Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə50/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

Mədəni mübadilələr, mədəniyyətlərin yayılma­
sı həm də ona gətirib çıxanrdı ki, müxtəlif mədəni 
sistemlərin  toqquşması  zamanı  hər  mədəniyyətə 
xas  olan  spesifik,  xarakterik  xüsusiyyətlərin  qo­
runub  saxlanılması  ilə  yanaşı  onların  qarşılıq­
lı  mənimsənilməsi,  özününküləşdirilməsi  də  baş 
verir  və  beləliklə,  hər  bir  mədəniyyətdə  digər 
mədəniyyətlərdən  götürülmüş  xüsusiyyətlərin  ol­
duğu  müasir  dünya  nizami  sistemi  formalaşdırdı. 
Bunu müasir regional və milli mədəniyyətlərin in­
kişafı  da  təsdiq edir. Avropa mədəniyyəti bu günə 
qədər öz həyatiliyini, mötəbərliyini ona görə qoru­
yub saxlaya bilmişdir ki,  digər mədəni elementləri 
qəbul  etməyi  və  dərk  etməyi  bacarmış,  daim 
zənginləşmiş və yeniləşmişdir.
Analoji proseslər Çin mədəniyyətində də özü­
nü  göstərir.  Məlumdur  ki,  Hindistanda  təşəkkül 
tapmış  buddizm  Çində  daha  geniş  şəkildə  ya­
yılmış,  burada  fəlsəfi  fikrin,  dinin,  incəsənətin, 
ədəbiyyatın  inkişafına  böyük  təsir  göstərmişdir. 
"Yad" mənşəli olmasına baxmayaraq məhz Çində 
buddizm  çiçəklənmiş  və  Hindistandan  daha  ar­
tıq  dərəcədə  yayılmışdır.  Hind  buddizminin 
Çin  mədəniyyəti  ilə  birləşməsi nəticəsində  onun 
bir  növ  "çinli ləşməsi"  baş  vermiş,  yeni  fəlsəfi 
məktəblər,  d in i4 cərəyanlar  yaranmış  və  onlar 
da  növbəsində  Koreyaya  və  Yaponiyaya  yayı­
laraq,  onların  milli  mədəniyyətlərinə böyük təsir 
göstərmişlər [109].
Sevda Ağamirzə qızı Əhədova
206
Başqa  mədəniyyətlərə  diqqət,  onlann  nai­
liyyətlərinin  yaradıcı  surətdə  əxz  edilməsi  mə­
dəniyyətlərin qarşılıqlı təsir imkanlarını daha  da 
artırır,  qarşılıqlı  mədəni  mübadilələr  və  bunun 
əsasında formalaşan qarşılıqlı hörmət və tolerant­
lıq müasir dünya nizamının əsas elementlərindən 
biri olmaqla yanaşı, onun tarazlı inkişafını  təmin 
edə biləcək əsas şərtinə çevrilir.
Beynəlxalq münasibətlər  tarixinin təhlili  gös­
tərir  ki,  müasir  regional  sivilizasiyaların  əsası 
kiçik  etnosların  qarşılıqlı  münasibətləri  ilə  qo­
yulmuşdur.  Amerika  alimi  L.A.Samovann  belə 
bir  fikri  ilə  razılaşmamaq  olmaz  ki,  bəşəriyyət 
öz  tarixini  kiçik  etnoslar  arasındakı  təmas  və 
mübadilələrdən  başlamış  və  bu  proses  sonra­
dan regional sivilizasiyaların təşəkkül tapmasına 
səbəb olmuşdur [158, 44-45].
Müasir beynəlxalq münasibətlərin  tarixi  həm 
də  onu sübut edir ki,  mədəni əməkdaşlığın inki­
şafı dövlətlər arasmda qarşılıqlı anlaşmanın əldə 
edilməsinin ən səmərəli vasitələrindən biridir.
Hazırda  iqtisadi  qloballaşmanın  sürətli  inki­
şafı  dövründə mədəniyyətlərin qarşılıqlı təsir sə­
viyyəsi də  getdikcə yüksəlir.  Mədəniyyətlərarası 
mübadilənin  görünməmiş  miqyas  aldığı  indiki 
şəraitdə  müstəqilliyə  can  atan  istənilən  mədəni 
sistem üçün öz əlahiddəliyini, təcridliliyini saxla­
maq  getdikcə  çətinləşir.  Mədəniyyətlərarası  mü­
badilənin  genişlənməsi  şəraitində  bir  tərəfdən 
qlobal  proseslərin  mədəni  sistemlərə  təsiri
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


getdikcə  artır,  digər  tərəfdən  isə  bu  mübadilələr 
qloballaşma  prosesinin  hərəkətverici  qüvvəsinə 
və məzmununa çevrilirlər.
Müasir kommunikasiya və rabitə növlərinin sü­
rətli inkişafı insanlar arasındakı əlaqələrə əngəl olan 
maneələri  aradan  qaldırmaqla  mədəniyyətlərarası 
ünsiyyət  üçün  böyük  imkanlar  yaradır,  mədəni 
təmaslar  və  mübadilələr  görünməmiş  vüsət  alır. 
Ticarətin, qlobal turizmin, sərmayələrin, millətlərarası 
mədəni  əlaqələrin,  əhali  miqrasiyasının  inkişafı  öz 
növbəsində  mədəniyyətlərarası  kommunikasiyanın 
miqyasını  daha  da  genişləndirir.  Kütləvi  informa­
siya vasitələrinin sürətli inkişafı, onlann milli sərhəd­
ləri aşması insanlara daha çox məlumat almaq, digər 
millətlərin və cəmiyyətlərin mədəni xüsusiyyətləri ilə 
daha yaxından tanış olmaq, onların nailiyyətlərindən 
faydalanmaq üçün real imkanlar yaradır.
Müasir dünya həm  də bütün bəşəriyyət üçün 
qlobal  xarakterli  real  təhdidlərin  və  təhlükələrin 
artdığı  bir  dünyadır.  Kütləvi  qırğın  silahları­
nın  yayılması,  transmilli  cinayətkarlıq,  etnik  və 
regional  münaqişələr,  separatizm,  demoqrafik, 
ekoloji,  enerji  və  ərzaq  problemləri  kimi  qlobal 
təhlükələrin  aradan  qaldırılmasında  mədəniyyət 
və mədəniyyətlərarası dialoq mühüm rol oynaya 
bilər.  Artıq  bütün  ölkələr  bu  problemləri  yalnız 
birlikdə, qarşılıqlı anlaşma və qarşılıqlı əməkdaş­
lıq  yolu  ilə  həll  etməyin  mümkünlüyünü  dərk 
etməkdədirlər.  Bu  isə  öz  növbəsində  mədəni 
təmasların və  dialoqun  daha  fəal  surətdə  həyata ı
Sevda Ağamirzə qızı Əhədova
M ü a s ir dü nya da m əd ən iyyətlə rara sı m ün asibətlə r
keçirilməsini zəruri edir.
Mədəni sistemlərin qarşıhqh nüfuz etməsi və 
qarşılıq!, əlaqəsi müxtəlifmədəniyyətlərarasında- 
kı fərqləri heç də inkar etmir. Başqa mədəniyyəti 
olduğu  kimi  qəbul  etmək,  onun  bütövlüklə  təq­
lid  edilməsi  və  ya  tamamilə  onun  içində  ərin­
məsi  demək  deyildir.  Tarixi  inkişaf baxımından 
götürsək  başqa  mədəni  sistemlərə  məxsus  ele­
mentlərin  mənimsənilməsi  mədəniyyətinin  öz 
hüdudları  çərçivəsində  baş  verir  və  bu  zaman 
ən  dəyərli  elementlər  özününküləşdirilir.  Bunu 
elə  özünəməxsus  Azərbaycan  incəsənətinin  ta­
rixi  də  sübut  edir.  Məsələn,  xalqımızın  musiqi 
mədəniyyətinin  ən  qiymətli  sərvətlərindən  olan 
muğam  sənəti,  bir çox  çalğı  alətləri  (tar,  kaman­
ça) həm də qonşu xalqların -  ərəblərin, iranlıların 
mədəni sərvəti sayılır. Lakin, məhz Azərbaycanda 
onlar daha geniş inkişaf etmiş,  təkmilləşdirilmiş, 
milliləşdirilərək milli-mənəvi dəyərlər sistemimi­
zin aynlmaz hissəsinə çevrilmişdir.
Digər  mədəniyyətlərin  mütərəqqi  element­
lərini  əxz  edən  milli  mədəniyyət  daha  da  inki­
şaf  edərək  yeni  ideyalarla,  istiqamət  və  forma­
larla  zənginləşir.  Bunu  Avropa  mədəniyyətinin 
tarixi  də  əyani  sübut  edir.  Antik  yunan  mədə­
niyyətinin  əvvəlcə  Qədim  Misirdə  yayılmış, 
burada  çiçəklənmiş  və  zənginləşmiş,  sonra  isə 
Qərbi  Avropada  yayılaraq  müasir  Avropa  mə­
dəniyyətinin təşəkkül  tapmasında əsas rol oyna­
mışdır.
го^


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə