Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə10/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

1 .2 .  M ü a s ir  d ü n y a   p ro s e s lə rin d ə  
m ə d ə n iy y ə t  a m ili
M
ədəniyyət  amilinin  dünya  siyasətində 
müstəqil  rolu  və  universal  əhəmiyyəti 
bu  gün  heç  kimi  tərəfindən  şübhə  altında  alın­
mır.  Ancaq  bir  neçə  onilliklər  bundan  əvvəl 
beynəlxalq  və  dövlətdaxili  proseslərin  təhlili 
zamanı  mədəniyyət  ya  ümumiyyətlə  nəzərə 
alınmır,  ya  da  ki,  ona  ikinci  dərəcəli  əhəmiyyət 
kəsb  edən  amil  kimi  baxırdılar.  Dünya  siyasi 
məkanının  formalaşdırılmasının  mühüm  ele­
menti  kimi  çıxış  edən  mədəniyyətin  rolunun 
lazımınca  qiymətləndirilməməsi  çox  ciddi  nə­
ticələrə  gətirib  çıxarmışdır.  Qloballaşma,  onun 
mədəni-siyasi  aspektləri  bəşər  cəmiyyətinin  bü­
tün  mərhələlərində  mövcud  olmuş,  siyasi  pro­
seslərə  ciddi  təsir  göstərmişdir.  Sadəcə  olaraq 
qlobal  hadisələri  nəzərdən  keçirərkən,  alimlər 
uzun  müddət  siyasətə  və  iqtisadiyyata  üstünlük 
vermişlər,  ancaq bu  mədəniyyətin  təsirini heç də 
azaltmırdı [200,11-12].
Qloballaşmanın müasir mərhələsi hər şeydən 
əvvəl  qərbin  siyasi,  iqtisadi,  maliyyə  və  mədəni 
ekspansiyası  ilə  müşayiət  olunur.  Müasir  rabitə 
vasitələrinin və  ən yeni kommunikasiya  texnolo­
giyalarının sürətlə yayılması  sayəsində qlobal  si­
yasi  proseslərin  mədəni  aspektlərinin  rolu  daha 
da  güclənməkdədir.  Bu  vəziyyət  dünya  siyasə­
tində  prinsipial  dəyişikliyə  səbəb  olur,  xalqla­
Sevda Ağamirzə qızı Əhədova
ra  və  onlar  arasmdakı  münasibətlərə  öz  təsirini 
göstərir.
Kütlə mədəniyyətinin ənənəvi mədəniyyətlərə 
təsiri  haqqında  bəşəriyyət  XX  əsrin  60-70-ci  illə­
rindən  başlayaraq  düşünməyə  başlanılmışdır. 
Məhz o zaman bu sahədə ilk fənlərarası tədqiqatlar 
aparılmağa  başlanmış,  YUNESKO-nun  bununla 
bağlı bir sıra sənədləri qəbul edilmişdir.
S.Hantinqtonun  1996-ci  ildə  nəşr edilmiş  "Si­
vilizasiyaların  toqquşması  və  yeni  dünya  dü­
zəni"  adlı  kitabı  mədəniyyətin  müasir  dünya 
proseslərində  roluna  yeni  baxışları  özündə  əks 
etdirən  mühüm  hadisə  oldu.  Dünyada  gedən 
proseslərin mahiyyətini Amerika politoloqu onda 
görürdü  ki,  "soyuq  müharibənin"  başa  çatma­
sından  sonra  ideoloji  qarşıdurmanın  yerini  sərt 
etnik  mədəni  və  dini  ziddiyyətlər  tutmuşdur. 
S.Hantinqtonun  müasir  sivilizasiya  birliklərinin 
təşəkkül tapmasında mədəniyyət amilinə diqqəti 
cəlb  etməsi  maraq  doğurur.  Onun  nəzərincə, 
uzun əsrlər boyu beynəlxalq münasibətlərin əsas 
prioriteti  sayılan  "millətlərarası -  dövlətlərarası" 
münasibətlər  öz  yerini  tədricən  mədəni  və  sivi- 
lizasiyon  birliklərarası  münasibətlərə  güzəştə 
getməli olmuşdur.
Əlbəttə,  S.Hantinqton  dünyada  gedən  siyasi 
dəyişikliklərin  tam  obyektiv,  balanslaşdırılmış 
təhlilini  verə  bilməmiş,  müasir  sivilizasiyaların 
sərhədlərini  müəyyənləşdirərkən  dini-mədəni 
faktorları  qabartmaqla  dünya  siyasi  prosesi­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
45


nin  geosiyasi,  hərbi,  iqtisadi  tərəflərini  nəzə­
rə  almamaqla  subyektivliyə  varmışdır.  Ancaq 
ziddiyyətlərə  baxmayaraq  sivilizasiyalar  arası 
münaqişələr  nəzəriyyəsi  dünyada  cərəyan  edən 
proseslərin gələcək tədqiqi üçün yeni təkan verdi.
Bu gün qloballaşmanın dünya mədəniyyətinə 
təsiri  nəticəsində  yaranmış  problemlərə  münasi­
bətdə  müxtəlif  yanaşmalar,  qiymətləndirmələr 
mövcuddur.  Ən  xarakterik  yanaşmalardan  biri 
bəşəriyyətin  gələcəyi  üçün  mədəni  qloballaşma­
nın  nəticələrini  həddən  artıq  şişirdən  ifrat  ya­
naşmadır.  Bu  yanaşma  həm  Avropanın  bir  sıra 
ölkələrinin  siyasi  və  elmi  dairələrində,  həm  də 
üçüncü  dünya  ölkələrində  geniş  yayılmışdır. 
Avropanın  Fransa,  İspaniya,  İtaliya,  Almaniya, 
İsveç  və  digər  ölkələrində  belə  ingilis-saks  sivi­
lizasiyasının  dil  ekspansiyasınm  həddən  artıq 
gücləndiyindən  ehtiyat  edirlər.  Bu  yanaşma­
nın  tərəfdarlarının  fikrincə  "ingilis-saks  qərb- 
ləşməsi",  daha  doğrusu  "amerikanlaşma"  for­
masını  alan  qloballaşma  daha  zəif  ölkələr  üçün 
təhlükə  yaradır,  bu  xalqların  tarixi  təcrübəsinə, 
mənəviyyatma  yad  stereotiplərin,  həyat  tərz­
lərinin  və  siyasi  baxışların  zorla  yeridilməsi  baş 
verir.  Belə  yanaşmanın  daşıyıcıları  qloballaşma­
nı  bəzən  konkret  dövlətlərin  və  təsir  qrupları­
nın  dünya  "mədəni  məkanını"  kommersiya  və 
siyasi  mənafelər  naminə  özlərinə  tabe  etdirmək 
məqsədi  daşıyan  məqsədyönlü  siyasi  xətti?  hətta 
planetar  miqyasda  planlaşdırılmış  sui-qəsd  kimi
Sevda Ağamirzə qızı Əhədova
izah  etməyə  cəhd  edirlər.  Məsələn,  A.Zinovyev 
qlobal  cəmiyyət  ideyasını  "ABŞ-ın  başçılıq  etdi­
yi  qərb  dünyasmın  bütün  planeti  fəth  etmək  və 
bütün  bəşəriyyət  üzərində  öz  ağalığını  qurmaq 
cəhdi"  [120,  68]  hesab  edir.  Ç.Qrey  üçün  "qlo­
bal  laiser  faire"  dünyanı  ələ  keçirməyin  "milli 
Amerika  layihəsi",  "mədəni  müstəmləkəçiliyin 
yeni forması"dır [193, 4].
Doğrudan da, bu gün dünya təkcə dil, kino in­
cəsənət, internet, müasir musiqi sahələrində deyil, 
hətta həyat tərzi sayılan sahələrdə (geyim maneri, 
biznes aparılması və s.) Amerikanın üstünlüyü ilə 
üzləşmişdir. Amerika standartları, firma nişanla­
rı  (Koka-kola,  Maqdonalds,  Disney, Maykrasoft) 
milyonlarla insanın,  hətta Amerikada heç zaman 
olmamış  insanların  belə  adi  gündəlik  həyatına 
daxil  olmuşdur.  Urbanizasiya  və  qlobal  əlaqələr 
inkişaf  etdikcə  Amerikanın  hegemoniyası  daha 
da artmamaqdadır. Bu gün dünya kinematoqrafı- 
nın 80%-dən çox gəliri Amerika filmlərinin payma 
düşür.  Hətta Fransa kimi kino ənənələrinə malik 
ölkədə Amerika filmləri prokatın 30-40%-ni, kas­
sa  gəlirlərinin  60%-ni  təşkil  edir  [117].  Hollivud 
məhsulları Hindistan,  Çin,  Rusiya kimi ölkələrin 
mühafizəkar  tamaşaçılarının  da  rəğbətini  qaza­
na  bilmişdir.  Mahiyyətcə  kino  Amerika  həyat 
tərzinin  yayılma  vasitəsi  kimi  çıxış edərək  onun 
haqqında  ideallaşdırılmış  təsəvvür  yaratmağa 
xidmət  edir.  Bir  sıra  ölkələrin  gəncləri  arasında 
populyar olan Amerika musiqisi ilə bağlı da ana­
Müasir dünyada mədəniyyətlərə rası münasibətlər
45


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə