Sərbəst iş Ad: Vasif Soyad: Ələkbərli Fakültə



Yüklə 48,98 Kb.
səhifə5/6
tarix11.05.2022
ölçüsü48,98 Kb.
#86771
1   2   3   4   5   6
Ələkbərli Vasif 835. Azərbaycan tarixi

Münaqişə tərəfləri

  • Azərbaycan

  • Ermənistan

Digər üzvlər

  • Almaniya

  • Belarus

  • İsveç

  • İtaliya

  • Niderland

  • Portuqaliya

  • Türkiyə

  • Finlandiya

1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib[1].

Birinci təklif

Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.



İkinci təklif

1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu.



Üçüncü təklif

1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.


ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və AR-in XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda mətbuat azadlığı və məsuliyyətinin inkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq, Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir.

300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.

ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurası qərar qəbul etmişdir. 18 iyul 2000-ci ildə ATƏT-in Bakıda Ofisi açılmışdır. 1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan vermişdir.

Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclaslarında iştirak etmiş, Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparmış və sözügedən iclaslarda münaqişə ilə bağlı müvafiq bəyanatların verilməsinə nail olmuşdur. 

ATƏT-in XİNŞ-in Buxarest (2001) və Portu (2002) iclaslarında ATƏT-in iştirakçı dövlətlərinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan erkən həllinə nail olmağa çağırmışdır.  

Portuda keçirilən iclasda Azərbaycan nümayəndə heyəti münaqişə ilə bağlı qəbul olunan müvafiq sənədə dair şərhedici bəyanat vermişdir. Həmin bəyanatda Azərbaycanın münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslan mövqeyi qeyd olunmuşdur.  Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini ATƏT-in XİNŞ-in Maastrixdə keçirilən iclasında bir daha bəyan etmişdir. 

2004-cü ilin dekabrında ATƏT-in XİNŞ-in Sofiyada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2004-cü ildə əldə olunan irəliləyişləri alqışlayan bəyanat qəbul olunmuşdur. Bəyanatda münaqişənin həlli istiqamətində, xüsusi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında ATƏT-in Minsk Qrupunun dəstəyi ilə keçirilmiş üç görüş və yaradılmış “Praqa Prosesi” çərçivəsində xarici işlər nazirlərinin dörd görüşü alqışlanmışdır. 


Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.

Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib.



  • İlham Əliyev: “Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq, …Zəngəzur, Göyçə, İrəvan bizim torpağımızdır”

  • Xankəndi 5 il sonra - nəzarət kimdə olacaq?

  • Ermənistan Azərbaycanla danışıqlar üçün şərt irəli sürür

ABŞ Dövlət Departamenti bu həftə Ermənistanı və Azərbaycanı "ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında" danışıqlara başlamağa səsləyib.


Yüklə 48,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə