Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

 
43 
vəziyyətlərinin ağırlığı ilə  əlaqadar onun tezliklə ödənilməsini tələb 
edirdilər. 
Müharibə  iştirakçılarının birinci dəstələri 1932-ci ilin mart 
ayında gəlib çıxdılar, iyunun ortalarına qədər onların sayı 24 minə 
çatdı.  
  Nümayəndələr palatası  əksər səslə veteranların tələbi ilə 
razılaşmaq qərarına gəldi. Lakin senat Huverin təkidi ilə bu təklifi 
rədd etdi. Bu veteranları  həycanlandırdı onlar mübarizəni davam 
etdirdilər. Onlar həmçinin yeni bir tələb də irəli sürdülər ki, bu da 
sosial sığortanın həyata keçiriləsi tələbi idi.  Hökumət məsələyə ciddi 
yanaşmağa məcbur oldu. 1932-ci il iyul ayının 28-də Huverin əmri 
ilə Amerikan ordusunun ştab rəisi genaral Makarturun rəhbərliyi ilə 
veteranlara qarşı qoşun göndərildi. Hərakat qısa, lakin amansız oldu. 
Bütün veteranları güclə Vaşinqtondan çıxardılar, onların yerləşdikləri 
düşərgələr isə yandırıldı. Lakin veteranlara qarşı edilmiş bu 
amansızlıq zəhmətkeşləri qorxutmadı.  
  İşsizlər hərakatı daha böyük vüsət aldı. 1932-ci ilin 
dekabrında Vaşinqton sakinləri paytaxtın küçələrində ikinci milli 
aclıq yürüşünün iştirakçılarınы da qarışladılar. Onlar tələb edirdilər ki
konqres fəhlə  və fermərlərin vəziyyətini yaşılaşdırmaq üçün 
fövqaladə  tədbirlər görsün. 30-cu illərin  əvvələrində sosialistlər və 
həmkarlar rəhbərlərinin yeni müxalifət qurumu-fəhlə alyansı  təşkil 
etmək ideyasını irəli sürdülər.  
  Ölkədə sürətlə sol mövqedə dayanan həmkarlar ittifaqının 
sayı  və nüfuzu armağa başladı. Onun 1933-cü ildə 100 min nəfər 
qədər üzvü vardı. 
 Sosial  etirazların kütləvi hərakatı  təkcə milyonlarla fəhləlri 
əhatə etmirdi. Demokratik antiinhisar hərakatının fəal iştirakçıları 
kimi fermerlərin geniş təbəqələri də çıxış edirdilər. Ölkədə fermerlər 
təşkilatı  təsis edildi. Bu təşkilat başqa fermer təşkilatlarından fərqli 
olaraq təkcə aqrar brujaziyanın deyil, xırda fermerlərində mənafeyini 
müdafiə edirdi. Fermerlərin birinci iri çıxışı 1931-ci ilin yazında 
başladı. Bu hərakat Ayovada malların vərəm xəstəliyinə tutulması və 
onlara qarşı  tədbirlərin görülməməsi nəticəsində  təzahür edirdi. Bu, 
özünə  məxsus «inək müharibəsi» fasilələrlə 1931-ci ilin sentyabrına 
qədər davam etdi. Lakin bu hərakatında polis və milli qvardiya ilə 
silahlı toqquşması oldu. Hərakat iştirakıçlarını  ən çox qıcıqlandıran 
səbələrdən biridə bu idi ki, bu mallar ucuz qiymətə müəyyən 
 
44
müəssisələrə verilir və onlardan müxtəlif məhsullar hazırlanıb əhaliyə 
satılırdı.   1932-ci ilin yayında, yəni iqtisadi böhranın dahadə 
dərinləşdiyi bir dövürdə fermerlər hərakatınında yeni bir mərhələsi 
başlandı. Fermerlərin ayrı-ayrı  çıxışları açıq mübarizəyə keçdi. Bu 
mübarizə formalarından  ən çox istifadə edilən fermer baykotu oldu. 
1932-ci ilin mayında Ayova ştatındakı Do-Moyne şəhərində konqress 
keçirildi.  
Konqress öləkənin bütün fermerlərinə müraciət etdi ki, kənd 
təsərrüfatı məhsullarının qiyməti artırılmasa, onu satmasınlar. Baykot 
hərakatına rəhbərlik etmək üçün xüsusi təşkilat fermerlərin tətil 
assosasiyası  təşkil edildi. Fermerlər kənd təsərrüfatı  məhsullarını 
satmaqdan imtina etəmyə başladılar. Güc və  hədə ilə hakimiyyət 
fermer hərakatını  zəiflədtəməyə  və 1932-ci ilin oktyabrında onun 
qarşısını almağa nail oldu.
 
 
  Bununla belə 1932-ci ilin sonu 1933-cü ilin əvvəlilərində bu 
hərakat yenidən başlandı. Mübarizə artıq gündəlik formaya keçdi. 
Konqress tələb etdi ki, təcili sürətdə fermerlərə komək etmək üçün 
dövlət fondu yaradılsın, orada 500 milyon dollar olsun ki, fermerlər 
borcu və vergini ödəsin. Bu məsələni həyata keçirmək üçün Milli 
Fermer Hərakatı komitəsi yaradıldı. Bu fermer hərakatının sol 
qüvvələrin kordinasiya rolunu oynamalı idi. 
  1933-cü  ilin  yazına yaxın fermer hərakatının  əhatə dairəsi 
daha da genişləndi. Ümumilli fermerlərin tətillərinin keçirilməsi 
populyar xarakter aldı. 
  Sosial etiraz hərakatı tədricən qara dərili amerikalılrı da əhatə 
etdi. Onlar da ağlarda birlikdə  hərakatın fəal iştirakçılarına 
çevrildilər. Cənub  ştatlarında zəncilər daha çox olduğundan burada 
onların mübarizəsi daha çox nəzərə çarpırdı. Lakin iri torpaq 
sahibəlri Cənubda bu hərakatı hər vasitə ilə sarsıtmağa çalışırdı. 
  Kütləvi sosial hərakatın güclü inkişafı ölkədə  kəskin siyasi 
şərait yaratdı. «İşsizlərin nümayişləri», tətillər, müharibə 
veteranlarının yürüşləri, ölkə qarşısında sinifi mübarizənin daha da 
kəskinləşməsi prespektivini açdı.
 
 
  ABŞ inhisarçı brujaziyasının xilası vacib məsələ kimi dövlətin 
qarşısında idi. Çünki milyonlarla fəhlələr, fermerlər, şəhər əhalisinin 
orta təbəqəlri bu hadissələrdə başlıca günahkar inhisarçıları 
görürdülər.  


 
45 
İri kapital yenə  də  əsas tənqid obyektinə çevrildi. Həmçinin 
böhranın dağıdıcı  təsiri, bütün ağırlığını  zəhmətkeşlərin çiyninə 
düşməsi xalqda bu sistemin ədalətliliyinə qarşı şübhə yaratdı.  Vacib 
amillərdən biri də o idi ki, ölkədə  əsas hakim burjuaziya 
partiyalarının fəaliyyətinə qarşı böyük bir inamsızlıq meydana 
gəlmişdi. Huver hökumətinin qeyri-qənaətbəxş  sosial-iqtisadi 
siyasəti tamamilə xalqın nəzərində respublikaçılar partiyasının 
nüfuzunu aşağı salmışdı. Lakin demokratlar 30-cu illərin  əvvəlində 
heç bir konkret təklif irəli sürə bilmirdilər. Ona görə  də, Amerika 
hökumətinin radikal dairələrində belə bir populyar ideya yaranmışdır 
ki, üçüncü bir partiya yaradılmasına ehtiyac vardır. 
  Daha  mütərəqqi üçüncü bir partiyanın yaradılması  təşəbbüsü 
kimi 30-cu illərin  əvvəllərində müstəqil siyasət uğrunda Liqa çıxış 
edirdi. Bu liqanın əsası Sosialist Partiyasının ideya təsiri ilə 1929-cu 
ildə  əsası qoyulmuşdur. Yeni təşkilata görkəmli filosof Djon Dyu, 
iqtisadiyyat professoru Pol Duqlas, «Neymi» jurnalının redaktoru 
Osvald Harrison, sosial xiristian hərakatının xadimlərindən Hovard 
Uilyams və başqaları daxil olmuşlar. Liqanın rəhbərləri xalqın 
ehtiyac içərisində yaşamasının başlıca səbəbini maliyyə 
olaqraxiyasının ağalığında görürdülər, hansı ki, onların  əlində 
istehsalın başlıca sahələri və siyasi hakimiyyət toplanmışdır. Liqa 
rəhbərləri xilası korporativ cəmiyyət təşkil etməkdə görürdülər. Onlar 
bununla bütün Amerika xalqının təlabatlarının ödəniləcəyini 
düşünürdülər. Bunun üçün isə siyasi hakimiyyət xalq tərəfindən  ələ 
alınmalı idi. Təşkilatın rəhbərləri inqilabi metodlarla mübarizəni 
inkar edirdilər. 
  Bütün  bu  mütərəqqi təbliğatlar xalq tərəfindən 1931-1932-ci 
illərdə  rəğbətlə qarşılandı. 1929-1933-cü illərdə Fermer Fəhlə 
partiyasının fəaliyyətində yeni mərhələ başlandı. Bu partiya 20-ci 
illərin  əvvəllərində  təşkil edilmişdir. Zəhmətkeşlərin burjua 
partiyalarının fəaliyyətindən narazılığı onların ştatın siyasi həyatında 
önə  çıxmasına səbəb oldu. 1930-cu ilin seçkilərində onlar böyük 
qələbə qazandılar. 
  Demokratik  hərakatda mütərəqqi respublikaçılar qrupu da 
böyük rol oynayırdı. R.Lafolletin ölümündən sonra bu qrupa Dj. 
Norris başçılıq edirdi. Onu respkblikaçılar partiyasının sol qrupu da 
müdafiə edirdi. Onlar hər iki hakim partiyaya alternativ ola biləcək 
praqram işləyib hazırlamaq fikirində иdilər. Bu məqsədlə 1931-ci ilin 
 
46
martında Vaşinqtonda mütərəqqiçilərin konfransı keçirildi. 
Konfransın işində respublikaçılar və demokratlar partiyasının sol 
qanadının nümayəndələri də  iştirak edirdilər. Lakin nümayəndələr 
arasında ki, fikir müxtəlifliyi  vahid bir proqram qəbul edilməsinə 
imkan vermədi.  
  Lakin  bununla  bərabər, 1931-1932-ci illərdə mütərəqqi 
respublikaçılar qrupunun tələbi ilə bir neçə qanun layihələri işlənib 
hazırlandı və konqresə çıxarıldı. 1932-ci ilin martında konqres fəhlə 
hərakatının təzyiqi nəticəsində bunlardan birini, yəni münaqişələrə 
məhkəmələrin müdaxilə etməsinin məhdudlaşdırılması haqqında 
qərarını bəyəndi. 
  Siyasi  mübarizənin kəskinləşməsi nəticəsində demokratik 
hərakatın əksər iştirakçıları, o cümlədən respublikaçıların sol qanadı 
tədricən dərk edirdilər ki, irəli sürdükləri xətt nöqsanlıdır və müstəqil 
siyasi hərakatın daha radikal formaların keçmək zəruridir. 
  Fövqaldə  dərəcədə  gərgin vəziyyətdə- iqtisadi böhranın 
kəskinləşdiyi, sosial etirazlar hərakatının artığı, qeri-adi dərəcədə 
antiinhisar  əhval-ruhiyyəsinin gücləndiyi bir şəraitdə - 1932-ci ildə 
ölkədə prezident seçkiləri kаmpaniyası başlandı. Belə bir şəraitdə 
seçki kampaniyalarında irəli sürülmüş proqramlar çətinliklərin həlli 
ilə bağlı olmalı idi.  
1932-ci ildə respublikaçılar partiyasını çox ciddi çətinliklər 
qarşısında qaldığı bir daha aydın oldu. Seçicilərin böyük əksəriyyəti 
böhranın və  əhalinin ehtiyac içərisində yaşamasının səbəbini 
respublikaçılar partiyasının düzgün siyasət yeritməməlrinin nəticəsi 
hesab edirdilər. Ən çox xalqı Huver hökumətindən narazı salan onun 
işsizlərə kömək etməməsi idi. Huver «Sərt fərdiyyətçilik» prinsipini 
müdafiə etməklə ancaq varlılarn  sosial üstünlüklərini saxlamağa 
xidmət etmiş olurdu.  
 
 
1932-ci ilin iyulunda Çikaqoda keçirilən qurultayda 
respublikaçılar partiyasnın seçki proqramı qəbul edildi ki, burada da 
onlarnı  əvvəlki, siyasətinə heç bir dəyişiklik edilmədi. Kəskinləşən 
işsizlik probleminin həlli yenə də ştatların üzərinə qoyulurdu. Sosial 
sığorta haqqında bir kəlmə  də olsun danışılmırdı. Borclarla 
yüklənmiş fermerlərin vəziyyətini yüngülləşdirmək nəzərdə 
tutulmurdu. Onlar, əksinə, defisitsiz büdcəni müdafiə etməklə sosial 
xərclərə mənfi münasibətlərini göstərmiş oldular.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə