Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

 
47 
  İşin mahiyyətinə  gəldikdə, onlar seçki kampaniyalarında 
vəzifələrini Huverin xidmətlərini tərifləməklə  və onun yenidən 
seçilməsinə nail olmaqda görürdülər. Bütün partiyanı belə bir xoşa 
gəlməz psixologiya bürümüşdü. Veteranlara qarşı  tətbiq edilən 
hərakatdan sonra, təbiidir ki, respublikaçılar partiyasının sekilərdə 
qələbə qazanması məsələsi ümidsiz bir şey idi.     Hadissələrin gedişi 
göstərdi ki, Huver hökuməti iqtisadiyyatda və sosial sahədəki 
çətinlikləri aradan qaldırmağa qadir deyildir. İşgüzar dünyanın artıq 
bəzi rəhbərləri belə bir nəticəyə  gəldilər ki, məqsədə uyğun  şəkildə 
dövlətin iqtisadiyyatı  tənzimləməsi zəruridir. Hələ 1931-ci ilin 
sentyabrında maliyyə kapitalının  ən böyük maqnatlarından biri 
«Djenral elektirik» korporasiyalarının prezidenti Dj.Svou Amerika 
sənayesini yenidən qurmaq planı irəli sürdü. 
 «Svou  planı» inhisarın dövlət miqyasında necə  tənzim etmək 
məsələsini yenidən nəzərdən keçirdi. Svounun təklifləri 1931-ci ilin 
dekabrında ABŞ ticarət palatasının öz üzvləri arasında keçirilən 
referendumda bəyənildi. «Svou planın»ı nəzərdən keçirdikdən sonra 
iri kapital dairələrində prinsip və islahatlar keçirilməsinin vacibliyi 
fikri genişlənməyə başladı. Ticarət palatasının üzvlərindən biri 
göstərmişdir ki, hədsiz fərdiyyətçilik bizi çox arxada qoymuşdur. 
1929-1933-cü ilin iqtisadi böhranı  işguzar dairələrdə belə bir ideya-
psixoloji fikir formalaşdırmışdır ki, ABŞ dövləti- inhisarçı inkişaf 
yolunu keçməlidir. 
 Prezident Huver «iqtisadi planlaşdırmanın»  əleyhinə  çıxaraq 
bildirdi ki, bu yol «inhisar yaranmasına», «faşizimə» və «sosializmə» 
aparır. Respublikaçılar  partiyasının bir qismi Huveri müdafiə etsə də, 
digərləri isə başa düşürdülər ki, iqtisadiyyatın dövlət tərəfindən 
tənzimlənməsinə ciddi ehtiyac vardır. 1932-ci ilin sentyabrında seçki 
kampaniyasının qızğın vaxtında ABŞ ticarət palatasının prezidenti Q. 
Harriman birbaşa Huverə bildirdi ki, əgər o «Svou planından» imtina 
edərsə, biznesin nüfuzlu dairələri seçkilərdə onu müdafiə 
etməyəcəklər. Bu, doğrudanda real təhlükə idi. 
  Demokratlar partiyasının(DP) vəziyyəti seçki kampaniyasında 
daha  əlverişli idi. Müxalifətdə dayanaraq demokratların liderləri 
dağıdıcı böhranın və xalqın fəlakətinin  əsas səbəbkarlarının  
respublikaçılar partiyasının sağ dairələrinin nümayəndələri olduğunu 
xalqa çatdırmığı bacarırdılar. Bu təbliğat onsuz da Huver 
hökumətindən narazı olan milyonlarla adamın demokratların tərəfinə 
 
48
keçməsinə  səbəb oldu. Həmçinin, demokratlar partiyası 1930-cu 
ildən keçən müddət  ərzində konqresdə öz mövqeyini xeyli 
gücləndirmişdi. Onlar nümayəndələr palatasında  əksəriyyət təşkil 
edirdi. Həmçinin demokratlar ölkədəki vəziyyəti məsuliyyətlə  təhlil 
etməyi bacarırdı.    Kütlənin əksəriyyətini öz tərəfinə çəkməkdən ötrü 
demokratlar partiyası üçün alternativ proqram təklif etmək zəruri idi. 
Bu isə  fərdiyyətçilikdən  əl çəkməyi və dövlət nizamlanmasına 
keçməyi tələb edirdi. Lakin etiraf etmək lazımdır ki, 1929-1933-cü 
illərin iqtisadi böhranı da Amerika brujaziyasını  fərdiyyətçilikdən 
tam uzaqlaşdıra bilməmişdi. Ona görədə demokratlar partiyası 
özünün 1932-ci ilin iyununda Çikaqoda olan qurultayında qəbul 
etdiyi seçkiqabağı platformada dövlətin iqtisadi siyasətinə  əsaslı 
dəyişiklikdən danışdı, lakin öz məqsədini tam açıq elan etmədi. 
Proqramda işsilərin tələblərinə dövlət səviyyəsində baxmağın 
zəruriliyi ancaq qeyd edildi. Demokratlar partyisaının daha 
uzaqgörən nümayəndələri  isə iqtisadi siyasətdə daha dərinə getməyin 
zəruriliyini dərk edirdilər. Bunlardan biri demokratlar partiyasından 
prezdentliya namizəd göstərilmiş Nyu-York şatıtının qubernatoru  
Franklin Delano Ruzvelt idi. O, «Yeni xətt» şüarını irяli sürdü.
 
 
  O,  özünün  seçkiqabağı  çıxışlarında milyonlarla «unudulmuş 
amerikalıların» xeyrinə liberal islahatlar keçirəcəyinə  vəd etdi. O 
qətiyyətlə «sosial ekspermentə» keçəcəyinə  vəd etdi. O göstərdi ki, 
sağlam fikir təsdiq edir ki, yeni bir metod seçmək və onu sınaqdan 
keçirmək zəruridir. Əgər o uğursuz olarsa, onu cəsarətlə etiraf edib, 
yenisini sınaqdan keçirmək lazımdır.  Ən başlıcası isə  hərəkət 
etməkdir. Milyonlarla ehtiyac içərisində olanlar həmişə 
dözməyəcəklər.  Əslində, hər iki partiyanın platformalarında ciddi 
fərq yox idi, ciddi fərq onların ancaq fəlsəfi baxışlarında idi ki, bunu 
da Huver 1932-ci ilin  oktyabrın 31-də açıq etiraf etmişdir. 
  Demokratların namizədinin çevik taktikası, fərdiyyətçilik 
yoluna az meyl etməsi, liberal islahatlar vəd etməsi, həm də 
vəziyyətlərinin  əlverişli olması 1932-ci ilin prezident seçkilərində 
F.Ruzveltə  qələbə qazandırdı. Ona seçkilərdə 22810 min seçici, 
Huverə isə 15750 min seçici səs verdi. Bundan belə demokratlar hər 
iki palatada əksəriyyət yerləri tutdular. 
 
 
 


 
49 
F. RUZVELT İNZİBATI İDARƏSININ İSLAHATLARI 
 
  Franklin Daleno Ruzvelt 1882-ci ildə Nyu-York ştatının 
Hudzon çayının vadisində varlı biznesmen ailəsin də doğulmuşdur. 
Onun ulu babası Amerikaya XVII əsrdə Hollandiyadan gəlmişdir. 
Ruzveltlər Nyu-Yorkda ən adlı-sanlı ailələrdən biri idilər. Ruzvelt 
alman və fransız dillərini mükəmməl bilirdi. O, Harvard Unversitetini 
sonra isə Kolumbiya Unversitetinin hüquq fakultəsini bitirmişdir. 
Ruzvelt hələ 1910-cu ildə demokratlar partiyasından Nyu-York 
ştatının senatına seçilmişdir. 1913-cü ildə o, dəniz nazirinin müavini 
təyin edilmişdir. 1920-ci ilin prezident seçkilərində demokratların 
məğlubiyətindən sonra Ruzvelt siyasətdən uzaqlaşdı. 1921-ci ildə o, 
polimelit xəstəliyinə tutuldu. Ruzveltin ayaqları ömrünün sonuna 
qədər iflic vəziyətində qaldı. Lakin Ruzvelt anasının mənəvi köməyi 
ilə özünün möhkəm iradəsi nəticəsində yenidən siyasətə qayıtdı. 1928 
və 1930-cu illərdə Nyu-York ştatının qubernatoru seçildi. Ruzvelt 
burda ehtiyacı olanlara dövlət proqrammı  həyata keçirmişdir. 
Hadisələrdən baş  çıxarmaq və dövürlə ayaqlaşmağı bacarmaq, 
praktik adam olmaq qabiliyyəti onu Ağ evə gətirib çıxaran ən mühüm 
amillərdən hesab oluna bilərdi.  
  Ruzvelt  prezident  seçildikdən sonra ilk aylarda böhranın   
sonu  görünmürdü. Siyasi şərait yenə  də son dərəcə  gərgin idi. 
Milyonlarla amerikalılar səbirsizliklə inzibati idarənin Ruzvelt 
komandasının  əlinə keçməsini gözələyir, ümid edirdilər ki, ölkədə 
yaranmış bu vəziyyət ancaq onun müdrik siyasəti nəticəsində aradan 
qalxa bilər. 
  Konsitutisiyaya  görə yeni prezident 1933-cü ilin dekabrında 
fəaliyyətə başlamalı idi. Lakin bu qayda konsitutisiaya edilmiş 20-ci 
əlavə ilə  dəyişdirildi. 1933-cü ilin yanvarın 23-də konqress bu 
dəyişikliyi təsdiq etdi. Yeni qaydaya görə, yeni prezident yanvarın 
20-də kreslosuna əyləşə bilərdi. Franklin Ruzveltin qələbəsini 
Amerika mətbuatı «güclülərin qələbəsi» kimi qiymətləndirdi. 
   Ruzvelt  konsepsiyası Huver konsepsiyasından böhranından 
çıxmağın həllinə münasibətdə aşağdakı cəhətlərlə fərqlənirdi. Birinci, 
«yeni kursun» yardıcıları bunu «beynəlxalq səbəblərə» yox, ölkə 
daxildindəki sosial-inqtisadt səbəblərə bağlayır və vacib hesab edirdi 
ki, ABŞ-ın sosial-iqtisadi insititut strukturunda  bəzi islahatlar 
keçiriləmsi zəruridir. İknicisi, o bu vaxta qədər ABŞ-da höküm sürən 
 
50
«fərdiyyətçilik» prinsipindən daha cəsarətlə yan keçərək fedaral 
hökumətin funksiyalarını gücləndirmək prinsipinə üz tuturdu. 
Ücüncüsü,  əgər Huver kütləvi etirazlara qarşı qulağını bağlayırdısa, 
lakin Ruzvelt Amerika xalqının  əhval-ruhiyyəsini nəzərə almağı 
vacib bildi. F.Ruzvelt öz partiyasının mühavizəkar qanadına çox 
ehtiyyatla yanaşırdı. Onların qorxusunu batırmağı, ölkənin etibarını 
itirməməyi risk etməyi daha vacib bilirdi. 
   Sosial-iqtisadi  həyatın bütün sahələrində  dəyişiklik edilməsi 
vacib idi. Çünki sənaye müəssisələrinin işini bərpa etmək və işsizlik 
problemini həllə etmək vacib idi. Amerika xalqı yeni prezidenti 
etibarlı, optimist və energiyalı bir adam görəmək istəyirdi. O, bir 
fraza ilə işə başladı ki, «bizim qorxu hiss etdiyimiz bir şey varsa, o da 
qorxunun özüdür». O, xalqı «milli birliyə» çağırdı. «Yeni xəttin» 
iqtisadi siyasəti iki yolla inkişaf edirdi; dərin institut islahatları, nadir 
maliyyələşdirmə. 
  73-cü  çağrış konqres ilk növbədə bank-maliyyə problemi ilə 
məşğul olmağa başladı. Ruzvelt «beyinlər testi» təşkil etdikdən sonra 
işə iqtisadiyyatın  şah damarları olan banklardan başladı. Çünki, 
ölkədə bankların iflası dalğası başlamışdı. Amerikalılar öz 
əmanətlərini xilas etmək üçün küçələrdə bankları mühasirəyə 
alırdılar. Ruzvelt hakimiyyətə keçdiyi gün nəğd pul çatışmadığından 
ABŞ-ın maliyyə  mərkəzləri olan Nyu-York və Çikaqonun bankları 
əməliyyatları dayandırmalı oldular.
 
  Bankların böhranı Ruzveltin 
qətiyyət və navotorçuluq qabiliyyətini üzə  çıxardı. Zəruri təklifləri 
hazırlamağa vaxt qazanmaq və ehtirasları sakitləşdirmək üçün 
Ruzvelt konqresin fövqəladə sesiyasını sağırdı. Konqresdən lazımi 
səlahiyətləri alan prezident bank sistemini xilas etməyin təcili 
proqramını  həyata keçirərək bankların bəzilərinə kömək etdi
diğərlərini ləğv etdi. Bununla ölkədə bankların bağlanması başlandı. 
Ağ ev əvvəlcə Nyu-York və İllinoys ştatlarındakı bankları bağladı ki, 
hansı ki, burada ABŞ-ın maliyyə gücü toplanmışdı. Ağ Evin 32-ci 
prezidenti maliyyə sistemində islahatlar keçirmək qərarına gəldi. 
Məqsəd maliyyə sistemini sağlamlaşdırmaq idi. 1933-cü ilin martın 
9-da banklar öz fəaliyyətlərini dayandırdılar. Həmçinin icra 
hakimiyyətinə bildirildi ki, beynəlxalq maliyyə  əməliyyatlarına 
nəzarət etməkdə onlar böyük səlahiyyətə malikdirlər. 1933-cü ilin 
mart yaının 10-da F.Ruzvelt icraedici əmr etdi ki, qızıl üzərində tam 
dövlət nəzarəti təmin edilsin, həm də bu daxili bazarda həyata 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə