O soyuq məzarın zirehli, dərin..,
Matroslar çətin ki, ora baş vura.
Sulara kədərlə baxan əsgərin,
Az qalır heyrətdən bağri yarıla.
Dəniz cəsurları qısqanır, nədir,
Onları torpağa vermək istəmir.
Okeanın dibi - o sirli qəbir, Susub...
Eşidilmir nə səs, nə səmir.
Külək için-için hıçqırır indi,
Yağışla ağlayır buludlar sənə.
Göydə top səsitək ildırım dindi,
Matəm atəşitək sərkərdəsinə...
Çarskoe selo, 1906 il
ВЕЛИКИЙ ПИСАТЕЛЬ
Самед ВУРГУН
На смерть Джафара Джаббарлы
Постучалось к нам в дверь злое ненастье:
Не бьется ум сердце-умер поет.
Так это-ли твое в людях участье,
Природа? На вопрос дай мне ответ.
О, ты сего края писатель-гигант-
Где твой писанья, твое перо.
Горюет-плачет родной Азербайджан,
Скорбит весь Кавказ по тебе герой.
Застыл смех, молви, на увядщих губах?
Лилось много-ли слез из любимых глаз?
Твой вдумчивый мозг обратился во прах?
Взглянул ты на жизнь в последний-то раз?
Заплачет всяк, знаю, вспомнив о тебе,
Потонет он в горе безысходном;
Туманные горы Арасу, Куре
Ручьи слез пошлют с ветром холодным.
Цветы его жизни завяли хоть вдруг,
Взяла его хоть безвременно смерть,
Мир будет хоть полон, хоть дуст весь вокруг-
В легендах вечно жив будет поэт.
Перевел с тюркского
Алиага ШЫХЛИНСКИЙ
ОСМАН САРЫВЕЛЛИ
ЯШАР
Памяти Джафара Джаббарлы
В жизни сей кто не оставит следа,
Тот вскоре будет забыт навсегда.
Умершим себя не считай Джафар!
Вечно будет жив твой герой. “Яшар”.
А “Севиль” твоя- вечно любима;
С ними жить будет и твое имя!
Перевел с тюркского
Алиага Шыхлинский.
Ш. МУНЕТО
(ЯПОНСКИЙ поэт VII века.)
Ты говаришь, что я дикарь
Что не культурный я и темный
Что я брожу среди лесов,
Что я босяк, босяк бездомный
За то в кустах лишь для меня
Поют про волю нежно, птицы,
За то к полям лишь для меня.
Цветов пестреют вереницы.
Как я богат: сквозь небеса
Мне солнце золото бросает,
Как я богат: сквозь облака
Мне серебро луна свивает
На небе утренном заря
Мне шлет кровавые рубины
Алмазы ночью для меня
Плетут по небу поутины
Я не хочу культурным быть!
Им не понять душою темной,
Что счастлив я, что я богат,
Бродяга дикий и бездомный...
Перевод: Али-Ага Шыхлинский
1906 Село Царское
AZƏRBAYCAN RESPUBLİKASININ
XALQ ARTİSTİ ZƏROŞ XANIM HƏMZƏYEVAYA!
Atanız Mirzə Bağır Əliyevin 1993-cü ildə “qanlı günlərimiz” adlı kitabını
çox böyük maraqla oxudum. Uzun illər hərb tariximizdən və görkəmli
sərkərdələrimizdən silsilə yazdığıma görə kitabın hər səhifəsi məni valeh elədi.
Xüsusilə, döyüş səhnələrini və ayrı-ayrı tarixi şəxsiyyətlər barədə olan epizodları
oxuduqca özümü saxlaya bilməyib sətirlər altından xətt şəkir, yanına işarələr
qoyurdum.
Çünki burada adı çəkilən, döyüş fəaliyyəti yazıları şəxsiyyətlərin
əksəriyyətinə arxiv sənədlərində rast gəlmişəm. Xüsusilə kəngərli oğullarının
fəaliyyətini və 1917-18-ci illərdə Naxçıvan əhlisinin erməni daşnaklarına qarşı
yenilməz mübarizəsini atanız çox maraqla qələmə alıb.
Kitabı oxuduqca istər-istəməz belə maraqlı əsəri bizim üçün yadigar qoyan
mərhum atanız Mirzə Bağıra rəhmət diləyirdim.
Bu qiymətli sənədli əsərin son səhifələrinə çatanda gecə saat üç idi. Bir
nəfəsə oxuduğum kitabdan yorulmamışdım. Amma səksən üç il əvvəl olmuş
faciələr mənim yuxumu ərşə çəkmişdi. Nə yatmaq, nə də dincəlmək haqqında
düşünmək belə istəmirdim. Məni düşündürən atanızın azərbaycanlı qeyrəti və
fədakarlığı idi. Hər birimiz öz dövrümüzün tarixi hädisələrini vaxtında beləcə
qələmə alsaq şübhəsiz ki, Azərbaycan hərb tarixi daha zəngin olar.
Düşüncələr burulğanından ayrılıb gördüm ki, kitabın son iki vərəqində Sizin
“Atam haqqında bir neçə söz” yazınız da var. Onu da oxudum. “Əmim Nağı bəy
Əliyev hərbçi olub, xaricdə təhsil almışdı. Müsavat hökumətinin rütbəli zabiti idi.
Bakıda və Naxçıvanda xidmət etmişdi”.
Bəli, bu ad və soyad mənə nə qədər tanış və doğmadır - deyə öz-özümə
fikirləşdim. Hələ 1920-ci ildə, müsavat dövründə rusca nəşr olunmuş “Ünvan-
təqvim” jurnalını vərəqlədim. Jurnalın 25-ci səhifəsində Azərbaycan Cümhuriyyəti
Parlamentinin mühafizə alayının rəisi, podpolkovnik Nağı bəy Əliyevin adına rast
gəldim təsəvvür edirsinizmi, bu fakt mənim necə böyük sevincimə səbəb oldu.
Sevindim ki, Azərbaycanın yüksək rütbəli bir zabiti də tariximizin səhifəsinə
qayıtdı.
Mənim şəxsi arxivimdə Parlament mühafizə alayının dəftərxana əməkdaşları
ilə birgə 1919-cu il mayın 27-də çəkilmiş foto-şəkil də saxlanılır. Qırx üç nəfərin
təsvir olunduğu bu fotoşəkildə yaraşıqlı zabit Nağı bəy Əliyevin adı, soyadı da
fotoşəklinin altında qeyd olunub.
Zəroş xanım, xahiş edirəm, fotoşəklə diqqətlə baxm. Sizdə əriniz
podpolkovnik Nağı bəy Əliyevin fotoşəkli saxlanılırsa onu mənim dərc etdirdiyim
foto şəkillə tutuşdurun.
Əgər bu kiçik zəhmətimlə Sizi sevindirə bilsəm, özümü xoşbəxt sanardım.
Bir daha bu qiymətli kitab üçün atanıza rəhmət diləyir, sizə isə Mirzə Bağır Əliyev
kimi şəxsiyyətlərin xatirəsini əziz tutduğunuza görə uzun ömür, cansağlığı arzu
edirəm.
QÜRUR VƏ QÜSSƏ
Unvanı, dah doğrusu, ad və familiyanı dəyişməklə unudulmaz yazıçımız
Əbdürrəmbəy Haqverdiyevin məşhur xitabı ilə müraciət etmək istəyirəm: -
Şəmistan Nəzirlini tanıyırsınızmı?
Yəqin ki, çoxlarınız bu suala müsbət cavab verəcəksiniz. Səbəbi sadədir: axı
televiziya və radioda, müxtəlif mətbuat orqanlarında vaxtaşırı çıxış edir, iyirmiyə
yaxın kitabı nəşr olunub. Həyat və fəaliyyəti, uğurlu tədqiqatların, tapıntıların
xalqımızın qəhrəmanlıqla dolu keçmişinin obyektiv və əhatəli öyrənilməsi
sahəsindəki rolu barəsində ehtiyac hiss edildiyi qədər olmasa da, hər halda, az
yazılmayıb. Məqalə müəllifiəri Şəmistanın zəhmətsevərliyini, faktik materiallara
dəqiq və son dərəcə məsuliyyətli münasibətini, xüsusən keçmişdən yazan gənc
jurnalistlərə nümunə, örnək sayıblar. Bəzən isə arxivlərin toz-torpağını uda-uda
qızıldan qiymətli məlumatları üzə çıxarmasını ön xəttdə-döyüş səngərindəki
əsgərin şücaəti, cəsurluğu ilə müqayisə ediblər. Həm də belə epitetlər heç də zahiri
səciyyə daşımır. Əksinə, bu, görülən işlərin əhəmiyyətindən, sambal və siqlətindən
irəli gəlir.
Hər dəfə belə “döyüş-səngər əməliyyatından” sonra müəllif oxucularla
görüşə üzü ağ, əli dolu gəlib. Həmin xüsusiyyət hələlik son əlaqəyə, ünsiyyətə də
aiddir. Həm də bu iş, şübhəsiz ki, asan başa gəlməyib. Odur ki, kitabla birnəfəsə
tanış olub, ibrətamiz faktlardan nə qədər qürur və qayğılansaq, qüssələnsək də,
əsərin hasilə gəlməsinə sərf olunan yuxusuz, narahat gecə və gündüzləri,
heyrətamiz bir inadkarlıqla “xərclənmiş” üzüntülü ayları, illəri də gərək
unutmayaq.
Şəmistan Nəzirlinin xidməti yalnız qiymətli fakt və hadisələri çox zaman
ilkin araşdırmasında, ortaya, hasilə gətirməsində deyil, həm də bu hadisələrə həssas
və uzaqgörən yazıçı müdaxiləsində, səciyyəvi, tarix, cəmiyyət, xalq üçün
əhəmiyyətli mətləblərin bədii, obrazlı şəkildə şərhində, orijinal, cəlbedici süjet
quruluşunda, maraqlı təhkiyə tərzində, lakonik, ruhuna atalar sözü, xalq
yaradıcılığının digər nümunələri hopdurulmuş canlı dialoqlarda, təsvirlərdədir. Bir
sözlə, onun digər kitablarında olduğu kimi, son əsərində də faktik materialların
yeniliyi və əhəmiyyəti, dilin bədii təsvir və ifadə vasitələri, yeri gəldikcə, təbiət
təsvirləri, insanın qəlb aləminin gizli və məhrəmanə duyğuların inikası ilə bir
vəhdət, harmoniya təşkil edir. Bu isə, öz növbəsində, məqsəd və ideyanın qabarıq
şərhinə, estetik təsir gücünün daha da qüvvətlənməsinə səbəb olur.
Bu baxımdan yalnız Azərbaycanda deyil, ümumən Zaqafqaziyada yeganə
topoqraf general olmuş İbrahim ağa Vəkilovun mürəkkəb və kəşməkeşli
həyatından söz açan material xüsusi maraq doğurur. Müəllif onu müqəddəs bir
insan, yurduna, xalqına qırılmaz tellərlə bağlı olan vətənpərvər kimi
səciyyələndirib, daxili aləmini açmaq üçün ciddi səy göstərib və buna müvəffəq
olub. İbrahim ağa Vəkilovun, xüsusən, Gəncə qubernatoru olarkən azərbaycanlıları
ermənilərin qırğın və qətllərindən qorumaq üçün gördüyü tədbirlər hafizəmizdə
həkk olunur. Onun həmin məsələ ilə əlaqədar daxili işlər nazirinə yazdığı məktub
çox təsirlidir. Əsərdən bir parçanı məhz aktuallıq və əhəmiyyətinə görə misal
gətiririk.
İbrahim ağa yazır:
“... Əhali dinc həyat həsrətindədir...
Sülh həsrətində olan əhalidən mən müsəlmanları, rusları və alman
koloniyalarını nəzərdə tuturam. Ermənilər bu sarıdan, görünür, tamam başqa
fikirdədirlər... Onlar müsəlmanlara nifrətlə çulğalanaraq qandan tamam məst
olmuşlar, müsəlman kəndlərinin talan edilməsi, sakinlərin qırılması, qadınların və
uşaqların zorlanması ilə ifadə olunan öz düşmənçilik hərəkətlərinə son qoymurlar.
Onların vəhşiliklərinin həddi bilinmir, bunlar qarşısında zülmət orta əsr
dəhşətləri kölgədə qalır. İnanmaq istəmirsən ki, 20-ci əsrdə öz mədəniyyəti
haqqında bütün Avropaya car çəkən, müdafiəz dinc əhaliyə vəhşi məxluqatın bütün
üsullarını tətbiq edən xalq mövcuddur. Qubemiyanın hər tərəfindən gələn gündəlik
raport və məlumatlarda səslənən o dəhşətlərin təəssüratı altında bu sətirləri yazmaq
ağırdır: qadınlar zorlanıb, uşaqlar tonqallarda yandınlır, dillər, qulaqlar kəsilir...”
Bu murdar əməllər bizə erməni faşistlərinin son dövrlərdə törətdiyi faciələri,
qədim İrəvan mahalında azərbaycanlıların doğma yurd-yuvalarından qovulub qətlə
yetirlməsini, uşaqların borulara doldurulub işgəncə ilə öldürülməsini, Azərbaycan
torpağındakı misilsiz fəlakətləri, Xocalı faciəsini... də yada salır. Həm də dahi fars
şairi, ölməz Sədinin uzunmüdətli müşahidə, daxili inam nəticəsində hökm şəklində
etdiyi bəyana, dediyi aşağıdakı misralara bəraət qazandırır:
Ermənidir yer üzünün Əhriməni,
İnsanlığın düşmənidir, düşməni.
Eyni zamanda, bizi qəddar, qart düşmənimizlə ifrat dərəcədə həlim
rəftarımız barədə düşünməyə vadar edir.
Nə qədər qəribə olsa da soyqırım siyasəti həyata keçirən qəddarlar cəzadan
kənarda qalmışdı, əhalinin, günahsız insanların, o cümlədən qadın, uşaq və
qocaların qırılmasının qarşısını almaqdan ötrü hər cür fədakarlıq göstərmiş İbrahim
ağa Vəkilov, oğlu Faris bəy uzunmüddətli sürgün, həbs və işgəncələrə düçar
olmuş, general-mayor İbrahim ağa Usubov, həmçinin Həbib bəy Səlimov, Qalib
bəy Vəkilov, Bahadur bəy Vəkilov həmin o qatil daşnak-bolşeviklər və ya onların
nümayəndələri tərəfindən xalq düşməni adı ilə güllələnmişlər. Görünür, Səməd
Vurğunun, yazdığı kimi, elə həqiqətən də “Tarix utanmazdır, gülüncdür desəm”.
Biz yuxarıda qürur və qüssə ifadələrini təsadüfən yanaşı işlətmədik.
Şəmistan Nəzirlinin təsvirlərində ömür yolu izlənilən tarixi şəxsiyyətlərin xalqa
xidməti, qətiyyət və qəhrəmanlığı bizi nə qədər sevindirirsə qəddarlığın, tarixi
ədalətsizliyin, patoloji kin və küdurətin qurbanı olmaları bir o qədər məyus edir.
Müəllif belə hallara - ifşaedici real faktlara da az diqqət yetirməyib.
Qəhrəmanlardan biri - İbrahim ağa Vəkilovun oğlu Faris bəy nahaq yerə ürək
yanğısı ilə demir ki, “Mənim... ömrümün qarası ağından çox olub”. Bəli, müəllifin
təsvirində hər iki rəng - qara da, ağ da çox aydın görünür və bizi nəticə ilə yanaşı
və bəlkə də nəticədən daha, artıq səbəb barəsində düşünməyə vadar edir...
...Kitab tariximizin olsa-olsa yalnız bir səhifəsini gözlərimiz önündə
canlandırır. Lakin həmin səhifə o qədər maraqlı və canlı, faktik materiallar
baxımından elə zəngindir ki, oxucunu valeh edə bilər və yəqin ki, belə də olacaq.
Ancaq onun müvəffəqiyyətləri barəsində müfəssəl söhbət açmaq fikrində deyiləm.
Çünki ən gözəl şərh və təhlil də maraqlı əsərin mütaliəsindən alınan estetik həzz və
duyğunu əvəz edə bilməz...
Mahmud Mahmudov.
MÜƏLLİFDƏN
Rəşid Faxralı kitabı oxuyub qurtardıqdan sonra düşüncəli tərzdə:
- Bir redaktor kimi məsləhət bilirəm ki, bu kitaba son fəsil yazasınz. Nə üçün
bu kitabı yazdım mövzusunda.
Düzü, şair-redaktor dostum sanki mənim günlərlə qəlbimdən keçəni duyub,
eşitmişdi.
İndi düşünürəm: bəli, doğrudan bu kitabı niyə yazmışam? Hələ totalitar
Sovet rejimi dövründə illərlə qəlbimdə gəzdirdiyim şəxsiyyəti və fəaliyyəti ilə fəxr
etdiyim topoqraf-general İbrahim ağa Vəkilovu 80 ildən sonra da olsa istər bir
hərbçi, istərsə də bir insan kimi doğma xalqıma qaytarmaq ən ümdə arzum olub.
Yetmişinci illərdə ASE buraxılanda arxivlərdən və ayrı-ayrı adamlardan
topladığım fotoşəkil və sənədləri, bir də general haqqında yazdığım yığcam
məqaləni ensiklopediya redaksiyasına sevinclə apardım. Təəssüf ki, otaq-otaq
gəzdirilən bu məqaləm rəhbərlikdən keçmədi. Qovluğu özümə qaytarıb
nümayişkarənə şəkildə dedilər ki, çar və müsavat generalı olduğuna görə verə
bilmərik.
Mən onda üsyan səmimi qaldırıb haray saldım ki, axı, İbrahim ağa Vəkilov
topoqraf-general kimi nəinki Azərbaycanda, Zaqafqaziyada yeganə mütəxəssis
olub. Dahi Lev Tolstoyla məktublaşıb, böyük yazıçının müsəlman dininə hüsni-
rəğbətini, generalın 1918-20 illərdə milli orduda əvəzsiz xidmətini və sairə faktları
söylədim.
Məni sona qədər dinləməyə səbri çatmayan “qoca kommunist alim” - elə
məhz bu faktlara görə verə bilmərik. - Daha sərt səslə: Lev Tolstoy hansı hüquqla
müsəlman dinini xristianlıqdan qat-qat üstün tutur və onu misilsiz elmi din deyə
tərifləyir - sualını verdi.
Mən də cavabında:
- Onu 1910-cu ildə vəfat etmiş dahi Tolstoydan soruşsanız yaxşıdır deyib
oranı tərk etdim.
Dünyanın işinə bax ki, vaxt gəldi, zaman da, quruluşda dəyişdi. Beş-on il
əvvəl Sovet hökumətini ağızdolusu tərifləyib müdafiə edən həmin o “qoca
kommunist alim” bu gün demokratiyadan dəm vurur, radio-televiziyada və
mətbuatda yeri gəldi-gəlmədi, Sovet totalitar rejiraminin ədalətsizliyindən bol-bol
danışır
.
“General İbrahim ağa Vəkilov” kitabında sevgili oxucuların onun hərbçi
müasirləri və nüfuzlu nəslinin yetirdiyi görkəmli oğulları haqqında maraqlı
faktlarla qarşılacaqlar.
Kitabda unudulmuş, tamam yaddan çıxmış ölməz adamların tərcümeyi-
halını, fəaliyyətini qısa da olsa vermişəm. O adamlar ki, öz dövründə tanınmış və
məşhur olmuşlar. Lakin əsr və illər keçib onların kimisini quruluş, kimisini dövr,
kimisin də tədqiqatsızlıq unutdurmuşdur. Bir sözlə baxtı gətirməmiş nəsillər və
adamlar olub ki, onların taleyi ancaq Tiflis, Sankt-Peterburq, Moskva və Bakı
arxiv sənədlərində pərakəndə halda “yaşayır”. Hələ Sovet dövründə bu şəhərlərin
arxivlərində işləyəndə harda Azərbaycanlı soyadına rast gəlirdimsə qeyd
dəftərçəmə köçürürdüm. Bunların arasında sözün əsil mənasında qısa, lakin
əfsanəvi ömür yaşamış general-mayor Həbib bəy Səlimov, 21 yaşlı kapitan
Bahadır bəy Vəkilov, polkovnik Gəray bəy Vəkilov, Bəhram bəy Nəbibəyov da
var. Ayrıseçkilik olmasın, bunların sırasında 39 yaşında, 1920-ci ildə bolşevik-
daşnakların güllələdiyi mərd general Həbib bəy Səlimovun taleyi məni daha çox
yandırıb-yaxdı.
Müxtəlif taleyi hərbçilərin ömür yolunu yazmaqda mənim bircə məqsədim
və amalım olub. Vaxtilə silaha sarılıb anamız Azərbaycanın azadlığı, istiqlaliyəti
uğrunda ölümə gedənlərin xatirəsini yaşatmaq və heç kəsin ürəyinə və qəlbinə
fleytanın həzin səsilə hüzn gətirməmək, əksinə vətənpərvərlik ehtiraslarını
qızışdırıb ulularımızdan qalan qəhrəmanlıq ənənəsilə xoşbəxt yaşamaq.
Kitabdakı qəhrəmanların hər biri ömrün əzablı nəşəsini dadmış
şəxsiyyətlərdir. Bəxt, tale onların əksəriyyətinin üzünə gülməyib. Çoxusu
sürgündə, türmələrdə, mühacirətdə Azərbaycan, Vətən - deyə-deyə dünyasını
dəyişdilər. Şübhəsiz ki, mərd babalarımızın taleyinə qismət olmuş əzabların xoş
nəşəsini bu gün müstəqil yaşadığımız vətəndə biz dadırıq.
Mənim sərkərdə qəhrəmarlarım böyük filosof Siseronun amalı ilə
Azərbaycan uğrunda vuruşmuşlar: “Mən ya Vətənin rifahı üçün yaşamalı, yaxud
da onunla birlikdə məhv olmalıyam.” 1918-1920-ci illərdə Qarabağ döyüşlərində
yenilməz bir igid kimi vuruşaraq daşnak generalı Dəli Qazan süvarisi ilə birgə
məhv edən polkovnik Bəhram bəy Nəbibəyov 1930-cü il aprelin 13-də totalitar
Sovet rejiminə qarşı “Zaqatala-Şəki üsyanı”na məhz bu amalla rəhbərlik etdi.
Azərbaycan adlı füsünkar torpaqda yaşamağa o oğlun haqqı var ki, onu mərd
babalarımız kimi qorumağa layiq olsun. Hər hansı bir xalqın mənəvi varlığı onun
hərbi gücündə və yetişdirdiyi sərkərdə oğullarındadır. Biz keçmişimizdən ibrət
götürməsək, onu öyrənməsək bu gün və gələcəkdə yetişdirdiyimiz sərkərdələr
vətənin üstünü təhlükə alanda döyüşdə qələbə çala bilməz.
“Millətin süqutu o zaman başlayır ki, o, öz tarixini unudur... öz tarixini
unudan millət də millət sayıla bilməz.
Tarix millətin keçmişinin, indisinin, gələcəyinin dastançısıdır. Tarix millətin
bütün varlığını, onun öz ömrü və davamlılığı üçün topladığı qüvvə və ehtiyatı
güzgü kimi əks etdirir” (İlya Çavçavadze).
“General İbrahim ağa Vəkilov” kitabı da tarixi sənədlər əsasında bu ruhda
yazılıb.
Məhz bu qəbil faktları, sənədləri üzə çıxarmağa, tarixi tarixləşdirməklə
özümün tədqiqatçı taleyimdən gileyli deyiləm. Hələ neçə-neçə yazılası kitabın
səhiflərində tapacağam yazıçı xoşbəxtliyimi...
KİTABIN İÇİNDƏKİLƏR
Qəribə tale
Topoqraf-general İbrahim ağa Vəkilov
Alim sözü
Ailənin bəxt ulduzu
Lev Tolstoya məktub
Gecikmiş cavab
Qürbətdən gələn məktub
Tiflisdəki izimiz
Hərbçi Vəkilovlar
Polkovnik Gəray bəy Vəkilov
Uzun ömür səhifələri
General-mayor İbrahim ağa Usubov
Yarah söhbət .
Əzabkeş insanm xatirələri
General mayor Həbib bəy Səlimov
Danışan sənədlər
Iyirminci iildə Qarabağ döyüşləri
Polkovnik Bəhram bəy Nəbibəyovun igidliyi
Qəhrəman alay
Düşmən təslim olmayanda
General Səməd bəy narahatdır
Otuzuncu il Şəki üsyanı
Hərb tariximizdə nələr olmuşdur
Şahzadə-general Rzaqulu Mirzə Qacar
General Ağası bəy Avşarov
General Həsən ağa Bakıxanov
General Əsəd bəy Talışxanov
General-leytenant Fərəc bəy Ağayev
General Tərlan bəy Əliyarbəyov
Podpolkovnik Əbülfət ağa Şaxtaxtinski
Podpolkovnik Xasay xan Usmiyev
Port-Arturun azərbaycanlı qəhrəmanlan
“Dikaya diviziya” yoxsa
Türk irsini öyrədən general
Alim-general
İlk hərbi memuarımız
General Əliağa Şıxlinskinin şe'rləri
Azərbaycan Respublikasının xalq artisti
Zəroş xanım Həmzəyevaya
Qürur və qüssə (Mahmud Mahmudov)
Müəllifdən
Müəllifin icazəsi olmadan əsərdən parça və mənbəə kimi istifadə etmək
qətiyyən qadağandır. Əks təqdirdə həmin şəxs üzünü köçürən plagiat kimi
məhkəmə qarşısında cavab verməli olacaqdır.
Şəmistan Əmiraslan oğlu Nəzirli
Topoqraf-general İbrahim ağa Vəkilov
Bakı - Zaman - 2002
Redaktoru: Mayor Rəşid Faxralı.
Nəşriyyat redaktoru: Xaliq Rəhimli.
Kompyütor tərtibatçısı: Elman Məmmədov.
Üz qabığını işləyən: Mətanət Qaraxanlı.
Çapa imzalanmışdır 04.04.2002. Formatı 60x84 1/16,
Həcmi 20,5 ç.v. Tiraj 500. Sif № 53. ,
Qiyməti sərbəst.
Kitab hazır plyonkalardan
“Qızıl Şərq” mətbəəsində çap olunub.
(Bakı, H.Aslanov, 80)
Dostları ilə paylaş: |