Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə43/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

Bu  kontekstdə  dil  hüquqları  və  mədəni 
özünəməxsusluğa  hörmətin  inkişafına  kömək 
sahəsində  YUNESKO-nun  fəaliyyəti  xüsusi 
vurğulanmalıdır.  Mədəni  müxtəliflik  dedikdə 
ayrı-ayrı  qrupların  və  cəmiyyətlərin  mədəniy­
yətinin  öz  ifadəsini  tapdığı  müxtəlif  yollar 
nəzərdə  tutulur.  Mədəni  özünüifadə  fərdlərin, 
qrupların,  cəmiyyətlərin yaradıcılığının  nəticəsi 
olan,  mədəni  mahiyyətə  malik  olan  özünü 
ifadədir. Mədəni müxtəliflik ancaq insan hüquq­
ları  və  əsas  azadlıqları,  o  cümlədən  fərdlərin 
mədəni  özünüifadəni  seçmək  imkanı  kimi 
hüquq  və  azadlıqlar  təmin  olunarsa,  qoruna 
və  təşviq  oluna  bilər.  Mədəni  müxtəlifliyə  və 
mədəni  hüquqlara  dair  YUNESKO  tərəfindən 
qəbul  olunmuş  beynəlxalq  sənədlər,  xüsusən 
Mədəni müxtəlifliyə dair 2001-ci il Ümumdünya 
Bəyannaməsi,  Mədəni  özünüifadə  müxtəlifliyi­
nin  qorunması  və  təşviqinə  dair  2005-ci  il  Kon­
vensiyası bu baxımdan mühüm rol oynayır.
2005-ci  il  Konvensiyası  mədəni  müxtəlifliyin 
bəşəriyyətin  müəyyənedici  xüsusiyyəti  olduğu­
nu,  onun  irsini  formalaşdırdığmı  və  hamının  rifa­
hı  üçün  qorunub  saxlanılmalı  və  bəslənilməli  ol­
duğunu,  insanlar  və  millətlərin  davamlı  inkişafı 
üçün hərəkətverici  qüvvə  olduğunu təsdiqləyərək, 
beynəlxalq  sənədlərdə  elan  edilmiş  insan  hüquq- 
lan  və əsas azadlıqlarının  tam  realizəsi üçün onun 
əhəmiyyətini  xüsusi  qeyd  etmişdir.  Konvensiya 
mədəni  özünüifadə  müxtəlifliyin  qorunması  vəı
Sevda Ağamirzə qızı Əhədova
təşviqinə dair ümumi prinsipləri tərəfləri hüquq və 
öhdəliklərin müəyyənləşdirmiş, tövsiyələr irəli sür­
müşdür [67]. İspaniyanın Barselona şəhərində Pen- 
Kulbun təşkil etdiyi dil  hüquqları üzrə beynəlxalq 
konfransda  qəbul  edilmiş  "Dil  hüquqlan  Ümu­
mi  Bəyannaməsi  (1996)  bütün  dilləri  kollektiv 
özünəməxsusluğun ifadəsi  kimi, bütün dil  icmala­
rını isə mədəni yaradıcılığın bütün formalarında öz 
dilindən istifadə, onun qoruyub saxlamaq və inki­
şaf etdirmək"  sahəsində  bərabər hüquqlara  malik 
olduğunu qəbul etmişdir.
Ümumdünya  mədəni  irsinin  qorunması  və 
saxlanılması  beynəlxalq  mədəni  əməkdaşlığın, 
YUNESKO-nun əsas vəzifələrindən biridir.  Milli 
və  beynəlxalq  mədəni  dəyərlərin  müdafiəsinə 
görə  məsuliyyət  məsələsi  bir  sıra  beynəlxalq 
sənədlərdə  öz  əksini  tapmışdır.  Bu  sırada  bi­
rinci  növbədə  "Silahlı  münaqişə  baş  verdikdə 
mədəni  dəyərlərin  qorunması  haqqında"  Haaqa 
Konvensiyasmı  (1954-cü  iİ)  və  ona əlavə edilmiş 
Protokolu  xüsusi  qeyd  etmək  lazımdır  [82,  259- 
284].
Azərbaycan  Respublikasının  1993-cü  il  apre­
lin  21-də  qoşulduğu  bu  Konvensiyada  mənəvi 
dəyərlərin  tərifi,  onların  qorunması,  mədəni 
dəyərlərə hörmət,  silahlı  münaqişə baş verdikdə 
mədəni  dəyərlərin  müdafiəsi  ilə  bağlı  həyata 
keçirilməli tədbirləf öz əksini tapmışdır. Konven­
siyaya  qeyd  olunduğu  kimi,  hər  bir  xalq  dünya
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
(7?


mədəniyyətinə  öz  töhfəsini  verdiyi  üçün  onla­
rın  hər birinin  mədəniyyətinə vurulan  ziyan bü­
tün  bəşəriyyətin  mədəni  irsinə  vurulan  ziyandır 
mədəni  irsin  qorunması  dünyanın  bütün  xalq­
ları  üçün böyük  əhəmiyyət kəsb edir və bu  irsin 
beynəlxalq müdafiəsinin  təmin edilməsi  vacibdir 
[111, 259-260].
Universal  dəyərlərə  malik  mədəni  və  təbiət 
obyektlərinin  qorunmasına,  beynəlxalq və mülki 
münaqişələr zamanı daşman və daşınmaz mədəni 
irsin  qorunmasına  dair  dövlətlərin  öhdəliklərini 
müəyyənləşdirmək məqsədi ilə bir sıra konvensi­
yalar qəbul olunmuşdur.
1970-ci  ildə  "Mədəni  dəyərlərin  qanunsuz 
olaraq  ölkəyə  gətirilməsi,  ölkədən  çıxarılması  və 
onlara  mülkiyyət  hüququnun  qanunsuz  olaraq 
başqasına  verilməsinin  qadağan  edilməsi və qar­
şısının  alınmasına  yönəldilmiş  tədbirlər  haqqın­
da"  Konvensiya  (Azərbaycan  Respublikası  30 
sentyabr 1997-ci ildə ona qoşulub), 1972-ci ildə isə 
"Ümumdünya mədəni və təbii irsinin mühafizəsi 
haqqında" Konvensiya (Azərbaycan Respublikası 
6  dekabr  1993-cü  ildə  qoşulub)  qəbul  edilmişdir 
[82, 284-301]. Son dövrlərdə həmçinin YUNESKO 
tərəfindən sualtı mədəni irsin qorunması haqqın­
da Konvensiyada işlənib hazırlanmışdır.
Bu  konvensiyalar  universal  dəyərə  ma­
lik  mədəni  və  təbii  obyektlərin  beynəlxalq  və 
milli  səviyyədə  mühafizəsini  nəzərdə  tutur. 
Konvensiyalara  uyğun  olaraq  dövlətlər  daşl­
ı ğ
Sevda Ağamirzə qızı Əhədova
nar  və  daşınmaz  mədəni  irsin  qeyri-qanuni 
dövriyyəsinin  qarşısını  almaq  və  ümumdünya 
əhəmiyyəti  kəsb  edən  obyektlərin  və  abidələrin 
mühafizəsində,  idarə  edilməkdə  əməkdaşlıq 
etməyi  öz  öhdələrinə  götürüblər.  Adı  çəkilən 
birinci  konvensiyada  mədəni  sərvətlərin  müha­
fizəsinin  səmərəli  olması  üçün  onun  istər  milli, 
istərsə  də  beynəlxalq  miqyasda  təşkil  olunma­
lı  olduğu  və  dövlətlər  arasında  sıx  əməkdaşlıq 
tələb  etdiyi  vurğulanır  və  hər  dövlətin  onun 
ərazisindəki  mədəni  dəyərlərdən  ibarət  sərvəti 
oğurlanmaq,  gizli  qazıntı  və  ölkədən  qanunsuz 
çıxarılmaq  təhlükəsindən  mühazirə  etməyə  bor­
cu  olduğu,  bu  təhlükələrin qarşısını almaq  üçün 
istər  öz  mədəni  sərvəti,  istərsə  də  bütün  xalq­
ların  mədəni  sərvəti  üçün  daha  yüksək  əxlaqi 
öhdəlik  hissi  ilə  aşılanmasının  zəruriliyi  qeyd 
olunur.  Konvensiyanın  I  maddəsində  mədəni 
dəyərin  15  bənddən  ibarət  təsnifatı  da  verilmiş­
dir  [82,  259-260].  Ümumdünya  mədəni  və  təbii 
irsinin  mühafizəsi  haqqında  Konvensiyada  (16 
noyabr 1972-ci il) mədəni və təbii irsin tərifləri ve­
rilmiş, hər hansı mədəni və təbii irsin korlanması 
və  ya  yoxa  çıxması  dünyanın  bütün  xalqlarının 
sərvətlərin  fəlakətli  surətdə  yoxsullaşması  kimi 
qəbul edildiyi vurğulanmışdır.
Bu  konvensiyalarda  nəzərdə  tutulmuş  prin­
siplərin  həyatiliyini  təmin  etmək  məqsədi  ilə 
YUNESKO  1950-ci  illərin  ortalarından  başlaya­
raq  xüsusi  tövsiyələrin  hazırlanması  ilə  məşğul
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
/7f


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə