Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə61/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

əlaqələrə mənfi  təsir göstərir,  sabit inkişafın qar­
şısını  alır.  XX  əsrin  siyasi  tarixi  də  sübut edir  ki, 
siyasi  dəyişikliklər,  inqilablar  resepti  ilə  ənənəvi 
• cəmiyyətlərə  müdaxilə  son  nəticədə  xaosa  və 
qarmaqarışıqlara  gətirib  çıxarır.  Çox  təəssüf  ki, 
XXI əsrdə öz mədəni sistemlərini yüksək tutaraq 
inkişaf  etməkdə  olan  üçüncü  dünya  ölkələrinə 
öz  standartlarını,  həyat  tərzlərini,  mədəni  eta­
lonlarını  zorla  qəbul  etdirmək  cəhdləri  davam 
etməkdədir.  Əfqanıstan,  İraq,  Liviya,  Suriya  bu 
düşüncənin heç də tam olmayan nəticələridir.
Yüksək  inkişaf  etmiş  ölkələrin  dünya  sivi­
lizasiyasının  dini,  mədəni,  mənəvi  dayaqlarım 
sarsıdan,  mili  maraqları,  norma  və  ənənələri  nə­
zərə  almayan,  dövlətlərin  suverenliyini  məh­
dudlaşdırmağa,  bütün  sivilizasiya  strukturlarını 
Avrosentrik  modelə  uyğunlaşdırmağa  cəhd  gös­
tərən  siyasəti  qloballaşmasının  gizli  tərəflərin- 
dəndir.
Müasir  dünya  eyni  zamanda  digər  prosesin 
-   sivilizasiyaların  özünü  təsdiq  etməsi  prose­
sinin  təsirini  də  hiss  edir.  Sivilizasiyaların,  mə­
dəniyyətlərin  bərabərsizliyi,  Avropa  mədəniy­
yətinin üstünlüyü kimi bəsit fikirləri özündə ehtiva 
edən Avrosentrizmdən fərqli olaraq sivilizasiyon 
yanaşma  müxtəlif sosiomədəni  birliklərə məxsus 
xalqların  həyat  tərzinin  özünəməxsusluğunu, 
təkrarsızlığım,  öz  identikliyini  qoruyub  saxla­
maq  səylərini  təşviq  etməklə,  dünyanın  inkişa­
fı  haqqında  birtərəfli,  yekcins  təsəvvürləri  rədd
гзг
Sevda Ağamirzə qızı Əhədova
edir.  Bu yanaşmanın humanistliyi həm də onda­
dır ki, o sivilizasiyaların iyerarxiyasını, mütərəqqi 
və  geridə qalan  sivilizasiyalara bölgüsünü  qəbul 
etmir. Bu isə mədəniyyətlərin dialoqu üçün zəruri 
amildir,  çünki  dialoq  bərabərlik,  əməkdaşlıq, 
qarşılıqlı  mübadilə  prinsiplərinə  əsaslanmalıdır, 
daha  güclü  imkanlara  malik  mədəniyyətlərin, 
dəyərlərin,  standartların,  etalonların  zorla  qəbul 
etdirilməsinə qarşı çıxmalıdır.
Azərbaycanın  birinci  ledisi  M.Əliyeva  dün­
yadakı  mövcud  qarşıdurmaların qarşısım almaq 
üçün  dünyanın  bütün  ölkələrinin  Qərb  mode­
lini  özünə  örnək  götürməyi  təklif  edən  fikirlərə 
münasibət  bildirərək  göstərir  ki,  şübhəsiz  ki, 
Qərbin  demokratiya,  azadlıq  ideyaları,  inkişa­
fı  və  yüksək  yaşam  səviyyəsi  təqdirəlayiqdir  və 
bu  gün  dünyada  mövcud  olan  mütərəqqi  bir 
modeldir.  Lakin  biz  hamımız yaxşı  anlayırıq  ki, 
bütün  bəşəriyyətin  belə  yaşaması  mümkün  de­
yildir.  Buna  ilk  növbədə’bu  gün  dünyada  möv­
cud  olan  resurslar  imkan  verməz  və  hətta  biz 
geosiyasi,  tarixi,  mədəni  amilləri  də  unutmama­
lıyıq.  M.Əliyeva bir məqama da  diqqət yetirərək 
vurğulayır  ki,  bu  gün  Qərbin  bütün  uğurları,  o 
cümlədən  elm,  texnologiya,  inkişaf  sahəsindəki 
uğurları uzunmüddətli müstəmləkəçilik siyasətin 
nəticəsidir.  Ona  görə  də  belə  fikirlər  insanla­
rı  gələcəyə  deyil, 'yalnız  keçmişə  aparır.  Bu  ya­
naşmalar  dialoqun  qurulmasına  xidmət  etmir, 
əksinə,  yeni  münaqişələrə,  yeni  qarşıdurmalara
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


zəmin yaradır [10]. M.Əliyevanın belə bir konsep­
siyanın  arxasında  müəyyən  siyasətin,  müəyyən 
siyasi  qüvvələrin  və  siyasi  ambisiyaların  durdu­
ğunu  və bu  meylin müasir dünyada bir çox ciddi 
çağırışlar və  təhlükələr yaratdığını  qənaəti  ilə  də 
razılaşmamaq  mümkün  deyildir.  Bu  baxımdan 
S.Hantinqtonun bu  fikri  ilə  razılaşmamaq  müm­
kün  deyildir ki,  inkişafın Qərb yolu  dünyanın 95 
faiz əhalisi  üçün heç zaman  ümumi yol olmamış 
və  olmayacaqdır.  Qərb  unikal  olsa  da,  universal 
da deyildir [213].
Mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  və  qar­
şılıqlı  mübadiləsi  sivilizasiyaların  və  xalqla­
rın  yaxınlaşması  yolunda  mühüm  addımdır.. 
Bu,  birinci  növbədə  yeni,  daha  ədalətli  dün­
ya  nizamının  təşəkkül  tapması  üçün  bütün 
dövlətlərin, 
xalqların, 
insanların 
birliyinin 
təmin  edilməsini  şərtləndirir.  Bu  birlik  eyni  za­
manda  hamı  tərəfindən  qəbul  edilmiş  ümu­
mi  dəyərlərə  və  prinsiplərə  əsaslanmalıdır  ki, 
onlar  öz  ifadəsini  BMT-nin,  digər  beynəlxalq 
təşkilatların nizamnamələrində, sənədlərində ək­
sini  tapmışdır.  Buraya  birinci  növbədə  əsas  in­
san  hüquq  və  azadlıqlarına  hörmət,  şəxsiyyətin 
şərəf  və  ləyaqətinin  uca  tutulması;  hüququn  və 
qanunun  üstünlüyü;  başqa  sosial-mədəni  cəmiy­
yətdə  tərbiyə  almış  insana  hörmət,  müxtəlif 
mədəniyyətlərin  bərabərliyi,  mədəni  dəyərlərin, 
elmi-texniki, istehsal yeniliklərinin azad qarşılıqlı 
mübadiləsi,  "güclü  sivilizasiya"larm  dəyərlərini •
Sevda Ağamirzə qızı Əhədova
255
və  etalonlarını  başqa  sosial-mədəni  mühitə  zor­
la  qəbul  etdirilməsinin  yolverilməzliyi  daxildir. 
Universal  dəyərlər  müxtəlif  mədəniyyətlərin  in­
kişafı  prosesində  təşəkkül  taparaq  onların  birli­
yinə  doğru  hərəkətinin  əsasını  təşkil  edə  bilər 
və  etməlidir.  Çox  təəssüf ki,  qloballaşma  hələlik 
bəşəri  dəyərlərin  birliyinə deyil,  kütləvi  istehlak 
mədəniyyətinin dəyərlərinin birliyinə aparır. Ona 
görə  də  ümumbəşəri  dəyərlərin bərqərar  olması 
həm  ayrı-ayrılıqda  bütün  mədəniyyətlərin,  on­
ların  daşıyıcılarının,  həm  də  bütün  bəşəriyyətin 
əsas məqsədinə çevrilməlidir.
Mədəniyyətlərin 
inteqrasiyası, 
qarşılıq­
lı  əlaqəsi  heç  də  "qlobal  mədəniyyət"  yaradıl­
ması  məqsədi  güdməməlidir.  Onların  özünü, 
öz  təkrarsızlığım,  özlərinə  məxsus  dəyər  və 
ənənələrini  qoruyub  saxlamaq  cəhdləri  müdafiə 
olunmalı,  bəşəriyyətin çoxçalarlı  mədəni  mənzə­
rəsinə xələl gətirilməməlidir.
Dəyərlər  nəzəriyyəsində  sosial,  etnik  və 
ümumbəşəri  aspektlərin  nisbəti  prinsipi  də  mü­
hüm  əhəmiyyət  kəsb  edir.  Cəmiyyətin  müstəsna 
olaraq sosial dəyərlərə istinad etməsi həm öz mil­
li  mədəniyyətinə,  həm  də  dünya  mədəniyyətinə 
biganə,  indifferent  münasibətin  yaranmasına  gə­
tirib çıxara bilər.
Etnik  dəyərlərə  üstünlük  verildiyi  ənənəvi 
cəmiyyətlərdə  fərdin  adətlərdən,  ənənələrdən, 
etnik  norma  və  stereotiplərdən  asılılığı  onun 
şəxsiyyət kimi formalaşmasına və inkişafına mənfi
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
255


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə