Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə46/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

Bu  gün  beynəlxalq  birlik  qarşısında  mədəni 
hüquqların  daha  möhkəm  təminatı  vəzifəsi  du­
rur.  Bunun üçün müvafiq beynəlxalq hüquq nor­
malarının  daha  da  möhkəmləndirilməsi  və  tək­
milləşdirilməsi, mədəni hüquqların pozulmasına, 
xüsusən  etnik  təmizləmələr nəticəsində  ayrı-ayrı 
xalqların  hüquqların  kütləvi  pozulmasına  görə 
cəzanın  labüdlüyünü  təmin  edən  normaların 
yerinə yetirilməsi üçün beynəlxalq proseduralara 
yenidən baxılması zəruriliyini xüsusi qeyd etmək 
lazımdır.  Bu,  Ermənistanın  təcavüzü  nəticəsində 
torpaqlarının  20%-ni  işğal  edildiyi,  əhalisinin  et­
nik təmizləməyə məruz qaldığı Azərbaycan üçün 
xüsusi əhəmiyyət kəsb edən məsələdir.
Dünyanın  ayn-ayrı  regionlarında  baş  ver­
miş  münaqişələr  nəticəsində  ayn-ayrı  xalqlarm 
insanların  mədəni  hüquqlarının  kobud  şəkildə 
pozulması  ilə  bağlı  beynəlxalq  səviyyədə  bir 
neçə dəfə sənəd qəbul etməyə cəhdlər göstərilsə, 
o  cümlədən  Avropa  mədəniyyət  xartiyasının 
qəbul  edilməsi  ideyası  ortaya  atılsa  da,  hələlik 
beynəlxalq birlik bu sahədə əməli nəticələrə nail 
ola bilməmişdir.
Genişlənməkdə  olan  qlobalizasiya  prose­
si  mədəniyyətlərin  bir-biri  ilə  əlaqələrinin  daha 
da  zənginləşməsinə,  onlar  arasmda  qarşılıqlı 
asılılığın  möhkəmlənməsinə  təsir  göstərməklə 
yanaşı,  bir  sıra  hallarda  mədəni  müxtəlifliyə 
və  mədəni  plüralizmə  də  mənfi  təsir  göstərir, 
mədəniyyətlərin  eyniləşməsi  təhlükəsini  artı-
Sevda Ağamirzə qızı Əhədova
m
nr.  Qloballaşmanın  aspektlərinin  mədəniyyətin 
gələcək  inkişaf  perspektivlərinə  təsiri  hələ  də 
tam  müəyyənləşdirilməsə  də,  demokratiya, insan 
hüquq və azadlıqları üçün böyük nəticələrə gətirib 
çıxaracağı  şübhəsizdir.  Buna  görə  də  ən  yaxın 
gələcəkdə mədəni hüquqlarm daha da möhkəmlən­
dirilməsi, ədalət, insan hüququ, demokratiya, mə­
dəni inkişaf kimi ümumi dəyərlərə hörmət, qarşı­
lıqlı anlaşma, mədəniyyətlərin dinc yanaşı yaşama­
sı, mədəni müxtəlifliyin və mədəni irsin qorunma­
sı  istiqamətində  həqiqi  səylərin  artınlması  bütün 
bəşəriyyətin başlıca məqsədləri olaraq qalacaqdır.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Ill  FƏSİL
MƏDƏNİYYƏTLƏRİN 
QARŞILIQLI  MÜNASİBƏTLƏRİ
3 .1 .  M ə d ə n iy y ə tlə ra ra s ı  ü n s iy y ə tin  
m ü a s ir  p ro b le m lə r i
M
üasir dünyada baş verən qlobal siyasi, iq­
tisadi,  mədəni  dəyişikliklər bir tərəfdən 
xalqların və mədəniyyətlərin yaxınlaşması ilə mü­
şayiət  olunursa,  digər  tərəfdən,  bu  dəyişikliklər 
bir  sıra  hallarda  mədəniyyətlərin  yadlaşması, 
uzaqlaşması, millətlərarası, dinlərarası münaqişə­
lərin  yaranması  təhlükələrini  yaradır  və  dünya 
birliyi qarşısında sabit və nizamlı inkişafın təmin 
edilməsi  məsələsini  kəskinliklə  ortaya  qoyur. 
Beynəlxalq  münasibətlər  sistemində  milli-etnik 
münasibətlər  xüsusilə  daha  mürəkkəb  xarakter 
daşıyır.  Bu  münasibətlər  kontekstində  yaranan 
münaqişələr bir çox dövlətlərin ərazi bütövlüyünə 
təhlükə  yaratmaqla  bərabər  dövlətlərarası  mü­
naqişələrin  kəskinləşməsinə,  yeni  müharibə  təh­
lükəsinin artmasına gətirib çıxara bilər.
Й 0
M ü a s ir d ü nya da  m əd ən iyyətlə rara sı
 m ünasibətlər
Qlobal  dəyişikliklərin əsas nəticələrindən biri 
də  mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi,  xalqların 
mədəni identikliyi problemlərinə marağın artma­
sıdır. Mədəniyyət sahəsində qloballaşma mövzu­
su  dünya  ictimai  elmində  çoxdan  tədqiq  olunsa 
da, Azərbaycanda (eləcə də MDB ölkələrində də -  
S.Ə.) bu problemlə yalnız 90-cı illərin ortalarından 
daha yaxından məşğul olmağa başlanılıb. Müxtə­
lif  elm  sahələrinin  nümayəndələri  etnik  mədəni 
dəyərlərin təbiəti, dünya mədəni məkanı, mədəni 
qloballaşma,  mədəniyyətlərin  qarşılıqlı  təsirinin 
və  qarşılıqlı  əlaqələrinin  formaları  və  nəticələri, 
mədəni  transformasiyalarm  inkişaf istiqamətləri, 
Azərbaycanın digər ölkələrlə mədəni əlaqələrinin 
tarixi  və  müasir  vəziyyəti,  ölkəmizin  ümum- 
dünya  mədəni  prosesində  iştirakı  kimi  mövzu­
lara  dair bir sıra  sanballı  tədqiqatlar  aparmışlar. 
Bu  tədqiqatlar  problemin  daha  geniş  və  daha 
dərindən  araşdırılması  üçün  geniş  material 
verməklə yanaşı, qlobal mədəni proseslərin sosial- 
fəlsəfi  izahından  konkret  ümumiləşdirmələrə, 
nəticələrə  keçməyə,  mədəniyyətlərin  qarşılıqlı 
təsirində  Azərbaycanın  rolunu  və  perspektivini 
qiymətləndirməyə imkan yaratmışdır.
Ölkəmiz  bu  gün  beynəlxalq  münasibətlərdə, 
beynəlxalq  mədəni  ünsiyyətdə  fəal  iştirak  edir, 
həyata  keçirilən  bir  sıra  qlobal  layihələrə  ev  sa­
hibliyi edir.  Müxtəlif səviyyəli və müxtəlif çalarlı 
təmasları və ünsiyyəti davam etdirmək, dünyada 
mədəniyyətlərarası  münasibətlərin,  sülhün  və
/?/


əməkdaşlığın inkişafına layiqli töhfə vermək, baş 
verən  mədəni  proseslərin  üstünlüklərindən  fay­
dalanmaq  üçün onların mahiyyətini  dərketmək, 
mədəni əməkdaşlıq və ünsiyyət prosesini, dialoqa 
girdiyimiz  tərəfdaşlarımızın  davranışı  formaları­
nın,  psixologiyasının,  mədəniyyətinin,  tarixinin 
bütün kompleksini dərindən bilmək tələb olunur.
Qloballaşma ölkələr, dövlətlər,  xalqlar arasın­
da siyasi, ideoloji, mədəni sərhədləri aradan qaldı­
rır, onların qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini 
müasir  dövrümüzün  qaçılmaz  amilinə  çevirir. 
Bu  gün  dünyada elə bir xalq  tapmaq olmaz ki, o 
digər xalqların siyasi-mədəni təsirini öz üzərində 
hiss  etməsin.  Bu  təsir  mədəni  nailiyyətlərin  və 
sərvətlərin  qarşılıqlı  mübadiləsi,  dövlət  institut­
ları, qeyri-dövlət təşkilatları, insanların təmasları, 
elmi-texniki,  mədəni  əməkdaşlıq,  ticarət,  tu­
rizm  və  digər vasitələrlə həyata  keçirilir.  Müasir 
nəqliyyat  və  rabitə  vasitələri,  qlobal  informasiya 
şəbəkəsi  humanitar,  mədəni  təmasları  daha  da 
intensivləşdirmiş, dünyamız daha da sıxlaşmışdır. 
Bununla yanaşı, etiraf etmək lazımdır ki, müxtəlif 
mədəniyyətlər  və  onların  nümayəndələri  ara­
sında  qarşılıqlı  anlaşma,  ünsiyyət  vərdişlərinin 
inkişafı  texniki  tərəqqidən və xalqlararası  təmas­
ların  formalarının  coşqun  inkişafından  geridə 
qalır.  Məhz  bu  amil  mədəniyyətlərin  dialoqu­
nun  və  qarşılıqlı  əlaqəsinin  aktuallığını bir  daha 
təsdiq  edir.  Mədəniyyətlərin  unifikasiyasına 
səbəb  olan  qlobal  dəyişikliklər  həm  də  eyni  za­
Sevda Ağamirzə qızı Əhədova
manda  müxtəlif xalqlarda  hər  vəchlə  öz mədəni 
özgünlüyünü,  mədəni  dəyərlərini  qoruyub  sax­
lamaq  arzusu  yaratmışdır.  Buna  görə  də bir çox 
dövlətlər  və  xalqlar  dünyada  gedən  mədəni 
dəyişiklikləri,  mədəniyyətlərin  qloballaşmasını 
qəti  qəbul  etmək  istəmirlər.  Mədəni  baryerlərin, 
mədəni  sərhədlərin  aradan  qaldırılması,  mədəni 
mübadilənin genişlənməsinə qarşı onlar müxtəlif 
qadağalar,  məhdudiyyətlər  qoyur,  öz  mədəni 
özünəməxsusluğunu,  milli  fəxarət  hissini  hiper- 
trofik  formada  nümayiş  etdirməyə  can  atır­
lar.  Mədəni  qloballaşmaya  müqavimət  -   digər 
mədəniyyətlərin nailiyyətlərindən imtinadan tut­
muş  onların  yayılmasına  və  mənimsənilməsinə 
qarşı fəal müqavimətə qədər müxtəlif formalarda 
özünü  göstərir.  Bu: isə  öz növbəsində  etnik  milli 
münaqişələrə, ekstremist hərəkatlara, qatı millətçi 
əhval-ruhiyyənin,  fundamental dini cərəyanların 
yaranmasına səbəb olur.
Bu  ziddiyyətlər  xalqlar  və  mədəniyyətlərarası 
ünsiyyət və anlaşmanı daha geniş şəkildə nəzərdən 
keçirməyi zəruri edir. Belə bir zəruriyyət yeni elm 
sahəsinin -  "Mədəniyyətlərarası ünsiyyət" (ingiliscə 
Cross-cultural communicationjelmininyaranmasma 
gətirib çıxarmışdır. Onun əsas məqsədi də müxtəlif 
mədəniyyətlərin 
nümayəndələrində 
ünsiyyət 
vərdişləri  və  bacanqlannın  inkişaf  etdirilməsidir. 
Müstəqil fənn kimi "'Mədəniyyətlərarası ünsiyyət" 
ABŞ-da  yaranmış  və  Amerika  diplomatlarının, 
siyasətçilərinin, biznesmenlərinin praktik maraqla-
Müasir dünyada mədaniyyatlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə