Rusiyaya
gəldikdən sonra o, yenidən Mancuriyaya cəbhəyə getmək xahişi ilə
müraciət etdi. Rus-Yapon döyüşlərində iştirakına görə o, 6 mükafat və polkovnik-
leytenant rütbəsi aldı.
Rus-Yapon və Birinci Dünya müharibəsi arasında olan müddətdə Şıxlinski
Artilleriya Zabitləri məktəbində işləyərək, general-mayor rütbəsini aldı. O vaxt o,
polkovnik rütbəsindən general rütbəsinə qədər cəmi 4 il xidmət etmişdi, halbuki,
adətən bu müddət 10 il, xüsusi fərqlənənlər üçün isə 8 il davam edir. Əliağa
Şıxlinski müharibə getməyən ölkədə çox qısa müddətdə general-mayor rütbəsini
qeyri-adi hərbi biliyinə və bacarığına görə almışdır. Bu zaman Əliağa Şıxlinski öz
qoşunlarının başı üstündən atış və təyyarələrə atəşaçma
üsulu daxil edilməklə,
artilleriyanın atışı və döyüşdə tətbiq məsələləri ilə bağlı bir sıra kitabçalar,
təlimatlar, konspektlər yazdı. Məşhur “Şıxlinski üçbucağı”ndan Fransa, Avstriya,
Norveç və digər ölkələrin topçuları tərəfindən istifadə edilirdi. Əliağa Şıxlinski
döyüşdə artilleriyanın piyadanı müşayət etməsi məsələsini də qaldırdı ki, bu ideya
da alay və tabor artilleriyasının yaranmasına səbəb oldu.
Birinci Dünya müharibəsi illərində general Əliağa Şıxlinski fəaliyyətdə olan
rus ordusunda Peterburqun (Petroqradın) müdafiə artilleriyasının rəisi, 5-ci
ordunun, Şərq-Sibir cəbhəsinin artilleriya inspektoru (indiki-komandan), 10-cu
ordunun komandanı kimi yüksək vəzifələri daşımışdı. O, dəfələrlə mükafata layiq
görülmüş, general-leytenant rütbəsini almışdı.
Çar hökuməti devrildikdən sonra və hakimiyyətə müvəqqəti
hökumət
gəldikdən sonra Şıxlinski orduda xidmət etməyi davam etdirir. O, Minski
milisinin birinci rəisi M.V.Mixaylovun
25
(Frunzenin) üzv olduğu Minski soveti ilə
sıx əlaqədə işləməli oldu. M.V.Mixaylov (Frunze) ilə onun arasında çox səmimi
münasibət yaranmışdı.
Qeyd etmək lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı məşhur siyasi
və hərb xadimləri ilə görüşləri haqqında yazır və onların haqqında, bəzən çox qısa,
lakin dəqiq xarakteristika verir. 1917-ci ilin noyabrında Şıxlinski
səhhətinə görə
ordudan azad olunmağa və Bakıya qayıtmağa məcbur oldu. 1920-ci ildə Qafqazda
bir sıra əksinqilabi çıxışlar baş verdiyi zaman Bakı inqilab komitəsinin sədri
general Şıxlinskini və general Mehmandarovu, onlardan mərkəzi hərbi apparatda,
dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün, Moskvaya, Leninin yanına
göndərınək qərarına gəldi. Əliağa Şıxlinski Ali Artilleriya
məktəbində müəllim və
Artilleriya Nizamnamə Komissiyasının tərkibində işləyirdi.
1921-ci ildə o, Bakıya qayıtdı və Bakı qarnizonunun hərbi-elmi
cəmiyyətində sədr müavini vəzifəsini tutdu. 1921-1929-cu illər o, artileriyanın
döyüşdə tətbiqi məsələləri haqqında çoxlu çrxışlar etmiş, qarnizonun topçularının
praktiki hazırlıqları ilə məşğul olmuşdu. General Əliağa Şrxlinski Azərbaycanda,
onun fəaliyyətini yüksək qiymətləndirən Frunze ilə iki dəfə görüşmüşdü. Bu
görüşlərdə Şıxlinski yenidən, bu dəfə artıq M.V.Frunzenin qarşısında Qızıl Orduda
alay və tabor artileriyasının yaradılması məsələsini qaldirmışdı.
1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, onun görmə və
eşitmə qabiliyyəti zəiflədi. O, 1943-cü ildə vəfat etdi.
Ölümündən qabaq diktə
25
Görkəmli sərkərdə və dövlət xadimi M.F.Frunzenin (1885-1925) inqlabından əvvəlki gizli imzasıdır.- Ş.N.
etdiyi “Mənim xatirələrim” kitabı bütün həyatı boyu qulluq etdiyi rus ordusunun
artileriya tarixinə general Əliağa Şıxlinskinin son əmanəti oldu.
Kitab sadə, asan, anlaşılan dildə yazılmış və rahat oxunur. Ayrı-ayrı stilistik
nöqsanlar kitabdan alınan ümumi təsəvvürü korlamır, elə bil ki, onlar təsvir edilən
hadisələrin zamanı ilə bu günkü gün arasında olan fərqi göstərir.
Oxucu üçün əhəmiyyətə malik olmayan bəzi şəkilləri kitabdan xaric etmək
olar. Bizim fikrimizə görə Əliağa Şıxlinskinin həyat yoldaşının şəkillərindən
birinin generallardan S.S.Mehmandarovun, N.Q.Stoletovun, A.A.Brusilovun
portretlərinın bu kitabdan çıxarılması yaxşı olardı.
NƏTİCƏ:
Məzmununa, tarixi əhəmiyyətinə, faktiki materialların bolluğuna,
rus ordusunun, xüsusilə onun artilleriyasının döyüş fəaliyyətinin və həyatının geniş
işıqlandırılmasına görə general Əliağa Şıxlinskinin “Mənim xatirələrim” kitabı
yenidən nəşr edilməyə layiqdir.
GENERAL ƏLİAĞA ŞIXLİNSKİNİN
ŞERLƏRİ
Əliağa Şıxlinski Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri
mənimsəməkdə böyük səy göstərmiş, iki illik kursu yeddi ay ərzində başa çatdıran
yeganə şagird olmuşdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-
cü ildə qurtarıncaya qədər birinciliyi əldən verməmişdir.
Peterburqda Mixaylov
topçuluq məktəbində Əliağa dərslərdə müvəffəqiyyətinə görə ilk üç əlaçı
kursantdan biri olaraq diqqəti cəlb etmişdir.
Yevgeni BARSUKOV,
Hərb Elmləri doktoru,
Professor, general-mayor,
Dövlət Mükafatı laureatı.
Tam artilleriya generalı Əliağa Şıxlinski təkcə hərbçi olaraq qalmamışdır. O,
hərbi-elmi publisistik məqalələrin, artilleriyaya aid dərsliklərin də müəllifi
olmuşdur. Onun “Divizion miqyasında topçu manevralar” təşkili üçün təlimat”,
“Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi” (1913-cü ildən
1916-cı ilədək üç dəfə nəşr olunub), 1910-cu ildə “Səhra toplarının
cəbhədə
işlədilməsi” və “Topçu zabitləri məktəbində polkovnik Şıxlinski tərəfindən
oxunmuş mühazirələrin xülasəsi” kimi samballı kitabları Peterburq və Luqa
şəhərində çap olundu. Həmin əsərlərin surətini 1983-cü ildə Sankt-Peterburqdakı
Saltıkov-Şedrin adına kütləvi kitabxananın nadir fondundan çıxarıb gətirınişəm.
Əsərlər tərcümə olunub şəxsi arxivimdədir.
1906-cı ildən 1914-cü ilə kimi Əliağa Şıxlinski Çarskoe Selodakı Artilleriya
Zabitləri məktəbində rəis müavini işləyib. 1912-ci ildə generalın təşəbbüsü ilə
“Artilleriya Zabitləri məktəbinin jurnalı” nəşr olunmuşdur.
1913-cü ilin payızında Artilleriya Zabitləri məktəbinin rəisi, artilleriya
generalı A.N.Sinitsin qocalığına görə istefaya çıxır.
Jurnal bu münasibətlə