Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə45/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

Azərbaycan  Respublikasının  milli  qanunve­
riciliyində  milli  azlıqların  mədəni  hüquqla­
rı  beynəlxalq  hüquq  normalarına  tam  uyğun 
olaraq  təsbit  olunmuşdur.  Konstitusiyanın  44- 
cü  maddəsinə  əsasən  hər  kəsin  öz  milli  mən­
subiyyətini  qoruyub  saxlamaq  hüququ,  eləcə 
də  heç  kəsin  milli  mənsubiyyətini  dəyişdirməyə 
məcbur edilə bilməz kimi hüququ imperativ nor­
ma  təsbit edilmişdir.
Konstitusiyanın and dilindən istifadə hüququ­
nu  nəzərdə  tutan  45-ci  maddəsinə  görə  hər 
kəsin  ana  dilindən  istifadə  etmək,  istədiyi  dildə 
tərbiyə  və  təhsil  almaq,  yaradıcılıqla  məşğul  ol­
maq hüququ vardır. Heç kəs ana dilindən istifadə 
hüququndan məhrum edilə bilməz.
Son  dövrlərdə  mədəni  hüquqların  inkişafı 
sahəsində  dünya  səviyyəsində  müəyyən  uğur­
lar  əldə  edilsə  də  bu  hüquqların  məzmunu  və 
mahiyyətinin  müəyyənləşdirilməsi  ilə  bağlı 
problemlər  hələ  də  qalmaqdadır.  Mədəni  hü­
quqlar  həm  əməli,  həm  də  nəzəri  cəhətdən  in­
san  hüququnun  kifayət  qədər  işlənməmiş  ka- 
teqoriyalarındandır.  Yalnız  1990-cı  illərin  ortala­
rından başlayaraq YUNESKO bu sahədə müəyyən 
addımlar  atmağa  başlamış,  mədəni  hüquqlar 
haqqında  bəyannamənin  layihəsini  hazırlamaq 
üçün işçi qrupu yaradılmışdır.
1997-ci  ilin  sentyabrında  təqdim  olunmuş 
layihədə  mədəni  hüquqların  tanınması  və  hə­
yata  keçirilməsi,  demokratik  cəmiyyətlərdə  mə­
Sevda Ağamirzə qızı Əhədova
dəni özünəməxsusluğun inkişafı və müxtəlif mə­
dəniyyətlərin ifadə olunması, mədəniyyətlərarası 
dialoqun  təşviq olunması  üçün mühüm amil he­
sab edilmişdir.
1998-ci  ildə  Stokholm  şəhərində  (İsveç)  ke­
çirilmiş  "İnkişaf  naminə  mədəniyyət  sahəsində 
siyasət  üzrə"  Beynəlxalq  konfransın da  əsas mə­
ramı  mədəni  hüquqların  daha  da  inkişaf etdiril­
məsi  ilə  bağlı  səylərin  birləşdirilməsi  olmuşdur. 
Konfransda qəbul edilmiş fəaliyyət planında vur­
ğulanırdı  ki,  mədəni  həyatın  əlçatarlığı  və  onda 
iştirak bütün  cəmiyyətlərdə  insanın  əsas hüquq- 
larındandır  və  hökumətlər  Ümumdünya  İnsan 
Hüquqları  Bəyannaməsinin  27  maddəsinə  uy­
ğun  olaraq  bu  hüququn  tam  həyata  keçirilməsi 
üçün  şərait  yaratmalıdırlar.  Konfransda  mədəni 
hüquqlara  dair  mövcud  aktların  qiymətləndiril­
məsi yolu  ilə mədəni hüquqların siyahısını tərtib 
etmək zəruriliyi də qeyd olunurdu  [154].
Mədənihüquqnormalarının təkmilləşdirilməsi 
ilə yanaşı, ən mühüm vəzifələrdən biri də mədəni 
hüquqların  və  onunla  əlaqədar  hüquqi  aktların 
həyata keçirilməsinin təmin olunmasıdır. Bu sıra­
da birinci növbədə mədəni hüquqların pozulması­
na görə cinayət məsuliyyətinin artırılması, müva­
fiq  beynəlxalq  proseduraların  təkmilləşdirilməsi 
durur.  YUNESKO-nun  mədəniyyət  və  inkişaf 
üzrə  Ümumdünya  Komissiyası  bu  istiqamətdə 
mühüm  işlər  həyata  keçirir.  Komissiya  bir  neçə 
dəfə  insanların,  icmaların  mədəni  hüquqlarının
Müasir dünyada mədaniyyatlərarası münasibətlər
(85


pozulması hallarının artmasından öz narahatlığı­
nı  bildirmiş,  beynəlxalq  birliyin  mədəni  hüquq­
ların  müdafiəsi  sahəsində  daha  təsirli  addımlar 
atmasının  zəruriliyini  vurğulamışdır  [142,  282- 
284).  Bu məqsədlə YUNESKO tərəfindən bir neçə 
prosedur  və  institusional  mexanizmlər  hazırlan­
mışdır.
Ancaq  bütün  səylərə  baxmayaraq  insanların 
mədəni  hüquqlarının  pozulmasına  görə  beynəl­
xalq birlik tərəfindən indiyədək məcburedici hü­
ququ sənəd  qəbul edilməmiş və qəza mexanizmi 
müəyyənləşdirilməmişdir.  Mədəni  hüquqların 
hazırlanması  və  təkmilləşdirilməsi  işi  yalnız  o 
zaman  səmərə  verə  bilər  ki,  insanlar  və  qruplar 
onlardan faydalana bilsinlər. YUNESKO-da daxil 
olmaqla beynəlxalq birliyin qəbul etdiyi fəaliyyət 
planlarında və proqramlarında mədəni hüquqlara 
əməl  edilməsi  və həyata  keçirilməsi məsələlərinə 
xüsusi diqqət yetirilir. Məqsəd mədəni hüquqların 
daha yaxşı  təmin olunması üçün müvafiq şəraitin 
yaradılmasıdır.  Bu  məqsədlə  bütün  ölkələrdə 
demokratikləşməni sürətləndirmək, mədəniyyət- 
lorarası  və  dinlərarası  dialoqu  genişləndirmək, 
mədəni  plüralizmi  və  mədəni  özünəməxsusluğu 
möhkəmləndirmək üçün zəruri tədbirlərin həyata 
keçirilməsi vacib məsələdir.
Son  dövrlərdə  imkansız  və  sosial  cəhətdən 
zəif qruplardan olan şəxslərə qarşı ayrı-seçkiliyin 
qarşısının  alınmasına  da  xüsusi  diqqət  yetirilir. 
YUNESKO-nun  "Təhsil  sahəsində  ayrı-seçkiliklə
Sevda Ağamirza qızı Əhədova
/86
mübarizə  haqqında  Konvensiyası  (14  dekabr 
1960-cı  il)  və  tövsiyələri  [82,  49-54,  116-120]  az­
lıqları  və  ayrı-ayrı  şəxslərin  təhsil  hüququnun 
müdafiəsini  nəzərdə  tutur.  Bu  aktların  həyata 
keçirilməsi həm təhsil sahəsində ayrı-seçkilik hal­
larının  aradan  qaldırılmasına,  həm  də  digər mə­
dəni hüquqlarm  təmin edilməsinə şərait yaradır. 
Konvensiyanın  həyata  keçirilməsinə YUNESKO­
nun  İcraiyyə  Şurasının  təhsil  sahəsində  konven­
siyalar  və  tövsiyələr  üzrə  Komitəsi nəzarət  edir. 
Komitə  YUNESKO-nun  nəzarətində  olan  bütün 
sahələrdə  -   mədəniyyət,  elm,  təhsil  sahəsində 
baş  verən  insan  hüquqlarının  pozulması  halları­
na  baxmaq  səlahiyyətinə  malikdir  və  bununla  o 
istənilən ölkədə mədəni hüquqların qorunmasına 
birbaşa təsir göstərir.
İndiki və gələcək nəsillərin mədəni hüquqları­
nın müdafiəsinin zəruriliyi həmçinin YUNESKO­
nun  1997-ci  ildə  qəbul  etdiyi  "İndiki  nəsillərin
//
Bəyannaməsində də öz əksini tapmışdır. Sənədin 
2-ci  bəndində  qeyd  olunur  ki,  insan  hüququ­
na  və  əsas  azadlıqlara  lazımi  diqqət  yetirməklə 
yanaşı  gələcək  və  indiki  nəsillərin  öz  siyasi,  iq­
tisadi  və  sosial  sistemlərinə  münasibətdə  tam 
sərbəst  seçimlərin  etmək  və  öz  mədəni  və  dini 
müxtəlifliklərini  qorumaq  imkanına  malik olma­
larını  təmin etmək üçün bütün səyləri göstərmək 
zəruridir.
Müasir dünyada mədənıyyətlərarası münasibətlər
/87


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə