Sərbəst iş Ad: Vasif Soyad: Ələkbərli Fakültə


M.Ə.Rəsulzadənin xaricdə apardığı mübarizə və onun istiqamətləri



Yüklə 48,98 Kb.
səhifə3/6
tarix11.05.2022
ölçüsü48,98 Kb.
#86771
1   2   3   4   5   6
Ələkbərli Vasif 835. Azərbaycan tarixi

3.M.Ə.Rəsulzadənin xaricdə apardığı mübarizə və onun istiqamətləri.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində, rus dilində davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş,[4] buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində, rus dilində davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalin ilə Məhəmməd Əmin Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki Məhəmməd Əmin Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq Məhəmməd Əmin Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur..

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib Məhəmməd Əmin Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran Məhəmməd Əmin Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, Məhəmməd Əmin Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. Məhəmməd Əmin Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə Məhəmməd Əmin Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, Məhəmməd Əmin Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. Məhəmməd Əmin Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır.

Məhəmməd Əmin Rəsulzadənin Almaniyanın 1933–1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Fridrix-Verner fon Şulenburq vasitəsilə olub. Məhəmməd Əmin Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi, sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler "komitələr" deyil, məhdud səlahiyyətli "milli komissiyalar" yaratmağa üstünlük vermişdi.

Hitlerə və onun nasist ideologiyasına olan münasibətini isə Məhəmməd Əmin Rəsulzadə belə bildirmişdi:
"Hitlerçilik hər şeydən əvvəl komunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir".


Yüklə 48,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə