Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə69/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

Kütləvi  turizm də mədəniyyətlərarası əlaqələrin, 
xalqlar  arasındakı  dialoqun  əsas  faktorların­
dan  birinə  çevrilir.  Müasir beynəlxalq miqrasiya 
proseslərini  (o  cümlədən,  beynəlxalq  turizmi) 
miqyasına  görə  dünya  xalqlarının  birinci  böyük 
köçü  ilə  müqayisə  edirlər.  Bu  gün  "miqrasiya 
axını"na 1  mlrd.-dan çox insan cəlb olunmuşdur. 
Azərbaycan Respublikası da müasir dövrümüzün 
ən dinamik prosesləri olan miqrasiya və turizmin 
mühüm faktorlarından birinə çevrilməkdədir.
Azərbaycanın turizm məkanı kimi cəlbedicili­
yinin  artması  ölkədə  turizm  sənayesinin  inkişa­
fına,  infrastruktur  və informasiya-kommunikasi­
ya  sisteminin  genişlənməsinə  şərait  yaratmaqla 
yanaşı,  onun  beynəlxalq  arenada  nüfuzunun  və 
imicinin artmasına da müsbət təsir göstərir.
Turizm bizim dövrümüzdə müxtəlif mədəniy­
yətləri  və xalqları birləşdirən ən asan və səmərəli 
yollardan biridir.
Müasir  siyasi  və  sosial-iqtisadi  münasibətlər 
əvvəlki  dövrlərlə  müqayisədə  turizmin  inkişafı 
üçün  daha  əlverişli  şərait  yaradır.  Müxtəlif  xalq­
ların tarixi, mədəni, milli, dini ənənələrinin özünə­
məxsusluğu,  tarixi  və mədəni  abidələr başqa  mə­
dəniyyətlərin  və  xalqların  nümayəndələri  üçün 
mühüm cəlbedici amil olaraq qalmaqdadır. Əlbət­
tə,  səyahətlər,  turizm  səfərləri  mədəniyyətlər ara­
sında  dialoqun  yaranmasının  heç də  yeganə üsu­
lu  deyildir.  Başqa  xalqların  tarixi  və  ənənələri, 
mədəni  nailiyyətləri,  milli  özünəməxsusluğu  ilə
Sevda Ağamirzə qızı Əhədova
tanış olmaq üçün müxtəlif forma və üsullar möv­
cuddur.
Belə  formalardan  biri  beynəlxalq  idman  ya­
rışları,  olimpiadalardır.  Mədəni  əlaqələrin  inki­
şafında  elmi  yaradıcılıq əməkdaşlığının müxtəlif 
formalan,  elmi  konfranslar,  seminarlar  da  mü­
hüm  rol  oynayır.  Mədəni  əlaqələrin  vacib  for­
malarından  olan  beynəlxalq  kinofilmlər,  ki­
tab  yarmarkaları,  sərgilər  və  s.  milli  mədəni 
özünəməxsusluğun  tanıdılmasında  əhəmiyyəti 
əvəzsizdir.  Lakin,  müasir  şəraitdə  mədəni  tu­
rizm  xüsusi  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
O,  təkcə bu  və  ya  digər  xalqın  tarixi  və  mədəni 
abidələri  ilə  tanış  olmaq  məqsədi  güdmür,  həm 
də etnik dostluq əlaqələrinin inkişafı üçün stimul 
yaradır.  Bütün  bu  mədəni  proqramlar  turizm 
şirkətləri  qarşısında  ciddi  tələblər  qoyur.  Onlar 
turizmin təkcə təşkilati tərəfləri ilə deyil, həm də 
ölkələrin maddi-mənəvi sərvətlərinin təbliğatçısı, 
mədəniyyətlərarası  dialo'qun  vacib  həlqəsi  kimi 
fəaliyyət göstərməlidirlər.
Müasir  turizm  industriyasının  inkişafının 
mühüm  hərəkətverici  qüvvəsi  kimi  reklamın 
mədəniyyətlərin təbliğində xüsusi rolunu  qeyd 
etmək  lazımdır,  çünki  reklam  turizminin  inki­
şafına  ciddi  təsir  göstərməklə  yanaşı  müxtə­
lif  turizm  sahələrində  vətəndaşların  istehlak 
fəallığının ciddi stimuluna çevrilir. Bütövlükdə 
turizm  müxtəlif  xalqlarla  görüşlərin  daha 
müntəzəm,  mədəni  və  mənəvi  biliklərin
г85
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


mübadiləsinin  daha  geniş  olmasına  imkan  ve­
rir  ki,  bu  da  turizmin  müxtəlif  mədəni-tarixi 
sistemlərə  mənsub  olan  xalqların  qarşılıqlı 
əlaqələrində, qarşılıqlı anlaşmasında çox böyük 
əhəmiyyət kəsb etdiyini sübut edir.
Şəxsiyyət səviyyəsində sivilizasiyon dialoqun 
inkişaf etdirilməsinin  ən  səmərəli  vasitələrindən 
biri,  müxtəlif  ölkələrdə  on  milyonlarla  insa­
nı  əhatə  edən  sivilizasiyon  turizmi  ola  bilər. 
Onun  əsas  üstünlüyü  ondadır  ki,  o  turizmin 
bir  sıra  növlərinin  (tarixi,  mədəni,  etnoqrafik, 
ekoloji,  dini  və  s.)  özündə  sintezləşdirməklə 
bu  və  ya  digər  sivilizasiyaların  xüsusiyyətləri, 
mədəniyyəti,  tarixi, dəyərlər sistemi, təbii şəraiti, 
dini  inancları  haqqında  müfəssəl  təsəvvür yarat­
mağa imkan verir.  Bu həm təhsil prosesi, həm də 
digər sivilizasiyaları başa düşmək, onlara hörmət 
hissi  aşılamaq,  müxtəlif  ölkələri  və  sivilizasi­
yaların  nümayəndələri  arasında  tolerantlıq, 
sülh  mədəniyyəti,  qarşılıqlı  anlaşma  və  dostluq 
kimi  keyfiyyətləri  inkişaf  etdirmək  baxımından 
zəruridir.
Hazırda turizm planetar miqyasda sürətlə in­
kişaf edən sahələrdəndir. Dünya üzrə ümumi mil­
li  məhsulun  10  faizi,  ixracatın  8  faizi beynəlxalq 
turizmin  payına'  düşür,  göstərilən  xidmətlərin 
təqribən  üçdə  biri  beynəlxalq  turizm  vasitəsilə 
həyata  keçirilir.  Dünyada  əmək  qabiliyyəti 
əhalinin  8,1  faizi  turizm  sənayesində  və  onunla 
bağlı sahələrdə məşğuldur.
Sevda Ağamirzə qızı Əhədova
286
Zəngin  tarixi-mədəni  irsə  və  əlverişli  ta­
rixi  şəraitə  malik  olan  Azərbaycan  turizm  sahə­
sində  böyük  inkişaf  perspektivlərinə  malikdir. 
Ölkəmizdə  turizmin  əksər  növlərinin  (kənd, 
müalicə-sağlamlıq,  ekoloji,  mədəni,  sosial,  kom­
mersiya,  idman,  dini, xüsusi maraq kəsb edən və 
s.) inkişaf üçün geniş imkanlar vardır.
Azərbaycan  Respublikasında  2002-2005-ci 
illərdə  turizm  inkişafına  dair Dövlət Proqramını 
həyata  keçirilməsi  nəticəsində  turizm  inkişafı 
üçün  münbit  şərait  yaradılmış,  beynəlxalq  tu­
rizm  bazarına  inteqrasiyanın  təmin  olunması­
nın  əsası  qoyulmuş,  milli  turizm  kompleksinin 
rəqabətə  davamlılığı  yüksəlmişdir.  2002-2010-cu 
illər  ərzində  mehmanxana  və  mehmanxana  tipli 
müəssisələrin sayı 4 dəfə artaraq 94-dən 370-ə çat­
mış,  bu  obyektlərdə  ümumi  yerlərin  sayı  3  dəfə 
çoxalmışdır [25].
2002-ci  ildən başlayaraq  hər  il Azərbaycanda 
beynəlxalq  turizm  sərgisi  təşkil  olunur.  Ölkədə 
turizmin  əhəmiyyətini  artırmaq,  turizm  poten­
sialını  təbliğ  etmək,  yerli  adət-ənənələri,  milli 
mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə 
tematik nəşr məhsulları (kitabçalar, bukletlər, CD 
və  DVD-lər  və  s.)  hazırlanır  və  yayılır,  dünya­
nın müxtəlif televiziya kanallarında reklam çarxı 
nümayiş  etdirilir,  həyata  keçirilən  yeni  layihələr 
barədə reklam və elanlar verilir, bu məqsədlə in­
ternetin imkanlarından və digər elektron daşıyıcı 
vasitələrindən istifadə olunur.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
287


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə