______________Milli Kitabxana_______________
70
Heç gülmədi aşıq Vəli
Haqqa müsafir gələli,
İmamların komək əli
Bizdən uzaqlaşdı yenə...
Gəray bəy dərdlənir Qarğı dağ kimi,
Yayılır canına sarı yağ kimi
Aşığın ağzından tökülən sözlər,
Dərin bir boşluğa açılır gözlər...
-
Bu dünya beş gündür, beşi də qara,
Dünya qalmamışdır ulu xanlara.
Düşmənə baş əyən arvaddır, arvad!
İgidə lazımdır bir tüfəng, bir at,
Fürsəti bərk tutun, o qanadlı quş
Gündə bir qapıya müsafir olmuş.
Kef çəkin, dünyadan ləzzət aparın!
Səmti dəyişmişdir əsən ruzgarın.
İçin oğlanlarım!.. Dəmlənin hər vaxt!
Ömür dedikləri - qızıldan bir taxt
Olsa da, axırı puçdur, inanın!
Dünya meydanıdır ölümün, qanın...
Dedikcə Gərayın sərt baxışları
Açılır bir sonsuz boşluğa sarı...
Qaranlıq başını əymiş dağlara,
Ay da buludları düz yara-yara
Göyün bir səratinə girib soxulmuş,
Bu gecə başqa bir həsrətlə dolmuş...
Qaçaqlar çadıra toplaşıb həmən,
Uzanıb hərəsi yatır bir yerdən.
Cəlal Gəray bəyin yanında yatmış,
Soyuq dəydiyindən qan-tərə batmış.
Gəray bəy fikirdə, oyaqdır hənuz,
Nəysə plan tökür yenə duyğusuz:
- Nahaq
söz
vermişəm Cəlala dünən:
Bəlkə də alverdə uduzuram mən?
Qız hara, mən hara, komsomol hara?
______________Milli Kitabxana_______________
71
İnanmaq olarmı bu kafirlərə?
Zəhmətim olmasın qızıma halal,
Yoxsa, yalan deyir mənə bu Cəlal?
O, bəlkə öyrənib hər sirrimizi,
Sonradan güdaza verəcək bizi?
Bəlkə də davanın şirin yerində
Xəlvətcə arxama dolanıb yenə
O öz gülləsini mənə çaxacaq?
Xeyr! Bu dünyada hər şeydən qabaq
İgidə ehtiyat və inad gərək!..
Gəray bu fikirlə qeyzə gələrək,
Yanından götürür öz naqanını...
Qatilin o dəmki həyəcanını
Mən necə göstərim?
Cəlal yuxuda...
Humay yol gozləyir qan uda-uda...
Azacıq keçmədən açılır naqan,
Bir də ayılmayır Cəlal yuxudan...
Kefini pozma heç, əziz oxucum,
Alma nəfəsini sən udum-udum;
Həyatda su kimi bulandıqca qan
Qılınclar, süngülər qızdığı zaman
Sadədil olmağın nəsibi budur,
Vaxtsız ölənləri tarix unudur...
Haman bu anda,
Eyni zamanda,
Humayı basmışdır yuxuda qara,
Yazıq boğazından çəkilir dara.
Yuxu ölüm kimi... Qız ağır yatmış,
Vücudu istidən qan-tərə batmış.
Ondan xəbərsizdir bu qoca dünya,
Boğur qızcığazı gördüyü röya:
Pəncəli, caynaqlı anaş qaraquş
Götürüb Humayı göylərə uçmuş.
Sonra da qonmuşdur qaya başına,
Ovunu salmışdır o, dağ daşına.
______________Milli Kitabxana_______________
72
Qoyub pəncəsini sinəsinə, bax.
Qızın döşlərini parçalayaraq,
İstər dənliyini doldursun o quş...
Humay yuxusundan gözləri dolmuş
Bir halda səksənir, əsir bədəni;
"Yəqin ki, bir xata gözləyir məni,
Bəlkə də Cəlalın başında iş var?.."
Onun sualına dinməyir dağlar...
İNTİZAR
Keçdi hadisədən düz on altı gün,
Bir xəbər gəlmədi aran yerınə
Humay intizarda, xəyalı düşgün,
Tozlanan yollara boylanır yenə...
Nə bir yerdə durur, nə də dincəlir,
Sınmış o əvvəlki şahin vüqarı.
Nə də ki, gecələr yuxusu gəlir,
Əlləri qoynunda, qüruba san
Boylana-boylana qalmışdır, əvət
Ölür insan qəlbi, Ölür məhəbbət
Bu axşam bəzənmiş qızlar, gəlinlər.
Yığılmış qonşuda toy mağarına;
Fəqət kənardaca bir könül inlər,
Qaranlıq çökmüşdür baxışlarına...
Dəf vurub, qızışıb zurnaçı həmən,
Əl-ələ tutuşub, yallı gedilir.
Məclısə baş çəkir, hər gəlib-gedən;
Səslər qarışıqdır, az eşidilir.
Mağara gəlməmiş "xəstəyəm" deyə
Gülüb sevinməyə biganə Humay.
Qapının ağzında yalvarır göyə.
Buludlar yığışır başına lay-lay...
______________Milli Kitabxana_______________
73
Yollar səbirlidir, tilsimlidir, ah!..
Bir müjdə gəlməyir o zavallıya.
Gecə açılmayır, doğmayır sabah.
O şair konüllü, xoş xəyallıya.
"Baharın fəslidir, a qarlı dağlar,
Oldu göz yaşlarım ümman, ağlaram;
Nə sözüm, söhbətim, nə həmdəmim var,
Dərdin ürəyimdə pünhan, ağlaram.
Sirrimi vermədim dosta, yoldaşa,
İnsafsız ürəyim dönmüşdür daşa;
Baxmadı gözümdən tökülən yaşa
Havada quş, yerdə insan, ağlaram.
Dəyişdi, günbəgün pozuldu halım,
Bitib tükənmədi bu qeylü-qalın,
Getdi, qayıtmadı körpə Cəlalım,
Bürüdü yolları duman, ağlaram".
Dedikcə qəlbinə qaranlıq çökür,
Gözündən od kimi o, yaşlar tokür...
Dolandı həftələr, dolandı aylar,
Cəlal qayıtmadı o gündən bəri.
Fəqət təbiətin bir qanunu var –
Bir yerdə durmadan axır iləri...
Dünya dedikləri yarış meydanı –
Qaçanlar baxmayır yıxılanlara.
Göyün şöhrətidir yerin insanı,
Sözünü çeynəməz çəkilsə dara!
Yenə baş götürüb oynayır həyat,
Axır şırıl-şırıl şır-şır bulaqlar.
Könül bir kitab ki, mənası qat-qat,
Təsliməm deməyən bir qüvvəti var.
Dostları ilə paylaş: |