Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə37/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

Kütləvi  mədəniyyətin  yayılması  da  mədəniy­
yətlərin  özünəməxsusluğunun  itirilməsi  kimi 
qlobal  təhlükəni  reallaşdım.  Kütləvi  mədəniyyət 
mədəni  dəyərlərin  və  dilin  eyniləşməsi,  həyat 
tərzlərinin,  geyimlərin,  məişətlərin,  musiqilərinin 
standartlaşmasına  və  universallaşması  təhlükəsi 
yaratmaqla yanaşı,  dominant mədəniyyətə  texno­
loji və informasiya üstünlüyündən istifadə edərək 
öz dəyərlərini, norma və standartlarını digərlərinə 
qəbul  etdirmək  imkanı  yaradır.  Bu  aspektdən 
multikulturalizmin  beynəlxalq  səviyyəsindən  də 
danışmaq  lazım  gəlir.  Beynəlxalq  münasibətlər 
baxımından  mədəni  müxtəliflik bütün  bəşəriyyət 
üçün  zəngin  töhfədir  və  onun  qorunması  və 
dəstəklənməsi bütün  dünyanın  dayanıqlı  inkişafı 
üçün vacib şərtdir.
Qloballaşmanın milli və yerli identikliyə yarat­
dığı təhlükələr şübhəsizdir. Lakin problemin həlli 
mühafizəkarçılıqda  və  ya  təcridçi  milliyətçilikdə 
deyil,  beynəlxalq  səviyyədə  müxtəlifliyin  təşviq 
edilməsində  və  plüralizmin  inkişafındadır.  Qlo­
ballaşma  dövlətlər  qarşısında  ideyaların,  ka­
pitalın,  əmtəələrin  və  insanların  beynəlxalq 
hərəkəti  ilə  şərtlənən  çoxlu  çağırışlar  qoyur. 
Qloballaşmanın yaratdığı və genişlənməkdə olan 
mədəni azadlıqlar yeni-yeni problemlər və dilem­
malar  ortaya  çıxarır.  İnsanlar  arasmda  ünsiyyət, 
dəyərlərin,  ideyaların,  həyat tərzlərinin  mübadi­
ləsi  görünməmiş  miqyas  almaqdadır.  Bəziləri 
bunu  müxtəlifliyin  genişlənməsi,  enerji  və  ilham
Sevda Ağamirzə qızı Əhədova
152
mənbəyi  kimi  qəbul  edir,  digərləri  əksinə,  onu 
öz  dəyərlərinə  və  həyat  tərzlərinə,  yerli  və  milli 
identikliyə  qarşı əsl təhdid kimi qarşılayırlar.  Bu 
cür  reaksiyanın  ifrat  forması  kimi  bütün  xarici 
təsirlərdən  qorunmaq  cəhdləri  çıxış  edir.  Bu  isə 
son  nəticədə  tərəqqiyə  deyil,  özünəqapanmaya, 
fərdi  və  ictimai  azadlığın  məhdudlaşdırılmasına 
gətirib  çıxarır.  Belə  perspektivin  yeganə  alter­
nativi  insanların,  kapitalın,  əmtəələrin,  ideya­
ların  qlobal  hərəkətinə  dövlətlərin  açıqlığı  şərti 
ilə  dünyada  mövcud  olan  müxtəlifliyə  hörmət 
edilməsi və onun genişlənməsinin dəstəklənməsi 
olardı. Bunun üçün birinci növbədə mədəni azad­
lıq və mədəni əməkdaşlıq ideyalarına cavab verə 
biləcək,  mədəni  müxtəlifliyi  qəbul  edən  və  ona 
hörmət  prinsipinə  əsaslanan  siyasi  strategiyalar 
hazırlanmalı və həyata keçirilməlidir.
Hazırda  bütün  dünyada  multikulturalizmin 
geniş  tətbiqini  nəzərdə  tutan  bir  çox  aktlar,  kon­
vensiyalar  mövcuddur.  Bu  sənədlərdə  mədəni 
■müxtəlifliyin  qorunması  üçün  bütün  dünyada 
geniş  və  tarazlı  mədəni  mübadilənin  təmin  edil­
məsi,  mədəniyyətlərarası  dialoqu,  mədəniy- 
yətlərarası  qarşılıqlı  fəaliyyəti,  xüsusilə  inkişaf 
etməkdə  olan  ölkələrin  rolunu  artırmaq  nöqteyi- 
nəzərdən  beynəlxalq  əməkdaşlıq  və  həmrəyliyi 
gücləndirmək  kimi  rəhbər  prinsiplər  öz  əksini 
tapmışdır. Beynəlxalq səviyyədə multikulturalizm 
dəyərlərinin  möhkəmləndirilməsi  yalnız  insan 
hüquq  və  azadlıqlarına  hörmət,  dövlətlərin suve­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


renliyi, bütün mədəniyyətlərə hörmət edilməsi və 
bütün mədəniyyətlərin bərabər ləyaqətə malik ol­
masının  qəbul  edilməsi,  beynəlxalq  həmrəylik və 
əməkdaşlıq,  bərabər imkanlar,  açıqlıq və tarazlıq, 
inkişafın iqtisadi  və  mədəni  aspektlərinin  tamlığı 
prinsiplərinə  əməl  edilməsi  sayəsində  mümkün­
dür.  YUNESKO-nun  2001-ci  ildə  qəbul  etdiyi 
"Mədəni  müxtəliflik  haqqında"  Ümumdünya 
bəyannaməsində  qeyd  edildiyi  kimi,  biolo­
ji  müxtəliflik  canlı  təbiət  üçün  neçə  zəruridirsə, 
mədəni  müxtəliflik  də  bəşəriyyət  üçün  o  qədər 
zəruridir.  Bu  mənada  o  bəşəriyyətin  ümumi 
nemətidir və indiki və gələcək nəsillərin mənafeyi 
naminə tanınmalı və möhkəmləndirilməlidir [100]. 
YUNESKO-nun  digər  sənədində  -   "İnsan  inkişa­
fı  -   2004"  adlı  məruzədə  qloballaşma  şəraitində 
multikulturalizm  strategiyasının  əsas  prinsipləri 
öz  əksini  tapmışdır:  1.  Ənənələrin  mühafizəsi  in­
san  inkişafının  qarşısım  alan  amilə  çevrilə  bilər. 
Ənənəvi  dəyərlərin  və  adətlərin  çoxu  layiqincə 
qiymətləndirilməlidir.  Onların  əksəriyyəti  in­
san  hüquqları  sahəsində  ümumbəşəri  dəyərlərlə 
həmahəng  səslənsə  də,  hamı  tərəfindən  qəbul 
edilmiş  etik  dəyərlərə  zidd  olanlan  da  (məsələn, 
qadınların  hüquqlarının  pozulması,  qərarlann 
qeyri-demokratik  və  gizli  şəraitdə  qəbulu  və  s.) 
vardır. Ənənələri bütün vasitələrlə qoruyub saxla­
mağı  tələb  edən  ifrat  çağırışların  insan  inkişafına 
mənfi  təsiri  göstərməsi şübhəsizdir.  Ənənələri se­
çim azadlığı ilə qarışdırmaq olmaz.  Bəzi ənənələr 
mədəni  azadlıqların  genişlənməsi  yolunda  əsil
Sevda Ağamirzə qızı Əhədova
(54
maneəyə çevrilirlər; 2. Mövcud fərqlərə və müxtə­
lifliklərə hörmət etmək lazımdır. Əlbəttə, müxtəlif­
likləri  nəyin  bahasına  olursa  olsun  qoruyub  sax­
lamağa  da  zərurət  yoxdur,  ancaq  bu  müxtəlifliyi 
insanların  mədəni  azadlığına  və  həyatlarını  zən­
ginləşdirdiyinə  kömək  etdiyi  şübhəsizdir.  Əgər 
yerli  mədəniyyətlər  itib  gedərlərsə  və  ölkələr 
yekcins  olarlarsa,  insanların  seçim  azadlığı  da 
məhdudlaşacaqdır;  3.  Müxtəliflik  insanların  ide- 
ntikliyinin  çoxcəhətli  və  bir-birini  tamamlayan 
olduğu,  onların  özlərini  təkcə  yerli  icmanın, 
öz  ölkəsinm  deyil,  həm  də  bütün  bəşəriyyətin 
hissəsi  kimi  hiss  etdiyi  qarşılıqlı  asılı  dünyada 
çiçəklənir.  Əgər  müxtəlif  mədəniyyətlərə  ma­
lik  dövlətlər  öz  birliyini  çoxcəhətli  və  qarşılıq­
lı  tamamlayan  identiklik  əsasında  təmin  edə 
bilərlərsə, rəngarəng mədəniyyətə malik dünya da 
bunu  edə  bilər.  Qloballaşmanın  inkişafı  insanlar­
da  təkcə  yerli  və  milli  identikliyin  deyil,  həm  də 
dünyanın  vətəndaşı  kimi  özünüdərkin  inkişafını 
şərtləndirir.  Müasir intensiv  qlobal  qarşılıqlı  təsir 
yalnız  ümumi  dəyərlərin,  əlaqələrin  və  etimadın 
qorunub  saxlanılması  şəraitində  mümkündür; 
4.  İqtisadi  və  siyasi  sahələrdə  disproporsiya  və 
bərabərsizliyin azaldılması ilə daha yoxsul  və zəif 
birliklərin  mədəniyyətlərinə təhlükə də azalır.  Bir 
mədəniyyətin öz iqtisadi qüdrəti sayəsində başqa­
ları üzərində üstünlüyünü aradan qaldırmaq üçün 
ideya  və  əmtəələrin  axınmdakı  natarazlıq  prob­
leminin  həllinə  nail  olmaq  lazımdır.  Ölkələr  və 
birliklər  arasında  bu  natarazlıq  və  bərabərsizlik
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
(55


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə