Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə51/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

Mədəniyyətlərin  qarşılıqlı  təsiri  və  qarşılıqlı 
zənginləşməsi  məsələsinə  böyük  nəzəriyyəçi  və 
professional tarixçi olan Heydər Əliyev də xüsusi 
diqqət yetirir.
Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  eramız­
dan  əvvəl  I  minilliyin  sonunda  eramızın  I  mi­
nilliyinin  əvvəllərində  Azərbaycan  müxtəlif 
mədəniyyətlərin  və  dinlərin  təsirinə  məruz 
qalmış,  bunun  nəticəsində  tarixən  ölkəmizdə 
müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq, 
dözümlülük  mühiti  yaranmışdır.  Yunan-Roma 
mədəniyyəti,  bütün  antik  sivilizasiyanın  güc­
lü  təsiri  altmda  inkişaf  edən  elm,  ədəbiyyat  və 
incəsənətimiz çox erkən dövrlərdə  özünəməxsus 
forma  və  məzmuna  malik  olmağa  başlamışdır. 
Heydər  Əliyevin  müxtəlif  mərhələlərdə  zəngin 
mədəniyyətimizin formalaşmasına zərdüştlüyün, 
yəhudi,  xristian,  həm  də  islam  mədəniyyətinin 
təsir  göstərdiyini  vurğulayır  və  qeyd  edirdi  ki, 
Azərbaycan  müxtəlif  siyasi  baxışların,  iqtisadi 
münasibətlərin,  dövlətçilik  formalarının  təsirini 
öz üzərində hiss etmişdir [1].
Bir  mədəniyyətin  digər  mədəni  əsasda  inki­
şafı  çox  geniş  yayılmış  tarixi-mədəni  hadisədir. 
Mədəniyyət digər mədəni nailiyyətləri mənimsə­
məklə  əvvəlki  inkişaf  məcrasmdan  çıxaraq  yeni, 
daha  mütərəqqi  "məhsul  verməyə"  başlayır. 
Qarşılıqlı  mədəni  mənimsəmələr  təkcə  unifika- 
siya və sintez prosesi kimi deyil, həm də müxtəlif 
şəraitdə  yeniliyin  yaranması  prosesi  kimi  də
Sevda Ağamirzə qızı Əhədova
гю
qəbul edilməlidir. Başqa sözlə, yeniliyin meydana 
çıxması,  tərəqqi  ancaq  müxtəlifliklərin  mövcud­
luğu şəraitində mümkündür və əksinə, yekcinsli- 
yin  mövcud  olduğu,  hərəkətin olmadığı şəraitdə 
inkişafdan, tərəqqidən danışmaq yersizdir.
Dünya çoxçalarlıdır. Hər bir xalqın, ölkənin öz 
tarixi, öz mədəni-mənəvi dəyərlər sistemi mövcud­
dur.  Onlar eyni zamanda müxtəlif iqtisadi inkişaf 
səviyyəsinə,  sosial həyat tərzinə görə  fərqlənirlər. 
Bu  fərqlilik,  müxtəliflik  dünyanın  çoxçalarlılığı- 
nın əsas təzahürü olmaqla, həm də tərəqqinin əsas 
hərəkətverici  qüvvəsidir.  Qədim  Çin  misalında 
deyildiyi  kimi  əgər  vəhdət  (harmoniya)  yenilik 
yaranmasma  gətirib çıxarırsa,  yekcinslik  (unifika- 
siya) irəliyə doğru hərəkətin qarşısını alır. Əlbəttə, 
bu  bütün  bəşəriyyətin  dəyərlər  sistemində  bəzi 
ümumi  kriteriyaların  olduğunu  heç  də  istisna et­
mir. Lakin bu ümumi kriteriyalar belə müxtəlif re­
gionlarda və xalqlarda müxtəlif cür dərk edilir və 
qəbul edilir.
Beləliklə,  mədəniyyətlərin  qarşılıqlı  təsiri  və 
əlaqəsinin  perspektivi  baxımından  aşağıdakı 
ssenarilərin mövcudluğunu qeyd etmək olar:
1. 
Simbioz. Minimal qarşılıqlı təsiri nəzərdə tu­
tan bu ssenaridə bir-birindən müəyyən dərəcədə 
təcrid  olunmuş  sahələrdə  ənənələrin  və  müasir­
liyin  müxtəlif  formalarının  nisbətən  müstəqil 
mövcudluğu  qorunub saxlanılır.  Qərb bu zaman 
elmi-texniki,  Şərq isə mədəni-humanist əsasların 
daşıyıcısı kimi çıxış edir.
гп
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


2.  Münaqişəli  qarşılıqlı  əlaqə,  ənənəviliyə 
qarşı  modernləşmə.  Bu  yanaşma  Qərbin  üçüncü 
dünya  ölkələrinin  sosial-mədəni  həyatın  təsirini 
qəti şəkildə rədd edir.
3.  Sintez.  İnkişaf etməkdə olan ölkələrin özü­
nəməxsusluğunun  Qərbin  modernləşmə  xəttinə 
uyğunlaşması.  Bu prosesdə hər iki əsasların qar­
şıdurması  tədricən  aradan  qalxmağa başlayır  və 
mədəniyyətin əvvəlki dəyərlərə əsaslanan,  ancaq 
keyfiyyətcə  dəyişmiş,  bütövlükdə  yeni  vəziyyəti 
yaranır.
Bu  gün  özünəməxsusluq  məfhumu  müstə­
qillik,  suverenlik,  azadlıq  məfhumları  kimi 
çox  dəbdə  olan  məfhumdur.  Lakin  o  da  etiraf 
edilməlidir  ki,  bir  sıra  hallarda  müxtəlif  etnik, 
konfessional  birliklərin  "özünəməxsusluq"  uğ- 
runda mübarizəsi "müstəqillik", "azadlıq" uğrun- 
da mübarizə kimi ağır, qanlı münaqişələrə gətirib 
çıxarır. Ona görə də milli fenomenin qabardılması 
digər birliklərlə qarşıdurmaya gətirib çıxarmama­
lıdır.  Əslində  milli  lovğalıq,  milli  müstəsnalıq, 
"özünəməxsusluğ"un  mütləqləşdirilməsi,  mədə­
ni-milli  hegemonizm  qədər  təhlükəlidir.  Bu  ba­
xımdan  da  "özünəməxsusluq"  problemi  yalnız 
mədəniyyətlərarası  əlaqə,  qarşılıqlı  anlaşma  və 
dialoq kontekstində öz həlimi tapmalıdır.
Sivilizasiyaların,  mədəniyyətlərin dinc yanaşı 
yaşamasına nail olmaq üçün hər bir xalqın öz dini, 
sosial  modelini  və  həyat  tərzini  seçmək  hüququ 
və azadlığı tanınmalı, müxtəlif mədəniyyətlər, hə-i
Sevda Ağamirzə qızı Əhədova
M ü a s ir dü nyada m əd ən iyyətlə rara sı m ün asibətlə r
yat tərzləri,  siyasi  sistemlər,  dinlər arasında  qar­
şılıqlı  hörmət  və  qarşılıqlı  anlaşmaya  nail  olun­
malı,  bunun  üçün  isə  mədəniyyətlərin  bərabər 
hüquqlu dialoqu, onların ən dəyərli və mütərəqqi 
dəyərlərinin azad mübadiləsi və mənimsənilməsi 
təmin edilməlidir.
Yuxanda  qeyd  edildiyi  kimi,  hər  bir  mədə­
niyyət özünü zənginləşdirmək üçün başqa mədəni 
elementlərin  mənimsənilməsinə  ehtiyac  duyur. 
Bu,  həm  də  onun  daşıyıcılarını,  mədəniyyət 
subyektlərini özlərini daha yaxşı dərk etməyə, öz 
inkişafı  üçün  başqa  mədəniyyətlərlə  müqayisə 
etmək  üçün  zəruridir.  Bunun  üçünsə,  dünyaya 
daha  geniş  gözlə  baxmaq,  digər  mədəniyyətlərə 
malik,  mentaliteti,  həyat  tərzi  fərqli  olan  insan­
ların  mənəvi  dünyasını  başa  düşməyə  çalışmaq 
lazımdır.  Müxtəlif xalqlann,  konfessiyaların dinc 
yanaşı  yaşamasını  təmin  etmək,  bəşər  siviliza­
siyasının çoxçalarlılığmı qoruyub saxlamaq üçün 
onlar  arasında  qarşılıqlı  etimad  və  inamın  möh­
kəmləndirilməsinə ehtiyac duyulur.  Bunun üçün 
digər  mədəniyyətin  nümayəndələrinə  qərəzli 
münasibət  və  yanlış  təsəvvürlər,  yad  mədəni 
dəyərlərin  zorla  qəbul  etdirilməsi  cəhdləri,  bir 
mədəniyyətin  digərlərindən  üstünlüyü  haq­
qında  qeyri-humanist  fikirlər  qətiyyətlə  rədd 
edilməlidir.
Bu  gün  yenidən  dirçəlməsinə  ciddi  cəhdlər 
göstərilən "sentrizm"lər, başqa "izm"lər, mədəni 
hegemoniya  ilə  bağlı  iddialar  sülhün  bərqərar


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə