Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə16/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

əlaqələri özündə ehtiva edir. Hazırda Azərbaycan 
diplomatiyası öz fəaliyyətində beynəlxalq mədəni 
əməkdaşlığa  dair  BMT-nin,  ATƏT-in,  AŞ-m, 
YUNESKO-nun müvafiq sənədlərinə istinad edir.
Bəzən  "xarici  mədəni  siyasət"  və  "mədəni 
diplomatiya"  anlayışlarım  eyniləşdirirlər.  Bizə 
elə  gəlir  ki, bu  iki  anlayış  arasında  müəyyən ox­
şarlıq  olsa  da,  onlar  eyni  məna  daşımırlar.  Belə 
ki,  diplomatiya  dövlətin  xarici  siyasətinin  mü­
hüm,  ancaq  xüsusi  aləti  hesab  olunur.  Mədəni 
diplomatiya  diplomatların  mədəniyyət sahəsi  ilə 
bağlı  gördüyü  işləri  əhatə  edirsə,  dövlətin  xarici 
mədəniyyət siyasətinin həyata  keçirilməsində  ən 
müxtəlif qurumlar və idarələr iştirak edirlər.
"Diplomatik  xidmət  haqqında"  Azərbaycan 
Respublikasının  Qanununda  qeyd  olunur  ki, 
diplomatik  xidmət  orqanlarının  funksiyaları  sı­
rasında  Azərbaycan  Respublikasının  digər  döv­
lətlərlə  və  beynəlxalq  təşkilatlarla  iqtisadi,  so­
sial,  elmi-texniki,  mədəni  və  başqa  şairələrdə 
əməkdaşlığının  inkişafına  kömək  göstərilməsi 
(m.4.1.2.),  xaricdə  yaşayan  həmvətənlərlə  əlaqə­
lərin  inkişafına  kömək  göstərilməsi  (m.4.1.5), 
Azərbaycan  Respublikasının  daxili  və  xarici  si­
yasəti, ölkənin iqtisadi, sosial, mədəni həyatı haq­
qında informasiyanın xaricdə yayılmasının təmin 
edilməsi  (m.4.1.7)  kimi  funksiyalar  da  daxil­
dir  [34].  Azərbaycan  Respublikası  Xarici  İşlər 
Nazirliyi haqqında Əsasnaməyə görə Azərbaycan 
Xarici  İşlər  Nazirliyinin  əsas  vəzifələri  arasın­
Sevda Ağamirzə qızı Əhədova
da  Azərbaycan  Respublikası  və  onun  ayrı-ayrı 
dövlət orqanlarının beynəlxalq siyasi, iqtisadi, el­
mi-texniki,  mədəni,  humanitar  münasibətlərinin 
əlaqələndirilməsi  və  diplomatik  təminatı  kimi 
vəzifələr  daxildir.  Nazirlik  Əsasnaməyə  uyğun 
olaraq  ölkənin  daxili  və  xarici  siyasəti,  iqtisadi, 
sosial  və  mədəni  həyatı  haqqında  informasiya­
nın xaricdə yayılmasım təmin edir (m.8.2.), digər 
dövlətlərin  və  beynəlxalq  təşkilatlarla  iqtisadi, 
sosial,  elmi-texniki,  mədəni  və  başqa  sahələrdə 
əməkdaşlığın  inkişafına  kömək  göstərir  (m.8.8) 
[
21
].
Xarici  mədəni  siyasət  eyni  zamanda  dövlətin 
mədəniyyət siyasətinin də tərkib hissəsi kimi çıxış 
edir.  Mədəniyyət siyasəti dövlətin incəsənət, elm 
və  təhsil,  kütləvi  informasiya  vasitələri,  gənclər 
mübadiləsi, nəşriyyat, muzey, kitabxana, arxiv işi, 
idman və turizm sahələrində hazırlayaraq həyata 
keçirdiyi  hüquqi  normalar,  ideoloji  prinsiplər və 
əməli  tədbirlər  sistemidir.  Dövlətin  mədəniyyət 
siyasətinin  mühüm  istiqamətlərindən  birini 
də,  heç  şübhəsiz  milli  mədəniyyətin  ölkədən 
kənarda vüsət tapması və təbliği, ölkənin mədəni 
özünəməxsusluğunun  yad  mədəni  təsirlərdən 
qorunması təşkil edir.
Humanitar-mədəniəməkdaşlığınvəəlaqələrin 
səmərəliliyinin  artırılması  Azərbaycanın  xarici 
siyasətinin  əsas  vəzifələrindən  biridir.  Ənənəvi 
milli  identikliyimizi  qoruyub  saxlamaqla  öl­
kəmizin  dünya  mədəni  birliyinə  maksimal  in­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
6
?


teqrasiya  olunmasında  mədəniyyətimizin strateji 
potensialı  xüsusi  rol  oynaya  bilər.  Azərbaycanın 
beynəlxalq  nüfuzunun  artması  bu  vəzifələrin 
uğurlu həllindən bilavasitə asılıdır.
Təəssüf  ki,  xarici  mədəni  siyasətinin  inkişaf 
etdirilməsi  ilə  bağlı  müstəqilliyin  ilk  illərində 
heç  bir  konseptual  yanaşma  hiss  olunmurdu. 
Yalnız  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışı  ilə 
bu  istiqamətdə  canlanma  yarandı.  Azərbaycanın 
mədəni  irsinin,  mədəni  nailiyyətlərinin  xaricdə 
təbliği dövlətin xarici siyasəti məqsədlərindən bi­
rinə çevrildi. Azərbaycanın mədəni-mənəvi dəyər­
lərinin daha geniş təbliği və tanıdılması, xarici ölkə 
vətəndaşlarının  milli  mədəniyyətimizin  inciləri 
ilə  tanış  olmaları  və  əksinə,  ölkə  vətəndaşlarının 
başqa mədəniyyətlərin nailiyyətləri ilə təmasların 
genişləndirilməsi  Azərbaycan  dövlətinin  mədəni 
siyasətinin əsas vəzifələri kimi müəyyənləşdirildi. 
Bu  vəzifələrin  həyata  keçirilməsini  təmin  etmək 
üçün  kompleks  tədbirlər  hazırlanaraq  həyata 
keçirilməyə  başlanıldı.  Bu  tədbirlər  sırasında 
dövlət  xətti  ilə  mədəniyyət  tədbirlərinin  sayının 
və  keyfiyyətinin  artırılması,  beynəlxalq-mədəni 
əlaqələrin  maliyyələşdirilməsi,  qeyri-hökumət 
təşkilatlarının,  ayrı-ayrı  əhali  qruplarının,  mədə­
niyyət  və  incəsənət  xadimlərinin  beynəlxalq  və 
ikitərəfli mədəni tədbirlərdə iştirakının təşviqi və 
s. xüsusi yer tutur.
Siyasi  və  iqtisadi  münasibətlərlə  yanaşı 
başqa  ölkələrlə  mədəni  əməkdaşlıq  xarici  siya­
Sevda Ağamirzə qızı Əhədova
68
si  koordinatlar  sistemində  mühüm  həlqə  təşkil 
etməklə,  ölkənin  müsbət  və  obyektiv  imicinin 
formalaşmasında  mühüm  alətdir.  Bu  alətdən 
səmərəli  istifadə  edilməsi  Azərbaycanın  xarici 
siyasətinin  əsas  məqsədlərinə  nail  olunmasına, 
onun  səmərəliliyinin  artmasına  mühüm  dəstək 
ola  bilər.  Sirr  deyildir  ki,  bizim  düşmənlərimiz, 
bədxahlarımız  Azərbaycanı  nüfuzdan  salmaq, 
onun beynəlxalq imicinə zərər vurmaq  üçün bü­
tün  vasitələrdən  istifadə  edir,  ölkəmiz  haqqında 
olmazın yalanlar yayırlar. Mədəniyyətimiz, onun 
bütün  dünyada  məşhur  olan  inciləri,  mənəvi 
dəyərlərimiz  antiazərbaycan  təbliğatının  ifşa 
olunmasında,  ölkəmizin  maraqlarının  təmin 
edilməsində  ən  dəyərli  və  səmərəli  amil  rolunu 
oynaya bilər.
Azərbaycan Respublikasının prezidenti İlham 
Əliyev  bu  məsələ  ilə  bağlı  qeyd  edir  ki,  bu  gün 
, Azərbaycangəncdövlətdir.Ancaqbaxın,artıqdün- 
yada  bizim nə qədər dostlarımız, tərəfdaşlarımız 
vardır. Biz enerji diplomatiyamızı aparırıq. Baxın, 
xaricdə bizim  nə  qədər mədəni  tədbirlərimiz  ke­
çirilir.  Dünya  paytaxtlarında  Azərbaycanın  mə­
dəniyyətini,  tarixini, incəsənətini  təbliğ edirik.  20 
illik  müstəqilliklə  əlaqədar  bütün  keçmiş  sovet 
məkanında  Azərbaycan  yeganə  ölkə  idi  ki,  dün­
ya  paytaxtlarında  böyük  tədbirlər  keçirmişdir. 
Bu  bizim  təşəbbüsümüz  idi  və  aparıcı  ölkələrin 
paytaxtlarında  böyük  konsertlər,  təqdimatlar, 
sərgilər  keçirilmişdir.  Bu  sahənin  daim  diqqət
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə