Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə25/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   21   22   23   24   25   26   27   28   ...   80

səylərinin  birləşdirilməsi  sayəsində  ədalətli  şəkil 
ala  biləcəyini  qəbul  ediləcəyi  vurğulanmışdır.  Sə­
nəddə  qloballaşan müasir dünyada  dəyərlər siste­
minin  dəyişməsinin  sosial  və  mədəni  proseslərin 
sürətlənməsinin,  həyatın  bütün  sahələrində  ste­
reotiplərin alt-üst olmasının əvvəlki tarixi dövrlərdə 
cəmiyyətin  şüurunda  təşəkkül  tapmış  sosial 
təsəvvürlərdə  əsaslı  şəkildə  dəyişikliklərdə yol  aç­
dığım müəyyən edilmişdir.
Forum  qloballaşmanın  elmin,  təhsilin  inkişa­
fının, yeni texnologiyaların meydana gəlməsinin, 
informasiya  cəmiyyətinin  təşəkkülünün  əvvəllər 
sırf nəzəri görüşən bir sıra problemləri aktuallaş­
dırdığını  xatırladaraq,  bu  prosesin  genişlənərək 
və  dərinləşərək  alimlər və siyasətçilər qarşısında 
bəşəriyyətin  heç  zaman  üzləşmədiyi  yeni  prob­
lemlər qoyduğunu və yeni humanitar gündəliyin 
formalaşdırılmasını tələb edən çoxsaylı çağırışlar 
meydana  çıxardığına  diqqət  yetirmiş,  qloballaş­
manın  humanitar  aspektlərinin  elmi  təhlilinin 
böyük əhəmiyyətini və zərurətini təsdiq etmişdir. 
Etiraf edilmişdir ki,  təbiətlə  ahəngdar və harmo­
nik  şəkildə  yaşamağa  hazırlığın  və  bacarığın  ol­
maması  səbəbindən  bəşəriyyət planetar miqyaslı 
təhdidlərlə üz-üzə dayanmışdır.
Forum  iştirakçıları  qloballaşmanın  müxtəlif 
modellərinin  və  variantlarının nəzərdən keçirilmə­
sinin  bugünkü  mövcud  mədəniyyətlərin  və  mə­
nəvi  oriyentirlərin  müxtəlifliyinə  adekvat  diqqət
Sevda Ağamirzə qızı Əhədova
yetirməyə imkan  verdiyini,  qloballaşma şəraitində 
mədəniyyətlərin  və  sivilizasiyaların  qarşılıqlı  tə­
siri prosesinin heç də müəyyən dəyərlər sisteminin 
hamıya  qəbul etdirmək kimi  məqsəd  danışmağını 
qeyd etmişlər. Bir ölkənin və ya bir sıra ölkələrin də­
yərlər sisteminin heç də mütləq həqiqət kimi qəbul 
edilməsinin  düzgün  olmadığı,  azadlıq,  bərabərlik, 
həmrəylik,  tolerantlıq,  təbiətə ehtiram kimi  funda­
mental  dəyərlərin  mühüm  əhəmiyyəti  təsdiq  edil­
mişdir. Sivilizasiyanın parçalanmasının qarşısını al­
mağa qadir etik prinsip və normalann müəyyənləş- 
dirilməsinin  və  qlobal  etikanın  bütün  dünyada 
bərqərar  olmasının  vacibliyini  qeyd  edən  Forum 
mədəniyyətlərarası  və sivilizasiyalararası  dialoqun 
bütün  cəhdlərinə  baxmayaraq  sivilizasiyalann 
münaqişəsi  təhlükəsinin  kifayət  qədər  aktuallığı­
nı  müəyyən  edərək,  qloballaşma  prosesinin  daha 
güclü  sosial  yönüm  almasının  vacibliyini  nəzərə 
çatdıraraq hər bir  insana onun  daha  dolğun  töhfə 
verməsinin zəruriliyinə diqqət yetirmişdir.
Sosial ədalət naminə ədalətli qloballaşma haq­
qında Bəyannamənin əsas müddəalarına şərik çı­
xan Forum qloballaşmaya nail olmaq üçün hər bir 
ölkənin  öz xüsusiyyətlərini  nəzərə  alan  müxtəlif 
variantların  mövcudluğuna  bir  daha  diqqət 
çəkməyi  vacib  hesab  etmişdir.  İqtisadi  inkişafın 
humanitar aspektlərinin qiymətləndirilməsi üçün 
külturoloji  yanaşmanın  müstəsna  əhəmiyyəti 
bildirilmiş  və  göstərilmişdir  ki,  qloballaşma
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
Ю5


nəticəsində  dünyanın  formalaşmaqda  olan  yeni 
nizamı  uzunmüddətli  və  mürəkkəb  proses­
dir  və  o  müxtəlif  ölkələrdə  yaşayan  insanların 
dünyagörüşündə dəyişikliklərə yol açır [30].
Qloballaşma 
əleyhdarlarının 
fikrincə, 
bu 
ümumdünya  prosesi  müstəmləkəçiliyin  yeni  nö­
vünün,  mədəni  "imperializmin''  yaranmasına 
gətirib  çıxarmışdır.  1960-cı  illərdə  yaranmış  bu 
konsepsiyaya  görə  müstəmləkəçilikdən  azad  ol­
muş  və  inkişaf  etməkdə  olan  ölkələr  keçmiş  net- 
ropoliyalar  tərəfindən  dünya  informasiya  axınına 
cəlb edilməklə müstəmləkəçiliyin yeni forması elan 
mədəni  müstəmləkələrə  çevrilmişlər.  Mədəni  im­
perializm  sənayecə  inkişaf  etmiş  ölkələrin  kütləvi 
kommunikasiya vasitələrinin istehsalı və yayılması 
texnologiyası  sahəsində  üstünlüyü  üçüncü  dünya 
ölkələri əhalisinin şüuruna yad mədəni dəyərlərin, 
davranışın  norma  və  nümunələrini  yeritməyə 
şərait yaradır.  İnformasiya məkanında  əsasən ABŞ 
və  qərb  kütləvi  informasiya  vasitələri  üstünlük 
təşkil  etdiyindən Amerika  həyat  tərzinin dəyərləri 
üçüncü  ölkələrin  ənənəvi  mədəniyyətini  sıxışdınb 
çıxanr və onların milli identikliyinə sarsıdıa zərbə 
vurur  [167].  Transmilli  korporasiyalar  da  infor­
masiya  axınının təşkilində fəal  iştirak edərək  dün­
yada  gedən  sosial-iqtisadi  və  mədəni  proseslərin 
idarə edilməsinə öz təsirini göstərir, üçüncü dünya 
ölkələrinin siyasətinə, iqtisadiyyatına əlavə təsir im- 
kanlan  qazanırlar.  Bu  gün qərbin  kütləvi informa­
siya  kanallannm  bədii,  idman,  reklam  materialla-
Sevda Ağamirzə qızı Əhədova
Ю6
nnda istehlakçılıq,  fərdiyyətçilik,  seks,  narkotiklər, 
zorakılıq kimi dəyərlərin üstünlük təşkil etməsi bu­
nun parlaq təzahürüdür [140].
Yeri gəlmişkən, antiqlobalizm hərəkatının ide­
ya əsasını da məhz mədəni imperializmin tənqidi 
təşkil edir.  İnkişaf etmiş ölkələrin digər müstəqil 
dövlətlərin  milli  maraqları,  norma  və  ənənələri 
ilə  hesablaşmamaları,  dövlətlərin  suverenliyini 
məhdudlaşdırmaq,  bütün  sivilizasiya  strukturla­
rım avrosentrik modelə uyğunlaşdırmaq cəhdləri 
qloballaşmanın gizli tərəfləridir.
Beləşəraitdə "Mədəni təcridçilik" qloballaşma­
nın qərbin hegemoniyasma, onun  mədəni dəyər­
lərinin zorla qəbul etdirilməsi kimi çıxış edən for­
malarına  təbii  reaksiyası  kimi  çıxış  edir.  Bunun 
ən  bariz  nümunəsi  kimi  İranda  antişah  inqilabı­
nı  göstərirlər.  Lakin  başqa  nümunələr  də  möv­
cuddur.  Cənubi-Şərqi  Asiya  ölkələri,  xüsusən 
Yaponiya  qlobal  maliyyə-iqtisadi  və  texnologi­
yalar  şəbəkəsinə  uğurla  inteqrasiya  olunaraq, 
eyni  zamanda  öz  mənəvi-mədəni  özgünlüyünü 
də  qoruyub  saxlayırlar.  Xüsusən  Yaponiya  üçün 
qlobalizm  bir  o  qədər  də  təhlükəli  deyil.  "Yapon 
ruhu, qərb texnologiyaları" ideyasına sadiq qalan 
bu  ölkə  ümumdünya birləşdirici  və eyniləşdirici 
proseslər  şəraitində  belə  öz  etnik  identikliyi- 
ni  cəsarətlə  müdafiə  edir.  Bu  sözləri  eyni  ilə 
"Qlobal  düşün,  lokal  hərəkət et"  prinsipi  ilə  ya­
şayan  Cənub-Şərqi  Asiya  ölkələri  haqqında  da 
söyləmək olar.  Digər tərəfdən, rusiyalı akademik 
Ю7
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə