
diqqət yetirirdi. 1986-cı ilin sonunda ABŞ bu regiona 35,7 milyard 
dollar sərmayə ayırdı. 
1983-cü ildə «Demokratiya və kütləvi diplomatiya proqramını» 
qəbul etdildi ki, bundan da məqsəd sosialist ölkələrinə qarşı 
fəaliyyətinin istiqamətləri və metodlarını müəyyən etmək idi.  
1985-ci ilə qədər o, SSRİ-ni «Şər imperiyası» elan edərək onu 
iqtisadi cəhətdən zəiflətməyi ABŞ-ın  əsas məqsədi olduğunu 
 
134
bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail Sergeyiviç 
Qorbaçov gəldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə 
mülayimləşmə baş verdi. Reyqan sosializmi «zibilliyə» atmaq planını 
həyaia keçirməyə başladı. Qorbaçovla Reyqan 1985-ci ildə 
Çenevrədə, 1986-cı ilin oktyabrında isə  İslandiyanın paytaxtı 
Reykyavikdə görüşdülər. 1987-ci ilin dekabrın 7-8-də M.S.Qorbaçov 
Vaşinqotonda oldu. Vaşinqtonda «Qısa mənzilli raketlərin məhv 
edilməsi haqqında» iki dövlət arasında saziş bağlandı. Bu tarixdə 
nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan 
bu sazişi bağlayarkən etdiyi çıxışlarında göstərdi  ki, biz SSRİ ilə 
saziş bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək 
istəyirəm: «İnan, lakin yoxla». 1988-ci ilin mayında Reyqan 
Moskvaya gəldi. Danışıqlar mehribanlıq  şəraitində keçdi. Reyqan 
Moskvadan qayıdarkən bildirdi  ki, onun sosializm cəmiyyəti 
haqqında təsəvvürlərində yanlışlıqlar var və sosializmdən də çox şey 
öyrənmək olar.  
80-ci illərdə ABŞ-ın dünya ölkələri barəsində siyasəti iki 
prinsipin müəyyən ahəngi üzərində qurulmuşdu: dünyada baş verən 
dəyişikliklərə qüvvə ilə müqavimət göstərilməsi və  həmin 
dəyişikliklərə uyğunlaşma. Bir çox amillərin təsirindən asılı olaraq 
bu prinsiplərin konkret tətbiq nisbəti dəyişirdi.  
Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın hərbiçilik 
tendensiyaları yenidən baş qaldırmış hakim dairələri Sovet-Amerika 
münasibətlərinin pozitiv inkişafını pozdular və  əslində,  əldə edilmiş 
razılaşmalardan imtina yolu tutdular. Onlar mövcud hərbi- strateji 
tarazlığı pozmaq və SSRİ üzərində  hərbi üstünlüyə nail olmaq 
qərarına gəldilər. 70-80-ci illərin hüdudunda, xüsusilə respublikaçılar 
hökuməti hakimiyyət başına gələndən sonra, ABŞ-ın SSRİ-yə qarşı 
siyasəti çox kəskinləşdi. ABŞ-ın hökuməti və  hərbi –sənaye 
inhisarları  miqyasına görə misli görünməmiş yeni sürətlə silahlanma 
yoluna qədəm qoydular. 
1983-cü ilin mart ayında Ronald Reyqan kosmik baza 
elementləri olan raketə qarşı geniş miqyaslı müdafiə sistemi 
yaradılmasına dair uzun müddətli proqram elan etdi.  Həmin 
proqramın rəsmi adı «strateji müdafiə  təşəbbüsü idi.       ( SMT ).  
Onun vəzifəsi SSRİ-yə qarşı nüvə silahını birinci tətbiq edə 
bilməkdən və Amerika ərazisinə cavab zərbəsinin nəticələrini 
zəiflətməkdən ötrü kosmik zərbə etalonu yaratmaqla ABŞ  ərazisi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə