Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə47/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

nndan irəli gələrək inkişaf etmişdir.
İkinci Dünya müharibəsindən sonra dünyada 
və beynəlxalq münasibətlərdə ABŞ-m nüfuzunun 
və  rolunun  artmasına,  onun  dünya  ölkələri  ilə 
əlaqələri  genişlənməsinə  baxmayaraq,  xarici 
ölkələrdə  işləyən  amerikalı  məmurların,  biz­
nesmenlərin,  mədəniyyət  xadimlərinin  həmin 
ölkələrin mədəniyyət nümayəndələri ilə təmasla­
rında  ciddi  problemlər  mövcud  idi.  Bəzən  bu 
hətta  ciddi  münaqişələrə,  qarşıdurmalara  gətirib 
çıxarırdı.  Hətta  yerli  xalqın  dilini  bilənlər  belə 
bu  problemlərdən  qaça  bilmirdilər.  Bununla 
əlaqədar olaraq digər xalqların təkcə dilini deyil, 
həm  də  mədəniyyətini,  adət-ənənəsini,  davranış 
normalarını öyrənmək zərurəti getdikcə daha çox 
dərk olunurdu.
Həmin  dövrdə  ABŞ-da  inkişaf  etməkdə  olan 
ölkələrə  kömək  məqsədi ilə  müxtəlif proqramlar 
həyata  keçirilirdi.  Bu  proqramlar  çərçivəsində 
müxtəlif  ölkələrdə  işləyən  Sülh  Korpusunun 
ekspertləri 
və 
fəallarının 
yerli 
əhali 
ilə 
təmaslarında çox ciddi anlaşılmazlıqlar baş verir­
di  və bu bir sıra hallarda  da  onların missiyasının 
uğursuzluqla nəticələnməsinə gətirib çıxarırdı.
Bu  uğursuzluğun  əsas  səbəblərindən  biri  də 
amerikalıların  digər  mədəniyyət nümayəndələri 
ilə təmasa girə bilmək üçün kifayət qədər bilik və 
bacarıqlarının olmaması idi. Bütün bunları nəzərə 
alaraq ABŞ hökuməti 1946-cı ildə Xaricdə Xidmət 
haqqında  Akt  qəbul  etdi  və  Xaricdə  Xidmət
Sevda Ağamirzə qızı Əhədova
m
İnstitutu (Foreign Service Institute) yaradıldı.
Bir  elm  kimi  Mədəniyyətlərarası  ünsiyyət” 
Edvarda  Hollin  və  B.Traqerin  1954-eii  ildə 
nəşr  etdirdikləri  "Culture  as  Communication" 
("Mədəniyyət  ünsiyyət  (əlaqə)  kimi")  kitabının 
işıq üzü görməsi ilə meydana çıxmışdır. Bu kitab­
da  müəlliflər  ilk  dəfə  olaraq  mədəniyyətlərarası 
ünsiyyət  (əlaqə)  terminini  işlətmişdilər.  1959-cu 
ildə  E.Holl  "The Silent Language"  (Lal  dil)  [198] 
kitabım nəşr etdirir və burada mədəniyyətlərarası 
ünsiyyət  ideyası  daha  geniş  şəkildə  işıqlandırır. 
Holla  görə  mədəniyyətlərarası  əlaqələr  prob­
leminin  öyrənilməsində  əsas  məqsəd  müxtəlif 
mədəniyyətlərə  mənsub  insanların  bir-biri  ilə 
yaxın  ünsiyyətə  girmələri  üçün  onların  əməli, 
(praktiki)  ehtiyaclarının  öyrənilməsi  idi.  İlk  dəfə 
olaraq E.Holl ünsiyyəti fəaliyyətin bir növü kimi 
nəzərdən keçirərək onu  təhlil etməyin mümkün­
lüyünü  irəli  sürmüş,  bir qədər  sonra  isə  mədəni 
qarşılıqlı təsir modelləri (cultural patterns of inte­
raction)  nəzəriyyəsini  işləyib  hazırlamışdır  [196- 
198].
Amerikanın ardınca Avropada da inteqrasiya 
proseslərinin genişlənməsi kontekstində müxtəlif 
mədəniyyətlər  arasmda  əlaqə  və  ünsiyyət  prob­
leminin  öyrənilməsinə  maraq  artmağa başlamış­
dır.  Avropa  Birliyinin yaranması,  insanların,  ka­
pitalın,  əmtəələrin azad yerdəyişməsi, sərhədləri 
aradan  qaldırılması  ilə  bağlı Avropa  ölkələrində 
müxtəlif mədəniyyətlərə malik insanların sayının
Müasir dünyada mədəniyyatlararası münasibətlər


artması, Avropa şəhərlərinin simasınm dəyişməsi 
ilə  müşayiət  olunur,  müxtəlif  mədəniyyət  daşı­
yıcılarının  qarşılıqlı  ünsiyyət  problemi  getdikcə 
aktuallıq  kəsb  edirdi.  Fransada,  Almaniyada  və 
b.  ölkələrdə miqrantların  qərb  cəmiyyətlərinə in­
teqrasiyası  ilə  müxtəlif mədəniyyətlər arasındakı 
münasibətlər,  multikulturalizm,  polikulturalizm, 
akkulturasiya  və  b.  problemlərin  öyrənilməsi  ilə 
bağlı  tədqiqatlar  aparılması,  təhsil  proqramları­
nın hazırlanması genişləndirdi.
Rusiya  Federasiyasında  mədəniyyətlərin  əla­
qəsinə  (və  ya  ünsiyyətinə)  dair  son  illərdə  bir 
neçə  tədqiqatlar  aparılmış,  monoqrafiyalar  ha­
zırlanmışdır  [105;  121;  157].  Əgər  ilk  əvvəl  bu 
sahədə  təşəbbüs  xarici  dil  mütəxəssislərinin 
əlində  idisə,  sonradan  bu  tədqiqat  istiqaməti 
ilə  digər  elm  sahələrinin  nümayəndələri  daha 
çox  məşğul  olmağa  başlayır.  Getdikcə  daha  ay­
dın  olurdu  ki,  başqa  mədəniyyətin  daşıyıcıları 
ilə  səmərəli  ünsiyyət  qurmaq  üçün  yalnız  xa­
rici  dil  bilmək  kifayət  etmir,  bunun  üçün  başqa 
mədəniyyətlərin xüsusiyyətlərinə yaxından bələd 
olmaq,  mədəniyyətlərarası  ünsiyyətdə  praktik 
vərdişlərə  malik  olmaq  da  zəruridir.  Hazırda bir 
çox  Rusiya  universitetlərinin  tədris  planlarına 
"Mədəniyyətlərärası  ünsiyyət"  (Межкультур­
ная коммуникация) adlı yeni fənn daxil edilmiş­
dir  ki,  burada  əsas  məqsəd  tələbələrdə  səmərəli 
beynəlxalq  mədəni  təmas  yaratmaq  vərdişlərini 
aşılamaqdan ibarətdir. Bunun üçün xarici dillərlə
Sevda Ağamirzə qızı Əhadova
yanaşı  müxtəlif  mədəniyyətlərin  xüsusiyyətləri, 
mədəniyyətlərarası ünsiyyətin nəzəriyyəsi və təc­
rübəsi geniş tədris olunur.
Son vaxtlar Azərbaycanda mədəniyyətlərarası 
ünsiyyət predmeti tədrisi sahəsində müəyyən ad­
dımlar atılsa da, bu istiqamətdə görüləsi işlər hələ 
çoxdur.  Universitetlərin  xarici  dillər,  beynəlxalq 
münasibətlər, kulturologiya ixtisasları üzrə fakül­
tələrində əsasən regionşünaslıq, ölkəşünaslıq, bey­
nəlxalq  mədəni  əlaqələr və  kulturologiya  fənləri 
tədris olunur ki, bu fənlər mədəniyyətlərarası ün­
siyyətin bütün  aspektlərini  əhatə  etmir.  Halbuki 
əgər əvvəllər mədəniyyətlərarası ünsiyyət (kom­
munikasiya)  müxtəlif  elmlərin  nailiyyətlərini 
özündə  birləşdirən  eklektik  elm  sahəsi  hesab 
edilirdisə,  indi  o  öz  predmetinə,  metoduna  ma­
lik  müstəqil  sahəyə  çevrilməkdədir.  Əlbəttə, 
bu  zaman  o  yenə  də  mədəniyyət,  linqvistika, 
beynəlxalq münasibətlər, etnologiya, psixologiya
hüquq və s. elmlərin nəzəri və əməli nəticələrinə 
söykənir.
Mədəni 
(mədəniyyətlərarası) 
ünsiyyətin 
kommunikativ  aspektlərinin  təhlili  göstərir  ki, 
mədəniyyətlərarası münasibətlər üç tipdə təzahür 
edir.  Birincisi,  utilitar  münasibətlərdir  ki,  bu  tip, 
mədəniyyəti  özünəməxsusluğundan  əl  çəkməyə, 
könüllü  olaraq  digər  mədəniyyətə  tabe  olmağı 
tələb edir.
Dözümsüzlük tipi eqosentrik mədəniy у ətlərin, 
özünə qapanmış  və digər mədəniyyətlərlə  qarşı-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə