Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

 
39 
  Huverin  inhisarçılarы dilə tutmasına baxmayaraq onlar 
fəhlələrin  əmək haqqları 1931-ci ilin  payızında azaltamağa 
başladılar.  İşgüzar dairələr 1931-ci ilin sentyabrında yekdiliklə 
bildirdilər ki, Huverin ekspermenti tam məğlubiyyətlə 
nəticələnmişdir.  
   Böhran  şəraitində «sərt fərdiyyətçilik» ideologiyasının anti 
xalq, inhisarpərəst mahiyyəti daha da aşkara çıxdı. Həm prezident 
Huver, həmdə onun kabinetinin görkəmli xadimləri – maliyyə naziri 
Mellon, ticarət naziri R. Lamont xüsusi ilə çalışırdılar ki, biznesi 
situmullaşdırsınlar, xüsusi sahibkarlıq təşəbbüsünü inkişaf etdirsinlər, 
inhisarlar daha az itkiyə  məruz qalsınlar. Eyni zamanda onlar 
dövlətin işsizlərə koməyi və xüsusi sosial sığorta haqqında istənilən 
təklifi qətiyyətlə  rədd edirdilər. Onlar göstərirdilər ki, bu işlə 
xeyriyyə  cəmiyyətləri məşğul olmalıdrlar. Həm də onlar qeyd 
edirdilər ki, bu məsələlərə ştatların özlərində yerli səviyyədə baxmaq 
lazımdır. 
  Əhali arasında narazılığın artması Huver hökumətini məcbur 
ediki, 1930-1931-ci illərdə bir birinin ardınca məşğulluq məsələləri 
üzrə iki məsləhət komitəsi təşkil etsin. Lakin bu orqanların heç 
birinin qarşısında işsizliklə real mübarizə aparmaq üçün konkret 
vəzifə qoylumamışdı. Onlar ancaq sahibkarlara, xeyriyyə 
cəmiyyətlərinə  və yerli hakimiyyət orqanlarına müraciət edə 
bilərdilər ki, işsizlərə kömək tədbirlərini fəallaşdırsınlar. Bu 
orqanların fəaliyyətinin əslində heç bir pozitiv nəticəsi olmadı. 
   İşsizlərə dövlət köməyi göstərmək haqqında mütərəqqi 
respublikaçılar və sol demokralar tərəfindən irəli sürülmüş daha 
cəsarətli planlar müntəzəm sürətdə konqress tərəfindən rədd edilirdi.
 
Hətta, 1932-ci ilin fevralında- böhran kəskinləşdiyi bir dövrdə senat 
kiçik R.Lafolettin və E. Kostiqanın qanun layihələrini rədd etdi.  
Hansı ki, bu qanun layihəsində işsizlərə bir başa 375 mln.dollar 
dövlət yardımı göstərilməsi nəzərdə tutulmuşdu. Yalnız 1932-ci ilin 
iyul ayında seçki kampaniyası zamanı, növbəti bir qanun qəbul edildi 
ki,  ştatların fedaral büdcəsindən 300 mln. dollar ayrılaraq işsizlərə 
pul yardımı göstərilsin. 
Konqres həmçinin belə sanksiya da verdi ki, təşkilatlara ictimai 
iş üçün 322 milyon ştatların istiqrazlarından dollar həcmində  
ayrılsın. 
 
40
  Bu  aktları imzalamaqla əslində Huver öz siyasətinin iflasa 
uğradığını təsdiq etmiş oldu. Lakin respublika hökuməti təsdiq etdiyi 
qanunları  həyata keçirməyə  tələsmədi. Bu məsələ üçün 1932-ci ilin 
sonuna qədər cəmi 32 mln. dollar ayrılmışdı.  
  Huverin  aqrar  siyasəti də dövrün tələblərinə cavab vermirdi. 
Doğrudur ki fermerlərin tələbi  əsasında 1929-cu ilin iyununda kənd 
təsərrüfatı  məhsullarının satışı haqqında qanun qəbul edildi. Bu 
qaunun əsasında xüsusi hökumət agentliyi- Federal fermerlər idarəsi 
təşkil edildi, hansı ki, kənd təsərrüfatı bazarının sabitləşdirilməsnə 
nail olmaq üçün fermerlərə kömək etməyi qarşısına məqsəd 
qoymuşdur. Bu işin həyatın keçirilməsi məqsədi ilə 500 milyon 
dollar ayrılmışdı.  
   Sənaye istehsalının azalmağa başlaması ilə  əlaqadar olaraq 
aqrar böhranın dərinləşməsi fermer idarələrini daha qəti tədbirlər 
görməyə vadar etdi. Bu məqsədlə 1930-cu ilin fevralında Sabitləşmiş 
Taxıl Korporasiyası, iyun ayında isə pambıq üzrə sabitləşmiş 
korporasiya təşkil edildi. Onlar fəal  əməliyyatları 1931-ci ilin 
ortalarına qədər davam etdirdilər. Bu dövrdə dövlət ambarlarına 257 
milyon taxıl yığılmış oldu.
 
Fermerlərin yuxarı  təbəqəsi yaxşı  gəlir 
əldə etdi. Onların  əlində xeyli sərvət toplandı.   Lakin 1931-ci ilin 
ikinci yarısından fermerlərin  əsas kütləsinin vəziyyəti pisləşməyə   
başladı. 
   1929-cu  il  müşavirəsindən dərhal sonra hökumət bizneslə 
daha sıx  əməkdaşlıq etəmək üçün çevik tədbirlər görəmyi 
planlaşdırdı ki, biznesmenlərin işgüzar fəallığını stimullaşdırsın, 
həmçinin kapital qoyluşu proqramını reallaşdırsın. 
  1931-ci ilin payızında respublika inzibati aparatının maliyyə-
iqtisadi siyasətin yeni mərhələsi başlandı. Təsərrüfat mənafelərinin 
pişləsməsi, kredit-maliyyə böhranın dərinləşməsi, iri bankların iflası 
bütün bunlar Huver hökumətini məcbur etdi ki, «sərt fərdiyyətçilik» 
prinsipindən müəyyən dərəcədə geri çəkilsin, birbaşa inhisarları 
müdafiə etsin. 1931-ci ilin oktyabrında  o, Milli korporasiya 
yaratmaq təşəbbüsü ilə çıxış etdi və bu sahə üçün 500 mln.dollar pul 
ayırdı ki, bu bank qruplarının könüllü verdiyi üzvlük haqqlarından 
yığılmalı idi. İnhisarçı maliyyə idarələrinin xilas etəmək üçün iri 
dövlət fondları  fəaliyətə başladı. 1932-ci ilin yanvarında konqress 
maliyyə korporasiyasının yenidən təşkili haqqında qanun verdi.  


 
41 
İlk başlanğıcda onun 2 milyard dollar kapitalı olmalı, sonra bu 
tədricən artmalı idi. 1933-cü ilin martına qədər Huver hökuməti 
korporasiyaya 2.1 milyar dollarlıq istiqraz verdi ki, onun da 3/2 
hissəsi bankların əlində toplaşdı. 
    Yuxarda  qeyd  etdiklərimiz bir daha sübut edir ki, 1929-
1933-cü illərin iqtisadi böhranı dövründə ABŞ hökuməti yenidən 
dövləti –inhisarçı meylləri gücləndirməyə cəhd etmişdir.  
   Huver  hökuməti vaxtında iqtisadi vəziyyətin dəyişdiyinə 
düzgün siyasi qiymət verməyi bacarmadı. ABŞ-ın inkişafının 
obyektiv yolunu tapmaqda çətinlik qarşısında qaldı. 30-cu illərin 
əvvəllərində ABŞ-ın hakim dairələri qarşısında belə bir vacib məsələ 
dururdu ki, «böyük böhranın» zərbə sarsıntılarından azad olsun, 
həmçinin kapitalizim qurluşunu xilas edib möhkəmləndirsin.  
  İqtiadi böhranın ağır zərbələri, hansı ki, ölkənin uzun 
müddətdir ki, bürümüşdü, milyonlarla zəhmətkeşlərin ehtiyac və 
fəlakətini daha da kəskinləşdirdi. 30-cu illərin  əvvəllərində kütləvi 
fəhlə və demokratik hərakatın meydana gəlməsi üçün şərait yaratdı.  
   Doğrudur müəyynə müddət ABŞ-da fəhlə sinifi hələ 
vəziyyətin mahiyyətini dərk edə bilməmişdi.  Bu qanunauyğun idi. 
Çünki, onun təşkilatçılıq səviyyəsi çox aşağı idi. Hələ 20-ci illərin 
sonunda fəhlələrin cəmi 10%-i həmkarlar təşkilatının üzvü idi. 
Sənayenin  əsas sahələrində  əvvəlki kimi «açıq sex» sistemi ağalıq 
edirdi. Tred-yunan təşkilatları, hansı ki, fəhləlrin maddi vəziyyətini 
müdafiə edən  əsas təşkilatlar idi, onlar 20-ci illərdə böyük 
çətinliklərlə qarşılaşırdılar.  Əgər 20-ci illərdə ölkənin həmkarlar 
təşkilatında 5034 üzv vardırsa, 1929-cu ildə onların sayı daha da 
azaldı. 1933-cü ildə onların sayı cəmi 2857 min idi. 
  Şübhəsiz ki, fəhlə sinifinin ABŞ-da təşkilatlarda cəmləşməsi 
onun sosial tələblər uğrunda mübarizəsinə  mənfi təsir göstərirdi. 
Amerika əmək fedarasiyasınn üzvləri inhisarların fəhlə sinifi üzərinə 
hücumunун qarşısını almaq üçün heç bir ciddi addım atmağı 
bacarmırdılar. Onlar hətta fəhləlrin  ən elementar tələblərini də 
müdafiə etmədilər. 1932-ci ilə  qədər onlar işsizələrə  və dövlət 
sığortası haqqında təklifləri qəti rədd edirdilər. Həmkarlar 
təşkilatlarının bir çoxu Amarika Əmək Fedarasiyasının tərkibindən 
çıxmağa başladı. Müstəqil həmkarlar təşkilatının sayı artmağa 
başladı.  
 
42
1929-1933-ci illərdə  AƏF üzvlərinin sayı 2934 mindən 2127 
minə endi və ya 28% azaldı.
  
1930-cu ilin rəsmi məlumatına görə, ölkədə cəmi 183 min fəhlə 
tətil etmişdi. Nəhayət fəhlələr hadislərə düzgün qiymət verməyi 
bacardılar. Onlar sahibkarlara qarşı fəal mübarizəyə başladılar. Artıq 
1931-ci ildə ABŞ tətilçilərinin sayı 342 min nəfərə çatdı.
 
1932-ci ildə 
də bu vəziyyət qalmaqda idi.  
 İşsizlər hərakatı daha geniş vüsət aldı. Onlar əhalinin 
təxirəsalınmaz tədbirlərinin dərhal həyata keçirilməsini tələb 
edirdilər. İşsizlər hərəkatı ABŞ fəhlə sininfinin ilk kütləvi çıxışı idi. 
1930-cu ilin mart ayının 6-da işsizliyə qarşı kütləvi nümayiş keçirlidi. 
Yüz minlərlə  fəhlə Nyu-Yorkun, Çikaqonun və digər sənaye 
mərkəzlərinin küçələrinə  çıxdı. Həmin gün 1250 min nəfər yaxın 
fəhlə çıxış etdi.
 
 
  İşsizlərin yerli şuralarının yaranması prosesi gücləndi. Onlar 
yerli hökumətdən tələb edirdilər ki, işini itirmiş  fəhlələrə kömək 
etsinlər. 1930-cu ilin iyununda Çikaqoda işsizlərin birinci ümummilli 
qurultayı keçirildi. Qurultayın nümayəndələri ölkənin müxtəlif 
ərazilərindən gəlmişdilər. Qurultay işsizlərin Milli Şurasını yaratdı və 
bu  işsizlər hərakatının nüfuzlu orqanına çevrildi.  
  Koministlər tərəfindən təşkil olunmuş çox saylı  fəhlə 
nümayişlərini və  işsizlərin ölkənin müxtəlif rayonlarında aclıq 
yürüşlərini zəhmətkeşlər müdafiə edirdilər. Ən iri aclıq yürşlərindən 
biri 1930-cu ilin oktyabrında Nyu-Yorkda, onun ardınca isə Çikaqoda 
oldu. 1931-ci ilin fevral mart ayında başlayaraq kütləvi  şəkildə 
ölkənin müxtəlif yerlərində başlanan bu hərakat tezliklə 11-ə  qədər 
ştatı əhatə etdi. 
   1931-ci ilin dekabr ayının 7-də konqresin növbəti açılışı günü 
yürüş iştirakçılarının böyük bir qrupu ABŞ paytaxtının küçələrindən 
keçdilər. Onlar həm konqresdən həm də ölkə prezidentindən tələb 
etdilər ki, işsizlərə kömək üçün təcili tədbirlər həyata keçirsinlər.  
  ABŞ-da sinifi mübarizənin daha mühüm təzahürlərindən biri 
də birinci dünya müharibəsi veteranlarının 1932-ci ilin yayında 
Vaşiqtona yürüşləri oldu. Keçmiş  əsgərlər, zəncilər və  ağlar öz 
ailələri ilə birlikdə Vaşinqtona yollandılar ki, prezidentdən onlar üçün 
müəyyən edilmiş qanuni güzəştlərin ödənilməsini tələb etsinlər. Bu 
qanun 1925-ci ildə  qəbul edilsə  də, kompensasiyaların ödənilməsi 
1945-ci il üçün nəzərdə tutulurdu. Lakin veteranlar maddi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə