bacısı Bədircahan xanımın qızı, generalın bacısı oğlu, qəza pristavı İsfəndiyar bəy
Muradov Fatma xanımın doğmaca dayısı imiş.
1912-ci il təvəllüdlü Fatma xanım Vəkilovların və Şıxlinskilərin ailə, kök,
nəsil qohumluğunu,
necə deyərlər, saçaq-saçaq bilirdi. Bir sözlə, hər iki nüfuzlu
nəslin ensiklopediyası idi. O vaxtlarda Fatma xanım əmisi Məmməd ağa və atası
İsmayıl ağa haqqında da mənə maraqlı epizodlar danışıb nadir fotoşəkillər
bağışladı. Onlardan “Qoridən gələn Qatar” povestində istifadə elədim. Haqqında
çox az məlumatım olan, yalnız adını eşitdiyim polkovnik Gəray bəy Vəkilov
barədə də ondan məlumat öyrənmək istədim. Professor Fatma xanım
mehriban ana
qayğısı ilə;
- Oğul, - dedi, - Nazim İbrahimovu tanıyırsanmı? Tanımamış olmazsan?
- Respublika Mətbuat və Nəşriyyat Komitəsinin sədri Nazim İbrahimovu
deyirsiniz?
- Bəli!
- Tanıyıram, - dedim, - kitab nəşri sahəsində bütün peşəkar yazarların taleyi
ondan asılıdır. Xüsusilə, yazıçılar onun qayğısından razıdırlar. Amma aramızda
vəzifə, yaş fərqi var... Fatma xanım, Nazirn müəllimi nə münasibətlə yada
saldınız?
- Söhbətimin canı var. Sən bilirsənmi ki, Nazim İbrahimovun həyat
yoldaşı Nazimə xanım polkovnik Gəray bəy Vəkilovun nəvəsidir? Nazimə xanımın
anası Sona xanım indi də sağsalamatdır. Sona xanım da polkovnik Abbasqulu bəy
Vəkilovun nəvəsidir. Yəni polkovnik Gəray bəyin doğma qızıdır. Bizim
Vəkilovların bir qolu inqilabdan çox əvvəl İrəvanda, Naxçıvanda,
digəri isə Qarsda
və Tiflisdə yaşayıb, Gəray bəy də Qarsda anadan olub. Ona görə də Sona xanımla
da görüşməyin yaxşı olardı...
Aradan nə az, nə də çox, yeddi il keçəndən sonra “Topoqraf-general İbrahim
ağa Vəkilov” kitabını nəşrə hazırlayanda o illərki qeyd dəftərçəmi vərəqlədim.
İstər-istəməz mehriban ana, mərhum Fatma xanımın nurlu sifətini xatırladım. Hər
iki nüfuzlu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona dönə-dönə
rəhmət dilədim. Qeyd dəftərçəmi vərəqlədikcə gördüm ki, onun dediklərindən bir
çoxuna hələ əməl etməmişəm. Onlardan biri də polkovnik Gəray bəyin qızı ilə
görüşmək idi.
...Aylarla bir kamerada olan dustaqlar başlarına
gələn qəzavüqədəri
danışmaqdan yorulmuşdular. Üç gündən bir müstəntiqin sorğu-sualı olurdu:
- Gəncə üsyanında harada olmusan? Nuru paşa ilə sonuncu dəfə nə vaxt
görüşmüsən? Zaqatala üsyanına kim başçılıq edirdi?
“İttihad”çılardan kimləri tanıyırsan, onların təşkilatına nə vaxt qəbul
olunmusan?
Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaşına güc verib altı il əvvəl
harada, kiminlə nahar etdiyini xatırlamağa məcbur idilər.
Axşamdan xeyli keçmişdi. Ştabs-kapitan Fərhad bəy Əlibəyovla bir
kamerada olan polkovnik Gəray bəy bikef halda oturmuşdu. O, evi, ailəsini
fikirləşirdi. Özünün güllələnəcəyini də düşünürdü:
- Onsuz da bir can borcluyam. Gec-tez bu dünyanı tərk etməliyəm.
Məndən
sonra Sitarənin dörd uşaqla qalması, ona ömürlük əziyyət olacaq...
...Hər gün şər qarışanda elə bil kameraya yığın-yığın qəm-qüssə ələnirdi.
Uşaqların hərəkəti, danışığı, illah da axşam işdən qayıdanda bircə qız balası
Süfiyyənin onun qucağına atılmasını, şaqraq səsini yadına salanda dəli-divanə
olurdu. Dustaq Gəray bəyin iztirab dolu qəlbinin ən dərin guşəsində əziz anasının
adını daşıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz övlad məhəbbəti bir
il idi dustaq polkovnik Gəray bəy Vəkilova əzab verirdi.
Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda:
- Fərhad bəy, - dedi,
- görünür, bizim qismətimizə belə yazılıbmış...
Tavanda tor məftilə salınmış işıq getdikcə zəiflədi. Onun ancaq közərtisi
qaldı. Bu, dustaqlara yatmaq üçün işarə idi. Bundan sonra növbətçini, ya da
komendantı çağırmağa icazə verilmirdi.
- Aha, - dedi, Fərhad bəy - qismət dedin, işığımız da söndü. Mən bir şeydən
qorxuram, Gəray bəy, qorxuram...
Fərhad bəy sağ əlini irəli uzadıb şəhadət barmağını açıb-qatladı.
- Qorxuram qisas alalar...
- Axı,
nəyə görə, biz nə günahın sahibiyik? - deyə Gəray bəy hüznlü səslə
soruşdu.
- Bəs altı ildi güllələnən yüzlərlə Azərbaycanlı ziyalısı, zabit və əsgəri məgər
günahkardı? Sən də, mən də Müsavat zabitiyik, vəssalam! Azərbaycanda meydan
sulayan daşnak, bolşeviklərə elə bu bəhanə bəsdi.
-
Düz deyirsən vallah, hər şey ola bilər - Gəray bəy bikef halda təsdiq etdi.
- Dayan, - deyib Fərhad bəy onun biləyindən yapışdı. Sol əlilə qapını
göstərdi. Kimsə gəlir, yəqin nəzarətçidir.
Şişpapaq bolşevik zabiti gözlüyü açıb, bağladı. Kamerada işıq yenidən artdı.
Nəzarətçi şişman qarnı üstündəki kəmərmi sığallaya-sığallaya içəri girdi. Hər iki
dustaq dərhal ayağa durdu.
- Polkovnik Gəray bəy Vəkilov hansınızdır? - deyə nəzarətçi xəbər aldı.
- Mən, - deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada dimdik durdu.
Nəzarətçi onu ilk dəfə görürınüş kimi laqeyd nəzərlərlə başdan-ayağa süzdü.
Özü ilə gələn iki əsgərə işarə etdi:
- Çox yaxşı, “hədiyyənizi” götürə bilərsiniz.
Gəray bəy irəli addım atanda nəzarətçi əlini qaldırıb, sərt səslə dilləndi:
- Elə yox, elə olmaz, şələ-külənizlə, əmr belədir.
Fərhad bəy qolunu geniş açıb geriyə dönən Gəray bəyi bərk-bərk qucaqladı.
Yaman kövrəlmişdi:
- Allah amanında, qardaş, bu nə iş idi...
Bikef Gəray bəy:
- Niyə narahat olursan, - dedi,
- bəlkə başqa yerə dəyişirlər, bəlkə sürgünə...
- Artıq söhbəti kəsin, dustaq Vəkilov, şələ-küləni götür, haydı, - deyə
nəzarətçi onlara təpindi.
Sonra qıyqacı baxışlara Fərhad bəyi süzdü:
- Siz dostunuz üçün narahat olmayın, o, çox yaxşı yerə gedir. Onun ikibaşlı
danışığından daha da şübhələnən Fərhad bəy:
- Hara gedir? - deyə dərhal soruşdu.