Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə29/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

logiyalarının  inkişafı  dövründə  artıq  dövlətlərin 
qloballaşmanın mənfi fəsadlarına qarşı immunitet 
yaratmaq cəhdləri əksər halda uğursuzluğa məh­
kumdur. Öz mədəni dəyərlərini inkişaf etdirmək 
və  yaymaq  istəyən,  lakin  iqtisadi  cəhətdən  zəif 
dövlət  iqtisadiyyatı,  texnologiyaları  yüksək inki­
şaf səviyyəsinə  çatmış,  böyük  siyasi  nüfuza  ma­
lik  ölkələrin  mədəni  məhsulunun  öz  ərazisinə 
daxil  olmasının  (mədəni  müdaxiləsinin),  onla­
rın  mədəni  məhsullarını  kütləvi  istehlakçısı  ol­
masının  qarşısının  ala  bilərmi?  Əgər  iqtisadi 
münasibətlər sistemində  bazarın,  rəqabətinin  al­
ternativi yoxdursa, mədəniyyətin inkişafına onla­
rın mənfi təsiri şübhəsizdir.
Deməli, qloballaşan dünyada mədəniyyətlərin 
rəqabətində  yalnız  insanların  əksəriyyətinin 
mənəvi  tələbatlarına  və  arzularına  cavab  verən 
mədəniyyətlər  öz  üstünlüklərini  qoruyub  sax­
laya  biləcəklər.  Mədəniyyətlər buna  öz  milli  xü­
susiyyətlərini və fərqliliklərini mütləqləşdirməklə 
deyil, həm dəümumbəşəri tələblərə vəməqsədlərə, 
universal  dəyərlərə  istiqamətlənməklə  nail  ola 
bilərlər.  Bu  gün  kütləvi  mədəniyyətin  ən  parlaq 
nümunəsi  olan  Amerika  mədəni  məhsulunun 
dünyada belə geniş yayılmasının səbəblərini təkcə 
onun  əyləncəli,  əlçatan,  demokratik xarakterində 
deyil,  həm  də  beynəlmiləl  mahiyyətində,  ümu­
mi  bəşəri  dəyərlərin  (şəxsi  təşəbbüskarlıq,  ailə 
xoşbəxtliyi,  xeyrin  şər  üzərində  qələbəsi,  qa­
nunun  aliliyin  ədalətin  qalib  gələcəyinə  inam,
Sevda Ağamirzə qızı Əhədova
tzo
vətəndaş  fəallığı  və  s.)  özündə  ehtiva  etməsində 
axtarmaq lazımdır (156,32]. Qloballaşma mövcud 
milli  mədəniyyətləri  deyil,  mədəniyyətin  yalnız 
milli  formada  mövcud  olması  və inkişaf  imkanı­
nı rədd edir. Hər bir şəxs öz milli mədəniyyətinə 
bağlı olaraq qala bilər, ancaq transmilli şəbəkələrə 
qoşulduqdan  sonra  yalnız  onunla  məhdudlaşa 
bilməz [143,15].
Mədəni  qloballaşmanın  bu  istiqamətdə  inki­
şafı bir qayda olaraq mədəni sərhədlərlə üst-üstə 
düşməyən  yeni  mədəni  lokallığın  yaranmasını 
şərtləndirir.  Artıq  insanlar  təkcə  milli-mənəvi 
dəyərlərlə deyil, öz azad seçimlərinin nəticəsində 
üstünlük  verdikləri  ümumi  mədəni  dəyərlərlə 
bağlanırlar.
Müasir  informasiya  vasitələrinin  və  əlaqə­
lərinin  inkişafı  sayəsində  müxtəlif  ölkələrdə  ya­
şayan  insanlar  milli-dövlət  sərhədlərini  aşaraq 
ən  müxtəlif  maraqlar  üzrə  birləşərək  ünsiyyətə 
girirlər.  Bu  gün  pop  musiqisi,  breyk-dans,  şərq 
rəqsləri,  filateriya  və  s.  incəsənət  növünün 
həvəskarlarını  birləşdirən  milli  amil  deyil,  məhz 
həmin  spesifik  maraq  və  tələbatlardır.  Bu  yeni 
mədəni  birlik  tipini  səciyyələndirmək  üçün  ingi­
lis  sosioloqu  Roland  Robertson  qlokallaşma  ter­
minini  tətbiq  etmişdir  (Qloballaşma  və  lokallaş- 
ma  sözlərinin birləşməsi  əsasında).  Qlokallaşma 
qlobal dünyada mədəniyyət sahəsində baş verən 
iki  qarşılıqlı  əlaqəli  prosesi  -   homogenləşmə
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
İZİ


(yekcinsləşmə)  və  hetorgerüəşmə  (müxtəlifliyin 
saxlanılması) prosesinin nəticəsi kimi başa düşü­
lür [210, 40].
Universal  transmilli  əlaqələr  sisteminin  tə­
şəkkül  tapması  məntiqindən  çıxış  edən,  bütün 
fərqlilikləri  və  müxtəliflikləri  inkar  edən  qlobal­
laşma konsepsiyasının tərəfdarlarının əksinə ola­
raq,  qlokallaşma  mədəni  qloballaşmanın  lokal- 
mədəniyyətlərin universal mədəniyyət içərisində 
əriməsi,  məhv  olması  deyil  insanların  mədəni 
identikliyinin  ənənəvi  formalarla  (milli,  dini,  re­
gional,  etnik  və  s.)  üst-üstə  düşməyən  yeni  for­
malarını,  yeni  lokallıqların  yaranmasına  gətirib 
çıxarması kimi başa düşülür.
Bu  gün  ümumdünya  yaşıllar  hərəkatının 
üzvlərini  mənsub  olduqları  xalqların  milli 
mədəni  irsinin  qorunması  ilə  yanaşı  (və  bəlkə 
də  daha  çox)  bəşəriyyəti  gələcəyi,  yer  kürəsinin 
ekoloji  problemləri  düşündürür.  Qloballaşma 
milli  mədəniyyətin  yalnız  başqa  mədəniyyətə 
mənsub  olan  imkanlar  üçün  dəyər  kəsb  edən 
elementlərini qoruyub saxlamaqla, əslində həmin 
mədəniyyətin  qlobal  miqyas  olmasına  təkan  ve­
rir.  Mövcud  mədəni  müxtəlifliyi  qoruyub  sax­
lamaqla,  hər  bir  insana  öz  mədəni  dəyərlərin 
sadiq  qalmaq,  yenilərini  qazanmaq  hüququnu 
tanıyan  vahid  mədəni  məkanın  yaradılması  qlo­
ballaşma  dövründə  mədəniyyətlərin  əsas  inki­
şaf  hədəfi  olmalıdır.  Qlobal  mədəniyyət  hamı 
üçün  eyni  və  icbari  olan  mədəniyyət  deyil,  hər
Sevda Ağamirzə qızı Əhədova
kəsə  istənilən  mədəniyyətin  nailiyyətlərindən 
və  üstünlüklərdən bərabər  yararlanmaq hüququ 
verən 
beynəlxalq 
mədəni 
kommunikasiya 
şəbəkəsi kimi başa düşülməlidir [143,116].
Əlbəttə,  qloballaşma  prosesləri  heç  də  bizim 
istədiyimiz  məcrada  getmir.  Buna  baxmaya­
raq  qloballaşma  qaçılmazdır,  ondan  yayınmaq 
imtina  etmək  mümkün  deyildir.  Obyektiv  ola­
raq  qloballaşma  bəşəriyyətin  vahidliyinə,  va­
hid  dünya  sivilizasiyasının,  yaxşı  mənada  bəşər 
mədəniyyətinin 
təşəkkül  tapmasına 
gətirib 
çıxarmalıdır.  Təəssüf  ki,  hələlik  qloballaşma 
bəşəri dəyərlərin vəhdətinə aparsa  da, bu  əsasən 
kütləvi,  istehlak  mədəniyyətinin  dəyərləridir. 
Bəşəriyyətin vəhdətinə alternativ yoxdur, əks hal­
da  o  müxtəlif  sivilizasiyaların,  mədəniyyətlərin 
rəqabəti mübarizəsi nəticəsində məhv ola bilər.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
2 .2 .  M u ltik u ltu r a liz m :  b ə la   yoxsa  n ica t 
y o lu ?
D
ünyada gedən mədəni qloballaşma konteks­
tindən  elə  onun  əsas  təzahürlərindən 
sayılan  multikulturalizmin  də  dəyərləndirilməsi 
zərurəti  yaranır.  Mədəni  qloballaşma  kimi  mul- 
tikulturalizmə münasibətdə də bu gün çoxlu sayda 
yanaşmalar, definisiyalar mövcuddur ki, əksər hal­
da onlar məsələyə əks mövqedən yanaşırlar.
Л23


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə