Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə13/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

öyrənilməsi,  mədəni  müxtəliflik  məsələlərinə 
dair  bilik  mübadiləsi  -   təsviri  sənət,  kino,  teatr, 
balet,  musiqi,  xalq  yaradıcılığı  və  s.  sahələrdə 
beynəlxalq  tədbirlərin  keçirilməsi,  kitab  yarmar­
kala n,  sərgilərin  təşkili,  birgə  tamaşaların  qo­
yulması,  solistlərin,  bədii  kollektivlərin  çıxışı, 
gənclərin  beynəlxalq  tədbirlərinin  təşkili,  film 
və  televerilişlərin  mübadiləsi  və  birgə  istehsalı, 
mədəniyyət,  incəsənət,  tarixi və arxeoloji abidələ­
rin,  əsərlərin  qorunması,  bərpası və dirçəldilməsi 
üçün birgə layihələrin həyata keçirilməsi kimi mə­
sələlər öz əksini tapmışdır.
Yekun  sənədinin  humanitar  və  digər  sahə­
lərdə  əməkdaşlıq  bölməsində  insanlar  arasında 
təmasların  genişləndirilməsi,  informasiya  müba­
diləsi,  təhsil, elm sahəsində  əməkdaşlığın inkişaf 
etdirilməsinin xalqlar arasında qarşılıqlı anlaşma­
nın mühüm aspekti kimi qeyd olunur. Xalqlar ara­
sına ünsiyyətin genişləndirilməsi, hər bir ölkənin 
mədəniyyəti  ilə onların daha yaxşı tanış olmaları, 
həmçinin  beynəlxalq  əməkdaşlığın  möhkəmlən­
dirilməsi  üçün  xarici  dillərin  və  sivilizasiyaların 
öyrənilməsi  mühüm  vasitə  kimi  qəbul  edilmiş­
di.  Bu  məqsədlə  sənəddə  bir  sıra  tövsiyələr  və 
prinsiplər öz əksini  tapmışdır [155, 50-67].
iqtisadi,  sosial  və mədəni  hüquqlar haqqında 
19 dekabr 1966-cı il  Beynəlxalq paktın  15-ci  mad­
dəsində elmi  və mədəni  sahələrdə beynəlxalq tə­
masları və əməkdaşlığın təşviq edilməsi və inkişaf 
etdirilməsinin əhəmiyyəti qeyd olunur [155, 25].
Sevda Ağamirzə qızı Əhədova
54
Mədəniyyət  anlayışı  bir  sıra  beynəlxalq 
sənədlərdə  və  hüquqi  aktlarda  ən  müxtəlif 
kontekstlərdə  və  anlayışlarda  istifadə  olunur. 
Mədəni  hüquqlara  dair  beynəlxalq  sənədlərin 
təhlili  göstərir  ki,  onlarda  mədəniyyət  bir  neçə 
mənada  işlədilir:  ljbeynəlxalq  hüquq  norma­
larında  öz  əksini  tapmış  bir  yanaşmaya  görə 
mədəniyyət  bütövlükdə  cəmiyyətin  və  ya  hər 
hansı  konkret  insan  qruplarının  məcmu  maddi 
irsi,  o  cümlədən  maddi  mədəniyyət  abidələri  və 
əşyaları  kimi  müəyyənləşdirilir.  Bu  yanaşmaya 
görə  mədəniyyət  hüququ  ayrı-ayrı  şəxslərin  və 
xalqların  bu  məcmu  mədəni  kapitaldan  bərabər 
istifadə  etmək  hüququ  deməkdir;  2)geniş  yayıl­
mış ikinci nöqteyi-nəzərə görə mədəniyyət indiyə 
qədər  toplanmış və  mövcud  olan  "mədəni  kapi­
tal"  deyil,  bədii  və  elmi  yaradıcılıq  prosesi  kimi 
nəzərdən keçirilməlidir [128,17].
Bir  sıra  hallarda  mədəni  hüququn  bu  aspek­
ti  həm  də  mədəni  inkişaf  hüququ  kimi  də  başa 
düşülür.  Mədəni  inkişaf  iqtisadi,  siyasi,  sosi­
al  inkişafa  paralel  olaraq  qəbul  edilir.  Lakin  bir 
sıra  hallarda  mədəni  inkişaf  daha  çox  kəmiyyət 
göstəricilərinin  artması  kimi  qəbul  edilir,  necə 
ki,  iqtisadi  inkişaf dedikdə  iqtisadi  göstəricilərin 
(istehsalın,  əmtəə  və  xidmətlərin,  ÜDM  artma­
sı)  artması  başa  düşülür.  Lakin  iqtisadi  inkişaf­
dan  fərqli  olaraq  mədəni  inkişafı  xarakterizə 
edən  göstəricilərin  kəmiyyətcə  artması  (mədəni 
müəssisələrin inkişafı, kütləvi informasiya vasitə­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
55


lərinin  genişlənməsi  və  sayının  artması  və  s.) 
heç  də  mədəniyyətin  inkişafı  demək  deyildir. 
Mədəniyyət müəssisələrinin sayının artması, ora­
da göstərdən mədəni xidmətlərin kəmiyyətcə art­
ması onların keyfiyyətinə mütənasibdirmi? Uzun 
dövr ərzində sovet təbliğatı mədəni inkişafa məhz 
bu  aspektdən  yanaşır,  mədəniyyətdə  kəmiyyət 
göstəricilərinin artmasım mədəni inkişafın ən əsas 
xarakteristikası kimi təqdim edirdi.  "Mədəniyyət 
sadəcə  olaraq  elitanın  hamıya  müyəssər  etmək 
üçün  yığdığı  və  qoruyub  saxladığı  və  ya  zəngin 
keçmişə  və  irsə  malik,  xalqların  tarixin'  başqa 
xalqlan  məhrum  etdiyi  örnək  kimi  həmin  xalq­
lara  təqdim  etdiyi  əsərlərin  və  biliklərin  toplusu 
da deyildir; mədəniyyət incəsənət əsərləri, yaxud 
humanitar  elmlərlə  təmas  imkanı  ilə  məhdud­
laşmır, həm də eyni zamanda bilik əldə etməkdir
həyat  tərzinin  tələbatı,  ünsiyyət zərurətidir"  [82, 
342]. Yuxarıda qeyd edilmiş konsepsiyaya uyğun 
olaraq hər bir cəmiyyətdə mədəniyyəti "yaradan" 
və  "inkişaf  etdirən"  müəyyən  şəxslər  mövcud­
dur.  Bu  zaman  mədəni  hüquq  birincisi:  ayrı-ay­
rı  şəxslərin  hər  hansı  məhdudiyyət  olmadan  öz 
mədəni əsərlərini azad şəkildə yaratmaq; və ikin­
cisi,  mədəniyyət  müəssisələrində  (muzeylərdə, 
teatrlarda,  konsertlərdə,  kitabxanalarda  və s.)  bu 
əsərlərə  ümumi  azad  şəkildə  əlçatarlıq  hüququ 
kimi  başa  düşülməlidir  [128,  20].  Mədəniyyət 
sahəsindəhəyata keçirilən siyasət mədəni əsərlərin 
yaradıcısı  olan  insanların  (rəssamlar,  yazıçılar,
Sevda Ağamirzə qızı Əhədova
bəstəkarlar  və  s.)  cəmiyyətdəki  vəziyyətinin  və  ' 
yerinin dəstəklənməsinə yönəldilməlidir. Yaradıcı 
insanın  azad  mədəni  özünüifadəsi  hüququ  bu 
gün  insan  hüququnun  ən  vacib  elementlərindən 
birinə  çevrilmişdir.  Mədəni  əsərlərin  yaradıcısı 
olan fərdlər azad  fikirliliyin  və  azad düşüncənin 
simvoluna  çevrilmişdir.  Onların  yaradıcılıq  hü­
ququnun  məhdudlaşdırılması  elə  azadlığın  və 
demokratiyanın  məhdudlaşdırılması  demək­
dir.  Mədəniyyətin bu  cür  traktovkası çox  təəssüf 
ki,  bəzi  hallarda  mədəniyyətin  "elitar"  (yüksək) 
və  "xalq"  (aşağı)  mədəniyyətlərə  bölünməsinə 
də  gətirib  çıxarır.  Bu  zaman  sonuncu  daha  çox 
incəsənətin kütləvi informasiya vasitələri ilə yayı­
lan ifaçılıq növləri sferası kimi qəbul edilir. Rəsmi 
siyasət daha çox "elitar mədəniyyət"in inkişafına 
sövq edilir.
Üçüncü  baxışlar  sisteminə  görə  mədəniyyət 
müəyyən sosial qrupun maddi və mənəvi fəaliy­
yətinin  və  məhsulunun  məcmu  ölçüsüdür.  Bu­
nunla  o  digər  oxşar  qruplardan  fərqlənir  [128, 
20].  Antropoloji  xarakter  daşıyan  bu  yanaşma 
mədəniyyəti  dəyərlər,  simvollar  və  praktikanın 
məntiqi  cəhətdən ardıcıl, özünütəmin edən siste­
mi kimi başa düşür.
Mədəniyyət sahəsində siyasət haqqında Mek­
sika  Bəyannaməsində  (Mexico  City  Declaration 
on  Cultural  Politics,  1982)  qeyd  edilir  ki,  sözün 
geniş mənasında mədəniyyət cəmiyyətin və sosial 
qrupun açıq şəkildə ifadə olunmuş mənəvi, mad­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə