Həmin ili 607 səhifəlik məcmuədə Əliağa Şıxlinskinin
xatirələrindən bir
parça bu kitabda dərc olundu. Lakin sovet hakimiyyəti dağıldığına görə generalın
kitabı Moskvada işıq üzü görmədi...
M.V.Frunze adına Hərbi Akademiyanın hərb-sənəti tarixi kafedrasının baş
müəllimi, polkovnik L.Zaytsevin şöhrətli generalımız Əliağa Şıxlinskinin kitabı
haqqında 3 iyun 1986-cı ildə yazdığı rəyin oxucuların xoşuna gələcəyinə əminəm.
Ona görə də möhtərəm oxuculara təqdim edirəm.
ƏLİAĞA ŞIXLİNSKİNİN “MƏNİM
XATİRƏLƏRİM” KİTABI HAQQINDA RƏY
Ədəbiyyatın spesifik sahəsini özündə təmsil edəri hərbi memuarlar, Silahlı
Qüvvələrin əsgərlərinin xüsusilə, böyüməkdə olan gənc nəslin, keçmişdə baş
vermiş hadisələri daha dərin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.
Keçilən
çətin yollar, çox ağır sınaqlar haqqında danışarkən, keçmiş tarixi
hadisələrin, xüsusilə müharibə kimi hadisələrin məzmununu və mənasını şərh edən
memuarların müəllifləri keçmişin həqiqi mənzərəsini yaratmağa kömək edir,
keçmiş ilə bu gunkü gün arasına körpü yaradır, gənclərdə öz Vətənləri uğrunda
iftixar hissini inkişaf etdirir, onları yeni qəhrəmanlıq işlərinə çağırır.
Hərbi memuarlar kütlələrin siyasi tərbiyəsi və tarixi maariflənməsi sahəsində
mühüm əhəmiyyət kəsb edir. Böyük elmi dərketmə və tərbiyəvi əhəmiyyətə malik
olmaqla, memuarlar faşizmin və imperializmin
müdafiəçiləri ilə, hərb tarixinin
burjua saxtakarları ilə mübarizədə mühüm ideya silahıdır.
Ölkəmizdə nəşr edilən və oxucu kütləsinə çatdırılan hərbi memuarların sayı
daim artır. Lakin, bir qayda olaraq, son illərdə nəşr edilən memuarların əksəriyyəti
Böyük Vətən müharibəsi haqqındadır. Vətəndaş müharibəsi tarixi ilə, inqilaba
qədər baş vermiş hərbi hadisələr ilə bağlı xatirələr çox az hallarda nəşr edilir. Bu o
qədər də təəccüblü hal deyildir. İllər keçir və keçmiş tarixi hadisələrin şahidlərinin
sayı günü-gündən azalır. Ona görə də bu cür memuarlar nadir tapılan
kitablara
çevrilirlər.
Bizim Vətənimizin daha uzaq keçmişinə həsr edilmiş bu cür əsərlərin az
tapılması ilə əlaqədar olaraq nəşriyyatlar, o cümlədən hərbi nəşriyyat özünün
tarixi-idraki qiymətini saxlamış, kitabxana rəflərində və kitab mağazalarında çox
çətin tapılan, keçmişdə nəşr olunmuş hərbi memuarları təkrarən nəşr etməyə
məcburdurlar.
Oxucular və tədqiqatçılar üçün böyük marağa səbəb olan bu cür əsərlərdən
biri də general Əliağa Şıxlinskinin 1943-cü ildə yazdığı, 1944-cü ildə Bakı
şəhərində nəşr olunmuş və həmin nəşriyyat Azərnəşr tərəfindən 1984-cü ildə, cəmi
30 min nüsxə tirajı ilə yenidən çap edilmiş “Mənim xatirələrim” kitabıdır.
Əliağa Şrxlinski öz xatirələrini Böyük
Vətən müharibəsi günlərində
yaratmışdır. Əsəri tamamlayarkən o, yazır: “Mən Azəbaycan xalqının qardaş
xalqlar ilə çiyin-çiyinə öz vətənini qoruduğunu və bizim ölkəni əsarət altına
almağa çalışan faşist dəstələrinə məhvedici zərbələr vurduğunu düşündükcə qürur
hissi keçirirəm. Mən tamamilə əminəm ki, dahi Stalinin rəhbərliyi altında Qələbə
bizim olacaqdır. Əgər
gənc nəsil, o cümlədən də zabitlər, mənim xatirələrimdə
düşmən ilə əzəmətli döyüşdə onlara kömək edə bilən bəzi məlumatlar əldə edə
bilsələr, mən özümü xoşbəxt sayaram” (səh. 187).
Bu sözlərdə Vətənin qorunmasını özünün müqəddəs borcu hesab edən, öz
ölkəsinin əsl vətənpərvərlərinin surəti dəqiq təsvir edilir.
Bu sözlər rus-yapon və Birinci Dünya müharibəsində həqiqi qəhrəmanlıq
göstərmiş, rus ordusunun general-leytenant rütbəsini qazanmış və ədalətli inqilab
mübarizəsinə qalxmış öz xalqının tərəfinı saxlamış şəxs tərəfindən yazılmışdır.
Qeyri-adi topçu Əliağa Hacı İsmayıl bəy oğlu Şıxlinskinin adı həm keçmiş
rus
ordusunda, həm də Rusiyanın xaricində məşhur idi.
Bu haqda, SSRİ Dövlət mükafatı laureatı, hərbi elmləri doktoru, professor
Y.Z.Barsukovun, rus ordusunun artilleriyasında birgə xidmətdən şəxsən tanıdığı
Şıxlinskinin kitabına yazdığı müqəddimə tam doğruluqla məlumat verilmişdir.
Barsukov yazır: “Bu maraqla kitabın müəllifinin adı daima böyük nüfuza və
rəğbətə malik olmuşdur, o, təkcə rus topçularına deyil, rus ordusunun keçmiş
dairələrində çox yaxşı tanınmışdı və son dərəcə məşhurlaşmışdı. Onu 1904-1905-ci
illər
rus-yapon müharibəsi, 1914-1918-ci illər dünya müharibəsi iştirakçıları,
xüsusilə Ə.A.Şıxlinskinin qəhrəmanlıq göstərdiyi məşhur Port-Artur epopeyasının
iştirakçıları yaxşı tanıyırdılar” (səh.3). Topçu Şıxlinskinin nüfuzunun beynəlxalq
adəmdə də tanınması, onun 1912-cı lldə Fransa hökumətinin Fəxri “Legion ordeni”
və “Legion xaçı” ilə təltif olunması bir daha təsdiq edilir.
Azərbaycan xalqının şanlı oğlu general Əliağa Şıxlinskinin xatirələri - onun
özünün, məktəb skamyasından başlayaraq, ordu komandanı vəzifəsi ilə bäşa çatan,
müxtəlif hadisələr ilə zəngin, peşəkar hərbçi həyatını təsvir edən sadə, başa
düşülən maraqlı üslubda yazılmış avtobioqrafı yasıdır.
General Əliağa Şrxlinskinin ömür yolunda
onun qeyri-adi şəxsiyyət
olduğunu təsdiq edən çoxlu dəlillər var. Onlardan bir neçəsini misal gətirək. O,
gimnaziyada oxumağa başlayarkən iki illik kursu yeddi ay ərzində başa
çatdırmışdır. Tiflis hərbi gimnaziyanın tamamlayarkən bütün fənnlərdən əla qiymət
almışdır. O, 1886-cı ildə Mixaylov adına topçuluq məktəbini qurtaran ən yaxşı üç
tələbədən biri olmuş və hətta məktəbdə oxuyarkən əldə etdiyi müvəffəqiyyətlərə
görə pul mükafatı və qızıl saat da almışdır. Məktəbdə oxumaq ilə yanaşı, o,
müstəqil olaraq məktəb proqramına daxil olmayan, ehtimal nəzəriyyəsini də
öyrənmişdir. O, Mühəndislər Akademiyasında
oxunan məruzələri, Baş Qərargahın
Akademiyasında general M.İ.Draqomirovun məruzələrini dinləyirdi.
Məktəbi qurtardıqdan sonra podporuçik Əliağa Şıxlinski 39-cu topçu
briqadasında xidmət edir və əla xidmətinə görə ona iki orden verilir. 1904-1905-ci
illərdə onun Rus-Yapon müharibəsindəki iştirakı, birinci minomyot yaradanlardan
biri, məşhur rus topçusu, kapitan Qobyato ilə birlikdə fəaliyyət göstərdiyi Port-
Arturun uzaq girəcək yollarındakı döyüşlərdən başlamışdı.
General Əliağa Şıxlinski mühasirəyə alınmış Port-Artur döyüşlərində
fərqləndi. O, bu döyüşlərdə o zaman üçün yenilik sayılan, artilleriya toplarından
şrapnellə “kombinasiya edilmiş atəş” üsulunu işləyib hazırladı və geniş tətbiq etdi.
Elə orada da yaralanmışdı. Port-Artur təslim edildikdən sonra Şıxlinski yaponlara
qarşı gələcək döyüşlərdə iştirak etməmək haqqında yazılı iltizamnamə vermədi və