Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   2   3   4   5   6   7   8   9   ...   13

19 

 

İkinci  əsasa  gəlincə  bu  da  yanlışdır.  Çünki  kəlam  elmi  haqda 



ixtilaf Əşaridən öncə başlamışdır. Hətta Bədəvinin özü belə bunu ilk 

başladanlardan  birinin  Əhməd  bin  Hənbəl  olduğunu  elə  eyni 

kitabında qeyd edir.

14

 



Bundan əlavə bunu qeyd etdikdən sonra bu fikrə qarşı ilk cavab 

verənlərdən birinin də Əşari olduğunu bildirir. Sonra da bu risaləni 

başdan sona qeyd edir və belə deyir:  

“Bu  risaləni  ona  görə  başdan  sona  qədər  qeyd  etdik  ki,  o  bu 

mövzuda  (kəlamı  müdafiə  mövzusunda)  bizə  gəlib  çatan  ilk 

risalədir.  Müəllifi  də  Əbul  Həsən  əl  Əşaridir.  Onun  isə  fəhminin 

genişliyi,  idrakının  itiliyi  və  kəlami  məsələlərdəki  dərin  təhsili 

danılmazdır. Bu risalənin ona aid olmasına şəkk gətirmək əsassızdır. 

Çünki buna şəkk gətirmənin bir dəlili yoxdur. Üstəlik orada keçən 

bir çox şey Əşarinin “əl Lumə” kitabında da keçir. Buna görə də bu 

risalənin  Əşaridən  sonra  yaşamış  başqa  əşari  birisi  tərəfindən 

yazıldığını deməyə ehtiyac yoxdur”.

15

 

Digər  bir  araşdırmaçı  xanım  doktor  Fövqiyyə  Hüseyin  də 



risalənin Əbul Həsən əl Əşariyə aid olmadığını qeyd edir. Müəllifin 

“əl  İbanə”  kitabına  yazdığı  müqəddimədə  əlimizdəki  risalənin 

Əşarinin  olmadığını,  özünün  “Kutubun  Mənsubətun  iləl  Əşari” 

kitabında  isbatladığını  qeyd  edir.  Lakin  təəssüflər olsun  ki,  həmin 

kitabı görə bilmədiyimdən orada dediklərini dartışa bilməyəcəyəm. 

Qəribə olanı isə Abdullah Şakir əl Cuneydinin Əşarinin “Risələtun 

İlə Əhlis Səğr” kitabına yazdığı müqəddimədə Əşarinin əsərlərindən 

danışarkən  bu  risalə  haqda  dedikləridir.  Həmin  bu  şəxs  Abdur 

Rahmən  Bədəvinin  risalənin  Əşarinin  olmadığını,  xanım  doktor 

                                                           

14

 Eyni qaynaq, 14-15. 



15

 Eyni qaynaq, 26. 




20 

 

Fövqiyyə  Hüseynin də  bu fikri dəstəklədiyini qeyd etdikdən sonra 



belə deyir:  

“Zahir  olan  da  bunun  doğru  olmasıdır.  Çünki  bu  risalə  əvvəlki 

siyahıda keçmir. Lakin  əgər həqiqətən də  Əşarinindirsə  bu zaman 

şəkk  yoxdur  ki,  bu  Əşarinin  mötəzili  olduğu  və  onların  etiqadını 

müdafiə etdiyi zamanda qələmə alınmışdır”.

16

  



Deyirəm:  Abdullah  Şakir  əl  Cuneydinin  bu  sözünə  əsasən 

fikirləşirəm ki, bəlkə də o bu risalənin özünü açıb oxumayıb. Çünki 

açıb  oxusaydı,  risalənin  etiqadi  məsələlərlə  heç  bir  əlaqəsi 

olmadığını görəcəkdi. Eləcə  də Mötəziləylə  bir  əlaqəsi olmadığına 

şahid  olacaqdı.  Siz oxucuların  da  görəcəyi  kimi  risalənin  mövzusu 

kəlami  üslubun  müdafiəsidir.  Etiqadi  məsələlər  deyil.  Əşari  isə 

etizaldan  ayrıldıqdan  sonra  belə  kəlami  üslubla  çıxış  edirdi.  Bunu 

Cuneydinin özü də etiraf edir. Təhqiq etdiyi həmin kitabın sonunda 

gəldiyi  nəticələri  sayarkən  ilk  üç  bənddə  məhz  bu  dediyimi  etiraf 

edərək belə deyir: 

“Kitaba  yönəlik  təhqiqimdən  bəzi  nəticələrə  gəldim.  Onları 

aşağıdakı kimi qeyd edirəm: 

1. Kəlami üslubun Əşariyə hopması. Bu onun uzun müddət kəlamla 

məşğul olması səbəbiylədir. 

2. Əşari sələfin məzhəbinə döndükdən sonra ümumi olaraq sələfin 

mənhəcini  izləyir.  Lakin  bu  mənhəci  tətbiq  edərkən  bəzi 

məsələlərdə  sələfə  müxalif  davranır.  Bu  da  uzun  müddət  onların 

məzhəbindən uzaq qalması səbəbiylədir.  

                                                           

16

 Cuneydi, Risələtun İlə Əhlis Səğr kitabına yazdığı müqəddimə, 61. 




21 

 

3. Əşari filosoflara və mütəkəllimlərə  müxalifdir. Onları və  istidlal 



üslublarını qınayır. Baxmayaraq ki, özü də onların üslubunu izləyir. 

Aləmin məxluq olması haqda dediyi şeylər buna misaldır...”.

17

 

Cuneydinin həməqidələri belə bir etiraz edə bilərlər: Lakin Əşari 



Cuneydinin  təhqiq  etdiyi  kitabında  kəlamı  qınayanlara  qarşı  sərt 

deyil.  


Cavab:  Sərt  olub  olmaması  başqa  mövzudur.  Cuneydi  bu 

risalənin  Əşariyə  nisbətinin  səhih  olacağı  təqdirdə  onun  etizal 

dövründə qələmə alındığı fikrinin qəti bir fikir olduğunu deyir. Bu 

yanlışdır. Çünki Əşari “əl Lumə Fir Raddi Alə Əhliz Zeyği vəl Bidə” 

kitabında da əqidə sahəsində nəzər və bəhsi rədd edənləri yolunu 

azmış kəslər adlandırır.

18

 Adı keçən kitabı isə etizaldan ayrıldıqdan 



sonra qələmə alıb. Yəni Əşari etizaldan çıxdıqdan sonra da kəlami 

üslubu qadağan edənlərə qarşı sərt idi. Sonradan mülayim ola bilər, 

-ki  “Risələtun  İlə  Əhlis  Səğr”  kitabında  da  bu  hiss  olunur-  lakin 

kəlamı qadağan edənlərə qarşı sərtliyi təkcə etizal dövrünə aid bir 

şey deyil. Etizaldan çıxdıqdan sonra da bu cür sərt davranmışdır.  

Üstəlik  İbn  Asəkirin  də  Əşaridən  nəql  etdiyi  kimi,  Əşari  özü 

kəlamı  və  əqli  araşdırmanı  inkar  edənlərə  rəddiyə  verdiyini 

bildirib.

19

 

Bütün  bunları  qeyd  etdikdən  sonra  risalə  haqda  öz  qənaətimi 



bildirmək  istəyirəm.  Muhəmməd  Vəlinin  qeyd  etdiyi  sənədə  və 

Hindistanda  nəşr  edilən  nüsxələrin  əsaslandıqları  sənədə  baxsaq 

risalənin Əşarinin qələmə aldığı bir risalə olduğunu demək mümkün 

ola bilər. Uca Allahın  izni ilə vaxt və  imkan edərəmsə  risaləyə  aid 

                                                           

17

 Bax: Eyni kitabın sonunda etdiyi qeydlər, 316. 



18

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 23. 

19

 İbn Asəkir, Təbyinu Kəzibil Muftəri, 128. 




Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə