Sərfəli qiymət istehsalçı ilə istehlakçı arasında anlaşma və inam olduqda



Yüklə 14,36 Kb.
səhifə2/4
tarix25.03.2022
ölçüsü14,36 Kb.
#84727
1   2   3   4
Ekoloji sertifikatladırma praktik iş

Birgə sertifikatlaşdırma
Son bir neçə il ərzində, əksər Qərb sertifikatlaşdırma orqanları yerli şöbələrini
yaratmağa başlayıblar. Onlar bunu yoxlamaları birlikdə etmək və yerli nəzarətçi
heyəti ilə birgə işləmək məqsədi ilə edirlər.
Yoxlama işi yenə də əsas ofis tərəfindən idarə edilir, ancaq çoxsaylı xarici
səfərlərin sayı azalır. Yerli inspektor üçün təsərrüfatı yoxlamaq daha asandır, belə
ki, o, yerli əhali ilə eyni dildə danışır və yerli şəraiti yaxşı bilir.
Yerli sertifikatlaşdırma
Müasir dövrümüzdə inkişaf etməkdə olan ölkələr öz şəxsi sertifikatlaşma
orqanlarını yaradırlar. Yerli sertifikatlaşdırma orqanlarında xarici səfərlər üçün
xərc nəzərdə tutulmadığı səbəbindən ucuz inspeksiya qiymətləri təklif edirlər. Onlara ancaq yerli pul dəyəri ilə əmək haqları verilir. Yerli sertifikatlaşdırma
xüsusən də ölkədaxili bazarlarda ekoloji məhsulun inkişafına kömək edə bilər.
Eyni zamanda ixraca mal göndərmək məqsədi ilə yerli sertifikatlaşdırma
orqanları beynəlxalq orqanların dəstəyini qazanmalıdırlar, belə ki, hər bir idxal
edən ölkənin müxtəlif tələbləri var. Bu isə yerli sertifikatlaşdırma orqanlarının
beynəlxalq orqanlar tərəfində, akkreditasiya olunması zərurətini yaradır. Azərbaycanda yaradılmış ilk belə ekoloji sertiufikatlaşdırma orqanı “AZEKOSERT” MMC
artıq Almaniyanın DAP beynəlxalq akkreditasiya orqanından bu ilin sonuna qədər
akkreditasiya şəhadətnaməsi almağı planlaşdırır.

Yüklə 14,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə