Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   2   3   4   5   6   7   8   9   ...   85

 
19 
liman tiksinlər. Dövlət departamenti bunun üçün lazımi tədbirlər 
həyata keçirdi.  
1921-ci ilin avqustunda Dayrend (Dallində) Uzaq Şərq 
Respublikası nümayəndələrinin konfransında tələb edildi ki, 
Yaponiya öz qoşunlarını təcili surətdə Uzaq Şərqdən köçürsün və heç 
bir  şərt irəli sürmədən Sovet Rusiyasının nümayəndələri konfransda 
iştirak etsinlər. Lakin yapon tərəfi bu təklifi qəbul etmədi. Yaponiya 
Uzaq  Şərq respublikasına təzyiqi artırdı. Yaponiya konfransa “17 
tələb” təklifini irəli sürmüşdü ki, onun mahiyyəti faktiki olaraq Uzaq 
Şərq respublikasını Yaponiyanın müstəmləkəsinə çevirmək idi.  
 Yapon 
imperialistləri çalışırdılar ki, rusların Vladivastok 
rayonunda və Koreya sərhədlərindəki qalaları ləğv edilsin. Uzaq Şərq 
respublikası  dəniz donanması yaratmaqdan imtina etməli idi. 
Yaponiyanın iş adamlarının Uzaq Şərq respublikasının  ərazisində 
yerli vətəndaşlarla bərabər hüquqda ticarət və  sənətkarlıqla məşğul 
olmaq azadlığını təmin edilməli idi. Uzaq Şərq respublikası  təminat 
verməli idi ki, öz ərazisinə “kommunist rejimi”nin  ayaq basmasına 
imkan verməyəcəkdir. Həmçinin o, Saxalinin şimal hissəsini 
Yaponiyaya icarəyə verməli idi.  
 Uzaq 
Şərq respublikasının nümayəndələri bu təklifləri rədd 
etməklə  bərabər yaponlarla danışıqları da davam etdirdilər. Çünki 
onlar imkan vermədilər ki, yaponlar onları konfransın işini pozmaqda 
ittiham etsinlər. 
1921-ci ilin oktyabrında Yaponiya tərəfindən silahlandırılan 
ağqvardiyaçılar  Uzaq Şərq respublikasına hücuma keçdilər. Lakin 
Uzaq  Şərq respublikasının ordusu onlara ciddi müqavimət göstərdi. 
Asiyada başlanan milli azadlıq hərəkatı  Yaponiya və ABŞ-a imkan 
vermədi ki, onlar Sovet Rusiyasını  məhv etsinlər.  Əksinə, Uzaq 
Şərqdə  və Çində başlanan milli-azadlıq hərəkatı onların bu xalqları 
müstəmləkəyə çevirmək planını pozdu. Lakin bütün bunlara 
baxmayaraq bu və ya digər dərəcədə Yaponiya bu regionda 
müdaxiləçilik siyasətini davam etdirirdi. Bu isə Yaponiya-ABŞ 
münasibətlərinə öz təsirini göstərməyə bilməzdi.  
Göstərdiyimiz səbəblər də Amerika diplomatiyasına konfrans 
çağırmaq təşəbbüsünü irəli sürməyə imkan verirdi. Konfrans Sakit 
okean və Uzaq Şərqlə bağlı olan problemlərə baxmalı və onları həll 
etmək yollarını göstərməli idi.  
 
20
 
1921-ci ilin iyulun 10-da ABŞ dövlət katibi  Yuz 
Vaşinqtonda beynəlxalq konfrans çağırmaq təklifi ilə  çıxış etdi. 
Avqust ayının 11-də dünyanın  böyük dövlətlərinə  dəvətnamə 
göndərildi.  
 
Lakin konfransa nə Uzaq Şərq, nə də Sovet Rusiyası  dəvət 
edilmədi. Sovet Rusiyası  məsələsi konfransın gündəliyinə daxil 
edilməsə də aydın idi ki, konfransın işində əsas yer tutmalı idi. ABŞ-
ın nüfuzlu qəzetlərindən birində yazılmışdır ki, “Rus məsələsi, 
şübhəsiz, Vaşinqton konfransında Hardinq və digər nümayəndələr 
tərəfindən ən çox müzakirə edilən məsələlərdən biri olacaqdır. 
 Sovet 
Rusiyası iki dəfə 1921-ci il iyulun 19-u və noyabrın 2-
də etirazını bildirdi ki, o da Sakit okean dövlətidir və konfransda 
iştirak etməlidir. Lakin konfrans qəti bildirdi ki, konfransın qərarı ilə  
o, qanuni qüvvəyə malik olmayacaqdır.  Konfrans 14 dövlətin iştirakı 
ilə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda açıldı. Konfransda ABŞ, 
Böyük Britaniya və onun dominionları Fransa, İtaliya, Yaponiya, 
Hindistan, Çin, Belçika, Niderland, Portuqaliyadan nümayəndə 
heyəti iştirak edirdi. 
Konfransın iclasları açıq keçirilirdi. Nümayəndələrin çıxışları 
da çap edilirdi. Burjua mətbuatı nümayiş etdirirdi ki, gizli 
diplomatiya, bağlı qapı arxasında söhbətlərin artıq sonu çatmışdır. 
Həqiqət isə bundan çox uzaq idi. İkinci dərəcəli məsələlər xalqa 
bildirilsə  də,  əsas məsələlər ancaq dar dairədə  həll edilirdi. Gizli 
keçirilən müşavirələrdə ancaq dörd dövlətin – ABŞ,  İngiltərə, 
Yaponiya, Fransanın nümayəndələri iştirak edirdilər. Konfransda 
iştirak edən digər dövlətlərin rəyi ilə, demək olar ki, çox az hallarda 
razılaşırdılar. Bəzən isə bu nümayəndələrin çıxışına heç diqqət 
verilmirdi.  
Konfransın rəsmi gündəliyinə  aşağıdakı  məsələlər daxil 
edilmişdir: 1) Dəniz silahlarının məhdudlaşdırılması, həmçinin 
müharibədə yeni silahlardan istifadə qaydaları; 2) Sakit okean və 
Uzaq  Şərq məsələləri (Çin, Sibir və Mandat altında olan ölkələr)  
İngilis-Yapon sazişi haqqında məsələ konfransın gündəliyinə daxil 
edilməmişdi. Lakin bir şey aydın idi ki,  başqa problemlər üzrə sazişə 
gəlmək üçün onun həlli vacib idi.  
Konfransda başlıca rolu ABŞ oynayırdı. O, Versal sülh 
müqaviləsində buraxdığı  səhvləri düzəltməyi qarşısına məqsəd 
qoymuşdu. ABŞ nümayəndə heyəti konfransda özünün birinci 


 
21 
vəzifəsini ingilis-yapon sazişini ləğv etməkdə görürdü. Bu digər 
məsələlərin həlli üçün açar rolunu oynayırdı. Bu məsələ ilə bağlı gizli 
şəkildə üç dövlət,  ABŞ, İngiltərə, Yaponiya arasında ciddi söhbət və 
müzakirə keçirildi. Danışqlarda ABŞ  tərəfindən Yuz, İngiltərə 
tərəfindən Balfur, Yaponiya tərəfindən Kato əsas rol oynayırdı. 
Baffur əvvəl məsələni belə qoydu ki, saziş ləğv edilməsin, İngiltərə, 
Yaponiya və ABŞ arasında üç tərəfli sazişlə əvəz edilsin və bu hərbi 
müdafiə sazişi olsun. ABŞ dövlət katibi Yuz İngiltərənin ingilis-
yapon sazişini yeni formada saxlamaq cəhdini qəti rədd etdi və təkid 
etdi ki, Fransa da bu danışıqlarda iştirak etsin. ABŞ belə hesab edirdi 
ki, Fransanın ABŞ-a borclu olması, həmçinin  İngiltərə ilə Fransa 
arasında Yaxın  Şərq, alman və digər məsələlərlə bağlı ziddiyyətlər 
Fransanın  İngiltərə  və Yaponiya əleyhinə olmasına səbəb olacaq və 
ABŞ-ın mövqeyini müdafiə edəcəkdir. 
1921-ci il dekabr ayının 10-da konfransın nümayəndələrinin 
əksəriyyəti üçün gözlənilməz  şəkildə ABŞ nümayəndəsi belə bir 
təklif irəli sürdü ki, Sakit okeandakı adaların toxunulmazlığına 
təminat haqqında dörd dövlət – ABŞ, Yaponiya, İngiltərə, Fransa 
arasında saziş bağlansın  İtaliyanın sazişdə  iştirak etmək haqqında 
tələbləri nəzərə alınmadı və qəbul edlmədi. Lodcun çıxışından sonra 
İngiltərə nümayəndə heyətinin başçısı Balfur çıxış edərək göstərdi ki, 
ABŞ-ın təklifini sevinclə  qəbul edir, çünki bu onun ABŞ,  İngiltərə, 
Yaponiya və Fransanın dostluğunu möhkəmləndirmək haqqında 
arzusunun həyata keçməsi deməkdir. Balfurun çıxışı da əslində 
nəzakətli formada ingilis-yapon sazişinin ləğv olunduğu demək idi. 
Təsadüfi deyildir ki, yapon nümayəndəsi açıq formada ingilis 
nümayəndəsinə bildirdi ki, “Siz hər halda bizim ittifaqımız üçün əla 
dəfn yaratdınız”.  
Vaşinqton konfransının mühüm hadisələrindən biri də “Dörd 
dövlət müqaviləsi”nin bağlanması idi. Bu müqavilə ABŞ,  İngiltərə, 
Yaponiya, Fransa arasında 1921-ci ilin dekabrın 13-də bağlandı. 
Müqavilədə qeyd edilirdi ki, müqavilə ratifikasiya olunduqdan sonra 
ingilis-yapon müqaviləsi qüvvədən düşür. Bu, ABŞ diplomatiyasının 
böyük qələbəsi demək idi. Çünki burada rəhbər rolu ABŞ oynamalı, 
İngiltərə isə ona tabe olmalı idi.  
Bununla birlikdə müqavilə müstəmləkə  və asılı ölkələrdəki 
milli-azadlıq hərəkatlarına qarşı çevrilmişdi.  
 
22
Müqavilənin mətni cəmi dörd maddədən ibarət idi. Bunlar 
aşağıdakıları  əhatə edirdi: Sakit okean regionunda olan ada 
mülklərinə  və ada ərazilərinə qarşılıqlı hörmət hüququnu saxlamaq, 
hər hansı digər dövlət tərəfindən bu ərazilərə  təhlükə yarandıqda 
“hərəkət tədbirləri” haqqında birgə  qərar qəbul etmək; Avtomatik 
olaraq uzatma şərti ilə müqavilənin müddətini on il müəyyən etmək; 
1902-ci ildə bağlanmış  İngiltərə-Yaponiya sazişi artıq  əhəmiyyətini 
itirir və bu dörd dövlət müqaviləsi onu əvəz edir. 
Amerika inzibati idarəsi, o cümlədən ABŞ tarixçiləri bu 
müqaviləni  cəmi dörd maddədən ibarət  olduğuna görə ikinci 
dərəcəli hesab edirlər.  Əslində isə dörd dövlət müqaviləsində ABŞ 
məharətlə öz məqsədini gizlətməyi bacarmışdır. Bu məqsəd  əslində 
ABŞ-ın özünəməxsus formada və öz rəhbərliyi altında “Uzaq Şərq 
Antantası”nı yaratması idi. Məhz bu baxımdan dörd dövlət 
müqaviləsi  əslində ABŞ-ın “Millətlər assosasiyası” yaratmaq 
ideyasının qismən ifadə edilməsi demək idi və bu mənada da 
prinsipial  əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildir ki, o konfransda 
ilk imzalanan müqavilə idi.  
Müqavilənin 4-cü bəndi 1902-ci il İngiltərə-Yaponiya 
sazişinin ləğvinə aid idi ki, bu əslində Vaşinqtonun böyük qələbəsi 
demək idi. Çünki bu Uzaq Şərqdə ABŞ-ın  əsas rəqiblərini bir-
birindən ayırdı. Yaponiyanı dayağından məhrum etdi ki, hansı ki, 
onun vasitəsilə Yaponiya bir çox adaları işğal etmişdir. 
Müqavilənin birinci maddəsi də az əhəmiyyət kəsb etmirdi. 
Belə ki, bu maddə ABŞ-ın Sakit okeanda Millətlər Cəmiyyəti 
vasitəsilə olan bölgünü tanıdığını bildirirdi. Bu maddə  həmçinin o 
demək idi ki, əgər Çin ipə-sapa yatmasa, onun əleyhinə dörd dövlət 
birgə hərbi çıxış təşkil edə bilərlər. Əslində bu maddə həm Çinə, həm 
də Sovet Rusiyasına qarşı yönəlmişdi. Həmin planda suda, havada və 
quruda silahlanmanın məhdudlaşdırılması öz əksini tapmışdır. Lakin 
bütün bunlar əslində formal xarakter daşıyırdı. Qısa müzakirələrdən 
sonra məlum oldu ki, Fransa Avropada qayda-qanunu saxlamaq üçün 
ən böyük quru qoşunlarına malikdir. Yaponiya xüsusi Uzaq Şərq 
situasiyasını saxlamaq üçün silahlanmışdır. Nəticədə iştirakçılar belə 
fikrə  gəldilər ki, quruda və havada hələlik tərkisilah mümkün 
deyildir. Bu ABŞ dövlət katibini tamamilə əmin etdi. Əslində ABŞ-ı 
bu məsələ o qədər də narahat etmirdi. Onu narahat edən İngiltərə və 
Yaponiyanın dənizdə silahlanması idi. Aviasiyaya gəldikdə isə ABŞ 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə