51
Dədə Əfəndinin ikinci söhbəti
Hə, oğul, onu deyirdim axı, qədim türklər həqiqəti
dərk edən, düzgünlüyə qiymət verən xalqdır. Bizim ma-
yamız belə yoğrulub. Türklər görəndə ki, bunların yaşam
tərzi ilə Məhəmmədin təklif etdiyi yaşam tərzi eynidir,
Dədəmizin məsləhəti ilə bu dini – İslamı tanıdılar. Yenə
deyirəm, tanıdılar ha, qəbul etmədilər. Ondan bəhrələn-
məyə başladılar. Çünki onların sahib olduqları dinin tö-
küntüləri idi bu. Digər dinlərdən fərqli olaraq, Tanrının
insanı yerə endirdiyi zaman onun üçün təqdim etdiyi
qaydalar, yaşam tərzi məhz sonuncu kitabda qismən də
olsa, digərlərindən dolğun verilmişdi. Amma yenə tam
deyil. Digər dinlər, sadəcə, Tanrının ilk dediklərini uc-
dan-qulaqdan eşidib nəsə uydurmuş və din adı altında
yayılmağa çalışılmışdı. Dünyanın insanlarını qul kimi
idarə etmək arzusunda olanlar, elə buna görə də zaman-
zaman peyğəmbərlər yaradıb, Tanrının elçisi kimi təqdim
etmiş, insanlara əmr etməyin yollarını araşdırmışdılar.
Amma əsil kitab heç zaman tam olaraq onların əlinə keç-
mədi. Sadəcə, onun bəzi qalıqlarından yararlandılar və
türkün yaşadığı ərazilərdə o kitabları axtardılar. Sonda
isə vərəsənin nümayəndəsi olan Məhəmmədin kitab haq-
qındakı biliklərindən istifadə edərək, onu öz tərəflərinə
çəkdilər. Çünki Məhəmməd də türk əsilli idi. Ona da bu
kitab haqqında danışılmışdı. Və beləcə sonuncu, mükəm-
məl adlandırdıqları din yarandı. Amma o kitabda İnsan
və Tanrı haqqında dolğun bilgi verə bilmədilər, çünki heç
nə bilmirdilər, bilməycəklər də. Nəsimi az qalmışdı ki,
qaydaları pozub vərəsənin ən gizlin silahını dünyaya bə-
yan etsin. O, deyirdi ki, sonuncu kitabda bir neçə cüz giz-