(Temya)-xolma, verşina. Təpə, yaxud tipa şüşənin ağzını qapayan tıxaca
deyilir ki, ruscası (propkadır). (Şəmsəddin Samini
24
sözlüyünün 370 və 878-ci
səhifələrinə baxın). Topçuluqda təpə top gülləsinin ağzına
burulan və yeri gələndə
onun iç barıdına od verən alətə deyilir ki, ruscası (trupkadır). Bununla təpə ilə
tipanın arasında böyük fərq vardır.
4) Mərmu Ərəb sözüdiir. Mənası da “Atılan şey” deməkdir. “Roma” atdı,
tulladı “atdıq” isə türk sözüdür: “Atdıqdan” yaranıb. Dilimizin qanuni üzrə
uydurulmuş sözdür ki, mənası mərmidir. “Atdıq” istilahının doğruluğunu
göstərınək üçün iki cümlə alalım: “Atdığınız nədir?” - Qumbaradır. Qonşu
batareyanın atdığı nədir?
- Şirapeneldir”.
5) Rusca (vzrıvatel) və ya (udarnayə trubka) dəniləni. Osmanlılar
“musadəməli” yerinə biz türk sözü “toqquşmalı “ işlədirik.
6) “Təyyarə” osmanlılar uçar şeyə deyirlər. Uçaya təyyar deyirlər.
Maarif
komissarlığının istilahlar komisyonu və hərbi nəşriyyat komisyonunun qəbul etdiyi
üsula görə bütün Avropa və Amerikada işlənən texniki istilahlar - məsələn:
ayroplan, avtomobil, lokomativ və sonra - türkcəyə çevrilməlidir. Fəqət rusun
(letçik)inə -“uçucu” və (samolet)una – “uçqaç” deməyi biz “təyyarə” və
“təyyar”dan daha yaxşı sanırıq.
7) Şöbə ərəb sözüdür və əsl mənası türkcə - butaqdır. (Osmanlı ləhcəsində
“dal”, “budaq”, Ş.Sami sözlüyünün 778-ci səhifəsinə baxın). Ruscada (otdel)
sözünün əsl mənası ayrılmış şişin adıdır. Türkcə “butaq-butaq ayrılmaq” təbiri çox
işlənir. Ərəbcə “şöbə” deməkdən isə öz dilimizcə “butaq”
deyə bilərik
8) Nişangah - fars sözüdür. Əsl mənası “nişan qoyulanyer”dir. Türkiyə
ordusu Azərbaycana gəlincəyə qədər heç kəs top və tüfəngi nişana doğrultmaq
üçün olan alətə nişangah deməzdi. Deyilməməlidir də, çünki bu, yanlış bir
istilahdır.
Nişangah yerinə biz “tuşlamağ” yazdıq. Fəqət bu söz Səttarov yoldaşı çox
acıtmışdır. Və öylə acıtmışdır ki, özü də bizim ağır günahlarımıza uğradan
sözündən yeni söz çıxarınışdır (düzümləmə). “Tuşlamağ”ı biz “tuşlama”
sözündən
düzəltdik. “Tuşlama” isə “navodka”, “pritslivanie” sözlərinə ən yaxın türk sözüdür.
9) Tuşlama - yəni tuş qoyma, quş tutma. “Tuş” isə - “muzey” sözü, yaxud
bəzi qəzalarda işlənən sözlərdən degildir.
Azərbaycanın Qazax, Gəncə, Ağdam, Cəbrayıl və başqa qəzalarında,
Gürcüstanın Borçalı, Sığnaq qəzalarında, Ermənistanın İrəvan, Yeni Bəyazid,
Sürınəli və başqa qəzalarında bu söz bəllidir.
“Tuş” sözü yalnız Zaqafqaziya “muzeylərində” deyil, başqa türk ölkələrində
də işlənir. Cıgatay ləhcəsində: “tuş”- tərəf, “səmt” deməkdir: “Tuşlamağ”,
“Tuşnlamaq”, “duşlatmaq” - qarşı-qarştya gəlmək. “Hər tuşda “
- hər səmtdə
deməkdir. “Tuş çağı” - günorta, yəni gün baş üstündə olan çağ deməkdir.
24
Şəmsəddin Sami (1850-1904). Məhşur türk leksoqrfiyasi və yazçısı. Şərqdə altı cildlik “Qamus ül-
əlam”ensiklopediyasını, iki cildlik “Qamusi-fransəvi” və yenə iki cildlik “Qamusi-türki” kimi qiymətli türk
dillərinin izahlı lüğətinin müəllifidir. Şəmsəddin Sa-minin əsərlərində Azərbaycana dir məlumatlar vardır Onun
“Dəmirşi Gavə” pyesi 1920-ci il aprel şevrilişindən əvvəl Azərbaycan səhnəsində tamaşaya qoymuşdur – Ş. N.
Qırğız ləhcəsində: “Tuşda” - qarşıda. “Tuşuna” - üz-üzə”. “Tuşçu” -
qarşılayıcı deməkdir.
Başqır ləhcəsində: “Tuşyanı” – “Günorta səmti” deməkdir.
Altay ləhcəsində: “Tuşdamaq, qarşılamaq, qabaq-qabağa” deməkdir.
Səttarov yoldaş tuşlamaq yerinə “düzənəmək” deyir. Türk dilində belə söz
yoxdur, ola da bilməz.
“Düzən” əsl
türk sözüdür, mənası da ərəbcə tərtib, nizam (Ş.Sami 626-cı
səhifə), rusca isə (poryadokjdur. Səttarov yoldaş göstərdiyi “qayda” (pravilo)
deməkdir.
Səttarov yoldaşın arzusu çox böyükdür: Onu yaratmaq mümkün deyildir.
Yoldaş Səttarov kənddən yeni gələn əsgərlərin və bütün xalqın topçu
təlimnaməsini görən kimi anlamasını istəyir. Bütün xalqa bu heç lazım deyildir.
Topçu əsgərlərinə də bu təlimnaməyə öncə komandanlar ağızdan və göstərişlə
öyrədirlər.
Ancaq bundan sonra istilahları öyrənmiş savadlı əsgərlər təlimnaməni özləri
oxuyub anlaya bilərlər. Yalnız Azərbaycanda deyil, bütün ölkələrdə bu böylədir.
Elm, fənn və sənət kitablarını anlamaq üçün ya bir işlə tanış olmaq və ya bir
öyrədiciyə müraciət etmək lazımdır. Əsgərlərə komandanları öyrədir.
Yeni çıxmış təlimnamənin istilahlarına alışanadək komandanlarımız
da bir
qədər çətinlik çəkəcəklər. Fəqət bu çətinlik 2-3 həftədən artıq sürməyəcəkdir.
Səkkiz il bundan əvvəl Azərbaycana gələn türk ordusu içimizə bir neçə
ərəbcədən alınmış hərbi istilahlar atıb getmişdir. Nədən isə biz bu yad sözləri
atmaq istəmirik. Bizə deyirlər ki, eşidilməmiş türk sözlərini ortalığa çıxarmayın.
Fəqət Türkiyə ordusu gəlməmiş ərəbcə hərbi istilahlar Azərbaycanın hansı
qəzalarında eşidilmirdi?
Dili türkləşdirmək istəyənlər Azərbaycanın uca dağlarında, dərin dərələrində
yaşayan kəndlərə,
yenə kəndlərə getməlidirlər, şəhərlərdə türk sözü qalmamışdır.
Önların yerlərini ərəb, fars, rus sözləri tutmuşdur. Xüsusən, hərbi istilahlar üçün
kəndə üz çevirınəlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü silaha aid sözlər
orada işlənir. Şəhərdə isə işlənən sözlərin çoxu dükan-bazar, arşın-girvənkəyə
aiddir. Biz kəndlərimizdə saxlanmış sözləri tapmalı, yığmalı və yaşatmalıyıq.
Unudulmuş türk sözləri yalnız danışmaq
üçün deyil, ən gərəkli kitablarımıza
yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun.
Danə, mərmi, təyyarə, şöbə, nişan alma, tərtib və bunlar kimi ərəb, ya fars
sözlərini öyrənə bilən türklər qumbara, atdıq, uçqaç, budaq, tuşlama,
düzən və bu
kimi türk sözlərini də öyrənə bilməzlərmi?
(“Kommunist” qəzeti, № 38-39, 14-15 fevral 1926-cı il).
Əliağa ŞLXLİNSKİ
İLK HƏRBİ MEMUARIMIZ
General Əliağa Şıxlinski içərisindən çıxmış olduğu Azərbaycan xalqına
bütün varlığı ilə sadiq olub, onu sonsuz dərəcədə sevib. Əliağa Şıxlinskinin