Sizinlə vidalaşanda sizə demək istədiyim bunlardır. İndi isə, yoldaşlar,
mənim ən xoş və səmimi arzularımı qəbul edin.
ALİM-GENERAL
Məşhur generalımız Əliağa Şıxlinski hərb elmi
ilə müntəzəm məşğul olan
yeganə sərkərdəmizdir. O, ötən əsrin sonlarından başlayarq Rusiyada dərc olunan
müxtəlif qəzetlərdə, “Artilleriya Zabitləri Məktəbinin xəbərləri” jurnalında
22
hərbi
elmi-publisistik məqalələrlə çıxış etmişdir. 1910-1914-cü illərdə Luqa şəhərində
nəşr olunmuş “Səhra topların cəbhədə işlədilməsi”, “Divizion miqyasında topçu
manevrlərin təşkili üçün təlimat”, “Topçu zabitləri məktəbində Əliağa Şıxlinski
tərəfindən oxunmuş mühazirələrin xülasəsi”, “Öz qoşunlarının başı üstündən top
atışı haqqında” kitabları Port-Artur qəhrəmanı Əliağa Şıxlinskiyə şan-şöhrət
gətirmişdir.
1918-1920-ci illərdə və Sovetlər dövründə də general Əliağa Şıxlinski hərb
elmi mövzusunda silsilə məqalələrin və hərbi kitabların müəllifı olmuşdur. Onun
1926-cı ildə “Azərbaycan hərbi redaksiyası” tərəfindən nəşr olunmuş 300
səhifəlik
“Rusca-türkcə qısa hərbi lüğətli hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın
tərcümə olunmasında böyük əhəmiyyət kəsb etmişdir. Nadir nüsxəyə çevrilən lüğət
bu gün də misilsiz dəyərə malikdir.
1920-ci üdə onun təşəbbüsü ilə yaranan Bakı qarnizonunun Hərbi Elmi
Cəmiyyəti, “Hərbi bilik” jurnalı və “Hərbi nəşriyyat” bizə “Əliağa Şıxlinski
Azərbaycanda hərb elminin banisidir” - Sovetlər
dövründə onun XI Orduda
məcburi xidmət etməsi, bolşeviklərin ona çar və müsavat generalı kimi mənfı
münasibəti onun əlyazmalarında, müasirlərinin xatirələrində açıq-aydın bilinir.
Totalitar rejimin “gözükölgəli” etdiyi general Əliağa Şıxlinski ona görə də bu
illərdə bütün gücünü, biliyini hərb elmi ilə məşğul olmağa daha çox sərf etmişdir.
Onun “Hərbi bilik” jurnalında və “Kommunist”, “Bakinski raboçi” qəzetlərində
“Gələcək müharibədə toplar”, “Topların piyada və süvarilərlə qarşılıqlı əməliy-
yatı”, "Topların dağlıq yerlərdə atəş xüsusiyyəti haqqında”, “Alay topları
haqqında” silsilə məqalələri dərc olunmuşdur.
Bu günlərdə “Kommunist” qəzetinin 1926-cı il fevral ayı nömrələrini
vərəqləyərkən məşhur sərkərdəmizin indiyədək bizə məlum
olmayan dəyərli bir
məqaləsinə rast gəldik. “Darılmaq istəməz” adlı məqalədə tam artilleriya generalı
Əliağa Şıxlinski bu gün də vacib olan dilimizin saflığından, istər danışığımızda,
istərsə də yazılarımızda türkləşməni, türk hərbi istilahlarını daha vacib bilir.
O yazır: “Dili türkləşdirınək istəyənlər Azərbaycanın uca dağlarında, dərin
dərələrində yaşayan kəndlərə, yenə kəndlərə getməlidirlər. Şəhərlərdə türk sözü
qalmamışdır. Onların yerlərini ərəb, fars, rus sözləri tutmuşdur. Xüsusən, hərbi
istilahlar üçün kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü
silaha aid sözlər orada işlənir. Şəhərdə isə işlənən
sözlərin çoxu dükan-bazar, arşın-
girvənkəyə aiddir. Biz kəndlərimizdə saxlanmış sözləri tapmalı, yığmalı və
22
Bu jurnal 1912-ci ildə Əliağa Şıxlinskinin təşəbbüsü ilə Sank- Peterbuqda nəşr olunmuşdur – Ş.N.
yaşatmalıyıq. Unudulmuş türk sözləri yalnız danışmaq üçün deyil, ən gərəkli
kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanlarınyarağı olsun”.
General Əliağa Şıxlinskinin yetmiş dörd il əvvəl qələmə aldığı “Darılmaq
istəməz”
məqaləsinin üslubuna, cümlə quruluşuna toxunmadan təqdim edirəm.
DARILMAQ İSTƏMƏZ
“Müvəqqəti topçu təlimnaməsi”nin (atış qaydalarının) tərcüməsi Səttarov
yoldaşı çox acıtmışdır (“Kommunist” № 81). Yoldaşın tənqidi kəskin, fəqət
büsbütün haqsızdır. Məqalə yeni araya çıxmış təlimnaməni görməyən gənc
topçularımızın ürəklərini qopara bilər. Buna görə də cavab
verməyi özümə borc
bildim.
Azərbaycan Xalq Maarif Komissarlığı yanında düzəlmiş “İslahat”
komisyonu dilimizdən yad sözlərin çıxarılmasını və yerlərinə mümkün olduqca
türk sözləri qoyulmasını qərara almışdır. Hərbi nəşriyyat komisyonu da bu yol ilə
getməyə çalışır. Əlbəttə, yanlışımız olmaya bilməz. Yanlışsız kim işləyə bilər?
Təlimnamə müvəqqətidir. Birya iki ildən sonra dəyişdiriləcəkdir. O vaxtadək
komandalarımızın sınağı (təcrübəsi) və yazıçılarımızın tənqidlə yanlışlarımızı
düzəldə biləriz. Fəqət tənqidi də bilikli adamlar etməlidirlər. Bir çoxları hər il
istilah dəyişdirilməyəcəyini söyləyə bilərlər. Ancaq
öz dilini ədəbiyyat və elmə
uydurmaq üçün uzun-uzun illər çalışmalı və götürülmüş münasibətsiz sözlər daha
uyarları ilə dəyişilməlidir. Tərcümə etdiyimiz rus təlimnamələrində də 200 ildən
artıq işlənən istilahların çoxu inqilabdan sonra dəyişdirilmişdir. Bəzi istilahlar
1922-ci ildən indiyədək 2-3 dəfə dəyişdirilmişdir. Indi Səttarov yoldaşın
anlamadığı və tənqid etdiyi sözlərə keçəlim. Təlimnamədə yazılmış:
1) “Gecikdirənli və gecikdirənsiz - toqquşmalı tapası və həmçinin ölçülməli
tapası olan qumbara”. Bunu tərcüməsi belədir:
“Qranata s vzrıvateləmi
s zamedleniem i bez zamedleniə, a takje s
distanüionnoy trubkoy”.
Bunlar topçu istilahlarıdır. Kim olursa-olsun, topçuluq işi ilə tanış deyilsə -
bu istilahları anlamaz.
2) “Danə” fars sözüdür. Və əsl mənası taxıl toxumudur.
Osmanlı türkləri bu sözü (400-500 il bundan əvvəl) “atdığına”uyduranda
topun gülləsi yumru və bütün idi. Bu güllələrə rusca(qranata) deyil, (yadro) deyilir.
İndiki top gülləsinin içi barıt ilə doldurulmuş.
23
Yenə ona qumbara deyilir.
Osmanlılar əski adı (danəni) - yeni gülləyə də qoymuşlarsa bizə bu, əl verməz.
3) Təpə. Insan və heyvan bədəninin yuxarısına, dağın başına,
hər bir şeyin
yuxarı ucuna və bir də kiçik dağa deyilir. Təpəyə rusca bir neçə məna verilə bilər.
23
İllərin saralıb-solmuş sətirlərində bu cümləni oxumaq mümkün olmadı - Ş.N.