çatmışdır və 80 faizi regionlarda yerləşir. Bütün
bunların nəticəsi olaraq Azərbaycana gələn
əcnəbi vətəndaşların sayı 2010-cu ildə 2005-ci
illə müqayisədə 1,6 dəfə artaraq 2 milyon nəfərə
yaxın olmuşdur [56].
Ölkəmizdə son dövrlər turizm infrastrukturu
nun yaradılması və inkişafı sahəsində bir sıra işlər
görülməkdədir. Hazırda Bakı şəhərində müasir
standartlara uyğun 4 və 5 ulduzlu mehmanxana
ların inşası, paytaxt və regionlarda 50-dək meh
manxana və ona bərabər tutulan yerləşdirmə
obyektlərinin tikintisi, "Şahdağ Qış-Yay Turizm
Kompleksi" kimi böyük layihənin reallaşdırılma
sı nəticəsində yüksək keyfiyyətli
turizm servisinə
malik olmaq mümkün olacaqdır.
Turizm sahəsində yüksək inkişafa nail olmağın
əsas yollarından biri də peşəkar kadrlara olan ehti
yacın təmin edilməsidir. Bu məqsədlə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı
ildə Azərbaycan Turizm İnstitutu yaradılmışdır.
Hazırda ATİ-də 1500-dən çox tələbə bakalavr
pilləsində təhsil alır. İnstitutun 500-dək məzunu
ölkənin turizm sənayesində çalışır. Bundan əlavə
2006-cı ildə orta təhsilli mütəxəssis hazırlayan
Mingəçevir Turizm Kolleci yaradılıb. Hazırda
Kollecdə 2100-d'ən çox tələbə təhsil alır. Turizm
kadrlarının peşə hazırlığı səviyyəsinin artırılması
nı təmin etmək məqsədilə Bakı şəhərində Turizm
Peşə Məktəbi fəaliyyətə başlayıb, həmçinin Qusar
şəhərində regional turizm peşə məktəbinin aşıb
г*Го
Sevda Ağamirzə qızı Əhədova
ması nəzərdə tutulmuşdur. Turizm təhsilinin bü
tün pillələri üzrə artıq bir şəbəkə formalaşıb [75].
Azərbaycanın turizm inkişafı sahəsində əldə
etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm
növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar
rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən
1400-2500 metr yüksəklikdə ən müasir standart
lara cavab verən "Şahdağ Qış-Yay İdman Turizm
Kompleksi" inşa edilmişdir.
Ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsu
si diqqətin başqa bir məntiqi nəticəsi 2011-ci ilin
Azərbaycanda turizm ili elan edilməsi ilə bağlı
dır.
Lakin turizmin inkişafı və turizm sektorunun
ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə
çevrilməsi bu gün Azərbaycanda ən mühüm
vəzifə olaraq qarşıda durur. Son illər
ölkədə əldə
olunmuş sosial-iqtisadi
irəliləyişlər bu vəzifələrin
yeni imkanlara adekvat səviyyədə həllinə şərait
yaradır.
Azərbaycan Respublikasında turizm sektoru
nun dayanaqlı inkişafını təmin etmək və turizmin
ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə
çevrilməsinə nail olmaq məqsədilə Azərbaycan
Respublikasına 2010-2014-cü illərdə turizmin in
kişafına dair Dövlət Proqramı qəbul edilmişdir
[25].
Proqramda qarşıda qoyulan əsas vəzifələrin sı
rasında ölkədə turizm infrastrukturunun beynəl
xalq tələblər səviyyəsinə qaldırılması, investisi-
гт/
Müasir dünyada mədəniyyətlararası münasibətlər