Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə53/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

deyildir.  Çünki  suveren  dövlətlərdə  hökumət 
orqanları ilə yanaşı qeyri hökumət təşkilatlan da 
beynəlxalq  münasibətlərin  mühüm  subyektinə 
çevriliblər. Ancaq qloballaşma şəraitində əsas yük 
və məsuliyyət yenə də dövlətin üzərinə düşür, çün­
ki məhz o öz maraqlarım, ölkənin təhlükəsizliyini 
və  bütövlüyünü  qorumalı,  daxili  asayişi,  sosial- 
iqtisadi  inkişafı  təmin  etməlidir.  Dövlət  eyni  za­
manda  qlobal  iqtisadi və  mədəni münasibətlərin 
doğurduğu  mənfi  təsirin  fəsadlarım  maksimum 
dərəcədə qarşısım almağa çalışmalıdır.
Qeyd edildiyi kimi, müasir qloballaşma ancaq 
iqtisadi  amillərlə  məhdudlaşmır.  Bu,  həmçinin 
iqtisadi  əlaqələrin  inkişafı  sayəsində  qərb  sivili­
zasiyasının dəyərlərinin və siyasi ideallarının ge­
niş yayılması  prosesidir.  Bu,  özünü ABŞ-m xarici 
siyasətində  xüsusilə  göstərir.  Siyasi,  hərbi,  elmi- 
texniki,  informasiya  qüdrətinə  arxalanaraq  ABŞ 
öz mədəniyyətini yaymağa  və dəyərlər sistemini 
bütün dünyaya qəbul etdirməyə can atır.
Qloballaşmam  "amerikanlaşdırma"ya  tabe 
etdirmək  cəhdləri,  əslində,  bir  tərəfdən  ABŞ  və 
onun  bəzi  Avropa  müttəfiqləri,  digər  tərəfdən 
isə  əksər  dünya  ölkələri  və  millətləri  arasın­
dakı  mədəni  mübadilədə  böyük  natarazlığa 
gətirib çıxarır. Amerika mədəniyyəti informasiya 
texnologiyaları  və mass-media sahəsində yüksək 
inkişaf  səviyyəsi  və  üstünlüyü  sayəsində  bütün 
dünyanı öz  əhatəsinə  alır.  Bu  gün sürətlə inkişaf 
edən  internet  texnologiyaları  sahəsində  də  ABŞ
Sevda Ağamirza qızı Əhadova
2/3
öz  liderliyini  saxlamaqdadır.  Mərkəzində  ABŞ- 
ın durduğu  ümumdünya şəbəkəsi dünyanın bü­
tün bölgələrində hər gün Amerika mədəniyyətini 
yaymaqdadır  [88].  Məlum olduğu  kimi informa­
siya  mübadiləsini  həyata  keçirmək  üçün  vahid 
informasiya  kodlaşmasmdan  istifadə  olunur  ki, 
hazırda şəbəkədə bu funksiyam ASCII (American 
Standard  Code  for  International  Interchange) 
yerinə  yetirir.  İnformasiyanın  bu  cür  transmilli 
axını.digər  dilləri  və  yazı  sistemlərini  sıxışdır­
maqla bəşər mədəniyyətinin çox çalarlı inkişafına 
əngəl  törədir.  Əgər  nəzərə  alsaq  ki,  informasiya 
axım bir istiqamətdə -  inkişaf etmiş ölkələrdən in­
kişaf etməkdə olan ölkələrə yönəlmişdir və o özü 
ilə təkcə yeni texnologiyalar və biliklər deyil, həm 
də  mədəniyyətin  bütün  kompleksini  -   dəyərlər 
sistemini  gətirir,  bu  son nəticədə mədəniyyətləri 
öz  milli-mənəvi  köklərindən  ayırmağa,  mədəni 
monolaterializmə  və  hətta  milli  mədəniyyətin 
məhv olmasına gətirib çıxara bilər.
İqtisadi,  hərbi-siyasi,  informatika  üstün­
lüklərindən  istifadə  etməklə  öz  mədəniyyətini 
zorla  qəbul  etdirmək  müasir  beynəlxalq  siyasi 
mübarizənin  spesifik  xüsusiyyətlərindən  biridir. 
Qərb dünyasının hakim dairələrinin bu sivilizasi­
yanın xüsusiyyətlərini və təcrübəsini ümumbəşəri 
təcrübə  kimi  bütün  dünyada  yaymaqla  mənəvi 
üstünlüklər əldə etmək cəhdləri  də bununla  izah 
olunur.  Müasir  informasiya  vasitələri,  internet 
texnologiyaları bu məqsədləri həyata keçirməkdə,
Müasir dünyada mədaniyyatlərarası münasibətlər


dünya  ağalığına nail olunmasında,  qərb dəyərlə­
rinin  digər  ölkələrin  insanlarının  şüurunda 
möhkəmlənməsində  mühüm  rol  oynayırlar.  Bu 
sahədə, artıq qeyd olunduğu kimi, dilin (xüsusən 
ingilis  dilinin)  imkanlarından  geniş  istifadə  olu­
nur.  Təəssüf ki,  dil faktorundan istifadə  etməklə 
mədəni  ekspansiya  siyasəti  yeridən  təkcə  ABŞ 
və  Qərb  dünyası  deyildir.  Məgər Rusiyanın  bəzi 
imperiyapərəst  qüvvələrinin  MDB  ölkələrində 
rus  dilinin  mövcudluğu  faktorundan  istifadə 
etməklə, bu ölkələrin milli mədəniyyətlərinin in­
kişafına mane olmaq cəhdləri də mədəni ekspan- 
sionizmin  forması  olmaqla,  açıq  siyasi  məqsəd 
daşımırmı?
Belə  şəraitdə  əksər  ölkələr  əksinə  öz  mədəni 
dəyərlər sistemini  qorumağa  və yaymağa  çalışır, 
mədəni  suverenliyin  qorunmasına  dövlət  suve­
renliyinin,  müstəqilliyin  mühüm  vəzifəsi  kimi 
yanaşırlar.  Mədəni  suverenlik,  iqtisadi  və  siyasi 
suverenlik  dövlət  suverenliyin  mühüm  aspekti 
kimi  təzahür  edir.  Beləliklə,  müasir  beynəlxalq 
şəraitdə mədəni suverenlik özünü birinci növbədə 
siyasi subyektlərin (dövlətlərin)  suverenliyini bir 
sıra  inkişaf  etmiş  dövlətlərin  siyasi  şüur,  həyat 
tərzi,  dəyərlər  sistemi  sahəsindəki  basqıları­
na  qarşı  möhkəmləndirməyi  tələb  edir.  Bu  isə 
mədəniyyətlə siyasi  müstəqillik arasında birbaşa 
qarşılıqlı asılılığın artmasına səbəb olur.
Milli mədəniyyətin və milli müstəqilliyin qoru­
nub saxlanması müasirbeynəlxalq münasibətlərin
Sevda Ağamirzə qızı Əhədova
гго
арап а  meylinə  çevrilir.  Müxtəlif  inkişaf  mərhə­
lələrində  olan,  müxtəlif  mental  mədəni,  tarixi 
xüsusiyyətlərə  malik  olan  ölkələr  üçün  həm  də 
fərqli dəyərlər sistemi səciyyəvidir. Məsələn, ABŞ 
öz xarici siyasətində  insan hüquqları,  azadlıq və 
demokratiyaya  əsaslandığını  iddia  edirsə,  bəzi 
ölkələr  üçün  suverenliyin  möhkəmləndirilməsi 
ən yüksək dəyər hesab olunur. Onların nəzərincə, 
suverenlik olmadan insan hüquqları da təmin olu­
na bilməz. Əslində mədəni dəyərlər sistemindəki 
belə  fərq  normal  qəbul  edilməlidir.  Əsas  odur' 
ki,  bu  fərqlər  mədəniyyətlər,  ölkələr  arasın­
da  münaqişələrə  gətirib  çıxarmasın.  Müxtəlif 
dəyərlər  sistemi,  mədəniyyətlər  toqquşarkən 
eyni  zamanda  onlar  kommunikasiyaya  da  gi­
rir, mübadilə  prosesləri başlayır və  son nəticədə 
qarşılıqlı  anlaşma baş  verir.  Əgər sivilizasiyalar- 
arası münaqişələr mədəniyyətlərin qarşılıqlı təsir 
formalarından  biridirsə,  mübadilə  və  təmaslar, 
mənimsəmə  və  əxz  etmə  bu  qarşılıqlı  təsirin, 
qarşılıqlı  əlaqənin başqa  tərəfidir.  Məhz bu  amil 
müxtəlif  tarixi  köklərə  malik  insanlarm və  xalq­
ların dinc yanaşı yaşaması üçün mədəni  əsas ya­
ratmışdır.
Başqa  mədəniyyətlərə  hörmət,  sülhün  və 
dialoqun  əsas  şərtidir.  200-dən  çox  dövlətin, 
2500-dən çox  milli  və  etnik  qrupun,  çoxlu  sayda 
dillərin mövcud olduğu dünyada sülhün və sabit­
liyin  təmin  edilməsində  etnik-dini  problemlərin 
ədalətli həlli mühüm  əhəmiyyət kəsb  edir.  Dini,
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə