Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 19,78 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü19,78 Kb.
#1859


Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi 

haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi  

Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının 

şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət 

vəsiqəsidir (bundan sonra-şəxsiyyə t vəsiqəsi). 

Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm 

saxlamağa borcludur. 

Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu 

Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. 

Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi 

verən dövlət orqanına dərhal müraciət etməlidir. 



Maddə 2. Şəxsiyyət vəsiqəsinin növləri  

Şəxsiyyət vəsiqəsinin bu növləri vardır: 

1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi; 

2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 

Şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti 

təsdiq edir. 



Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən mə'lumatlar  

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və 

nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və 

tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə 

tarixi göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu 

mə`lumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi 

haqqında mə`lumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, 

habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə 

atasının adı göstərilir. 

Bu mə'lumatları şəxsiyyət vəsiqəsinə daxil edən müvafiq dövlət orqanının məs'ul 

əməkdaşı bunları öz imzası və gerbli möhürlə təsdiqləyir və mə'lumatların düzgünlüyünə 

görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada 

məs'uliyyət daşıyır. 

Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi  

Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni 

nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, 



dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının 

vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları 

tərəfindən vətəndaşın və ya onu n qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün 

keçənədək verilir. 

25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə 

vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif 

edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin 

birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan 



biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. 

Maddə 5. Dövlət rüsumu  

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 



yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi 

üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir. 

Şəxsiyyət vəsiqəsində göstərilən mə'lumatlar sahibinin təqsiri olmadan təhrif 

edilərsə,yaxud şəxsiyyət vəsiqəsi vətəndaşın təqsiri olmadan itərsə və ya yararsız hala 

düşərsə dövlət rüsumu alınmadan şəxsiyyət vəsiqəsi onu verən orqan tərəfindən 

dəyişdirilir.

Vətəndaş 25, 35 və 50 yaşına çatdıqda, həmçinin onun soyadı, adı, atasının adı, yaşayış 

yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 

bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş məbləğin yarısı miqdarında dövlət 

rüsumu alınır.

Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə 

onun dəyişdirilməsi üçün minimum əmək haqqının iki misli məbləğində dövlət rüsumu 

alınır.


Maddə 6. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları  

Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi 

komissarlığı, hərbi tədris müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti 

çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa 

çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri ü zrə müvafiq dövlət 

orqanına göndərir. 

Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmişazadlığın məhdudlaşdırılması, müəyyən 

müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə 

cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, 

məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alı nır və həmin 

şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan 

qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır. 



Maddə 7. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi  

Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət 



qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə 

aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. 




Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir. 

Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət 

vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. 

Maddə 8. Bu Qanunun tələblərini pozmağa görə məs'uliyyət  

Bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina 

edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb 

edilməsində və ya şəxsiyyət və aiqəsinin verilməsində (dəyişdirilməsində) 

süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən 

korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, 

satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyır.  



Azərbaycan Respublikasının prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 14 iyun 1994-cü il 

№ 817 

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, 

№ 18, maddə 244 («VneshExpertService»). 

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 sentyabr 1994-cü il, № 186) 

(«VneshExpertService»). 

13 fevral 1998-ci il tarixli, 432-IQ nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD 

nömrəli; 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli; 22 dekabr 2006-cı il tarixli, 

210-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli qanunlara əsasən 

əlavələr və dəyişikliklərlə («VneshExpertService»). 

 

© VneshExpertService 



Yüklə 19,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə