Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə21/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

Bu  bir  tərəfdən  mədəniyyətin  qloballaşması  (ya­
xud  mədəni  qloballaşma  -   S.Ə.)  haqqmda  va­
hid  elmi  konsepsiyanın  olmadığını  sübut  edirsə, 
digər  tərəfdən  məsələnin  nə  qədər  mürəkkəb  və 
ziddiyyətli olduğuna dəlalət edir.
R.Aslanova  qloballaşmanın  mədəni  konteks­
tində  mövcud  olan  meylləri  ("qlobal  homogeni- 
zasiya",  "mədəni  imperializm",  "mozaik  mədə­
niyyəti", "periferiya korrupsiyası", "mədəni zibil­
lik",  "mədəni  hegemoniya"),  nəzəriyyələri  (qlo­
bal oykumena, vesternizasiya, qlokalizasiya və s.) 
ümumiləşdirərək  qloballaşmada  milli  mədəniy­
yətlərin  taleyinə dair üç ssenarini mövcudluğunu 
vurğulayır:  1) qarşıdurma, 2) dialoq, 3) lokal mə­
dəniyyətlərin  qlobal  hakim  mədəniyyətə  əriyib 
qarışması.  Müəllif haqlı  olaraq qeyd  edir ki, mü­
asir  zamanın  tələblərinə  ən  çox  uyğun  gələn  və 
həm də arzu olunan istiqamət-strategiya müxtəlif 
mədəniyyətlərin  qarşılıqlı  inteqrasiyası,  mövcud 
reallığa cavab verən dialoq və anlaşmanın qurul­
ması yoludur (17, 99-102].
Qloballaşma  prosesləri  milli  identikləşmə 
prosesləri ilə sıx əlaqədə gedir.  İnformasiya açıq­
lığı  şəraitində milli özünüifadə sosial,  iqtisadi  və 
siyasi inkişafın güclü stimuluna çevrilir.
Qloballaşmanın  mümkün  nəticələrinin  mü­
əyyənləşdirilməsi  baxımından  kulturoloji  amil­
lər,  onların  milli  mədəniyyətlərin  dəyər-nor­
mativ  əsaslarına  təsiri  hökmən  nəzərə  alınma­
lıdır.  Tarixən  təşəkkül  tapmış  lokal  (milli)  mə­
Sevda Ağamirzə qızı Əhədova
88
dəniyyətlərin  qlobalizasiya  dövründə  taleyi 
necə  olacaqdır?  Bu  proses  mədəni  müxtəlifliyin 
qorunub  saxlanılmasına  kömək  edəcəkdir,  yox­
sa  bəşəriyyətin  mədəni  eyniləşməsi,  müxtəlif 
mədəniyyətlərin  hansısa  vahid  və  hamı  üçün 
ümumi  qlobal  mədəniyyətlə  əvəzlənməsi  baş 
verməkdədir?  Bu  məsələlər  bu  gün  ən  müxtəlif 
cavablar  doğuran  suallardır.  Milli  şüurun 
dirçəldilməsi,  qlobalizasiya  ilə  əlaqədar  mərkəz­
dənqaçma  qüvvələrinin  dağıdıcı  təsirinə  qarşı 
cəmiyyətin özünü qoruma reaksiyası kimi ortaya 
çıxır.  Qloballaşma bir  tərəfdən  vahid  iqtisadi,  si­
yasi,  informasiya  məkanının  formalaşması  üçün 
real  imkanlar  açırsa,  digər  tərəfdən,  o  müxtəlif 
inkişaf  mərhələlərində,  necə  deyərlər  "müxtəlif 
start  vəziyyətləri"ndə  olan,  unikal  mənəvi,  mə­
dəni  dəyərlərə  malik  birliklər  qarşısında  cid­
di  tələblər  qoyur.  Bir  sıra  hallarda  qloballaşma 
mədəniyyətlər  arasında  mövcud  münaqişələrin 
kəskinləşməsinə,  yeni  münaqişələrin  yaranma­
sına,  milli  ənənələrin  sıradan  çıxmasına  gətirib 
çıxarır.
Qloballaşma  milli  mədəniyyətlər  arasındakı 
əvvəllər mövcud olmuş maneələri aradan qaldır­
maqla  mədəniyyətlərin  qarşılıqlı  əlaqə  və  təsir 
formalarının və səviyyələrinin də genişlənməsinə 
səbəb  olur.  Qlobal  mədəniyyətinin  təşəkkül  tap­
ması ilə yanaşı mədəniyyətlərin inkişafında digər 
tendensiya  da  özünü  göstərməkdədir  —
  mədəni 
müxtəlifliyin getdikcə zəifləməsi  və milli mədəni
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
8
f


dəyərlərin eyniləşməsi (unifikasiyası). Beynəlxalq 
mədəni əməkdaşlığın, genişləndiyi, mədəniyyətin 
xalqlararası  kommunikasiyanın  əsas  formaların­
dan  birinə  çevrildiyi  zamanda  milli  identikliyin 
qorunması  zəruriliyi  problemi  daha  da  aktualla- 
şır.
Qloballaşma  dövründə  mədəniyyətlərin  uni- 
fikasiyasını  təkcə  ayrı-ayrı  mədəni  formaların 
itməsi  ilə  deyil,  həm  də  mədəni  yekcinsliyin  in­
sanların  təfəkkür tərzinin, dünyagörüşünün yek- 
cinsləşməsinə  gətirib  çıxarması  ilə  təhlükəlidir. 
Məhz  bu  təhlükə  müxtəlif  beynəlxalq  təşki­
latların,  o  cümlədən  BMT  və  YUNESKO-nun 
mədəni  müxtəlifliyin  qorunmasına  yönəlmiş  bir 
sıra qərarlar qəbul etməsinə səbəb olmuşdur.
Eyni  zamanda  qloballaşma  xalqlar və  ölkələr 
arasında  mədəni  bərabərsizliyin  getdikcə  dərin­
ləşməsinə səbəb olur. Təhsilin səviyyəsinə, mədə­
niyyət müəssisələrinin  sayma  və  onlardan  istifa­
dənin  həcminə,  fərdi  kompüterlərlə  təminata,  ən 
nəhayət  dövlətin  mədəniyyət  sahəsinə  ayırdığı 
vəsaitlərin  həcminə  və  göstəricilərinə  görə  lider 
dövlətlərlə  autsayder-dövlətlər  arasında  fərqlər 
getdikcə  artmaqdadır.  İqtisadi,  texnoloji  bəra­
bərsizliklə  yanaşı  mədəni  bərabərsizlik  bu  gün 
ictimai tərəqqiyə əsas maneə olaraq qalmaqdadır. 
Çox  təəssüf  ki,  qlobalizasiya  müxtəlif  ölkələrin 
mədəni  inkişafı arasındakı fərqləri nəinki  aradan 
qaldırmır, əksinə, daha da dərinləşdirir.
Sevda Ağamirzə qızı Əhədova
Ölkələrin  inkişafının  əsas  göstəricisi  olan  in­
san potensialının səviyyəsindəki bu fərqlər bir sıra 
hallarda autsayder ölkələrdə fanatizm, millətçilik, 
radikalizm, ekstremizm kimi meyllərin artması ilə 
müşayiət  olunur.  Bir  tərəfdən  bəzi  ölkələrdə  və 
regionlarda  mədəni  geriliyin  səbəbi  kimi  qərbin 
mədəni  müdaxiləsi  göstərilir,  digər  tərəfdən  isə 
"Faust  sivilizasiyasına"  məxsus  birliklərin  siyasi, 
iqtisadi və  mədəni üstünlüyünün ideoloji və coğ­
rafi  cəhətdən  əsaslandırılmasına,  "avrosentrizm" 
konsepsiyasmın  yenidən  dirçəldilməsinə  cəhdlər 
göstərilir.
Müasir  dünya  milli-mədəni  müxtəlifliyin 
vəhdəti  kimi  çıxış  edir.  Milli  mədəniyyətlərin 
zənginliyi  bütün  bəşəriyyətin  mənəvi  zənginliyi 
deməkdir. Buna görə də hər bir milli mədəniyyət 
dəyərsiz sərvət olaraq diqqət və qayğı  tələb edir. 
Xalqların öz mili-mədəni varlıqlarını qoruyub in­
kişaf  etdirmək  cəhdlərini  köhnəliyin  qalığı  kimi
qəbuledən qloballaşmanın qızğın tərəfdarlarından
fərqli  olaraq,  mədəniyyət  heç  zaman  mücərrəd- 
ümumbəşəri xarakter almayacaq, o həmişə konk­
ret, milli formada inkişaf edəcəkdir. Qloballaşma 
məddahlarının  nəzərincə,  milli  mədəniyyətlər 
öz  potensialını  itirmiş  cəmiyyətlərin  dəyərlərini 
qoruyub  saxlamağa  çalışan  elementlər  rolun­
da  çıxış  edir  və  dünya  qlobal  sisteminə  daxil  ol­
mağa  mane  olurlar  [159,  289).  Eyni  zamanda 
məlum  həqiqətdir  ki,  mədəniyyət  mahiyyətcə 
özünəməxsus,  milli  olsa  da,  o  təcrid  olunmuş
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə