Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə35/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

Mədəniyyətin etnik mədəniyyətlərin məcmusu 
olması  fikrini  qəbul  etməklə  biz  əslində  təmiz, 
ənənəvi  milli  mədəniyyətin  fiksiya  olması  haqda 
bəzi müəlliflərin iddialanru qəbul etmiş oluruq [16, 
399].
Müasir  Azərbaycan  mədəniyyəti  bəzilərinin 
təsəvvür  etdikləri  kimi  ekletik  mədəniyyət  de­
yil.  Onun  kifayət  qədər  mükəmməl  genetipi  var­
dır.  Azərbaycan  mədəniyyətinin  yalnız  məişət 
etibarilə deyil, eyni zamanda tipologiyası etibarilə 
ümumtürk  mədəniyyətidir.  Məzmunu  etiba­
rilə  bu  mədəniyyət  Azərbaycan,  türk-müsəlman 
mədəniyyəti  olsa  da,  müxtəlif  dövrlərdə  dün­
ya  mədəniyyətinin  təsirinə  məruz  qalmış,  hə­
min  təsirin  nəticəsində  cilalanmış  və  dünya 
mədəniyyətinin 
tərkib 
hissəsinə 
çevrilmiş­
dir.  Azərbaycan  xalqının  mütləq  əksəriyyətini 
Azərbaycan türkləri təşkil edir,  ona görə də Azər­
baycan  mədəniyyətinin  əsasında  da  türk  mə­
dəniyyətinin  durması  fikri  təbiidir.  Ölkəmizdə 
yaşayan qeyri-türk mənşəli xalqlar, etnoslar yalruz 
Azərbaycan türkcəsi əsasmda deyil, eyni zamanda 
Azərbaycan  türklərinin tarixi birləşdirici missiyası 
əsasmda ünsiyyətə girib Azərbaycan xalqını, Azər­
baycan cəmiyyətin təşkil edirlər [33, 7].
R.Aslanovanm  bu  fikri  ilə  razılaşmamaq 
mümkün  deyildir  ki,  Azərbaycanda  multikul- 
turalizmi  beynəlxalq  mədəni  inteqrasiyanın 
milli  modeli  və  Avropa  təcrübəsi  kimi  təhlilinə 
hələlik  rast  gəlinmir,  yaxud  yox  dərəcəsindədir. >
Sevda Ağamirzə qızı Əhədova
m
Bu  baxımdan  2011-ci  il  oktyabrın  10-11-də Azər­
baycan  Respublikasının  paytaxtı  Bakı  şəhərində 
"XXI  əsr:  ümidlər  və  çağırışlar"  devizi  altın­
da  Beynəlxalq  Humanitar  Forumun  keçirilməsi 
mühüm  hadisə  sayılmalıdır.  Forumda  dünyanı 
narahat  edən  digər  məsələlərlə  yanaşı  multikul- 
turalizm  məsələsi  də  geniş  müzakirə  edilmişdir. 
"Multikulturalizm:  nailiyyətlər  və  problemlər" 
bölməsində  üç  iclas  ("Multikulturalizm  dövlət 
siyasətində",  "Multikulturalizm  şüurda"  və 
"Multikulturalizm  elmdə  və  fəlsəfədə")  keçi­
rilmiş,  müzakirə  və  diskussiyalarda  dünyanın 
bir  çox  tanınmış  alim  və  siyasi  xadimləri  iştirak 
etmişlər.  Forumun  qəbul  etdiyi  Bəyannamədə 
müxtəlif  ölkələrin  dövlət  siyasətində  multikul­
turalizm  mövqe  və  imkanlarının  bir  daha  təhlil 
etməyə,  etnik  və  mədəni  özünüdərk  arasında 
azad  seçim  etməyə,  insanların  əsas  hüquq  və 
azadlıqlarının  bərqərar  edilməsinə  nail  olma­
ğa,  ksenofobiya,  irqçilik  və  dözümsüzlüyün  bü­
tün  təzahürlərini  qətiyyətlə  pisləməyə çağırış  öz 
əksini tapmışdır [30].
Bir  ildən  sonra  2012-ci  ilin  oktyabrında  keçi­
rilmiş İkinci Forumda  da  multikulturalizm  prob­
lemləri iki dəyirmi masada ("multikulturalizm və 
mədəni  özünüdərk"  və  "cəmiyyətin  həyatında 
multikulturalizm"  mövzularında) müzakirə edil­
mişdir. Forumun qəbul etdiyi Bəyannamədə mul­
tikulturalizm  və  mədəni  özünüdərk,  cəmiyyətin 
həyatında  multikulturalizm  kimi  problemlərin
Müasir dünyada mədəniyyətlərarası münasibətlar
П5


nəzərdən  keçirilməsinin  vacibliyi  vurğulan­
mış,  qloballaşma  şəraitində  multikulturaliizm 
konsepsiyasına yeni həyat verilməsinin zəruriliyi 
qeyd  edilmiş,  onun mədəni  müxtəlifliyin,  mədə- 
niyyətlərarası  dialoqun  formalaşması  üçün  ən 
sanballı  vasitə  olduğu  qəbul  edilmişdi.  Forum 
multikulturalizm  konsepsiyasına  yeni  yanaşma­
nın və onun müasir cəmiyyətdə getdikcə daha bö­
yük əhəmiyyət kəsb etdiyini təsdiqləyərək, dövlət 
siyasətinin tərkib hissəsi kimi multikulturalizmin 
imkanlarından  istifadənin vacibliyini,  onun həm 
müxtəlif mədəniyyətlərin inkişafı, həm də bütün 
bəşəriyyətin əldə etdiyi nailiyyətlərin qorunması 
və zənginləşməsində əhəmiyyətini qeyd etmişdi.
Forum,  eyni  zamanda  multikulturalizm  prob­
lemlərinin  fəlsəfi  və  elmi  aspektlərinin  bundan 
sonra  tədqiqinin  ksenofobiya,  irqçilik  və  dözüm­
süzlüyün  qarşısını  almaq  üçün  kütləvi  informa­
siya  vasitələrində  lazımınca  işıqlandırılmasının 
vacibliyinə 
xüsusi 
diqqət 
yetirərək, 
dünya 
ictimaiyyətini, siyasətçiləri və alimləri Azərbaycanın 
dünyada 
multikulturalizmin 
problemlərinin 
tədqiqi  üzrə xüsusi mərkəzin yaradılması ilə bağlı 
təşəbbüsünü müdafiə etməyə çağırmışdır [29].
2013-cü ildə keçirilmiş III Humanitar Forumun 
bir  "dəyirmi  mäsa"sı  (Multi-kulturalizm  və  öz- 
günlük)  da  multikulturalizm  problemlərinin 
müzakirəsinə həsr edilmişdir.  "Dəyirmi masa"da 
belə bir fikir vurğulanmışdır ki, bəzi hallarda mul­
tikulturalizm modelinin fəaliyyətini şübhə  altına
Sevda Ağamirzə qızı Əhədova
qoymaq  cəhdləri  olsa  da,  müasir  dünyada  onun 
alternativi  yoxdur.  Zorakılığın,  sabitsizliyin  və 
müharibələrin qarşısını almaq üçün multikultura­
lizm bütün dünyada təşviq edilməlidir [20, 2013- 
cü  il,  2  noyabr].  Azərbaycan  Prezidenti  İlham 
Əliyev də forumdakı nitqində multikulturalizmlə 
bağlı  dünyada  müxtəlif fikirlərin mövcudluğuna 
diqqəti  cəlb  edərək  göstərmişdir  ki,  bizim hamı­
mızın işi ondan ibarət olmalıdır ki, multikultura­
lizmin müsbət tərəflərini qeyd edək, onları təbliğ 
edək  və  dünyada  bu  mövzu  ilə  bağlı  mövcud 
olan ayrı-seçkiliyi aradan götürək.  Dövlət başçısı 
XXI  əsrdə  multikulturalizmin  alternativi  olma­
dığını,  eyni  zamanda  multikulturalizmlə  bağ­
lı  problemləri  açıq  şəkildə  müzakirə  etməyi,  bu 
problemləri  gizlətməməyi,  ört-basdır  etməməyi, 
onun  müsbət  və  mənfi  tərəflərinin  təcrübələrini 
təhlil etməyi təklif etmişdi [20, 2013,1 noyabr].
Forumun qəbul etdiyi bəyannamədə multikul­
turalizm sahəsində bir çox ölkələrin, o cümlədən, 
Azərbaycanın  uğurları  etiraf  edilmiş,  müxtəlif 
ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına 
yönəldilən  dövlət  siyasətinin  əsas  tərkib  hissəsi 
kimi  qazanılmış  təcrübənin  öyrənilməsi  zəruri 
sayılmışdı [20, 2013, 2 noyabr].
Müasir  insanın  özünü  dərk  etməsi,  sosial- 
laşması  getdikcə  daha  da  çoxsəviyyəli  səciyyə 
daşımağa  başlayır.'  Bu  isə  öz  növbəsində  onun 
identikliyinin  müəyyənləşməsinə  öz  təsirini 
göstərir,  identiklik  çoxçalarlı  və  çoxcəhətli  olur.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə