XXI əsr üçün təhsilə dair Beynəlxalq Komis
siyanın məruzəsində deyilir ki, gələcəyin prob
lemlərindən
biri
də,
bəşəriyyətin
mədəni
müxtəlifliyinin göstəricisi olan dil çoxluğudur.
Hesablamalara görə dünyada 6000 dil mövzusu
dur, onlardan 10-a yaxmı 100 min-dan çox əhali
üçün doğma sayılır [149, 40]. Düzdür, müstəqillik
illərində Azərbaycan dilinin fəaliyyət sferası xeyli
genişlənmiş, beynəlxalq nüfuzu yüksəlmiş, onun
lüğət tərkibi zənginləşmişdir. Lakin Azərbaycan
dövlət dilinin tarixi hüquqlannın qorunması, onun
mənəvi-siyasi nüfuzunun daha da artırılması, qo
ruyub inkişaf
etdirilməsi, rəqabətə davamlılığının
təmin edilməsi dövlətlə yanaşı hər bir vətəndaşın
əsas vəzifəsi olaraq qalmaqdadır. Azərbaycan
Respublikasında 1993-cü ildən həyata keçirilən
dil siyasəti, xüsusilə Heydər Əliyevin dövlət dili
nin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında 2001-ci ildə verdiyi fərmanlar, milli
mənəvi dəyərlərin qorunub saxlanması məsələləri
ilə bağlı Azərbaycan xalqına müraciəti
elə həm də
qloballaşmasının bu dağıdıcı meyllərinə verilən re
aksiyadır.
Bu cür perspektivinbaşlıca təhlükəsi əsas kompo
nentlərdən birinin də dil olduğu mədəniyyətin ero
ziyasında özünü göstərir. Bir çox mədəniyyətlərin
nümayəndələri üçün ingilis dili tərəqqinin, uğurun,
rifahın təzahürü kimi çıxış edir. Əsimdə isə ingilis
dilinin belə geniş yayılması mədəni müdaxilənin
Sevda Ağamirza qızı Əhədova
roo
bir elementi kimi xalqlann milli-mədəni identikliyi
üçün əsil təhdidlər yaradır.
C.Staynerin qeyd etdiyi kimi, ingilis dili istər-
istəməz təbii linqvistik müxtəlifliyi pozmaqla
dövrümüzün ən təhlükəli ekoloji ziyanvericisi
rolunda çıxış edir [219, 88]. Bu təzahürlər isə öz
növbəsində öz dilini və mədəniyyətini əziz tu
tanların etirazlarına səbəb olur. Hətta
bəzi ölkələr
(Tanzaniya, Keniya, Malayziya) rəsmi dil kimi in
gilis dilindən imtina etdiklərini bildirmişlər.
Bu mənada Heydər Əliyevin yaradıcısı oldu
ğu "azərbaycançılıq" məfkurəsi xalqımızın, döv
lətimizin qloballaşmanın cəmiyyətimizə
gətirdiyi
mənfi fəsadları neytrallaşdırmaq baxımından
əvəzsiz ideyalar silahıdır. Heydər Əliyev 2001-ci il
noyabrın 9-da Dünya azərbaycanlılarının I qurul
tayında etdiyi çıxışda göstərirdi ki, müstəqil Azər
baycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milliyyətinə görə qü
rur hissi keçirməlidir və biz azərbaycançılığı -
Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrin yaşatmalıyıq [2].
Akademik R.Mehdiyev azərbaycançılığı milli ide
yanın əsas forması kimi təsəvvür etməyi və ona
inteqrativ ideya kimi yanaşmağı tövsiyə edərək
bu ideyanın əsasında sivil Avrasiya birliyinin bir
hissəsi - özünəxas milli özgünlüyə, milli eyniyyət
və mentalitetə malik Azərbaycan haqqında təsəv
vürün dayandığını göstərir [62, 3].
Müasir dünyada madəniyyatlərarası münasibətlər
Ю!