Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə20/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

yələr  də  vardır.  Hətta  qloballaşmanın  məhz  bu 
nəticələrini  qabardan,  onun  milli  dövlətçiliyə, 
milli mədəniyyətə və adət-ənənələrə neqativ təsir 
göstərəcəyini  vurğulayaraq  onunla  mübarizəni 
özünün  əsas  məqsədi  sayan  ümumdünya 
hərəkatı  -   antiqlobalistlər  hərəkatı  da  mövcud­
dur.  Əslində  qlobalistikanın  bir  elm  kimi  yaran­
ması da qlobal problemlərin tədqiqinin zəruriliyi 
ilə  sıx  əlaqədardır.  Milli  regional,  və  dünya 
səviyyəli  münaqişələrin  yaranması  təhlükəsi  bir 
çox hallarda dünya iqtisadiyyatının qloballaşması 
prosesinin  yaratdığı  üstünlüklərin  qeyri-bərabər 
bölüşdürülməsi ilə də əlaqələndirilir [154,180].
Qloballaşma  terminin  özü  elmi  leksikona XX 
əsrin  60-cı  illərində  daxil  olsa  da,  bəşəriyyətin 
birləşməsi,  insanlar,  mədəniyyətlər  arasmda  əla­
qələrin intensivləşməsinin nəticəsi olaraq qlobal­
laşma dərin köklərə malikdir. Bu sosial hadisənin 
tarixi  hüdudları  diskussiya  mövzusu  olaraq  qal­
maqdadır.  Bəzi  tədqiqatçılar  bu  fenomenin  kök­
lərini  hətta  bəşəriyyətin  qədim  qatlarına  aparıb 
çıxarmağa  çalışırlar.  R.Aslanova  qloballaşmanın 
dönməzliyinə  qarşı  çıxış  edən  Çin  müəlliflərinin 
tarixdə bir neçə qloballaşma  dalğası olduğuna  (!) 
dair fikirlərinə diqqət yetirir [17,18-19].
Qloballaşma 
çoxaspektli 
prosesdir. 
Bir 
çox  tədqiqatçıların  onu  sırf  iqtisadi  amillərlə 
haqlamaq  cəhdlərinə  baxmayaraq,  o  ictimai 
həyatın  bütün  sahələrini  -siyasəti,  ideologiya­
nı,  həyat  tərzini,  mədəniyyəti  əhatə  edir.  Bütün
Sevda Ağamirzə qızı Əhədova
84
M ü a s ir dü n ya d a  m əd ən iyyətlə rarə sı m ün asibətlə r
bəşəriyyətin maraqlarına toxunan belə geniş miq­
yaslı hadisə  əmtəə  və xidmətlərin istehsalı  və  is­
tehlakı  sahəsindəki  münasibətlərlə  məhdudlaşa 
bilməz.  Ona  görə də  əksər hallarda  qloballaşma­
nın  iqtisadi,  maliyyə,  siyasi,  psixoloji,  informasi­
ya,  mədəni  aspektlərini  fərqləndirmək  zərurəti 
ortaya çıxır. Eyni zamanda qloballaşma bütün öz 
proseslərin məcmusu kimi də qəbul edilir.
Qloballaşma təkcə iqtisadiyyatda deyil, infor­
masiya sahəsində də baş verir, informasiya isteh­
salı  hazırda  inkişafı,  o  cümlədən  iqtisadi  inkişa­
fın  ən  başlıca  mənbəyinə  çevrilməkdədir.  Bütün 
yer  kürəsinə  yayılmaq  imkanı  əldə  etdikdən 
sonra  informasiya  demək olar ki, bütün  dünyanı 
öz şəbəkə  və  dalğaları  ilə bürümüşdür.  Ölkənin 
ictimai  zənginliyi  artıq  təkcə  təbii  ehtiyatları 
və  maliyyə  resursları  ilə  deyil,  həm  də  əhalinin 
təhsil, intellektual,  inkişaf səviyyəsi, yaradıcı po­
tensialı, yeni ideyalar və texnologiyalar sahəsində 
məlumatlılıq dərəcəsi ilə də ölçülür. Bu zənginlik 
strukturunda  mədəni  kapital,  insan  kapitalı­
nın  əhəmiyyəti  təbii  və  iqtisadi  zənginliklərlə 
müqayisədə dəfələrlə artmaqdadır.
Qlobalistikada  qloballaşma  sosial  proses  və 
hadisələrin geniş spektrlərin ehtiva edir ki, bura­
ya  ikiqütblü  sistemin  süqutunun  nəticəsi  olaraq 
yeni dünya düzəninin təşəkkül tapması, qərb mə­
dəniyyətinin  sürətlə  yayılması  (vesternləşmə); 
qlobal iqtisadiyyatın və transmilli kompaniyaların 
yaranması;  milli  dövlətlərin  böhranı  və  onların
85


suverenliyi  üçün  təhlükənin  artması;  beynəlxalq 
ticarətin genişlənməsi və beynəlxalq əmək bölgü­
sünün  sürətlənməsi  miqrasiya  dalğasının  geniş­
lənməsi, milli-mədəni cəmiyyətlərin formalaşma­
sı və digər proseslər daxildir [101,184-185]. İdeal 
olaraq  qloballaşma  bəşəriyyətinin  vahidliyi  ilə 
onun milli müxtəlifliyin üzvü surətdə birləşdirən 
proses kimi qəbul edilməlidir. Bir tərəfdən insan­
lar  təşəkkül  tapmaqda  olan vahid,  tam sivilizasi­
yanın  üstünlüklərindən  bəhrələnməyə  can  atır, 
digər  tərəfdən  isə  öz  milli  məxsusluğunu  qoru­
yub saxlamağa çalışırlar. Ancaq bu  harmonikliyə 
nail olmağın çətinliyi vahid, bəşəri sivilizasiyanın 
təşəkkül tapmasını ləngidir.
Qloballaşmanın  nəzəri  tədqiqi  onun  iki  mo­
del  üzrə  inkişaf  etdiyini  göstərir.  Əgər  iqtisa­
diyyatda,  maliyyədə,  beynəlxalq  hüquqda  stan­
dartlaşma  və  eyniləşməyə  aparan  inteqrasiyanın 
zəruriliyindən  söhbət  gedirsə,  sivilizasiyaların 
qarşılıqlı  təsirinin  genişləndiyi  şəraitdə  milli 
mədəniyyətlərin  özünəməxsusluğunun,  təkrar­
olunmazlığını,  koloritinin  saxlanılması  əsas 
vəzifələrdən  birinə  çevrilir.  Öz  mədəni,  milli, 
konfessional,  etnik lokallığım  qoruyub  saxlamaq 
vəzifəsi qərb mədəniyyətinin nümunələrinin (özü 
də  heç  də  yaxşı  olmayan  nümunələrinin)  güclü 
müdaxiləsinə  qarşı  təbii  reaksiya  kimi  daha  da 
aktuallaşır. Bazar qanunları üzrə həyata keçirilən 
qloballaşma, qeyd edildiyi kimi standartlaşma və 
unifikasiyam  nəzərdə  tutursa,  mədəni  qloballaş­
Sevda Ağamirzə qızı Əhədova
86
ma lokal mədəniyyətlərin milli, etnik, konfenssial 
və  digər  üzgünlükləri  özündə  cəmləşdirən  uni­
versal mədəniyyətin formalaşdırılması kimi başa 
düşülür. Mədəni qloballaşmanın bu iki tərəfi bir- 
biri  ilə  sıx  əlaqədardır  və  özündə  ikitərəfli  pro­
sesi  (lokal  xüsusiyyətlərin  transmilli  səviyyəyə 
keçməsi, qlobal xüsusiyyətlərin isə lokal meylləri 
özündə  ehtiva  etməsi)  əks  etdirir.  Hazırda  qlo­
ballaşma  və  lokallaşmanın  bu  qırılmaz  qarşılıqlı 
əlaqəsini ifadə etmək üçün "qlokal" termini geniş 
tətbiq edilir.
Qloballaşma mədəniyyətlərin, sivilizasiyaların 
qarşılıqlı  təsirinin  artmasında,  həyat  tərzlərinin, 
mədəni  normalann  və  dəyərlərin  standartlaş­
masında,  insanların  şüurunda  və  davranışında, 
təhsilində  ciddi  keyfiyyət  dəyişikliklərinin  baş 
verməsində özünü açıq büruzə verir. Fövqəlmilli 
(millətüstü)  və  transmilli  strukturların,  beynəl­
xalq münasibətlər sisteminin iştirakçılarının (bey­
nəlxalq və qeyri hökumət təşkilatları, gənclər, qa­
dınlar  təşkilatları,  dini  qurumlar  və  s.)  rolunun 
artması,  insan  hüquq  və  azadlıqlarına  diqqət, 
hüquq normaları və sosial standartların univeı sal- 
laşması  və s.  ümumdünya səviyyəsində qarşılıqlı 
çulğaşmamn  və  inteqrasiyanın  nə  qədər  sürətlə 
getdiyini sübut edir.
Qloballaşmanın  mədəni  aspektlərinə  həsr 
edilmiş  çoxsaylı  ədəbiyyatın  təhlili  bu  məsələdə 
çox  müxtəlif  və  əksər  halda  biri-birini  inkar 
edən  mövqelərin  mövcud  olduğunu  göstərir.
Müasir dünyada mədəniyyətlərərası münasibətlər
8
?


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə